Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə55/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   51   52   53   54   55   56   57   58   ...   191

sırımağa,  təlqin  etməyə  çalıĢan,  bununçün  süni  təmtəraq  və  cah-cəlalın  bütün  mümkün 

vasitələrindən  istifadə  edən,  ürəyində  nifrət  etdiyi  xalqdan  qorxduğuna  görə  daim 

saysız-hesabsız  mühafizəçilər  ordusu  içərisində  gizlənən,  görüĢə  getdiyi  yerlərdə  hətta  bütün 

damların  üstünə  pulemyotçular düzdürən,  hakimiyyəti və xalqı  özünün  Ģəxsi mənafelərinə  tabe 

etdirməyə çalıĢan HÖKMDAR yox, bütün baĢqa soydaĢlarıyla eyni hüquqlara malik, onlarla eyni 

həyat  tərzini  yaĢayan,  onların  düĢüncə  və  istəklərini  sonadək  bölüĢən  qayğıkeĢ,  yurdsevər  və 

elsevər, hakimiyyəti imtiyaz kimi yox, bir vəzifə borcu kimi dəyərləndirən təmənnasız bir ĠNSAN, 

döyüĢkən,  əsgəri  öz  övladı  kimi  sevən  KOMANDAN  dayanıb  və  bu  insan  -  komandan  onları 

xoĢbəxt  etməkçün  heç  nəyi  əsirgəməyəcək!  Bəyin  bölgələrə  ilk  səfərdən  güddüyü  baĢlıca 

məqsəd də elə buydu. 

TƏHSĠL PROBLEMĠ ÖNƏ ÇƏKĠLĠR 

Əbülfəz  bəy  millətin  inkiĢafında,  dövlətin  yüksəliĢində  strateji  əhəmiyyətli  məsələlərdən  saydığı 

təhsilin tərəqqisinə xüsusi diqqətlə yanaĢırdı. Bu sözləri 1992-nin sentyabrından baĢlayaraq bir il 

təhsil  nazirinin  müavini  iĢləmiĢ  bir  adam  kimi  və  oxuduğum  sənədlər  əsasında  deyil,  öz 

gözlərimlə gördüyüm konkret faktlara söykənərək qətiyyətlə bildirirəm. 

Hələ  universitetdə  müəllim  iĢləyərkən  bütöv,  azad  və  güclü  AZƏRBAYCAN  yaratmağın  yeganə 

yolunun  yeni  QURUCULAR  nəslinin  yetiĢdirilməsində  olduğuna  inanan  Əbülfəz  bəy  buna  nail 

olmaqçün hər Ģeydən öncə təhsil sistemini yeniləĢdirməyə özünün gələcək quruculuq planlarında 

ön yerlərdən birini ayırmıĢdı. Buna görə də prezident bir sıra ən qaçılmaz, əlimyandı məsələləri 

az-çox yoluna qoyan kimi təhsillə də yaxından məĢğul olmağa baĢladı. 

Professor  Firidun  Cəlilov  11  avqustda  təhsil  naziri  təyin  edildi.  (Bundan  qabaq  o,  baĢ  nazirin 

müaviniydi).   



ARTIRMA 

"

Hər  Ģeydən  öncə,  təhsildə  islahat  apardıq.  …Bu  islahatın  nəticəsində  təhsilimizi  nəinki  məhv 



olmağa qoymadıq, əksinə, onu xeyli inkiĢaf etdirdik. 

 

-Ġlk addım kimi təhsil qanunu qəbul edildi.



 

-Həmin  təhsil  qanunundan  məqsəd  keçid  dövründə  təhsili  dağılmaqdan  saxlamaq,  tənəzzülün 

qarĢısını almaqdı. Bu, bir hissəydi. 

 

Ġkinci mərhələdə təhsilimiz milliləĢməliydi. Bununçün də gərək yeni dərsliklər buraxılaydı.



 

-BaĢqa sözlə, təhsilin məzmunu dəyiĢməliydi. 

 

-Bəli. Əvvəllər buraxılmıĢ kitablardan istifadə etmək olmazdı. "Moskvam, Qızıl meydanım" oxuyan 



Ģagird deyəcək ki, Moskva bizim qanımızı töküb, indi yenə Moskva əzbərləyək?! Köhnə məzmunu 

dəyiĢdirməkçün  hökmən  yeni  dərsliklər  yazılmalı  və  nəĢr  edilməliydi.  Bunlar  da  çoxlu  pul  tələb 

edirdi. Ümumilikdə təhsilə sanballı vəsait qoyulmalıydı. Siz özünüz deyirsiniz ki, bir ildə 80-dən 

artıq dərslik hazırladıq. 

 



-Bəli.  7  humanitar  fənn  üzrə  yeni  proqramlar  və  onların  əsasında  60-dan  çox  bütünlüklə  yeni 

dərslik yazdırdıq, ümumən götürdükdə isə bir ildə 90-a yaxın yeni dərslik hazırlatdıq. Amma bu 

iĢi görməyə pulu məhz Siz vermiĢdiniz. Yadınızdan çıxmayıbsa mən təhsil nazirinin müavini kimi 

Ģəxsən  Sizə  iki  dəfə  müraciət  edib  bir  dəfə  50  milyon,  ikinci  dəfəsə  60  milyon  -  üst-üstə  110 

milyon  manat  faizsiz  kredit  aldım  və  bu  vəsaitlə  həm  dərslikləri  yazdırdıq,  həm  yeni  və  güclü 

"Öyrətmən"  nəĢriyyatını  meydana  qoyduq,  həm  də  dərsliklərin  nəĢrindən  ötrü  kağız  aldıq, 

maddi-texniki  baza  yaratdıq.  Bütün  bunlar  Ģəxsən  Azərbaycan  prezidentinin,  yəni  Sizin  təhsilə 

ürək  yandırmanızın  sayəsində  mümkün  oldu.  Özü  də,  Siz  həmin  pulu  verəndə,  ilahi,  dövlət  nə 

qədər ehtiyac içindəydi! Bəy, bunu da Sizə xatırlatmaq istərdim ki, yeni proqram və dərsliklərin, 

xüsusən "Azərbaycan tarixi"nin yazılmasının gediĢiylə daim Ģəxsən maraqlanır, bir tarixçi kimi də 

öz tövsiyələrinizi bizdən əsirgəmirdiniz... 

 

-Axı  bu,  dövlətin  ən  mühüm  iĢiydi!  O,  bu  iĢi  hökmən  görməliydi.  Siz  də  sağ  olun  ki,  bizi 



tələsdirdiniz. 

 

-Nə  olsun  ki?  Biz  tələsdik  və  tələsdirdik,  ancaq  bizdən  sonra  təhsilə  yağı  malı  kimi  yanaĢdılar. 



Ġndi  maarif  sistemi  ağlar  gündədir.  Ġstər  orta,  istər  ali  məktəblərdə  dərs  keçilmir,  onların 

hamısında rüĢvət epidemiya kimi yayılıb. Hətta özəl məktəblər də rüĢvət mənbəyinə dönüb, onlar 

kommersiya  ocağına  çevrilib.  Yadınızdadırsa  özəl  məktəblər  ilk  dəfə  bizim  dövrümüzdə  qeydə 

alındı.  Onlardan  birinin  rektoru  bu  yaxınlarda  mənə  deyir  ki,  sizin  vaxtınızda  qeydiyyatdan  elə 

asan keçdim ki - nazir müavini Ədalət Rəhimli məndən qara qəpik də almadı - bu haqda onun 

yanında heç söz açmaq da olmazdı, ancaq BUNLAR məni soğan kimi soyublar, yenə də istəyirlər, 

daha gücüm çatmır, borc almalıyam... 

 

Yadınızdadırmı, Bəy, 1996-nın mayında Kələkidə mənə dediniz ki, Prezident fondunda mənim 10 



milyon dollar pulum vardı. Bilsəydim ki, belə iĢləyəcəksiniz, o pulu verərdim sizə?

 

-Bilsəydim  ki,  qəpik-qəpik  yığdığımız  həmin  pulun  aqibəti  belə  qurtaracaq,  o  10  milyon  dolları 



təhsil, mədəniyyət, elm və səhiyyə iĢçilərinə paylayardım ki, gedin, problemlərinizi həll edin.

 

Ümumiyyətlə,  təhsillə  məĢğul  olmağı  mən  ən  savab  iĢlərdən  sayıram.  Türkiyədəki  çıxıĢlarımın 



birində  demiĢdim  ki,  mən  bu  gün  prezident  olmasaydım  milli  eyitim  bakanı  -  maarif  naziri 

olardım. 

 

-Atatürk də belə demiĢdi.



 

-Bəli, əsas məsələ budur - maarifi olmayan ölkədə heç Ģeydən danıĢmağa dəyməz.

 

-Bəy,  sözünüzün  qüvvəti,  mən  1993-də  Türkiyədə  olarkən  dövlətin büdcəsiylə  maraqlandım  və 



yaxĢı mənada heyrətə gəldim - 64 trilyon lirə (onda 1 dollar 9 min lirəydi) təhsilə ayrılmıĢdı, 43 

trilyon  lirə  ölkənin  müdafiəsinə.  Deməli,  Türkiyə  dövləti  təhsili  hətta  müdafiədən  də  üstün 

tuturmuĢ! 

 

-Əlbəttə, millətin gələcəyini düĢünən dövlət məhz belə də etməlidir.



 

-

Biz  də  əslində  bu  yolu  tutmuĢduq.  Təhsil  qanununa  əsasən,  bu  sahəyə  dövlət  əməlli-baĢlı 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə