Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə63/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   59   60   61   62   63   64   65   66   ...   191

tarixli  bəyanatında  göstərilirdi  ki,  universitetdə  yaradılmıĢ  tətil  komitəsi  əmək  haqqının, 

təqaüdlərin  5  DƏFƏ  (!)  artırılmasını  tələb  edir.  ġöbə  bildirirdi  ki,  bu,  Ağdamın  təhvil  verilməsi 

Ģayiələrinin,  Xızı  rayonunda  əbdülçülərin  qiyamının,  Ģəhid  dəfnlərindən  siyasi  məqsədlərçün 

istifadə  edilməsi  cəhdinin  (cənazəni  bütün  Ģəhərdə  gəzdirərək  ġəhidlər  xiyabanına  gətirməklə 

"oğullarımızı qırdıran" hakimiyyətə qarĢı əhalidə narazılıq yaratmaq istəyirdilər) tərkib hissəsidir. 

Gürcüstan  prezidenti  Zviad  Qamsaxurdia  artıq  bu  vaxt  hakimiyyətdən  devrilmiĢdi.  Rusiyaya 

kəskin  nifrət  bəsləyən,  prezidentliyi  dövründə  Rusiya  rəhbərliyiylə  hətta  telefonla  belə 

danıĢmayan  Qamsaxurdia  ölkədən  qovuldu,  öncə  Gəncəyə  gəldi,  oradan  da  Ermənistana  və 

Çeçenistana getdi. Gürcü liderinin acı taleyi və Azərbaycanda cücərtiləri görünən iğtiĢaĢ ünsürləri 

prezident  Elçibəyi  də  istər-istəməz  ehtiyatlı  olmağa  sövq  edirdi.  Təsadüfi  deyil  ki,  məhz  bu 

günlərdə Ayaz Mütəllibov da Azərbaycana "qayıtmaq istədiyini" bəyan etmiĢdi... 

"SĠLAHA SARILIB DAHA ÖZ KRESLOMU QORUMAYACAĞAM" 

Krasnodarda  çıxan  "Vsyakaya  vsyaçina"  qəzetinin  müxbiri  Yelena  Semençenko  Əbülfəz  bəy 

haqqında  təqdimatla  birgə  ondan  avqustda  götürdüyü  müsahibəni  də  öz  qəzetlərində  dərc 

etdirib. 22 sentyabrda "Həyat" qəzeti həmin yazının tərcüməsini Azərbaycan oxucularına çatdırdı. 

Y.Semençenkonun qeydləri Bəyə kənardan baxıĢ kimi çox maraqlıdır. O yazır: 

"Elçibəy isə bir çox 

rusiyalılar üçün hələlik bir müəmmadır. Ekranda nadir hallarda görünür, mətbuatda da ara-sıra 

çıxıĢ edir. Müsahibə verməyi sevmir (bu fikir doğru deyil - Ə.T.). Azərbaycanda onu ġərq üçün 

qeyri-adi  lider  sayır  və  inanırlar  ki,  o,  respublikanı  bu  qarmaqarıĢıqlıqdan,  hərc-mərclikdən 

çıxaracaqdır".

 

Bəyin  "qılığına  girməyi"  bacarmıĢ  usta  müxbir  söhbətdaĢını  ürəyindəki  ən  həssas  duyğuları  da 



dilə gətirməyə məcbur edib. O, prezidentin 25 min manat maaĢ aldığını yazdıqdan sonra Bəyin 

öz sözlərini çatdırır: "Xalqın qarĢısında hətta xəcalət çəkirəm. Belə çıxır ki, bu gün mən yağ-bal 

içindəyəm,  hər  Ģeylə  təmin  edilmiĢəm,  Azərbaycan  xalqının  əksəriyyəti  isə  hələ  yoxsul  yaĢayır. 

Elə ailələr var ki, bir tikə çörək tapa bilmir - bax, bu, mənəvi cəhətdən az qalır məni öldürsün". 

Bu  sözlər  özünü  krasnodarlılara  sevdirməyə,  təbliğat  məqsədiylə  özünü  mələk  qiyafəsində 

tanıtdırmağa can atan bir adamın deyil, saf insani duyğularını hətta prezidentliyin belə korĢalda 

bilmədiyi,  heç  vaxt  rola  girməyi  sevməyən  və  olduğu  kimi  görünməyə  çalıĢan  əsl  Elçibəyin  ən 

səmimi düĢüncələrinin ifadəsidir! 

Ölkənin ictimai-siyasi durumuna toxunan prezident müxbirə deyir: "Hələ bu yaxınlaradək Bakının 

və  baĢqa  Ģəhərlərin  küçələrində  açıq  döyüĢlər  gedirdi.  Adamlar  gündüzlər  evdən  çıxmağa  və 

gecələr yerinə girib yatmağa qorxurdular. ...Lakin biz bu qarmaqarıĢıqlıqdan çıxdıq. Bütövlükdə 

Azərbaycan üzrə vəziyyət sabitləĢir". 

Yeni  hakimiyyətin  gördüyü  baĢqa  iĢlərdən  də  söz  açan  Bəy  göstərir  ki,  yarım  milyona  yaxın 

qaçqının  durumu  da  yavaĢ-yavaĢ  qaydasına  düĢür.  Ġqtisadiyyat,  mədəniyyət  və  hərbi  sahədə 

durğunluq yaranmıĢdı və biz tənəzzülü dayandırdıq. 



Hakimiyyətə  gələndən  bəri  bir  neçə  islahat  keçirildiyini,  qanunlar  qəbul  edildiyini  göz  önünə 

qoyan,  "beĢ  il  tələbə  oldum,  bu  beĢ  ildə  əynim  nə  palto  gördü,  nə  də  plaĢ"  deyə  tələbəliyini 

xatırlayan  Əbülfəz  bəy  təhsil  sahəsindəki  islahatlardan,  testin  tətbiq  ediləcəyindən  də  umudla 

danıĢır. 

Elçibəyin  sevimli  rəqəminin  13  olduğunu,  onun  qara  piĢiklərə  məftunluğunu  (hətta  yolunun 

üstünə  çıxanda  da)  oxucuya  çatdıran  rusiyalı  müxbir,  hakimiyyətinə  qarĢı  törənə  biləcək  nəhs 

gözləntilərə Bəyin münasibətini öyrənmək istərkən bu cavabı eĢidir: 

"Lakin xalq (bir yığın qəsdçi 

yox,  məhz  Azərbaycan  xalqı)  məndən  ümidini  kəssə,  silaha  sarılıb  daha  öz  kreslomu 

qorumayacağam".

 

4 iyundan sonra, doğrudan da, öz kreslosunu qorumaqçün silaha sarılmaqdan vaz keçərək onu 



təhvil verməyi üstün tutan Bəy bu addımı atmasının səbəbini, görünür, hələ təxminən 10 ay öncə 

söylədiyi  bu  cümləylə  açıqlayıb.  Deməli,  4  iyunda  o,  hesab  edibmiĢ  ki,  xalq  ondan  umudunu 

kəsərək  gözlərini  baĢqa  adama  dikib,  buna  görə  də  xalqı  həmin  adamla  baĢ-baĢa  buraxaraq 

hakimiyyəti döyüĢsüz təslim edib. 

"Həyat"  qəzetinin  22  sentyabr  tarixli  nömrəsində  Rusiyanın  aparıcı  jurnalistlərinin  Elçibəy 

hakimiyyətinin 100 günü ərəfəsində bu qəzetin müxbirinə söylədikləri fikirlər dərc edilib. Bir az 

öncə  Bakıda  prezidentin  qəbul  etdiyi  bu  adamların  Bəy  və  ozamankı  Azərbaycan  haqqında 

düĢüncələri çox maraqlıdır. 

"Pravda"nın  baĢ  redaktoru  (indi  Dumanın  sədri)  G.Seleznyov  bildirir: 

"Ölkənizdə  ictimai 

vəziyyətin sabitləĢməsini inkar etmək mümkün deyil".

 

"Komsomolskaya pravda"nın baĢ redaktoru V.Fronin: 



"...Elçibəyin Ģəxsiyyəti çox cəlbedicidir. [...] 

Onun  əsl  demokrat  mövqeyi,  öz  qüvvəsinə  inamı  açıqca  hiss  olunur.  Bilmirəm  siz 

duymusunuzmu? Bu, GÜCLÜ ĠNSANIN mövqeyidir. O, öz XALQINA GÜVƏNĠR və belə bir dayağa 

görə çox arxayındır". "Elçibəy etiraf etdi ki, özünü hələ tam prezident kimi hiss etmir"

. (Sonuncu 

cümləyə tamamilə təbii yanaĢmaq gərəkdir - hər hansı Ģəxsin özünü tam prezident kimi hiss edə 

bilməsinə, baĢqa sözlə, hakimiyyətə tam yiyələnməsinə xeyli vaxt gərəkdir). 

"Ostankino"  teleĢirkətində  "Siyasət"  studiyasının  direktor  müavini  A.Skryabin  hesab  edir  ki, 

prezidentin yüzgünlük fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzunun qalxmasına imkan verib və 

indi Azərbaycan dünya ictimaiyyətinin nəzərində layiqli yer tutur. 

"Moskovskiye  novosti"  qəzetinin  baĢ  redaktoru  L.Karpinskinin  fikrincə, 

"ən  maraqlı  yenilik 

Azərbaycan prezidentinin obrazıdır. O dəqiqə görünür ki, o, ƏSL ZĠYALIDIR və əsl ziyalı kimi də, 

zənnimcə, BĠR AZ ĠDEALĠSTDĠR"

Rusiya  jurnalistlərinin  SĠYASƏTÇĠ  Elçibəyə  ümumən  ehtiyatlı  yanaĢmaları  "Trud"  qəzetinin  baĢ 



redaktoru A.Potapovun sözlərində daha qabarıq gözə çarpır: 

"Özü demiĢkən, hələ bütün hallarda 

özünü prezident kimi hiss etmir. [...] O, HƏR ġEYĠ SĠVĠLĠZASĠYALI METODLARLA HƏLL ETMƏK 

niyyətindədir.  Bilmirəm,  siyasi  xadim  kimi  o,  buna  necə  nail  olacaq?  Bu  yol  siyasətdə  həmiĢə 

gözlənilmir"

. Ancaq, öz aramızdır, A.Potapov uzaqgörən adammıĢ... 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə