Sərəncamın çıxarılmasından sonrasa onlar yeganə xilas vasitəsinin bu hakimiyyətin özündən
qurtulmaqda olduğunu düĢünərək "xilaskar" axtarmağa baĢladılar və tapdılar da.
Pənah Hüseynov deyir:
"Artıq avqustun axırı - sentyabrın əvvəllərindən (1992 - red.) S.Hüseynov
problemi üzərində iĢləməyə baĢladıq. [...] Artıq məlumatlar daxil olmağa baĢlayırdı ki, hərbi
hissələrə MTN iĢçiləri buraxılmır. ORDU NƏZARƏTDƏ DEYĠLDĠ. Çox böyük çətinliklə prezident
yanında Xüsusi Ġdarəni yarada bildik. [...] Sentyabrın əvvəllərində S.Hüseynovla, demək olar, ilk
münaqiĢə baĢ vermiĢ oldu. Vertolyotçularla bağlı hadisə, Xüsusi Ġdarənin əməkdaĢının döyülməsi
faktı və baĢqa bu cür hadisələr, təkrar edirəm, onun orduya nəzarətdən gec də olsa
uzaqlaĢdırılması zərurətini ortaya çıxarmıĢdı. [...] Eyni zamanda, R.Qazıyevlə S.Hüseynovun bir
tandem Ģəklində saxlanması bizim əsas səhvlərimizdən idi"
("Yeni Müsavat", 14.04.1999).
Seçdiyi gerçək müstəqillik yolunda heç nədən və heç kimdən çəkinməyərək inadla yürüyən Bəy
ölkənin sarsıntılardan çıxarılmasında Qarabağ düyününün çözülməsinin həlledici rol oynayacağını
bildiyinə görə bu məsələnin həlli üzərində daha çox baĢ sındırırdı. 6 avqustda ATƏM-in Romada
keçirilən fövqəladə görüĢünün iĢtirakçıları münaqiĢə edən tərəfləri: Ermənistanı və Azərbaycanı
atəĢi 60 gün müddətinə dayandırmağa çağıran müraciət qəbul etdilər. Bütün avqust ayı boyunca
Tərtər, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Gədəbəy, Qazax, Ağstafa, Ağdam və Naxçıvanda
ermənilərlə uğurla vuruĢan Azərbaycan məsələni hələ heç müzakirə etməyə baĢlamamıĢdı ki,
ertəsi gün - 7 avqustda Ermənistan XĠN tez-tələsik bəyanat yayaraq Azərbaycan tərəfini sülh
danıĢıqlarına getməməkdə və Ermənistan-Azərbaycan münaqiĢəsi zonasında döyüĢ
əməliyyatlarını gücləndirməkdə suçlandırdı. Azərbaycan XĠN öz cavab bəyanatında bu gediĢi
"siyasi iftira" adlandırdı.
Özünün gündəlik iĢində hərbi quruculuğa daim geniĢ yer ayıran prezident "Azərbaycan
Respublikası vətəndaĢlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında
əsasnamə"ni fərmanla təsdiq etdikdən (31 iyul 1992) bir həftə sonra yerlərdə müdafiə
məsələlərinin həlli qaydasını təkmilləĢdirməkçün "Ərazi müdafiə qərargahlarının yaradılması
haqqında" da fərman verdi (7 avqust). Bəyin göstəriĢiylə Rusiya Federasiyası və Azərbaycan
Respublikası arasında aparılan danıĢıqların (danıĢıqları səfirlər Valter ġoniya və Hikmət Hacızadə
aparırdılar) nəticəsində 7 avqustda Moskvada "Azərbaycan Respublikası ərazisində yerləĢən
Rusiya Federasiyası sərhəd qoĢunlarının müvəqqəti statusu və fəaliyyət mexanizmi haqqında"
saziĢ paraflandı. Rusiyayla keçmiĢ Sovet Ġttifaqının subyektlərindən biri arasında sərhədlər
haqqında əldə edilmiĢ bu ilk saziĢdə Rusiya Federasiyası sərhəd qoĢunlarının Azərbaycan
Respublikası ərazisindən bütünlüklə çıxarılmasıyçün keçid dövrü nəzərdə tutulurdu. Hər iki tərəfin
razılığıyla dövlət sərhədinin mühafizəsinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının prezidenti
həyata keçirəcəkdi. Bu, Bəyin Azərbaycanın müstəqilliyi yolunda qazandığı növbəti uğuruydu.
Azərbaycan diplomatik fəallığı daha da gücləndirməyə baĢlamıĢdı. Xarici iĢlər naziri Tofiq
Qasımov avqustun baĢlanğıcında Türkiyəyə etdiyi ilk səfərindən sonra üç gün də (18-20 avqust)
Ġranda olaraq mühüm danıĢıqlar apardı.
Xarici dövlətlərlə hər sahədə müstəqil ikitərəfli əlaqələrin geniĢləndirilməsinə üstünlük verən Bəy
6 avqustda Bremen'in (Almaniya) limanlar, gəmiçilik və xarici ticarət üzrə senatoru Uve
Bekmeyerin baĢçılığı altındakı nümayəndə heyətini qəbul etdi. Bu gəliĢdə hər iki tərəfçün
qarĢılıqlı faydalı danıĢıqlar aparıldı.
ƏLƏKRƏM HÜMMƏTOVUN XƏBƏRĠ YOXMUġ...
Elçibəy iqtidarına asi olanların böyük əksəriyyəti umudla Naxçıvana üz tutdu. Bu hakimiyyətin
devrilməsinə öz "töhfə"sini vermiĢ və xidmətlərinə görə Ali Sovetin sədrliyi vəzifəsiylə
mükafatlandırılmıĢ Rəsul Quluyev spikerlikdən uzaqlaĢdırıldıqdan sonra Heydər Əliyevi "ilk
milli-demokratik hakimiyyətə qarĢı qeyri-sivil mübarizəni maliyyələĢdirməkdə" ittiham etdi. Onun
respublika prokurorluğuna göndərdiyi rəsmi ittihamnamədə göstərilir ki,
H.Əliyev Naxçıvan Ali
Məclisinin sədri olarkən 4 mart 1992-də Bakıdan heç bir icazə almadan sanki müstəqil dövlətin
baĢçısıymıĢ kimi Türkiyə Cümhuriyyətinə gedərək Türk-Naxçıvan Bankının açılması haqqında
saziĢ imzalayıb və Ali Məclisdəki 35 nəfərlik Demokratik blok üzvlərinin ciddi tələblərinə
baxmayaraq bankın nizamnaməsinin və saziĢin xalqdan gizli saxlanılmasına nail olub. SaziĢdə
Türkiyə tərəfi Naxçıvana köməkçün 100 milyon dollarlıq güzəĢtli kredit ayırmağı öhdəsinə
götürüb; həmin məbləğin 25 milyonu ərzaq alınmasına sərf edilməli, qalanısa texniki kredit kimi
alınmalıydı. R.Quluyevin sözlərinə görə, H.Əliyev 25 milyon dollarlıq ərzağın cüzi bir hissəsini
Naxçıvan əhalisinə sərf etdi, "qalan böyük bir hissəsini mənimsəyərək ilk milli-demokratik
hakimiyyətə qarĢı qeyri-sivil mübarizəni maliyyələĢmə mənbəyinə çevirdi".
H.Əliyevin 16 avqust 1992-də Ġran prezidenti Əliəkbər HaĢimi-Rəfsəncaninin göndərdiyi Ģəxsi
təyyarəylə Tehrana rəsmi səfərə getməsini də "səlahiyyət həddinin aĢılması, ölkənin Konstitusiya
qaydalarına qiyam qaldırılması" sayan R.Quluyev bildirir ki, Ġrandan Naxçıvana qaz kəməri
çəkilməsinin müzakirəsi kimi təqdim edilən bu səfərin əsl məqsədi hakimiyyət uğrunda
mübarizədə Ġranın dəstəyini qazanmaqdan ibarətmiĢ; sonralar Təbriz-Culfa qaz kəmərinin nəinki
çəkilməməsi, hətta bu haqda söhbətin də unudulması bunu təsdiqləyir. KeçmiĢ spiker bəyan edir
ki, H.Əliyev "Ġran tərəfinə hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Konstitusiyasına islam
dininin xüsusi statusu haqqında maddə salınacağını, beynəlxalq neft kontraktlarında Ġranın geniĢ
təmsilçiliyinə yol açacağını vəd edibmiĢ".
Əlbəttə, bu ittihamların hər biri ciddi həqiqət süzgəcindən keçirilməlidir. Ancaq, hər halda, bu
fikirləri bir vaxt Heydər Əliyevin sağ əli olmuĢ Ģəxsin söyləməsi onların ciddiliyinə inam yaradır.
Ən maraqlısı budur ki, tezliklə Azərbaycanın həm içində, həm də çölündə təxminən 4 iyun
öncəsinə bənzər hadisələr cücərməyə baĢladı. Avqustun 17-sində Milli Ordunun Lənkərandakı
hissəsindən bir qrup əsgər silahla icra hakimiyyətinin üstünə gələrək binanı mühasirəyə aldı. Ġcra
hakimiyyətinin 40 iĢçisi əhaliyə bununla bağlı müraciət etdi. Həmin müraciətdə oxuyuruq: "Hərbi
hissənin komandiri Ələkrəm Hümmətov bu aksiyanın hazırlanmasından bixəbər olduğunu
bildirmiĢdir".
21 avqustda Güzdək yaxınlığındakı hərbi anbarlarda güclü partlayıĢ baĢ verdi. Bu hadisənin
nədən doğduğunu deyə bilməsək də xatırladım ki, avqustun 24-ündə Rusiyanın 4-üncü
ordusunun son alayı və komandanı Azərbaycanı tərk etdi, ancaq Rusiyayla bağlanmıĢ müqaviləyə
görə, ordu hissələri 1994-ün 1 avqustunadək mərhələlərlə çıxarılmalıydı.