Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə42/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   38   39   40   41   42   43   44   45   ...   191

imtahan verərək tələbə adını qazanması testin ilk ciddi və uğurlu sınağı oldu.   

ARTIRMA 

"O zaman rəhmətlik Turqut Özalla söhbət etdik, mənə söz verdi ki, Türkiyə hər il Azərbaycandan 

2 min tələbə götürəcək və onların bütün təhsil xərclərini ödəyəcək. Əgər biz beĢ il hakimiyyətdə 

qalsaydıq bu, 10 min tələbə edəcəkdi. Ancaq bizdən sonra bunun üstündə durmadılar, hər Ģey 

pozuldu,  yarımçıq  qaldı.  Bizdən  sonrakıların  siyasətinin  ən  mənfur  cəhətləridən  birisi  o  oldu ki, 

özümüzdə  neyləmiĢdi  cəhənnəmə,  gərək  Türkiyənin  yaratdığı  Ģəraiti  dağıtmayaydı;  həmin 

həqiqətən  qardaĢlıq  yardımından  istifadə  etməklə  gələcək  çatıĢmazlıqları  aradan  götürməkdən 

ötrü  böyük  kadr  potensialı,  kadr  ehtiyatı  yarada  bilərdik.  Bu  da  xəyanətin  bir  üzüdür". 

(

Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən.



 - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.90).   

Artıq  21  iyulda  prezident  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyasını  yaratdı.  Qərara  alındı  ki, 

1992-ci  ilin  Azərbaycan  üzrə  tələbə  qəbulu  hökmən  testlə  keçirilsin.  Prezident  Aparatında  11 

iyuldakı müĢavirənin baĢlıca mövzusu bu məsələ oldu. Bildirildi ki, imtahanlarçün sənədlər iyulun 

son günlərindən götürüləcək, dərslərsə 1 oktyabrda baĢlayacaq. 

Ölkənin  demokratik  inkiĢafını  təmin  etməkçün  prezident  hakimiyyətlər  bölgüsünü 

formalaĢdırmağı zəruri sayırdı. Ġcraedici orqan keçid dövrünün baĢlıca ağırlıqlarını öz çiyinlərinə 

götürmüĢdü.  Ali  Sovet  (Milli  Məclis)  tam  müstəqil  Ģəkildə  qanunvericiliklə  məĢğul  olur,  Ali 

Məhkəmə  də  müstəqil  Ģəkildə  -  icraedici və  qanunverici orqanların  heç bir müdaxiləsi olmadan 

məhkəmə  sisteminin  müstəqilliyini nümayiĢ  etdirirdi.  Təbii  ki, bu amil ölkədə  ədalətin və  güclü 

hakimiyyətin yaradılmasında müstəsna əhəmiyyətə malikdi.   

Yeni dövlət  quruculuğu, hakimiyyət  bölgüsü  haqqında prezident belə  düĢünürdü: 

"Bilirsiniz,  bir 

var ki, gəlib boĢ yerdə dövlət qurasan - o, çox asandır, bir də var ki, dövlət xarabalarını dağıdıb 

yerində  yeni  dövlət  yaradasan  -  o,  çox  çətindir,  çünki  köhnəni  dağıtmalısan;  elə  yerlər  var  ki, 

betonlaĢmıĢ, sementləĢmiĢdir, onu asanlıqla dağıtmaq olmur. Biz nədən baĢladıq? 

 

Birinci,  çalıĢdıq  ki,  yuxarı  -  parlament  demokratik  olsun.  Bunu  Ġsa  bəyə  tapĢırdıq.  Xalq  gözəl 



görürdü ki, bütün müzakirələrin hamısı televiziyada göstərilir. Bizim parlamentə qədər gediĢatın 

hamısının xalqa çatdırıldığı parlament olmayıb...

 

Bəli, parlamentimiz tam demokratikdi. Orada xalqa əməlli-baĢlı demokratiya dərsi keçilirdi.



 

Ġkincisi,  icraedici  orqanlarda  qayda  yaratmağa  giriĢdik.  Hər  Ģeydən  öncə  Prezident  Aparatını 

demokratikləĢdirməyə baĢladıq. Bura gələn adamın heç birini geri qaytarmırdıq - kim olur-olsun, 

nə  deyir-desin.  Məktub  göndərənlər  cavab  alırdılar.  ġikayətçiləri  yüksək  vəzifəli  səlahiyyətli 

Ģəxslər dinləyirdi, yalnız prezidentin yanına getməyə israr edənləri özüm qəbul edirdim. 

 

Biz  orada  iĢləyənlərə  öyrətdik  ki,  xalqla  həssas  davranacaqsınız,  qapılarımız  heç  zaman  xalqın 



üzünə bağlanmayacaq. Beləliklə, aparat baĢladı xalqla yaxın ünsiyyətdə iĢləməyə.

 

Mən  prezidentdim.  Xalqın  narahatlığını  duyanda  kabinetimdə  rahat  otura  bilmirdim.  Çox  vaxt 



eĢidirdim  ki,  qıĢqırırlar:  "Elçibəy",  "Elçibəy".  Məni  görmək  istəyirlər.  RazılaĢıram  ki,  yaxĢı,  100 


nəfərsiniz, 5 nəfər gəlsin, görüĢək. Deyirlər ki, yox, yüzümüz də gələcəyik, çıx, bizim qarĢımızda 

danıĢ (öz aramızdır, bizə əməlli-baĢlı ərk edirdilər). Mən də onlarla görüĢürdüm. Çox vaxt belə 

olurdu. 

 

Daha sonra baĢladıq idarəetmə orqanlarını qaydaya salmağa. Bir çox zəruri komitələr, Ģirkətlər 



yaratdıq,  bəzi  gərəksiz  qurumları  da  ixtisar  etdik.  Məsələn,  Kənd  Təsərrüfatı  və  Ərzaq  Nazirliyi 

sistemində 60-dan çox institut vardı. Çoxunu rüĢvətçün düzəldiblər ki, yeyib-dağıtsınlar. Bunları 

seçmək, tələbata uyğun hala salmaq özü bir ciddi problemdi! 

 

Dövlət aparatında diktatura sistemini dağıtmaqçün müəssisələrə, onların rəhbərlərinə sərbəstlik 



vermək  lazımdı.  Biz  məhz  bu  yolu  tutduq.  Hər  müəssisənin  öz  əsasnaməsini  hazırladıb,  yaxud 

yenidən  iĢlədib  ona  uyğun  iĢləməyi  tələb  edirdik.  çalıĢırdıq  ki,  müəssisələr  böyük  piramidanın 

içində qalıb çabalamasın. 

 

Biz  hakimiyyətin  3  yerə  bölünməsini  gerçəkləĢdirməyə  çalıĢırdıq.  Bunun  artıq  ciddi  özülü 



qoyulmuĢdu.  Prezident  Aparatı  müstəqilləĢirdi,  bunu  hamı  görürdü.  Milli  Məclis  də  müstəqildi. 

Prezident  Aparatından,  məsələn,  hər  hansı  bir  sənəd  gəlir,  parlament  qəbul  eləmir,  qaytarır 

üstümüzə. Biz təzədən iĢləyirik, bir də qaytarırıq ora. Parlamentdə prezident tənqid edilirdi, buna 

heç  kim  bir  söz  demirdi.  Bir  çox  hallarda  prezident  oraya  birbaĢa  mübahisəyə  gedirdi... 

Üçüncüsü, məhkəmə hakimiyyəti - o da müstəqil olacaqdı. Tahir Kərimlini Ali Məhkəmənin sədri 

qoymuĢduq. Desin görək ya Prezident Aparatından, ya da Milli Məclisdən olan təzyiqlə nə vaxt 

bir hökm çıxarıb. Əksinə, məhkəmələr, bizim orqanların iĢdən kənarlaĢdırdığı adamları iĢə bərpa 

etməklə məĢğuldu"

. (

Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 



1999, s.32-33

).  


Dövlətin  geridönməz  müstəqilliyinin  təmin  edilməsini  Ģərtləndirən  baĢqa  amillər  içərisində  yeni 

dövlət  institutlarının  yaradılması,  əlbəttə,  ən  zəruri  məsələlərdəndi.  Bu  sahədə  ağırlıq  mərkəzi 

Ģəxsən prezidentin öz üzərinə düĢürdü. Bəyin fərmanlarıyla qısa zaman içərisində bir çox mühüm 

dövlət  qurumları  yaradıldı;  məsələn:  Azərbaycan  Dövlət  Balıqçılıq Təsərrüfatı  Konserni  (7  iyul), 

Milli  Ləl-Cəvahirat  Fondu  (16  iyul),  Azərbaycan  Dövlət  Torpaq  Komitəsi,  AR-nın  prezidenti 

yanında Xüsusi Ġdarə (17 iyul 1992). 

Elçibəy hakimiyyətinin ayağı sayalı oldu - hər sahədə olduğu kimi idmanda da dalbadal ürəkaçan 

xəbərlər  gəlməyə  baĢladı.  Məsələn,  Duysburq  Ģəhərində  18  yaĢlı  qızlar  arasında  Ģahmat  üzrə 

dünya  çempionatında  dünya  çempionu  olmuĢ  (15  iyul)  Gəncə  məktəblisi  Ġlhamə  Qədimovadan 

sonra 10 yaĢlı Qax yetiĢdirməsi Pərvanə Ġsmayılova da dünya çempionu adını qazandı (16 iyul). 

Prezident  onları  və  beynəlxalq  yarıĢlarda  fərqlənmiĢ  baĢqa  idmançıları  qəbul  edərək  (20  iyul) 

onlara uğur dilədi və milli idmanımızın da inkiĢafına yardım göstərəcəyini bildirdi.   

Bəy  xarici  dövlətlərlə  iqtisadi  əməkdaĢlığın  geniĢləndirilməsini,  ölkəmizə  xarici  yatırımların  cəlb 

edilməsini  iqtisadi  yüksəliĢimizin  stimulu  saydığına  görə  bu  sahəyə  xüsusi  diqqət  yetirirdi.  22 

iyulda Ġtaliyanın "Teknimont" firmasıyla Sumqayıtın "Sintezkauçuk" Ġstehsalat Birliyi arasında 150 

milyon  dollarlıq  saziĢin  bağlanması  ölkə  rəhbərliyinin  belə  təĢəbbüsləri  həvəsləndirməsinin 

nəticəsiydi. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə