Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə41/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   37   38   39   40   41   42   43   44   ...   191

Dinc  həlletmə  yolları  çətin  olmasına  baxmayaraq  ATƏM-in  prinsipləri  kimi  onun  da  alternativi 

yoxdur. 


 

Ümidvaram ki, biz bu münaqiĢəni həll edə biləcəyik və o vaxt "Zaqafqaziya" sözü artıq təhlükə, 

əzab  və  ağrı  rəmzi kimi səslənməyəcək.  Bu  səfalı oba sülh  regionu və  Avropa sabitliyi  yeri ola 

bilər və inanıram ki, olacaq. 

 

Zaqafqaziya öz qonaqpərvərliyi ilə məĢhurdur. Lakin burada - Helsinkidə mən bizə layiqli rəqibin 



meydana  çıxdığının  Ģahidi  oldum.  Mən  bu  ecazkar  ölkəyə  və  onun  mehriban  xalqına 

minnətdaram. Bu görüĢün səmimiyyətini mən daim qəlbimdə saxlayacağam.

 

Diqqətinizə görə təĢəkkür edirəm!".



 

Doğma  dilini  dünya  məclislərinin  ünsiyyət  vasitəsinə  çevirməyə  çalıĢması  Bəyin  prezidentliyi 

dövrünün  ən  Ģərəfli səhifələrindən  biri olaraq qalacaq!  Sonralar  -  23  avqustda  Bəy  Azərbaycan 

televiziyasında  öz  vətəndaĢına  bunları  söyləyəcəkdi: 

"...Belə  böyük  beynəlxalq  təĢkilatda, 

beynəlxalq cəmiyyətdə Azərbaycan dilində ilk dəfə danıĢılmıĢdır. [...] Helsinkidə türk dilində (bu 

çıxıĢ edilən vaxt "türk dili" dövlət dilinin adı olaraq hələ rəsmən qəbul edilməmiĢdi - Ə.T.) ilk dəfə 

Azərbaycan  nümayəndəsi  çıxıĢ  etmiĢdir.  Bu,  böyük  irəliləyiĢdir,  Azərbaycan  dilini  yüksəkliyə 

qaldırmaqdır. Həmin çıxıĢdan sonra Türkiyənin dövlət xadimləri mənə yaxınlaĢıb dedilər ki, bəli, 

Azərbaycan  dili  böyük  kürsüdən  ləyaqətlə  ucaldı.  KaĢ  o  gün  olaydı  ki,  bizim  də  baĢçılarımız 

burada  öz  ana  dilində  danıĢsınlar.  Ġlk  dəfə  olaraq  biz  həmin  təĢkilata  məktub  yazdıq,  ALTI 

DÖVLƏT QOL ÇƏKĠB XAHĠġ ETDĠ ki, Azərbaycan dili, türk dili bu təĢkilatın iĢlək dilinə çevrilsin".

 

Xatırladım ki, bəzi opponentləri (məsələn, Etibar Məmmədov) Elçibəyin Helsinkidə ana dilimizdə 



danıĢmasına irad tutmuĢdular ki, prezident düz etməyib - bu dil ATƏM-in rəsmi dili deyil. Əslində 

həm  də  onlara  cavab  olaraq  Bəy  bildirdi: 

"Sentyabrın  23-də  BirləĢmiĢ  Millətlər  TəĢkilatının 

sessiyası açılacaqdır,  [...] Azərbaycan  dövlət  baĢçısı orada ilk dəfə  çıxıĢ edəcəkdir və  Ģəksiz ki, 

orada da mən YENƏ ÖZ DĠLĠMĠZDƏ danıĢacağam. ÇALIġACAĞAM KĠ, ingilis dili, ispan dili, rus 

dili, ərəb dili BMT-də iĢlək dillər olduğu kimi, 200 MĠLYONLUQ TÜRK XALQLARININ DANIġDIĞI 

TÜRK DĠLĠ DƏ BMT-nin ĠġLƏK DĠLĠNƏ ÇEVRĠLSĠN".

 

ġəxsən  mənim  fikrimcə,  Bəyin  ana  dilini  bu  cür  cəsarətlə  təbliğ  etməyə  baĢlaması 



Azərbaycançün,  onun  ATƏM-in  Yekun  sənədini  imzalamasından  heç  də  az  önəmli  deyildi  -  bu, 

Azərbaycanın  gerçəkdən  də  milli  əsarət  buxovlarını  heç  nədən  və  heç  kimdən  çəkinməyərək 

qırdığını göstərən çox mühüm mənəvi-psixoloji amildi. Vücudunun ən kiçik hüceyrələrinə də milli 

duyğular hopmuĢ Bəyin ana dilini milli qeyrətin göstəricisi kimi dövlət səviyyəsində qoruması bu 

dilin  ölkənin  bütün  idarə  və  müəssisələrində  görünməmiĢ  sürətlə  tətbiqinə  səbəb  oldu.  Artıq 

rusdilli  soydaĢlarımız  da  ana  dilini  öyrənməyin  qaçılmazlığını  anlayaraq  müəllim  tutur,  ya  da 

açılmıĢ çoxsaylı dil kurslarında dövlət dilinə (eləcə də latın əlifbasına) yiyələnirdilər. Prezidentin 

və onun komandasının Ģəxsi nümunəsi ən kiçik məmuru da bu dilə hörmətlə yanaĢmağa vadar 

edirdi.  Ölkənin paytaxtından  tutmuĢ  heç bir  iri  Ģəhərlərinin  küçələrində  baĢqa  dildə  reklamlara, 

danıĢığa,  dövlət  idarələrində  baĢqa  dildə  yazıĢmalara  rast  gəlmək  mümkün  deyildi  -  bu  hal 

müstəqilliyimizin  təhqir  edilməsi  kimi  dəyərləndirilirdi.  (Aradan  neçə  illər  keçəndən  sonra 



müstəqil  Azərbaycanda  rus  dilinin  1970-80-ci  illərdə  olduğu  kimi yenidən  bərpa  ediləcəyi  onda 

kimin ağlına gələ bilərdi?!.). 

Onu  da  göstərim  ki,  bundan  öncə  Türkiyədə  olduğu  kimi  Helsinkidə  də  Əbülfəz  Elçibəyə 

demokrat  bir  prezident  kimi  hamı,  eləcə  də  ABġ  prezidenti  Corc  BuĢ  dərin  sayğıyla  yanaĢırdı. 

Bunu Bəyin cangüdəni Ġlqar Qədirquluyevin mənə söylədikləri də təsdiqləyir: 

"ABġ  prezidenti  Corc  BuĢun  Əbülfəz  bəyə  münasibəti  çox  yaxĢıydı,  çünki  onu  əsl  demokratik 

yolla  seçilmiĢ  prezident  (bu  sözü  Qafqazın  baĢqa  prezidentləri  haqqında  demək  çətindi)  və  əsl 

demokrat,  sözünün  ağası  olan  nəcib  bir  insan  kimi  tanıyırdı.  ATƏM-in  zirvə  toplantısı  keçirilən 

zala  biz  mühafizəçiləri  buraxmasalar  da  mən  gördüm  ki,  zala  daxil  olanda  BuĢ  Bəyin  qoluna 

girərək onunla söhbət etməyə baĢladı. 

 

Bir  çoxları  demokrat  kimi  görünməkçün  Elçibəyin  yanında  olmağa,  onunla  söhbətləĢməyə  və 



bununla baĢqalarının diqqətini cəlb etməyə çalıĢırdı. Onlardan biri də Özbəkistan prezidenti Ġslam 

Kərimovdu.  Sammitin  sonunda  bütün  prezidentlər  və  baĢqa  dövlət  baĢçıları  birgə  xatirə  Ģəkli 

çəkdirəndə  Kərimov  çox  çalıĢdı  ki,  məhz  Elçibəylə  yanbayan  dayansın,  ancaq  Bəy  israrla  bu 

"qonĢuluq"dan qaçırdı. Bu zaman Norveçin baĢ naziri xanım Qro Harlem Brundtlandı Allah sanki 

göydən zənbillə saldı - yaxınlaĢıb Bəylə görüĢdü, bundan sonra Bəy onu yanında saxladı və Ģəkil 

çəkiləndə də məhz onunla yanaĢı düĢdü". 

 

Helsinki səfəriylə bağlı baĢqa bir maraqlı faktı da xatırlatmağa ehtiyac duyuram. Bəy istəyirdi ki, 



Helsinkidə təsdiqləyəcəyi sənədlərə müstəqil Azərbaycanın ÖZ gerbi əks olunmuĢ dövlət möhürü 

basılsın. Bu məqsədlə o, Milli Məclisdən milli gerbimizin qəbulunu sürətləndirməyi xahiĢ etmiĢdi. 

23 iyundan (Bəyin andiçməsindən bir həftə sonra) parlament bu məsələnin müzakirəsinə baĢladı. 

7  iyul  günü  Milli  Məclisdə  növbəti  müzakirədə  bu  məsələnin  müsbət  həll  ediləcəyinə  umud 

bəsləyən  prezident  hətta  səfərini  bir  neçə  saat  təxirə  də  salmıĢdı,  ancaq,  çox  təəssüf  ki, 

deputatların  böyük  əksəriyyəti  problemə  dövlət  mənafeyi  baxımından  yanaĢa  bilmədiyinə  görə 

Helsinki sənədləri də Azərbaycanın Sovet dövrü möhürüylə təsdiqlənməli oldu... 

Finlandiyanın  prezidenti  Mauno  Koyvisto  ilə  Bəyin  görüĢü  (8  iyul),  burada  aparılan  danıĢıqlar 

Azərbaycan - Finlandiya əməkdaĢlığının inkiĢafında ilk ciddi addımlardı. 

Bu  ölkədə  Azərbaycan  prezidentinin  imzaladığı  (10  iyul)  ikinci  mühüm  sənəd  Avropada  adi 

silahların  məhdudlaĢdırılması  haqqında  müqavilədir.  Bu  sənədin  müharibəyə  qatılmıĢ 

Azərbaycançün mühüm əhəmiyyəti vardı.   

11  iyulda  Helsinkidən  Vətənə  dönən  Bəy  yolüstü  yenə  Sankt-Peterburqa  düĢməli  oldu.  Onu 

Ģəhərin  meri  Anatoli  Sobçak  ehtiramla  qarĢıladı.  Elə  həmin  gün  də  Azərbaycan  rəhbəri  Bakıya 

qayıtdı. 

Ali məktəblərə qəbul imtahanlarını rüĢvətdən təmizlənmiĢ görməyi neçə illər boyunca arzulamıĢ 

keçmiĢ universitet müəllimi hakimiyyətə gələn kimi bu sosial bəlanın kökünü kəsməyin çarəsini 

axtardı və tapdı. O, test üsulunun bu yaraya məlhəm olacağına inanaraq onun tətbiqinə hər cür 

Ģərait  yaratdı.  Türkiyənin  ali  məktəblərində  oxumaq  istəyənlərin  (1125  nəfər)  19  iyulda  testlə 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə