Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə38/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   34   35   36   37   38   39   40   41   ...   191

Əbülfəz bəyin prezident kimi iĢə baĢlamasıyla torpaqlarımızın erməni iĢğalçılarından təmizlənməsi 

hədsiz  sürətləndi.  Yeni  rəhbərliyin  vətənpərvərliyindən  ruhlanmıĢ  Azərbaycan  əsgəri  düĢmənlə 

döyüĢə  cəsarətlə  atılır,  ölümdən  belə  qətiyyən  çəkinmirdi.  Elə  bunun  nəticəsində  ilk  sırada 

Goranboy və Ağdərə rayonları yağılardan təmizləndi. 

Elçibəy iqtidarı dövrünün hərbi əməliyyatlarındakı bütün uğurları, o sıradan Goranboy və Ağdərə 

rayonlarındakı kəndlərin erməni iĢğalçılarından təmizlənməsini də öz adına çıxan S.Hüseynov bu 

iĢdə prezident baĢda olmaqla iqtidarın heç bir baĢçısının rolu olmadığını sonralar bəyan etmiĢdi. 

Elçibəy ona belə cavab verdi: 

"Goranboy və Ağdərəni azad edənlər əslində həmin rayonlardakı 

yerli  özünümüdafiə  dəstələri  idi.  Onlara  müəyyən  qədər  hərbi  qüvvələr  və  polis  də  köməklik 

göstərirdi. Burada daha çox Azərbaycanın Milli Qəhrəmanı MaĢallah Abdullayevin baĢçılıq etdiyi 

qüvvələrin qəhrəmanlığını xüsusi qeyd etmək gərəkdir. Onların gördüyü iĢi heç kəs öz adına çıxa 

bilməz.  Həmin  əməliyyatlarda  yerli  döyüĢçülər  xeyli  Ģəhid  verib.  O  rayonların  azad  olması  da 

həmin  Ģəhidlərin  xidmətidir,  Surət  Hüseynovun  yox;  o  yalnız  bəzi  əməliyyatları  sursatla  təchiz 

edib  ki,  bu  sursatı  da  dövlət  göndərmiĢdi"

.  (


"Mən  istiqlalımızı  hakimiyyətdən  üstün  tutdum!"

Əbülfəz  Elçibəylə  onun  mətbuat  katibi  Ədalət  Tahirzadənin  söhbəti.  -"Azadlıq"  qəzeti,  20  iyun 



1998). 

Mario  Raffaellinin  baĢçılığıyla  ATƏM-in  Minsk  qrupu  (MQ)  Azərbaycan  Ordusunun  qələbələrini 

görərək  sülhyaratma  tədbirlərinə  giriĢdi.  MQ-nun  ilk  fövqəladə  görüĢünün  üçüncü  sessiyası 

Romada 10 gündən artıq çəkmiĢdi. 3 iyulda Raffaelli hərbi əməliyyatları dayandırmaq haqqında 

prezidentlər  L.Ter-Petrosyana  və  Ə.Elçibəyə  məktublar  göndərdi.  Göstərməliyik  ki,  bununla 

ATƏM-in  yüksək  vəzifəli  nümayəndəsi  elan  olunmamıĢ  müharibənin  davam  etdiyi  müddətdə 

Ermənistanın  Azərbaycana  qarĢı  hərbi  əməliyyatları  barədə  ĠLK  DƏFƏ  söhbət  açırdı.  Bu, 

Azərbaycan  diplomatiyasının  ozamankı  uğuruydu.  Məhz  Finlandiyaya  səfər  ərəfəsində  Əbülfəz 

bəy  xoĢ  məram  göstərərək  məktuba  müsbət  cavab  verdi  və  hərbi  əməliyyatları  9  iyuldan  30 

günlüyə dayandırmağa razılaĢdı və həqiqətən də, Azərbaycan atəĢi birtərəfli qaydada dayandırdı. 

(Ermənilərsə 18 iyulda hücuma keçdilər). 

"Moskovskiye novosti" qəzetində (5 iyul 1992, N27) jurnalist Dmitri Furmanın Əbülfəz Elçibəylə 

"Bütün  dünya  demokratik  olacaq"  baĢlıqlı  müsahibəsi  dərc  edildi.  Elçibəyin  hakimiyyətə 

gəlməsindən bir neçə gün qabaq götürülmüĢ bu müsahibədə baĢlıca olaraq demokratiyadan və 

Qarabağ müharibəsindən danıĢılır. 

D.Furman  deyir:  "Belə  bir  oturuĢmuĢ  təsəvvür  var  ki,  demokratiya  Avropayla,  xristian 

mədəniyyətiylə  bağlıdır.  Müsəlman  ölkələrindəsə  demokratiya  bərqərar  etmək  qəliz  iĢdir".  Bəy 

ona  etiraz  edir:  "Bu,  cəfəngiyyatdır.  Həm  müsəlman,  həm  də  xristian  aləmində  siyasi  inkiĢafın 

müxtəlif tipləri olub və demokratik inkiĢafın, məsələn, Rusiyada Türkiyədəkindən asan olduğunu 

demək olmaz. Orada ilk liberal konstitusiya Rusiyadakı kimi 1905-inci ildə yox, 1876-cı ildə qəbul 

edilib və indi bu cəmiyyətin demokratik siyasi sistemi və inkiĢaf etmiĢ iqtisadiyyatı var, Rusiyasa 

yenicə  demokratiya  yaratmağa  çalıĢır.  Görünür,  hər  bir  xalqda  demokratiya  quruculuğunda 

istinad  edilən  və  bu  quruculuğa  maneçilik  törədən  bir  Ģey  var.  Müsəlman  xalqlarında  onların 

birincisi  xristianlarda  olduğundan  az,  ikincisisə  çox  deyil.  Yadımıza  salaq  ki,  müsəlmanlar  heç 

zaman  öz  ölkələrindən  xristianları  ispanların  mavrları  qovduğu  kimi  qovmayıb,  inkvizisiyanı  da 



müsəlmanlar icad etməyib. Hitleri də, Stalini də dünyaya onlar bəxĢ etməyib".

 

D.Furman bunlara baxmayaraq "stereotiplər çox güclüdür" dedikdə Əbülfəz bəy bildirir: "Əlbəttə. 



Rusların  çoxu,  məncə,  azərbaycanlıların  həqiqətən  də  demokratiyaya  can  atmasına  çox  da 

inanmır.  Hə,  Ermənistan,  Gürcüstansa  -  baĢqa  məsələ.  Və  sözsüz  ki,  erməni  -  azərbaycanlı 

münaqiĢəsini  siz  öncədən  müəyyənləĢmiĢ  təsəvvürlə  qavrayırsınız.  Mənə  elə  gəlir  ki,  rusların 

çoxu Azərbaycan tərəfini yeniçərilər, baĢıpozuqlar surətində qavradı, "türk vəhĢilikləri"ni xatırladı 

(müsəlman xalqlarının çoxunda "rus vəhĢilikləri" surətinin olmasına da ruslar, bir qayda olaraq, 

Ģübhə etmirlər). Ermənilərləsə o saatca "genosid" surəti bağlandı. Azərbaycanın belə qalın mənfi 

stereotiplər qatını dəlib keçməsi çox çətindi. Ġndi, məncə, münasibət bir qədər dəyiĢir. Xocalıdan 

və  Laçının  alınmasından  sonra  nəhəng  müsəlman  kütləsinin  kiçik  xristian  xalqı  əzməyə 

çalıĢmasını daha demək olmaz". 

Söhbətin  bundan  sonrakı  hissələri  də  maraq  doğurur,  ancaq  daha  önəmli  yerləri  oxuculara 

təqdim edirəm. 

"-Siz Qarabağ münaqiĢəsinin çözülməsi mümkünlüyünə inanırsınız?

 

-[...] DanıĢıqların mövzusu hər Ģey ola bilər - ərazidən baĢqa. Biz indi Amerikanın və Avropanın 



yardımına çox umud bəsləyirik.

 

-Bəs Rusiyanın yardımına, vasitəçilik xidmətinə?



 

-Biz  belə  yardıma  sevinərdik.  Ancaq  Rusiyanın,  məncə,  indi  Zaqafqaziyaya  da,  ümumiyyətlə, 

keçmiĢ  SSRĠ  respublikalarına  da  yönəlik  aydın  siyasəti  yoxdur.  Sizin  siyasətinizdə  gah 

demokratik,  gah  da  böyük  dövlətçilik  meylləri  meydana  çıxır.  Bir  lider  belə,  digəri  baĢqa  cür 

danıĢır...

 

-Rusiyanın siyasi xadimləri içərisində hansı Sizə daha yaxındır?



 

-Mən  Rusiyanın  demokratik  yolla  seçilmiĢ  bütün  liderlərinə  hörmətlə  yanaĢıram.  Ancaq,  hər 

halda,  Rusiyada  demokratiyayçün  hamıdan  çox  iĢ  görmüĢ  adam  Qorbaçovdur.  Bütün 

yanlıĢlıqlarına (o sıradan bizə münasibətdə də) baxmayaraq onunçün öncə Ģəxsi hakimiyyət yox, 

demokratiyaydı. O, hakimiyyətdən də ikiəlli yapıĢmadan ləyaqətlə getdi...

 

-Siz Ġranın diplomatik cəhdlərinə necə baxırsınız?



 

-Ġrançün  demokratik,  dünyəvi  Azərbaycan  -  Ġranın  nəhəng  və  hüquqsuz  azərbaycanlı  əhalisini 

göz  önünə  gətirərək  -  iti  bıçaq  kimidir.  Onunçün  islam  boyasıyla  cildini  dəyiĢmiĢ  partiya 

nomenklaturası  daha  yaxĢıdır.  Ġran,  məncə,  vasitəçilik  etməkdən  daha  çox,  bulanıq  suda  balıq 

tutub.

 

…-Sizi  Qamsaxurdianın  nümunəsi  qorxutmur?  Axı  o  da  Sizin  kimi  demokratdır,  Sizin  kimi 



repressiyalara  uğrayıb, xalq  coĢqunluğu dalğasında və  yəqin  ki,  ən xoĢ niyyətlərlə  hakimiyyətə 

gəlib. Hətta sizin ikiniz də peĢəcə filoloqsunuz. Nəticədə Gürcüstan qana bələnib.

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə