Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə39/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   35   36   37   38   39   40   41   42   ...   191

-Azərbaycan demokratiyasıyçün Gürcüstan böyük dərsdir. Qamsaxurdianın əleyhinə, əlbəttə, ilk 

növbədə  Moskvada...  qüdrətli  qüvvələr  iĢlədi.  Eləcə  də,  indi  olduğu  kimi,  yəqin  ki,  bizim 

əleyhimizə  də  iĢləyəcəklər.  Ancaq  Qamsaxurdianın  da  günahı  var.  O,  milləti  birləĢdirəcəyini 

düĢünərək  millətçiliyə  güc  verdi.  Nəticədə  gürcüləri  bütün  gücü  havaya  sovuran  millətlərarası 

münaqiĢələrə  cəlb  etdi.  Həm  də  iqtisadi  islahatlar,  ictimai  həyatın  demokratikləĢdirilməsi 

haqqında  o,  az  düĢünürdü...  [...]  ĠĢ  belə  gətirib  ki,  nəhəng  bir  bölgədə  (Orta  Asiya,  Ġran, 

Ermənistan,  Gürcüstan  və  Rusiya  nəzərdə  tutulur  -  Ə.T.)  demokratiyanın  taleyi  yaxın  dövrdə 

bizim  (Azərbaycanın  -  Ə.T.)  uğurumuzdan,  yaxud  yıxılmağımızdan  asılıdır.  Və  mən  istərdim  ki, 

Rusiyada  demokratik  düĢüncəli  adamlar  bunu  baĢa  düĢsünlər  və  buna  uyğun  fəaliyyət 

göstərsinlər".  

Bu  müsahibəyə  özümdən  bircə  onu  əlavə  etmək  istərdim  ki,  D.Furmanın  1993-ün  iyulunda 

Azərbaycan demokratiyasının taleyi haqqında yazdığı diqqətəlayiq məqalədə məhz Əbülfəz bəyin 

bu söhbətdəki düĢüncələrindən sənətkarlıqla yararlanılıb.

 

"ÇALIġACAĞAM KĠ, TÜRK DĠLĠ DƏ BMT-nin ĠġLƏK DĠLĠNƏ ÇEVRĠLSĠN" 



Bəy Helsinki səfərindən bir gün qabaq - 6 iyulda "Ostankino" teleĢirkətinin proqramında birbaĢa 

efirdə  çıxıĢ  etdi.  Tarixdə  ilk  dəfə  olaraq  Azərbaycanın  baĢçısı  Rusiya  tamaĢaçılarıyla  tərcüməçi 

vasitəsiylə öz ana dilində - TÜRKCƏ danıĢdı. Helsinki zirvə toplantısının müzakirə mövzularından 

olacaq Ermənistan - Azərbaycan münaqiĢəsindən söz açarkən Qarabağ ermənilərinə dövlətimizin 

tam  MƏDƏNĠ  MUXTARĠYYƏT  verməyə  hazır  olduğunu  bildirən  Bəy  MDB  haqqında  ona  sual 

verilərkənsə bəyan etdi: 

"Mən MDB-nin təĢkilindən cəmi üç gün sonra demiĢəm ki, belə qurumun 

varlığı mümkün deyildir. Onun tərkibinə daxil olan dövlətlərin heç biri azad deyildir. Onların öz 

ordusu,  öz  valyutası  yoxdur.  Hələlik  onlar  müstəqil  dövlətlər  deyil,  istiqlaliyyətə  can  atan 

ölkələrdir. Biz bütün dövlətlərlə ikitərəfli saziĢlər əsasında əməkdaĢlıq etməyə hazırıq"

. (Təbii ki, 

MDB-dən  imtina  Rusiyayla  əməkdaĢlıqdan  imtina  demək  deyildi.  Prezident  Ə.Elçibəy  bu 

fövqəldövlətlə yaxĢı münasibətlər qurmağı Azərbaycançün zəruri sayırdı; bu məqsədlə yaratdığı 

xüsusi  komissiyanı  dəfələrlə  Moskvaya  göndərmiĢdi  və  o,  Rusiya  rəhbərlərindən  G.Burbulis, 

S.Filatov, A.Rutskoy, P.Qraçov və baĢqalarıyla danıĢıqlar aparmıĢdı). 

ATƏM üzvü olan dövlətlərin baĢçılarının zirvə toplantısında iĢtirak etməkçün 7 iyulda Finlandiyaya 

yollanan  Bəy  Bakıdan  Helsinkiyə  birbaĢa  hava  xətti  olmadığına  görə  öncə  Sankt-Peterburqa 

düĢməli oldu və oradan Helsinkiyə uçdu. Suomi paytaxtının "Vanta" hava limanında onu müdafiə 

naziri Elizabet Ren qarĢıladı.   

Ertəsi  gün  zirvə  toplantısında  ATƏM-ə  dair  1975-ci  il  Helsinki  müĢavirəsinin  Yekun  aktını 

imzalayan  Əbülfəz  Elçibəy  Azərbaycan  dövlətinin  ilk  dəfə  təmsil  edildiyi  bu  ali  məclisin  yüksək 

kürsüsündən çıxıĢ etdi. Sıravi Azərbaycan vətəndaĢında onun dövlətinin belə mötəbər beynəlxalq 

toplantıda  iĢtirak  etməsiylə  yanaĢı,  ikinci  bir  səbəb  də  qürur  doğurur,  köks  qabardırdı  -  onun 

seçdiyi  prezident  Əbülfəz  Elçibəy  min  kilometrlərcə  uzaq  Helsinkidə  dünya  dövlətlərinin  və 

fövqəldövlətlərinin baĢçıları qarĢısında məhz öz ana dilində - TÜRKCƏ çıxıĢ etdi!   

Əslində  dünya  siyasətinin  yürüdülməsində  son  sözü  söyləyən  Avropa  və  Amerika  prezidentləri 




qarĢısında  Azərbaycanın  dövlət  baĢçısı  Əbülfəz  Elçibəyin  gur  səslə,  cəsarətlə  söylədiyi  bu  nitq 

ölkəmizin  bundan  sonra  gerçək  müstəqil  siyasət  yürüdəcəyinin  göstəricisiydi.  Ümumavropa  - 

Qərb məkanına ġərqdən büsbütün yeni nəfəs gətirən Bəy onlara üz tutaraq dedi: 

"Hörmətli cənab sədr!

 

Hörmətli həmkarlar!



 

Hörmətli xanımlar və bəylər!

 

Bu gün mən də hamı ilə birlikdə bəĢəri inkiĢafın ən əlamətdar anlarından birini yaĢayıram. Bu anı 



mən  həm  müstəqilliyə  qovuĢan  Azərbaycan  Respublikasının  prezidenti,  həm  də  60-cı  -  70-ci 

illərdə  baĢ verənləri  anlamağa  çalıĢan  və  həqiqət  axtarıĢı  yolunu  seçənlərin  sırasından  olan  bir 

Ģəxs kimi yaĢayıram.

 

Çox vaxt deyirlər ki, tarix dahi dramaturqdur, öncədən onun əsərinin sonunu görmək olmaz. Mən 



bu  fikri  qəbul  edə  bilmirəm,  çünki  biz  öz  hərəkətlərimizlə  onun  gediĢini  müəyyən  edirik.  Biz 

yaĢadığımız dünyanı özümüz yaradırıq. Bugünümüz də məhz "soyuq müharibə" dövrü içərisində 

formalaĢan  anlama,  dərketmə  prosesinin  yekunu,  müəyyən  nəticəsidir.  Bu  nəticə  yeni  yola 

qədəm  qoymağa  imkan  verir.  Bütün  dünyanın  seçdiyi  bu  yeni  yolun  isə  yeganə  ümumi  amili 

vardır ki, bu da Ġnsandır. 

 

70-ci  illərin  ortaları  ilə  müqayisədə  dünyanın  dəyiĢdiyini  söyləmək  heç  nəyi  söyləməmək 



deməkdir.  Zənnimcə,  baĢ  verənləri  tam  Ģəkildə  dərk  etməyimiz  üçün  bir  qədər  də  vaxt 

keçməlidir. Totalitar rejim artıq tarixi keçmiĢə qərq olaraq, özündən sonra 70 illik əsarət və milli 

mənliyin  tapdalanması  nəticəsində  mətinləĢən,  artıq  bir  dəfə  itirilmiĢ  dövlətçiliyinin  bərpası 

arzusu ilə müstəqil inkiĢaf yoluna can atan xalqlar qoymuĢdur. Dövlət yaradıcılığının keçməkeĢli 

yollarında  bu  xalqlar  bir  çox  çətinliklər  və  problemlərlə  rastlaĢırlar  ki,  onların  da  həlli  əzab  və 

əziyyətsiz olmur. Lakin bundan qorxmaq lazım deyil. Bu əzablı yol keçildikdən sonra ümumdünya 

ailəsinə daxil olan bu yeni xalqlar onun vahidliyini öz rəngarəngliyi ilə tamamlayacaq. 

 

Müasir  bəĢəri  inkiĢafı  xarakterizə  edən  iki  əsas  amilin  -  inteqrasiya  və  milli  özünüdərketmə 



meylinin artması bir-biri ilə sıx əlaqədardır. Ġlk baxımdan bunlar bir-birinə ziddir, lakin bu, ötəri 

nöqteyi-nəzərdir.  BəĢəriyyət  ümumi  dəyərləri  bölüĢdürən  xalqların  və  dövlətlərin  həqiqi 

inteqrasiyası  yoluna  yenicə  qədəm  qoymağa  baĢlamıĢdır.  Məhz  bu  baxımdan  həmin  prosesin 

kamil  nümunəsini  mən  ATƏM-də  görürəm.  Ümumavropa  məkanını  yaradarkən,  daha  dəqiq 

desək,  yaratmağa  çalıĢarkən  biz  etiraf  etməliyik  ki,  bu  çətin  proses  onun  bütün  iĢtirakçılarının 

ümumi qanun-qaydalara əməl etməməsi halında uğursuzluqla nəticələnəcək. 

 

Dövlətin milli maraqları və təhlükəsizliyi onun daxili və xarici inkiĢafının uğurları və əmin-amanlığı 



ilə  Ģərtlənir.  Lakin  bu  gün  milli  təhlükəsizlik  haqqında  regional  və  beynəlxalq  təhlükəsizlikdən 

ayrılıqda  danıĢmaq  olmur  -  bunlar  qarĢılıqlı  vəhdətdədir;  ümumi  prinsiplərə  arxalanan  xarici 

aləmlə əməkdaĢlıq etmədən islahatların keçirilməsində müvəffəqiyyət qazanmaq mümkün deyil. 

 

KeçmiĢ  Sovet  Ġttifaqı  ərazisində  yaranan  digər  müstəqil  dövlətlər  kimi  Azərbaycan  da  ATƏM-ə 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə