Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə36/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   32   33   34   35   36   37   38   39   ...   191

Əbülfəz bəy həmin gün - 26 iyunda saat 19.10-da Türkiyə Böyük Millət Məclisinə (TBBM) getdi. 

Ġqtidar  qapısından  TBBM-nin  Genəl  Kuruluna  girən  Əbülfəz  bəyi  millət  vəkilləri  ayağa  qalxaraq 

salamladılar. Azərbaycan prezidentinin buradakı çıxıĢı əsl hadisəyə çevrildi. O, Türkiyənin millət 

vəkilləri qarĢısında aĢağıdakı tarixi çıxıĢını etdi:   

"Özümü  çox  xoĢbəxt  sayıram.  Uzun,  böyük,  ağır  yol  keçmiĢ  və  türk  millətini  özgürlüyə 

qovuĢdurmuĢ Türkiyə  Böyük  Millət  Məclisində  danıĢmaq,  təbii  olaraq,  çox  ağırdır,  mənim  üçün 

çətindir.  Siyasi  mücadilədə  yoğrulmuĢ,  siyasi  mücadilələrdə  yetiĢmiĢ  parlamentarlar  qarĢısında 

danıĢmaq  mənim  üçün  çox  çətin  bir  iĢdir.  Əgər  qüsurlarım  olursa  o  qüsurlarımı  bağıĢlarsınız, 

mənim suçumdan keçərsiniz. 

 

Məmləkət  o  qədər  gözəl,  Türkiyə  o  qədər  görkəmli,  onun  insanları  o  qədər  ucadır  ki,  bu 



məmləkətə  girərkən  də, bu məmləkətdən  çıxarkən  də  hər bir Ģey  təzim tələb  edir,  hər bir Ģey 

baĢ əymək, hər bir Ģey köküs basmaq tələb edir. 

 

ArxadaĢların  bir  qismi  bilir  demokratiya  uğrunda  mücadilə  verən  insanları.  Bu  mücadiləni 



Azərbaycanda  Azərbaycan  Xalq  Cəbhəsi  baĢlatdı  və  onu  yürüdür.  Ancaq  bu  demokratiyanı 

yürütməklə  bərabər,  bizim  idealımız  Məmmədəmin  Rəsulzadənin  hədəf  qoyduğu  idealdır. 

Birincisi, türklük, özünü dərk etmək, bir millətin özünü dərk etməsidir. Bizim bayrağımızda üstdə 

yer alan mavi rəng onu təmsil edir.

 

Bu  məmləkətə  gəlirkən  bir  Sultan  Mehmet  Fateh  xatırlanır  -  Avropanı  diz  çökdürüb  də  türk 



haqqını  dünyaya  bildirən,  Ġstanbulu  fəth  edən  insan  xatırlanır;  baĢ  əyməmək  mümkün  deyil. 

Həzrət  Peyğəmbərimiz  buyurmuĢdur  ki,  "kim  onu  fəth  edəcəksə  xoĢ  onun  halına  -  Tanrı  onu 

sevər". Yəni Tanrı Fatehi sevmiĢ və o fəthi ona vermiĢ. Nə mutlu! 

 

Zaman-zaman dünyanın bir ġərq siyasəti olmuĢ, Doğu siyasəti olmuĢ, dörd yüz il bütün dünya 



Osmanlı  dövlətini  çökdürməyə  çalıĢmıĢdır.  Təbii  olaraq,  türk  milləti  bundan  da  çıxıĢ  yolu 

tapmıĢdır  -  "cümhuriyyət  quracağıq  və  demokratiyanı  yerləĢdirəcəyik"  deyərək  yola  çıxılmıĢdır. 

Böyük  Mustafa  Kamalın  öndərliyində  qurulan  bu  Cümhuriyyət  bu  gün  yüksəlməkdə,  bu  gün 

türkün  səsini,  öz  səsini,  Türkiyənin  səsini,  tarixin  səsini  dünyaya  eĢitdirməkdədir.  Bu  mutluluq 

içərisində yaĢayırıq, bu mutluluq içərisində qürurlanırıq. 

 

Sayın bəylər, bayanlar! Nə mutlu ki, bu gün Türkiyənin önündə böyük üfüqlər açılmaqdadır. Bu 



gün Türkiyə dünyaya səsini eĢitdirən böyük, güclü bir ölkədir. 

 

Qosqocaman  rus  imperiyası,  qırmızı  rus kommunizmi  çokdü  və  dağılmaqdadır.  Onun  içərisində 



yaĢayan qeyri millətlər… və o cümlədən də orada yaĢayan müsəlmanlar və qeyri-türk millətlər öz 

özgürlükləri  uğrunda  mücadiləyə  baĢlamıĢdır.  ĠnĢallah,  Ortaçağ  qalıntısı  olan  belə  imperiyalar, 

buna bənzər dövlətlər çökərlər - Ġran, Çin və baĢqaları. Ġnsan haqları, demokratiya uğrunda öz 

tarixini,  milli  müqəddəratını  əldə  etmək  istəyən  millətlər  ayağa  qalxmıĢdır.  ĠnĢallah,  bunlar  da 

özgür olacaqlar. 

 

Təbii olaraq, dünyada türk bayraqları arasında hələ yerini almamıĢ və bu gün doğulmaqda olan 



bayraqlar,  sancaqlar  doğulacaqdır;  o  Sibirdən,  o  Çindən,  o  Hindistandan.  Bu  ağır,  bu  çətin, 


ancaq  bu  Ģərəfli  tarix  dövründə  türk  dünyası  və  müsəlman  qardaĢlarımız  imperiyalardan 

özgürlüklərini qazanacaq və öz həyatlarını quracaqlar. 

 

Biz bu gün daha çox mutluyuq ki, Türkiyə demokratiyanı gəliĢdirərək Avropaya çıxmıĢ, Doğuya 



bir örnək olmaqdadır. Biz mücadiləyə baĢlarkən də bu məsələni hədəf götürmüĢdük və məndən 

də soruĢanda ki "nə edəcəksiniz?", demiĢdim ki, ilk yolumuz Mustafa Kamalın yoludur, sonra da 

dövlətimizi quracağıq. 

 

Bundan  iki  gün  öncə  dediyim  sözü  bir  dəfə  də  burada  təkrarlamaq  istəyirəm.  "ÇağdaĢ  bir 



cümhuriyyət  qurmaq  insanları  insan  kimi  yaĢatmaq,  öz  haqqını  almaq  deməkdir"  deyən  böyük 

Mustafa  Kamal  bugünləri  düĢünmüĢ,  gələcəkdə  türklərin  öz  ənənələrinə,  öz  gələnəklərinə,  öz 

duyğularına  uyğun,  öz  mənliklərinə  uyğun  dövlətlər  quracaqlarına  iĢarə  etmiĢdir.  Bizim 

quracağımız dövlət də demokratik dövlətdir. Demokratiya türkün ruhunun içərisindədir. 

 

Tarixə  baxaq  -  dünyada  müstəmləkə  dövlətləri  olmuĢ,  türklər  bundan  keçmiĢlər.  Türklər 



haqqında  tarix  kitablarında  yazarlar  -  min  il  öncə,  iki  min  il  öncə  türklərin  qurduğu  dövlətləri 

yazarlar:  nə  olmuĢdu  ki,  belə  yürümüĢ,  belə  dünyaya  çıxa  bilmiĢlər?  Orada  bir  Ģey  vardır  - 

demokratiya.  Yəni  bütün  dünya  dövlətlərinin  demokratiyanı  ordu  üstündə  qurmalarına 

baxmayaraq,  türklər  ordunu  da  demokratiya  əsasında  qurmuĢlar:  "Sağda  oturan  sağ  bəylər, 

solda  oturan  sol  bəylər,  ortadakı  inaqlar;  mənim  sözüm  sizədir,  hərəkətə  keçəlim,  yürüyəlim, 

haqqımızı alalım" demiĢlər. Biz bu demokratiyadan, bu gələnəklərdən gələn millətik. Ġmperiyalar 

dağıldıqdan  sonra  bütün  türk  xalqları  bu  demokratiya  ilə  yürüyəcəkdir.  Avropa  və  Asiyanı 

birləĢdirən Türkiyə türklüyü bu məsələdə bir örnək olacaqdır; bunu görməməzlik olmaz. 

 

ġərqin,  Doğunun  bir  gələnəyi  vardır.  Fransadakı  demokratiyanı  götürüb  kimsə  tətbiq  edərsə 



yanılır. Hər kimsə amerikan həyat tərzini də Azərbaycana və yaxud Orta Asiyaya gətirirsə yanlıĢ 

olur.  Millətin  ənənələri  vardır,  gələnəkləri  vardır,  bunların  hamısı  göz  önünə  alınmalıdır.  Biz  də 

onu edəcəyik. 

 

Sayın bəylər, sayın siyasət insanları, sayın böyük ərlər! Hüzurunzda cəsarətlə danıĢdığıma görə 



üzr diləyirəm - bu, bir mücadilədir, biz bu yolda öyrənəcəyik. Parlament sistemini də Türkiyədən 

örnək  alacağıq.  ĠnĢallah,  sizlərlə  geniĢ  görüĢəcəyik,  bol-bol  görüĢəcəyik,  qucaqlaĢacağıq  və  bir 

sıra  məsələlərdə  sizdən  görüĢlər  alacağıq  və  gələcəkdə  də  fikrmiz  vardır  özgürlüyümüzlə 

kifayətlənməyib  özgür  olmaq  uğrunda  mücadilə  verən  bütün  türk  xalqlarına,  müsəlman 

dünyasına əlimizdən gələn yardımı əsirgəməyəcəyik, bir əsgər kimi onlara doğru qoĢacağıq. 

 

Çox sağ olun, çox minnətdaram".



 

QarĢılarında  müstəqil  Azərbaycanın  qurucusu  olan  alovlu  bir  vətənpərvəri,  BÜTÜN  TÜRK 

DÜNYASININ  sevimlisi  olan  çılğın,  idealist  və  romantik,  eyni  zamanda  təpədən-dırnağadək 

demokrat bir prezidenti görən qardaĢ Türkiyənin millət vəkilləri onu sonsuz diqqət və ehtiramla 

dinləyərək  öz  sevgilərini  aramsız  alqıĢlarla  bildirdilər.  "Bizim  əsas  yolumuz  Mustafa  Kamal 

yoludur!" söyləyən Bəy çağdaĢ dünyamızda baĢ verən köklü dəyiĢikliklərdən, siyasi proseslərdən 

də söz açaraq bəyan etdi: "Ġndi tarix yeni inkiĢaf yolu ilə gedir. Ġnanıram ki, az bir vaxtdan sonra 

dünya xəritəsinə Türkiyə ilə yanaĢı, yeni müstəqil dövlətlərin də adı yazılacaqdır". Əlbəttə, Bəy 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə