Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə32/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   28   29   30   31   32   33   34   35   ...   191

hökmən  prezidentə  Sizin  xahiĢinizi  çatdıracağam;  nəticəsini  bilmək  üçün  saat  5-də  mənimlə 

yenidən əlaqə saxlayın. 

 

Saat  5-də  G.Zərbəliyevə  bir  də  zəng  vuranda  o  dedi  ki,  Habil  müəllim,  Siz  heç  nədən  narahat 



olmayın, prezident Ģəxsən özü Sizin məsələnin həlli ilə məĢğuldur. Məəttəl qaldım ki, mən hələ 

ürəyimin sözünü ona deməmiĢəm, ancaq o artıq mənim problemimi həll etməkdədir!..

 

Elçibəyi mən prezident kimi yox, sıravi bir vətəndaĢ kimi gördüm. O, son dərəcə sadə, yaĢayıĢı 



və  məiĢəti  ilə  heç  birimizdən  seçilməyən  adi  bir  insandı.  Buna  görə  də  ölkə  vətəndaĢlarının 

dərdini  çox  asanlıqla  baĢa  düĢür,  onlara  əlac  etməyə  çalıĢırdı.  O,  özünü  qətiyyən  çəkməz, 

insanları həbsxanalara doldurmağı sevməz, xalqa yalan danıĢmaz, rüĢvət almaz və alan iĢçiləri ilə 

barıĢmaz,  hakimiyyətdən  Ģəxsən  özünün  və  dostlarının  ehtiyacı  üçün  istifadə  etməyə  çalıĢmaz, 

Azərbaycanın hansı bölgəsində yaĢamasından asılı olmayaraq hər bir yerin sakinlərinə prezident 

kimi hörmət bəsləyərdi. Təəssüf ki, xalqımız onu baĢa düĢməyə hələ hazır deyildi..."

. (

"Savalanda 



görüĢənədək, Bəy!"

. Bakı, 2000, s.52). 

"BĠZĠM ƏSAS YOLUMUZ MUSTAFA KAMAL YOLUDUR!" 

Ġndiyədək dünyada ardıcıl demokrat və azadlıqsevər insan kimi tanınmıĢ Bəyin yeni vəzifədəki ilk 

addımlarını Amerika mətbuatı da diqqətlə izləyirdi. "Krisçen sayens monitor" qəzeti onun Dağlıq 

Qarabağ probleminin həllinə dair danıĢıqlara hazır olduğunu, ancaq BMT-nin və baĢqa beynəlxalq 

təĢkilatların qüvvələrinin Qarabağda yerləĢdirilməsinə qarĢı çıxdığını, bu qüvvələrin Azərbaycanla 

Ermənistan sərhədində yerləĢdirilməli olduğunu söylədiyini yazırdı.   

AssoĢieyted Press agentliyisə Əbülfəz Elçibəyin Ġrana Ayaz Mütəllibova nisbətən soyuq münasibət 

bəslədiyindən  söz  açır  və  bildirirdi  ki,  Elçibəyçün  strateji  perspektivlərdən  biri  Arazın  hər  iki 

tərəfində  yaĢayan  azərbaycanlıların  birləĢməsidir,  Ġransa  bu  məsələyə  açıq-aydın  mənfi 

münasibət bəsləyir.   

Ə.Elçibəyin Azərbaycanda neft sənayesini modernləĢdirmək niyyətində olduğunu göstərən həmin 

agentlik  onun  bu  modernləĢdirmədə  "AMOKO"  və  "BritiĢ  Petroleum"  Ģirkətlərinin  köməyinə  bel 

bağladığını qeyd edirdi. 

Azərbaycanın 

dünya 

birliyində 



yerini 

möhkəmləndirməkçün 

beynəlxalq 

əlaqələrin 

geniĢləndirilməsini mühüm vəzifələrdən sayan Əbülfəz bəy 24-27 iyunda prezident kimi ilk xarici 

rəsmi  səfərə  çıxdı.  Bu  ölkənin  Türkiyə  olmaması,  söz  yox  ki,  təəccüb  doğurardı,  çünki  Bəyi 

prezidentliyə  gətirib  çıxarmıĢ  əqidə  yolu  məhz  Türkiyəyə  sevgi,  türkçülük  və  atatürkçülük 

ideyalarından  baĢlayıb.  Qara  dəniz  hövzəsi  ölkələrinin  (Azərbaycan,  Albaniya,  Bolqarıstan, 

Ermənistan,  Yunanıstan,  Gürcüstan,  Moldova,  Rumıniya,  Rusiya,  Türkiyə  və  Ukrayna)  iqtisadi 

iĢbirliyi konfransının zirvə toplantısında dövlət və hökumət baĢçıları iĢtirak edirdilər. 

Azərbaycan  nümayəndə  heyətinin  baĢçısı  Əbülfəz  Elçibəy  24  iyunda  Ġstanbulun  hava  limanına 

enərkən onu dövlət naziri ġərif Ərcan və xarici iĢlər naziri Hikmət Çətin qarĢıladılar.   

ġərəf  salonunda  Elçibəy  Türkiyə  və  xarici  ölkə  jurnalistləriyçün  ilk  müsahibəsində  dedi: 

"Mən 



Anadolu torpağına  ilk  dəfə  gəlirəm.  Türkiyənin  mədəniyyəti,  ədəbiyyatı, dili, tarixi,  kamalçıların 

azadlıq  hərəkatı  ilə  tanıĢ  olduqdan  sonra  qəlbimdə  bu  torpağın  gözəl  obrazı  yaranmıĢdı.  [...] 

Sakarya  və  Ġnönü  döyüĢlərinin  tarixini  öyrənərkən  bu  yerlərə  gəlməyi,  özümü  vətənin 

istiqlaliyyəti  uğrunda  mübarizlərin  sıralarında  hiss  etməyi  arzulayırdım.  [...]  Bir  çox  görkəmli 

dövlət  və  din  xadimlərinin,  Mustafa  Kamal  Atatürkün,  Məmmədəmin  Rəsulzadənin,  Zəki  Vəlidi 

Toqanın,  Adam  Mitskeviçin  və  azadlıq  uğrunda  digər  mübarizlərin  uyuduğu  Anadolu  torpağı 

müqəddəsdir".

 

Əbülfəz bəy Türkiyədə bulunduğu ilk gündən bu doğma torpağı gözləriylə görmək, onunla daha 



yaxından tanıĢ olmaq istəyirdi. Cangüdəni Ġlqar Qədirquluyev prezidentin Ġstanbuldakı ilk günün 

bəzi anlarını belə xatırlayır: 

"Sabah  Qara  Dəniz  Ölkələri  ĠĢbirliyi  zirvə  toplantısının  əsas  yığıncağı  olacaq,  əsas  sənəd 

imzalanacaqdı.

 

Gecə təxminən saat 2 olardı. Bəy məni çağırdı: 



 

-Bacıoğlu (yaxın qohum olduğumuza görə, mən özümü tanıyandan o, məni ərklə belə çağırırdı), 

bəlkə Ġstanbulu gəzək?

 

Gördüm ki, əhval-ruhiyyəsi əladır. Dedim:



 

-Məsləhət Sizindir.

 

-Onda maĢın çağır.



 

Çağırdım.  Ancaq  maĢın  gəlməzdən  qabaq  "Çırağan"ın  həyətinə  düĢdük.  Bir  yerli  mühafizəçi  də 

bizimləydi.

 

Gəzə-gəzə düz Boğazın qırağına çatdıq. Bu zaman qarĢımıza bir nəfər çıxdı. Bəyi tanıdı və 5-10 



dəqiqə Ģirin-Ģirin söhbət etdilər. Türkiyəli mühafizəçi yaxınlaĢdı ki, araba hazırdır. 

 

MaĢina  əyləĢdik.  MəĢhur  Ġstanbul  körpüsüylə  Avropadan  Asiyaya  keçdik.  Dan  yeri  ağaranadək 



Boğaz  qırağını  gəzdik.  Bəy  Boğazın  gecə  mənzərələrini  sanki  içmək,  yenə  içmək,  ürəyinin 

yanğısını söndürmək istəyir, gördüklərindən qətiyyən doymur, bu gəzintidən sonsuz ləzzət alırdı. 

Çox  gözəl  bilirdim  ki,  onun  bu  anda  yaĢadığı  duyğuları  bir  turistin  yad  ölkənin  ekzotikasından 

aldığı zövqə bənzətmək günah olardı. 

 

Təxminən  1986-da  Bakıda  -  qardaĢı  Almurad  bəyin  Yasamaldakı  evində  doğmalarımızla  birgə 



olan söhbətdə Bəy demiĢdi ki, Tanrıdan ən böyük istəklərimdən biri Ġstanbulda Boğazın qırağında 

gəzmək,  həzin  bir  türk  musiqisinə  qulaq  asa-asa  ayaqlarımı  Boğaza  sallamaqdır.  Oradakıların 

çoxu qayıtdı ki, kaĢ onda biz də səninlə olaq. Ürəyimdə mən də bunu arzulasam da susdum. Ġndi 

bu anda  yadıma  düĢən həmin  söhbəti  Bəyə xatırlatdım və  dedim ki,  Allah-taala  bu  ən  xoĢbəxt 

anınızda Sizinlə birgə olmaq səadətini həmin doğmalardan yalnız mənə nəsib etdi.

 

Onu da deyim ki, Bəyin "Çırağan"dakı dairəsinin balkonundan Boğazın olduqca gözəl görüntüsü 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə