Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə31/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   27   28   29   30   31   32   33   34   ...   191

qüvvəyə çevirməklə Bəy əslində öz gücünü də ortaya qoymuĢdu. Çox qəribədir ki, öz partiyasına 

iki-üç  yüz  adam  cəlb  edə  bilməyən  bəzi  siyasi  rəqibləri  Bəyin  insanları  səfərbər  etmək  və 

quruculuq  sahəsindəki  məharətinə  kölgə  salmaqçün  onun  bacarıqsız  təĢkilatçı  olduğu  haqda 

hay-küy  qaldırır,  onların  daha  çoxbilmiĢlərisə  deyiləni  sübuta  yetirməkçün  ya  Xalq  Cəbhəsini 

onun  əlindən  almaq,  ya  da  bütövlükdə  AXC-ni  siyasi  qüvvələr  içərisində  əritməkçün  yollar 

axtarırdılar. Ancaq yırtıcı kommunistlərlə çarpıĢmaya giriĢdiyi andan ona ən etibarlı dayağın məhz 

AXC  olduğunu  hamıdan  gözəl  anlayan  prezident  Əbülfəz  bəy  deyilənlərə  əhəmiyyət  vermədən 

Cəbhəni  siyasi  səhnədə  daha  fəal  qüvvə  kimi  görmək  və  ondan  yeni  həyat  quruculuğunda 

maksimum yararlanmaq niyyətindəydi. Təsadüfi deyil ki, onun prezident kimi geniĢ auditoriyada 

ilk  mühüm  görüĢü  də  cəbhədaĢlarıyla  oldu.  22  iyunda  Azərbaycan  Xalq  Cəbhəsi  Ali  Məclisinin 

prezident  seçkilərindən  sonrakı  ilk  sessiyası  keçirildi  və  AXC  sədri  Əbülfəz  Elçibəy  onun  iĢində 

yaxından iĢtirak etdi. 

Yığıncaqda  söz  alan  Bəyin  çıxıĢında  AXC-nin  taleyi  xüsusi  yer  tutdu.  O  göstərdi  ki,  bu  təĢkilat 

Xalq hərəkatının güclü qolu kimi yaĢamalıdır. "Hazırda baĢlıca vəzifələrimiz respublikamızın ərazi 

bütövlüyünü  qorumaq,  gənc  Azərbaycan  Respublikasının  müstəqilliyini  möhkəmlətmək,  milli 

dövlətçiliyimizi  bərpa  etməkdir"  söyləyən  prezident  ağır  sınaqlarda  daim  onunla  birgə  olmuĢ 

yaraqdaĢlarını bu vəzifələri yerinə yetirməkdə ona yardımçı olmağa çağırdı.   

Bəy  kommunistlərin  müstəqil  Azərbaycan  Cümhuriyyətinin  (1918-1920)  yarımçıq  binasını 

xarabaya  çevirərək  onun  yerində  tikdikləri  7  milyon  nəfərlik  və  70  yaĢlı  həbsxananı  tarixdən 

silərək  elə  onun  yerindəcə  möhtəĢəm  Yeni  Azərbaycan  sarayını  ucaltmağı  qərarlaĢdırmıĢdı.  Bu 

məqsəd və istəklə də elə ilk gündən baĢ memar kimi qollarını çırmayaraq həvəslə iĢə giriĢmiĢdi. 

Sözün  gerçək  anlamında  onun  gecəsi-gündüzü  yoxdu.  Ancaq  qarĢıdakı  vəzifə  həddən  artıq 

böyük, iĢ görmək imkanlarısa hədsiz məhduddu. Tikiləcək binanın görünüĢü necə olacaq? Onun 

layihəsi  və  maketi  necə  hazırlanacaq?  Özülü  necə  qoyulacaq?  Tikinti  ləvazimatı  haradan 

gətiriləcək?  ĠĢ  icraçıları  və  fəhlələr  kim  olacaq?..  Bu  inadlı  sorğuların  heç  birinin  hələ  cavabı 

yoxdu. Və bu cavabları xalq məhz ondan gözləyirdi. Ən pisi də buydu ki, bütün yan-yörəsi köhnə 

həbsxananı qoruyub saxlamağa çalıĢanlardan ibarətdi; onlar nəinki yeni sarayın tikintisinə kömək 

etməyəcək,  əksinə,  heç  bünövrəsinin  qazılmasına  da  imkan  verməməyə  çalıĢacaqdılar.  Bunu 

həbsxananın  gerçək  ağası  -  Rusiya,  həbsxana  baĢçısının  fars  və  erməni  dostları  da  onlardan 

tələb edirdilər.   

54 illik ömrünün yarıdan çoxunu azadlıq uğrunda güzəĢtsiz çarpıĢmaya xərcləmiĢ Əbülfəz bəy - 

azadlığın dadını, müstəqilliyin Ģirinliyini və onların necə çətinliklə əldə ediləcəyini hamıdan yaxĢı 

bilən insan xalqın ona verdiyi 5 illik möhlətdə dövlətin sarsılmazlığını təmin etmək istəyirdi.   

ĠĢə  baĢladığının  ertəsi  günü  -  17  iyunda  imzaladığı  ilk  qanunun  "Azərbaycan  Respublikası 

vətəndaĢlarının  pul  gəlirlərinin  və  əmanətlərinin  indeksləĢdirilməsi  haqqında"  adlanması  əslində 

həm  qanunauyğun,  həm  də  rəmzidir.  Ölkədə  qiymətlərin  artmasıyla  bağlı  iqtisadi  durumu 

pisləĢmiĢ soydaĢlarına köməyi hər Ģeydən irəli sayan Bəy bununla milyonlarca yurddaĢına sanki 

"elə ilk andan sizə arxayam, çətinliklərinizə heç vaxt laqeyd qalmayacağam" demək istəyirdi. 

Andiçmə  mərasimindən  heç  bir  həftə  keçməmiĢ  ortaya  qoyulmuĢ  iĢlərsə  prezidentin  ciddi 



niyyətlərinin yönündən soraq verirdi. 23 iyunda fərmanla strateji proqramlar üzrə dövlət müĢaviri 

vəzifəsini  təsis  etməsi  və  bu  vəzifəyə  gənc  silahdaĢı  Sabit  Bağırovu  təyin  etməsi  Bəyin  "nə 

etməli?" sorğusuna cavab verə biləcək adamlardan ibarət komanda yaratmaq yolunda ilk uğurlu 

addımlarındandı.  Sabit  bəy  ölkədə  tezliklə  köklü  iqtisadi  islahatların  aparılmasından  ötrü 

irimiqyaslı  ciddi  iĢlər  görməyə  baĢladı. Məhz  onun  təĢəbbüsü  və  ən  yaxından  iĢtirakıyla  bir  çox 

dövlət  müəssisələri  yaradıldı,  çoxlu  qanun  layihələri  iĢlənib  hazırlandı  və  parlamentdə  qəbul 

edildi, milli valyutamızın tətbiqi, ticarətin kommersiyalaĢdırılması və b. kimi inqilabi dəyiĢikliklər, 

köklü  yeniliklər  gerçəkləĢdirildi.  Prezident  iqtisadi  baxımdan  dilənçi  vəziyyətinə  salınmıĢ 

Azərbaycanı  rüĢvət  alması,  korrupsiyaya  qurĢanması  ağla  da  gətirilə  bilməyən,  öz  iĢində  yalnız 

demokratik  prinsiplərə  söykənən  belə  bacarıqlı  arxadaĢlarından  yaratdığı  komandasının 

yardımıyla ən varlı ölkələrdən birinə çevirmək istəyirdi.   

Fərmandan  söz  düĢmüĢkən,  xatırladım  ki,  "Əbülfəz  Elçibəyin  1  saylı  prezident  fərmanı 



olmayıb,  çünki  o,  prezidentliyə  namizəd  olanda  deyirdi  ki,  mənim  1  saylı  fərmanım 

ġimali  və  Cənubi  Azərbaycanın  birləĢdirilməsi  haqqında  olacaq.  Təbii  ki,  prezident 

ikən  belə  fərman  verməsi  mümkünsüzdü  və  onu  imzalamağa  tələsmədən  Elçibəy 

birbaĢa 2 saylı fərman verdi. O umud edirdi ki, haçansa 1 saylı fərmanı da imzalamaq 

ona qismət olacaq…" (keçmiĢ dövlət müĢaviri Arif Hacıyev). 

Elə  23  iyunda  üç  baĢqa  əlamətdar  hadisə  də  baĢ  verdi  -  prezidentin  fərmanlarıyla  dövlət 

quruculuğunda ciddi islahatların ilk qaranquĢu olan iki mühüm komitə: Dövlət Əmlak Komitəsi və 

Dövlət  Antiinhisar  Siyasəti  və  Sahibkarlığa  Kömək  Komitəsi  yaradıldı,  mətbuatda  "Siyasi 

partiyalar haqqında qanun" dərc edildi. 

Deməli,  hələ  "yerini  isitməmiĢ"  prezident  artıq  öz  məqsədlərini  incəliklə  müəyyənləĢdirib  -  yeni 

Azərbaycan  dövlətinin  daxili  siyasətində  dövlət  mülkiyyətinin  özəlləĢdirilməsi  (baĢqa  sözlə, 

sosializm  quruluĢunun  dağıdılmağa  baĢlanması)  və  özəl  bölmənin,  sahibkarlığın  inkiĢafı  (yəni 

bazar iqtisadiyyatına əsaslanan kapitalist münasibətlərinin bərpasına baĢlanması) hər Ģeydən irəli 

çəkiləcək, ölkədə demokratiyanın və siyasi plüralizmin tərəqqisinə geniĢ Ģərait yaradılacaq. Bəyin 

həddən  artıq  tələsməsi,  görünür,  qarĢıdakı  iĢlərin  təsəvvürəgəlməz  çoxluğunun  dərk 

edilməsindən və onların 5 ilə baĢa çatdırıla bilməməsi qorxusundan irəli gəlirdi. ĠĢə baĢladıqdan 

vur-tut  bircə  həftədən  sonra  yeni  dövlət  qurumlarını  yaratması  göstərirdi  ki,  "yeni  saray"ın 

layihəsini,  deyəsən,  hələ  "tikinti"yə  baĢlamazdan  qabaq  hazırlayıbmıĢ.  Ancaq  Elçibəy  "saray"a 

girməzdən  öncə  bir hazırlıq da görmüĢdü  -  özünə  söz  vermiĢdi  ki,  oraya  necə  sadə  insan  kimi 

daxil olacaqsa oradan qətiyyən dəyiĢməmiĢ elə sadəlik və qayğıkeĢliklə də çıxacaq! 

Xalqımızın  ən  sevimli  sənətkarlarından  biri  olan  Habil  Əliyev  çox  az  ünsiyyətdə  bulunduğu 

Əbülfəz Elçibəy haqqında yazır:   

"1992-ci ilin iyununda o, xalqın istəyi ilə Azərbaycan Respublikasının prezidenti seçildi. Aradan bir 

müddət  keçdi.  Bir  də  eĢitdim  ki,  AğdaĢda  yaĢayan  böyük  qardaĢım  Qabilin  evinə  OMON-çular 

hücum edib... Mən bildim ki, məsələ rayonluq deyil, Bakıdan gəlir, ona görə də AğdaĢa gedərək 

vaxt itirməmək, bu iĢi daha təcili həll etmək üçün prezidentə zəng etdim. Onun köməkçisi GülĢad 

Zərbəliyevə  dedim  ki,  prezidentlə  ikicə  dəqiqə  telefon  söhbətinə  ehtiyacım  var.  O  bildirdi  ki, 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə