Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə27/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   23   24   25   26   27   28   29   30   ...   191

keyfiyyətlərini,  həm  də  dövlətə  baĢçılıq  etdiyi  bir  ildə  görülmüĢ  iĢləri  söhbətimizdə  layiqincə 

dəyərləndirdi.  Gördüm  ki,  Ġsa  bəyin  dedikləri  əslində  kitabın  bütün  mahiyyətini  öz  içinə  alır  və 

hörmətli baĢqanın fikirlərini əsərin baĢlanğıcında verməyi faydalı saydım.   

Dəyərləndirmələrini qəti hökm yox, düĢünməyə, ilkin fikir bildirməyə cəhd adlandıran Ġsa Qəmbər 

aĢağıdakıları söylədi: 

-Əbülfəz  Elçibəy  Azərbaycan  milli  azadlıq  hərəkatının  rəhbəriydi  və  mən  həmiĢə  demiĢəm  ki, 

Azərbaycanın XX əsrdə iki böyük lideri olubdur; birincisi Məmmədəmin Rəsulzadədir - böyük bir 

ideoloq olmaqla yanaĢı, bütöv bir siyasi cərəyanın əsasını qoyubdur və əslinə qalsa, bütün XX əsr 

həmin siyasi cərəyanın üzərində gedib. Əbülfəz Elçibəysə əsrin sonunda xalq hərəkatının yenidən 

yüksəlməsində,  onun  idarə  edilməsində  həlledici  rol  oynamıĢ  böyük  bir  siyasətçidir.  Əbülfəz 

Elçibəyin  prezidentliyinə  yanaĢanda  bu  amil  nəzərə  alınmalıdır,  yəni  Əbülfəz  Elçibəy  sıradan 

prezidentliyə namizəd olaraq prezident seçilmiĢ bir Ģəxs deyil.   

Bir məqam, nədənsə, az xatırlanılır.   

7  iyun  1992-ci  ildə  prezident  seçkisi  keçirilərkən  bütün  namizədlərə  bərabər  imkanlar 

yaradılmıĢdı  -  imza  toplanılmasıyla,  qeydiyyata  alınmaqla,  seçicilərlə  görüĢlərlə,  televiziyada 

çıxıĢlarla bağlı heç bir süni maneə yoxdu. Bəlkə də hansısa məntəqədə, hansısa dairədə kimsə 

saxtakarlıq  etməyə,  yaxud  baĢqa  bir  namizədin  xeyrinə  bülleten  atmağa,  hətta  rəqəmi 

dəyiĢməyə  də  cəhd göstərib və  nəyəsə  də  nail olub,  ancaq  bütövlükdə  bu,  olduqca  ədalətli  və 

azad  bir  seçkiydi.  Onun  nəticələri  də  hər  Ģeyi  aydın  göstərir  -  bütün  xalqın  dəstəklədiyi 

Azərbaycan  Xalq  Cəbhəsi  kimi  bir  siyasi  qüvvənin  lideri  cəmi  59  faiz  səs  toplamıĢdı.  Avropa 

standartları baxımından bu, çox yüksək rəqəm görünsə də Azərbaycan gerçəkliyindən yanaĢanda 

aĢağıydı. Namizədlərdən biri heç kimin gözləmədiyi halda 33 faiz səs toplamıĢdı. Deməli, bu, çox 

ciddi  seçkiydi.  Bu  seçkidə  həm  də  gələcək  həqiqi  seçkilərin  nə  cür  keçirilməsinin,  bir  növ, 

konturları cızılmıĢdı. 

Əbülfəz  Elçibəyin  uğurlu  bir  prezident  olduğu  göz  qabağındaydı.  Təbii  ki,  nöqsanlar  da  yox 

deyildi  -  bütövlükdə  hakimiyyətin  də  nöqsanları  vardı,  Əbülfəz  Elçibəyin  məsələlərə  yanaĢma 

tərzindən irəli gələn müəyyən çatıĢmazlıqlar da. Ancaq bütövlükdə götürdükdə bu, çox uğurlu bir 

prezidentlikdi, uğurlu bir hakimiyyətdi.   

Əbülfəz  Elçibəy  xırda  idarəetməçiliklə  maraqlanan  prezident  deyildi.  Onu  ideyalar 

maraqlandırırdı,  ideyaların  gerçəkləĢməsi  maraqlandırırdı,  qlobal  məsələlər  maraqlandırırdı. 

Azərbaycan  öz  müstəqilliyini  əldə  edəndən  sonra  belə  bir  liderin  prezident  olması  Azərbaycana 

çox lazım idi.   

Əbülfəz  Elçibəyin  böyüklüyü,  böyük  ideallar  sahibi  olması  xırdalıqlarla  maraqlanmamasında  da 

üzə  çıxır.  Ümumiyyətlə,  bir  prezident  kimi  onun  müsbət  cəhətləri  xeyli  çoxdur.  Ancaq,  eyni 

zamanda,  bütün  məsələlərə  nəzarətlə  özü  maraqlanmadığına  görə  bəzən  müxtəlif  sahələrin 

rəhbərləri  bundan  sui-istifadə  edə  bilirdilər  və  Əbülfəz  Elçibəyin  prezidentlik  dövrünə  qiymət 

verərkən bu amil də gözdən qaçırılmamalıdır.   



Əbülfəz Elçibəy öz silahdaĢlarına çox böyük etimad göstərən bir siyasətçi və prezidentdi. Bir çox 

ciddi  məsələlərin  müzakirəsində  öz  silahdaĢlarının  rəyinə  həddən  artıq  əhəmiyyət  verirdi  və 

onların təkliflərini bəzən əlavə müzakirədən keçirmədən də qəbul eləməyə hazır olurdu. 

Elçibəyin  prezidentliyi  dövründə  əldə  edilmiĢ  nailiyyətləri  nəzərdən  keçirsək,  mənə  elə  gəlir  ki, 

çox böyük iĢlər görüldüyünün Ģahidi olarıq. 

Biz  keçid  dövrünə  baĢlamıĢdıq.  Keçid  dövrünün  mahiyyəti  nədən  ibarətdi?  Biz  müstəmləkə 

vəziyyətindən müstəqil dövlətçiliyə keçməliydik. Biz kazarma sosializmindən bazar iqtisadiyyatına 

keçməliydik. Biz totalitar cəmiyyətdən demokratik cəmiyyətə, vətəndaĢ cəmiyyətinə keçməliydik. 

Gəlin baxaq görək bir ildə bu istiqamətdə nələr edildi.   

Müstəqil  dövlətin  qurulması  istiqamətində,  müstəmləkə  vəziyyətindən  müstəqilliyə  keçid 

məsələsində Əbülfəz Elçibəy dövründə böyük iĢlər görüldü.   

 

 



Dövlətin  atributları  formalaĢdırıldı  -  himn,  gerb,  bayraq  məsələləri  (bəziləri  əvvəlcədən 

razılaĢdırılmıĢdı) həll olundu.   

 

Dövlətin ən mühüm atributlarından olan ordu formalaĢdırılmağa baĢlandı (ordu haqqında qanun 



1991-də  qəbul  edilmiĢdisə  də  biz  hakimiyyətə  gələnədək  ordu  quruculuğu  çox  bərbad 

vəziyyətdəydi).  Xüsusi  qeyd  olunmalıdır  ki,  rus  ordusu  Azərbaycandan  çıxarıldı  və  bu  da 

müstəqilliyin çox mühüm bir elementiydi. Ġndiyə qədər də biz onun faydasını yaĢayırıq - kimlərsə 

dərk eləsə də, eləməsə də.   

 

Azərbaycanın milli valyutası tətbiq edildi.   



 

Dövlətimizin beynəlxalq qurumlarda təmsil olunması və onlarda öz yerini tapması prosesi getdi. 

Azərbaycan  bizdən  öncə  BMT-yə  daxil  olmuĢdusa  bizim  dövrümüzdə  ATƏT-in  (ozamankı 

ATƏM-in) üzvü oldu və ATƏT-də kifayət qədər hörmətlə qarĢılandı. Bizim iqtidarımız zamanında 

Azərbaycan  beynəlxalq  qurumların  bəzilərində  hətta  təĢəbbüskarlıq  səviyyəsində  də  iĢtirak 

edirdi. Məsələn, Qara Dəniz Ölkələri ĠĢbirliyi qurumunun yaranmasında Əbülfəz Elçibəyin böyük 

xidməti  olmuĢdu.  Türk  cümhuriyyətlərinin  bir  araya  gəlməsində  də  Əbülfəz  Elçibəy  böyük 

təĢəbbüskarlıq göstərirdi.   

 

Bazar  iqtisadiyyatına  keçid  üçün  zəruri  olan  bir  çox  islahatlar  gerçəkləĢdirildi.  Bu  həm  də  ona 



görə mümkün oldu ki, bizim hakimiyyətin iqtisadiyyat üzrə mükəmməl islahatlar proqramı vardı. 

Özü  də,  həmin  sənəd  biz  hakimiyyətə  gəlməmiĢdən  qabaq  hazırlanmıĢdı,  ancaq  hakimiyyətə 

gələndən  sonra  islahatların  həyata  keçirilməsi  üçün  yaradılmıĢ  Ġqtisadi  ġurada  həm  dövlət 

adamları, nazirlər, həm də alimlər, mütəxəssislər yığıĢaraq o proqramı təkmilləĢdirdilər və ona 

uyğun  konkret qanun,  qərar və  fərman  layihələri  hazırlandı və  onlar  bir  tərəfdən  parlamentdə 

qanunlar,  digər  tərəfdən  prezidentin  fərmanları  Ģəklində  qəbul  edilərək  gerçəkləĢdirilməyə 

baĢlandı. Bu iĢləri kimsə unutdurmağa çalıĢa bilər, ancaq həmin proses yetərincə uğurlu gedirdi. 

O  dövrdə  parlamentin  qəbul  etdiyi  qanunları,  prezidentin  verdiyi  fərmanları  hətta  ötəri  də 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə