Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə23/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   19   20   21   22   23   24   25   26   ...   191

qoyulmasını vacib saydı və  3 həftədən  sonra yeni müĢavirə  çağırılmasını,  orada  icra  aparatının 

istefası məsələsinin qoyulmasını təklif etdi. 

Görünür,  qarĢıda  nələrin  gözlənildiyini  daha  yaxĢı  bilən  iqtidar  Əbülfəz  bəyi  cismən  aradan 

götürməyi qərarlaĢdırdı. 11 Fevralda üç nəfər Elçibəy düĢməni atıcılıq üzrə idman ustası Ramiz 

Babayevə  AXC  sədrini  öldürməyi  tapĢırdı,  ancaq  o,  bundan  imtina  etdi  (bax:  “R.Qazıyev  mənə 

Ə.Elçibəyi aradan götürməyi təklif etdi. Mən isə...”. - “Azadlıq” qəzeti, 16.02.1995).   

15-16 Fevral 1992'də keçirilən AXC Ali Məclisinin sessiyası artıq hakimiyyət məsələsini müzakirə 

etdi və qərara aldı: 

“1.  Prezident  baĢda  olmaqla  ali  icra  hakimiyyətinin  istefası  və  bütün  hakimiyyətin  müvəqqəti 

olaraq Azərbaycan Respublikası Milli ġurasına verilməsi qəti tələb edilsin. [...]

 

3. AXC'nin bütün strukturlarında bir ay müddətində fövqəladə vəziyyət elan edilsin. [...] 



 

6.  AXC  Ġcraiyyə  Komitəsinə  və  AXC  Ali  Məclisinin  Rəyasət  Heyətinə  kütləvi  tədbirlərin 

hazırlanması və həyata keçirilməsi tapĢırılsın”.

 

Bu  qərarı  doğuran  baĢlıca  amil  oydu  ki,  hakimiyyətin  yaratdığı  “milli  ordu”nun  150  nəfər  (!) 



əsgərdən ibarət olduğu aydınlaĢmıĢdı və Dağlıq Qarabağı bu iqtidarın qoruya biləcəyinə heç bir 

umud qalmamıĢdı. 

XocalI facĠəsĠ səbrĠ daĢdIrdI 

26 Fevral 1992'də Xocalının 366'cı rus alayının iĢtirakıyla məhv edilməsi bütün Azərbaycan xalqını 

sarsıtdı. 27 Fevralda Əbülfəz bəy bəyanat verərək Qarabağda azərbaycanlılar yaĢayan 56 yaĢayıĢ 

məntəqəsindən  47'sinin  dağıdıldığını və  iĢğal  olunduğunu  bildirdi, bunun  günahını Mütəllibovda 

gördü. O, 29 Fevrala təyin olunmuĢ mitinqin təxirə salındığını bildirdi. Elə həmin gün (27 Fevral) 

Moskvada MDB ilə bağlı sənədlərə qol çəkən respublika rəhbərliyiylə əməkdaĢlıqdan imtina edən 

AXC  özünün  4 Mart  1992  tarixli  Ali  Məclisinin  sessiyasında prezident  seçkisinə  Xalq  Cəbhəsinin 

münasibətini aydınlaĢdırdı. Bəlli oldu ki, AXC'nin 49 rayon Ģöbəsi bunun lehinə, 4'ü əleyhinədir və 

razı olanlar prezidentliyə Əbülfəz bəyin namizədliyini irəli sürmək istəyir. 

Müxalifətin tələbiylə 5 Martda çağırılan Ali Sovetin fövqəladə sessiyasında öncə sədr E.Qafarova 

istefa verdi və onun yerinə Yaqub Məmmədov seçildi, 6 Martdasa həm müxalifət deputatlarının, 

həm  də  Ali  Sovet  binası  qarĢısına  yığıĢmıĢ  xalqın  təzyiqi  altında  prezident  A.Mütəllibov  istefa 

verməli oldu və prezident səlahiyyətlərini Y.Məmmədov icra etməyə baĢladı. 

Sessiyanın  6  Mart  tarixli  qərarıyla  Ali  Sovet  prezident  institutunu  ləğv  etməyi  tələb  edən 

Azərbaycan  Xalq  Cəbhəsinə  koalisyon  hökumətə  qatılmağı  təklif  etdi.  Ancaq  yeni  rəhbərlik  bu 

təklifə  kölgə  salan  bir  sıra  qeyri-səmimi  hərəkətlərə  yol  verdiyinə  görə  özünə  inamı  itirməyə 

baĢladı.  AXC  Ali  Məclisinin  8  Mart  sessiyası  bu  təklifin  müzakirəsinə  həsr  olundu.  Əbülfəz  bəy 

hakimiyyət  məsələsində  ilk  dəfə  olaraq  kəskin  xətt  götürdü:

  “Bu  gün  sərt  qərarlar  qəbul 

edilməlidir. Cəbhə adından deyirəm ki, xalqa qarĢı çıxana qarĢı... mübarizə aparacağıq. Mövqeləri 

getdikcə sərtləĢdirməliyik”. 

 



Koalisyon hökumətlə bağlı bir çoxları ilk növbədə öz Ģəxsi maraqlarını təmin etmək fikrindəydi və 

belələri iqtidarda olduğu kimi müxalifət içərisində də vardı. Ona görə də Əbülfəz bəy bu sözləri 

deməyə  məcbur  oldu: 

“Çox  güclü  oyunlar  oynanır.  AXC'nin  indiki,  keçmiĢ  liderlərindən  xahiĢ 

edirəm  ki,  oyunu  oynayanda  bizə  də  xəbər  edin.  Deyilən  kimi,  inqilabı  ağıllı  adamlar  baĢlayır, 

fırıldaqçılar hakimiyyətə gəlir”.

 

Ali Məclisin bu yığıncağından sonra “Azərbaycan Respublikasında koalision hökumət yaradılması 



barədə BaĢ nazir H.Həsənov və koalisiyaya daxil olması nəzədə tutulan AXC'nin sədri Ə.Elçibəy 

arasında  razılaĢma  protokolu”  imzalandı.  Bu  sənəddə  göstərildi:  “AXC  hesab  edir  ki,  koalisiya 

hökumətinin  razılaĢdırılmıĢ  fərdi  tərkibi  yalnız  AXC  Ali  Məclisinin  koalisiyada  iĢtirak  Ģərtləri 

(

prezident  institutunun  ləğvi,  Konstitusiya  qəbul  etməkdən  baĢqa  Ali  Sovetin  bütün 



səlahiyyətlərinin  Milli  ġuraya  verilməsi  -  Ə.T.

)  barədə  8  Mart  1992'ci  il  tarixli  Məclisinin  qərarı 

Azərbaycan  Respublikasının  Ali  Soveti  tərəfindən  qanuniləĢdirildikdən  sonra  parlamentə  təqdim 

edilə  bilər”.  Ali  Sovet  isə  müxtəlif  bəhanələrlə  bundan  boyun  qaçırdı  və  AXC'nin  milli  razılıq 

hökuməti qurmaq istəyi gerçəkləĢmədi. 

Həmin günlərdə Qarabağ rayonlarında Rusiyanın xüsusi xidmətləri güclü Ģayiələr yayaraq erməni 

xofu yaratmaqla əraziləri boĢaltmağa çalıĢırdı. ĠĢ o yerə çatmıĢdı ki, artıq AğdaĢ rayonundan da 

köçənlər  vardı  və  hətta  Bakıda  da  əhali  arasında  öz  taleyindən  ötrü  təĢviĢ  yaranmıĢdı.  Bunun 

qarĢısını almaq və Qarabağ əhalisini ruhlandırmaqçün Əbülfəz bəyin təklifiylə AXC Ali Məclisinin 

növbəti  sessiyası  16-17  Martda  Ağdam  Ģəhərində  keçirildi  və  demək  olar  ki,  bütünlüklə  hərbi 

məsələlərə həsr olundu. Pənah Hüseynov 12 bənddən ibarət qərar layihəsini müzakirəyə çıxardı 

və həmin layihə əsasən qəbul edildi. 

“Üç aydan sonra seçəcəyĠnĠz prezĠdentĠ bir Ġldən sonra yIxacaqsInIz” 

AydınlaĢdı  ki,  Y.Məmmədov  “hakimiyyət”i  koalisyon  hökumət  ideyasıyla  alver  edir,  xalq  içində 

AXC ÜZVÜ kimi qələmə verilən, ancaq onunla heç bir əlaqəsi olmayan Rəhim Qazıyev və Tahir 

Əliyevin  nazir  qoyulmasıyla  baĢ  aldadaraq  əsl  koalisiyadan  yayınır,  çünki  onun  özü  prezident 

olmaq istəyindədir. Yəqin ki, məhz bunu nəzərə alan AXC sədrinin müavini Ġsa Qəmbərov həmin 

yığıncaqda  bildirdi:  “Prezidentin  bütün  səlahiyyətləri  də  Yaqub  Məmmədova  verilib,  ali  baĢ 

komandanlıq da. O, xoĢunuza gəlmirsə dəyiĢin”. 

“Azadlıq”  qəzeti  24  Mart  1992  tarixli  sayında  AXC'nin  rəsmi  nümayəndəsinin  bu  sözlərini  dərc 

etdi: 

“Əgər  deputatlar  prezident  institutunun  ləğv  edilməsinə  razı  olmasalar  o  zaman  biz 



prezident  seçkilərinə  hazırlaĢacağıq.  AXC'nin  irəli  sürdüyü  namizəd  AXC'nin  sədri  Əbülfəz 

Elçibəydir”

. Bu bəyanat nəticəsiz qalmadı - Ali Sovetin 25 Martda keçirilən fövqəladə sessiyasında 

Rəhim Qazıyev prezidentin elə bu yığıncaqdaca seçilməsini təklif etdi (o, bu vəzifədə məhz özünü 

təsəvvür  edirdi),  ancaq  qızğın  mübahisələrdən  sonra  prezident  seçkilərinin  7  Ġyun  1992'də 

keçirilməsi  qərara  alındı.  “Müstəqil  Azərbaycan”  deputat  blokundan  olan  AXC  deputatları  bu 

qərarın  əleyhinəydilər.  Onlar  indiki  mərhələdə  prezident  seçkilərinin  keçirilməsinin  millətin 

qüvvələrinin  parçalanmasıyla  nəticələnəcəyini  bildirir,  vətənimizin  və  millətimizin  mənafeyi 

naminə bu seçkidən qaçmağı xahiĢ və tələb edirdilər.   



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə