Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə20/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   16   17   18   19   20   21   22   23   ...   191

kommunistlərin  yalanlarına  uymamağa çağırırdı.  Və  xalq  da bu çağırıĢlara  ürəkdən  hay  verirdi. 

Guya demokratiya və  müstəqillik vəd  edən  riyakar kommunistlərin yaratdığı  əsl hərbi  diktatura 

Ģəraitinin  sədlərini  aĢaraq  20  Yanvar  faciəsinin  ildönümünü  on  minlərcə  adam  Sumqayıtdakı 

izdihamlı mitinqdə qeyd etdi (Azadlıq meydanına yığıĢmaq mümkün olmadı).   

7  Mart  1991'də  Azərbaycan  AS  “Müstəqil  Azərbaycan”  blokunun  etirazına  baxmayaraq  SSRĠ'ni 

saxlamaqçün  17  Martda  referendum  keçirməyi  qərara  aldı.  AXC  Məclisi  bu  qərarı  Azərbaycan 

xalqının  mənafeyinə  zidd  adlandırdı  və  aclıq  edən  “Müstəqil  Azərbaycan”  bloku  deputatlarını 

dəstəklədi.  Əbülfəz  bəyin  Ģəxsən  özü  də  aclıq  edənlərə  qoĢuldu.  Həmin  günlərdə  AXC'nin 

təĢkilatçılığıyla referendum əleyhinə yüz minlərcə imza toplanmıĢdı. 

KP'nin 95 faizlik referendum “qələbə”si AXC - hakimiyyət ziddiyyətlərini daha da kəskinləĢdirdi. 

AXC'nin BĠRĠNCĠ QURULTAYI 

Azərbaycan  Xalq  Cəbhəsi  I  qurultayının  13-17  Ġyul  1991'dəki  I  dövrəsi  Azərbaycanın  çağdaĢ 

siyasi  həyatında  ən  əlamətdar  hadisələrdəndi.  Əbülfəz  bəyin  Ģəxsi  nüfuzu  sayəsində  qurultaya 

təkcə Türkiyədən 21 qonaq gəlmiĢdi. Təbii ki, bunu gözü götürməyənlər də az deyildi. AXC'nin 

təntənəsini  gözdən  salmaqçün  siyasi  söyüĢcül  Nemət  Pənahov  və  Fransadan  gətirilmiĢ  Haidə 

Bornak  kimiləri  iĢə  düĢdü.  Əbülfəz  bəyin  müdrikliyi  sayəsində  onlara  söz  verildi  və  qurultay 

çəpiklə qarĢıladığı həmin Ģəxsləri təpiklə yola saldı. 

16  Ġyuldakı  2  saatlıq  siyasi  məruzəsində  Əbülfəz  Elçibəy  dünyada,  SSRĠ'də  və  Azərbaycandakı 

siyasi  vəziyyəti  incəliklə təhlil etdi.  Atatürk siyasi  məktəbini keçdiyini  və özünü  onun  davamçısı 

saydığını söyləyən Bəy kommunist partiyasının artıq öldüyünü, Sovet Ġttifaqının mərhələ-mərhələ 

parçalanacağını  bildirdi,  Vahid  Azərbaycan  ideyasından  söz  açdı,  “Azərbaycanın  birliyi 

gələcəyimizin baĢlıca məsələsidir” söylədi. 

Prezident  idarəçiliyi  məsələsinə  toxunarkən  Bəy  bildirdi: 

“MəĢvərət  ġurası  üstündə  haqlı  tənqid 

olunuruq. Prezident bizi aldatdı, ona görə onu bağıĢlaya bilmirəm. Prezident 12 maddəni yerinə 

yetirməyə  söz  verdi.  “Azadlıq”  qəzeti  açıldı.  Seçkilər  tamamilə  saxta,  yalan  oldu.  Bu  cür 

yaramazlıq, iyrənclik ola bilməz”.

 

AXC'nin məqsəd və vəzifələrini incələyən Əbülfəz Elçibəy Azərbaycanı Ġttifaq boyunduruğundan 



çıxarmaq,  respublikanın  tam  dövlət  müstəqilliyinə  nail  olmaq  uğrunda  çarpıĢan  təĢkilatın 

qarĢısında  duran  iqtisadi,  siyasi  və  təĢkilati  vəzifələri  bir-bir  sadaladı.  (19  Ġyul  1991  tarixli 

“Azadlıq”  Əbülfəz  bəyin məruzəsini  “ÇağdaĢ  siyasi  durum,  Azərbaycan  demokratik  qüvvələrinin 

məqsəd və vəzifələri” adı altında dərc edib).   

ÇıxıĢından  sonra  bütün  zalın  ayağa  qalxaraq  onu  sürəkli  alqıĢlarla  kürsüdən  sədarətə  ötürməsi 

Əbülfəz  bəyin  təĢkilatda  sonsuz  nüfuzunun  göstəricisiydi.  Əbülfəz  Elçibəyi  yenidən  Azərbaycan 

Xalq  Cəbhəsinin  sədri  seçən,  Cəbhənin  Proqram  və  Nizamnaməsində  dəyiĢikliklər  aparan 

qurultay  baĢqa  məsələlərlə  yanaĢı,  Bəyin  bir  arzusunu  da  gerçəkləĢdirdi  -  31  Dekabrın  Dünya 

Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasını qərara aldı. Qurultayın son günü çıxıĢ 

edən türkiyəli Hüseyn Ağbulut söylədi: “Qurultay son dərəcə demokratik keçdi. Azərbaycan xalqı 




bizdən daha çox millətçidir, qorxmazdır”.   

Azərbaycan  Xalq  Cəbhəsinin  birinci  qurultayı,  doğrudan  da,  Sovet  Azərbaycanında  hamının 

çəkinmədən,  sərbəst  söz  deyə  bildiyi,  rəhbərliyi  tənqid  etmək  üstündə  heç  kəsin 

cəzalandırılmadığı  ilk  demokratik  qurultaydı.  Sovetlərin  mövcudluğunun  yetmiĢ  ili  boyunca  xalq 

ilk  dəfə  belə  azad  məclisin  Ģahidi  olurdu.  Məhz  Əbülfəz  bəyin  inadla  yürütdüyü  təĢkilatdaxili 

demokratik  prinsiplərə  sədaqət  sayəsində  hətta  qurultayın  dağıla  biləcəyi  təhlükəsinə 

baxmayaraq  hamıya  ürəyindəkini  deməkçün  imkan  yaradıldı  və  bununla  da  AXC  Azərbaycan 

siyasi mühitinin demokratikləĢməsində olduqca önəmli bir mərhələnin baĢlanğıcını qoydu. 

Qurultay  göstərdi  ki,  Azərbaycan  Xalq  Cəbhəsində  “liberallar”ın  demokratizmi  “radikallar”ın 

qaragüruhçuluğu üzərində qəti qələbə çaldı. 

“QKÇP”. Basqal. MütəllĠbovun prezĠdent seçĠlməklĠyĠ 

19  Avqust  1991'də  Dövlət  Fövqəladə  Vəziyyət  Komitəsi  (“QKÇP”)  SSRĠ'də  dövlət  çevriliĢi  edib 

Qorbaçovu  hakimiyyətdən  devirərək  diktatura  rejimi  yaratmaq,  demokratik  yenilikləri  aradan 

götürmək  niyyətini  bəyan  edərkən  Əbülfəz  bəy  elə  bununla  da  Sovet  imperiyasının  məhv 

olacağını  bildirdi.  AXC  rəhbərliyi  bu  çevriliĢə  rəsmən  qəti  etirazını  bildirdi.  (Xatırladım  ki,  bu 

hadisəyə SSRĠ respublikalarının demokratları içərisində ilk dəfə məhz Əbülfəz bəylə Litva AS'nin 

sədri  Vitautas  Landsbergis  mənfi  münasibətlərini  rəsmən  bildirdilər.  Sonralar  normal 

Yeltsin-Elçibəy  münasibətlərinin  yaranmasında bu  amilin  də  rolu  oldu).  Bu  vaxt  Ġranda  səfərdə 

olan prezident A.Mütəllibovsa “QKÇP”'ni bəyəndi. Dövlət çevriliĢinin qarĢısı alındıqdan sonra - 22 

Avqustda  M.Qorbaçov  yenidən  hakimiyyətə  qayıtdıqda  A.Mütəllibov  çıxılmaz  vəziyyətə  düĢdü. 

BaĢını  itirmiĢ  prezidentin  “QardaĢlıq”  (Ağa  Axundov)  və  “Tövbə”  (Hacı  Əbdül  Əbdülov) 

cəmiyyətlərində  toplaĢmıĢ  yaxın  adamları  (belə  adamlara  möhtac  olması  Mütəllibov 

komandasında intellektualların faciəli dərəcədə azlığı üzündən yaranmıĢdı) 23 Avqustda AXC'nin 

Sovet (indiki Nərimanov) küçəsində yerləĢən qərargahını vəhĢicəsinə darmadağın etdilər, bir çox 

cəbhəçiləri döydülər, öldürmək istədikləri Əbülfəz bəyi al qanına boyadılar, qara ciyərini əzdilər. 

(Bəyin  döyülməsinə  əslində  Tahir  Əliyev  Ģərait  yaratmıĢdı.  O,  Bəyin  cəbhəçilərdən  ibarət 

“həvəskar” mühafizə dəstəsini kənarlaĢdıraraq Sumqayıtdan “peĢəkarlar” gətirmiĢdi və qərargaha 

hücum  vaxtı  onlar  kənara  çəkilərək  mütəllibovçulara  “iĢləməyə”  imkan  yaratdılar  və  sonra  da 

T.Əliyevin  göstəriĢiylə  aradan  çıxdılar).  Xeyli  vaxt  müalicə  olunan  Bəy  bir  müddət  Ġsmayıllı 

rayonunun Basqal kəndində gizli Ģəkildə dincəldikdən sonra cismani qüvvəsini bərpa edə bildi.   

23  Avqust  terroruyla  prezident  Mütəllibov  müxalifətlə  öz  arasındakı  bütün  körpüləri  birdəfəlik 

yandırdı. 

Xüsusən  Əbülfəz  bəyə  göstərilən  vəhĢicəsinə  münasibət  milyonlarca  insanda  hakimiyyətə  qarĢı 

dərin  nifrət  və  qəzəb  yaratdı.  Elə  bunun  nəticəsində  xalq  26  Avqustda  fövqəl‟adə  vəziyyət 

Ģəraitində  əliyalın  hücum  edərək  hər  tərəfdə  düzülmüĢ  hərbi  zirehli  maĢınlar  cərgəsini  yardı, 

Azadlıq meydanını tutdu və axĢama yaxın mitinq keçirməyə baĢladı. Mütəllibov mitinqi dağıtmağa 

cəsarət  etmədi.  Mitinq  bunları  tələb  etdi:  Azərbaycan  AS'nin  fövqəladə  sessiyası  çağırılsın; 

Bakıdan  fövqəladə  vəziyyət  götürülsün;  prezident  seçkiləri  dayandırılsın;  kommunist  partiyası 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə