Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə19/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   15   16   17   18   19   20   21   22   ...   191

ruhlandırmaqdan  ötrü  öz  həyatlarıyçün  nə  qədər  qorxulu  olsa  da  gizlənmədilər,  siyasi 

mübarizələrini  davam  etdirdilər.  Onlar  rus  ordusunun  vəhĢiliklərinin  dünya  ictimaiyyətinə 

çatdırılmasıyçün yorulmaq bilmədən gecəli-gündüzlü gərgin iĢ görürdülər.   

5  Fevral  1990'da  AğdaĢda  fövqəladə  Məclisini  keçirən  AXC  özünün  həm  təĢkilat  kimi  qorunub 

saxlandığını, həm də mübarizliyini itirmədiyini sübut etdi.   

Əbülfəz  bəy  baĢda  olmaqla  AXC  20  Yanvar  faciəsindən  Azərbaycanda  kommunizmin  yox 

edilməsiyçün  maksimum  yararlandı.  AXC  ĠH  Azərbaycanda  hamının  Sov.ĠKP'dən  çıxması,  istefa 

verməsi,  Azərbaycandan  olan  SSRĠ  AS  deputatlarının  mandatlarını  vermələri  haqqında  qərar 

çıxardı və 19 Fevralda bu qərar “Azadlıq” radiosunda oxundu.   

ElçĠbəy - Atatürk mükafatI laureatI 

30  Aprel  -  1  May  1990  tarixdə  Göyçayda  keçirilən  AXC  Məclisi  bu  təĢkilatın  artıq  psixoloji 

sarsıntılardan tam qurtulduğunu göstərdi. Əbülfəz bəyin təĢəbbüsüylə Məclis gücləndirildi, onun 

daimi  sədri  seçildi.  Məclisin  bu  yığıncağı  AXC  sədrinin  səlahiyyətlərini  geniĢləndirdi.  2  Mayda 

Göyçay ziyalılarıyla görüĢdə Əbülfəz bəy cəsarətlə bildirdi: “Azərbaycan Xalq Cəbhəsi SSRĠ'də ən 

güclü  Xalq  Cəbhəsidir”!  Bu  fikri  tezliklə  alınan  baĢqa  xəbərlər  də  təsdiqlədi.  Türkiyə 

Cümhuriyyətində  1989'un  ən  böyük  siyasi  xadimi  kimi  Atatürk  mükafatına  məhz  Əbülfəz  bəy 

layiq  görüldü.Həmin  ilin  yekunlarına  görə,  bütövlükdə  Azərbaycan  xalqı  da  Avropada  ĠLĠN  ƏN 

MÜBARĠZ XALQI adını qazandı. 

8  May  1990'da  respublika  qəzetlərində  Azərbaycan  KP  MK  bürosunun  28  Mayın  Azərbaycan 

Dövlət Qurumunun Dirçəldilməsi Günü olması haqqında qərarı çıxdı. Bu, can verən KP'nin AXC'yə 

təslim  olması  aktıydı.  AXC'nin  məhvini  ürəkdən  arzulayan  kommunistlər  və  onların  yeni  baĢçısı 

A.Mütəllibov  Moskvanın  qeyd-Ģərtsiz  dəstəklədiyi  ermənilərin  xofu  qarĢısında  qaldıqlarına  görə 

Azərbaycan  Xalq  Cəbhəsiylə  -  üzvlərinin  böyük  əksəriyyəti  ermənilərlə  vuruĢan  müntəzəm 

qüvvəylə düĢmən də olmaq istəmirdi. AXC'nin fəaliyyətini Ģərtləndirən baĢlıca amil də elə buydu.   

AXC  sədri  Əbülfəz  bəyin  Ģəxsən  özü  Qarabağ  və  Qarabağətrafı  rayonlarda  olur,  erməni 

əhatəsindəki  kəndlərimizin  müdafiəsiyçün  tədbirlər görürdü.  Onun yerli  əhaliylə  söhbətləri yurd 

qoruyucularına bir ordu qədər ürək-dirək verirdi. Əlindən heç nə gəlməyən hakimiyyət, əlbəttə, 

bunu nəzərdən qaçıra bilməzdi.   

AXC  ilə  hakimiyyət  arasında  və  müxalifət  içərisində  yaranmıĢ  ziddiyyətləri  aradan  qaldırmaq, 

ölkədə  siyasi  sabitlik  yaratmaqçün  ziyalılardan  Anar,  Eldar  Salayev,  Azad  Mirzəcanzadə, 

Ģeyxülislam və b. AXC'yə iqtidarla danıĢıqlara getməyi təklif etdilər. 10 Mayda Ali Sovet binasında 

dövlət rəhbərlərinin, ziyalıların və AXC baĢçılarının görüĢündə onların nümayəndələrindən ibarət 

Məsləhət ġurası yaradıldı. 17 Mayda A.Mütəllibovun iĢtirakıyla Məsləhət ġurasının iclası keçirildi. 

Burada  bir  çox  məsələlər  (tutulanların  buraxılması,  AXC'yə  münasibət,  fövqəladə  vəziyyətin 

götürülməsi,  AS'ə  seçkilər,  əsgərlik  və  b.)  müzakirə  edildi,  o  sıradan  hakimiyyət  dairələri 

“Azadlıq”  qəzetinin  yenidən  nəĢrinə,  AXC  isə  prezident  institutunun  yaradılmasına  icazə  verdi. 

Məhz bu razılığın ertəsi gün - 18 Mayda Azərbaycan AS'nin sessiyasında A.Mütəllibov Azərbaycan 

Prezidenti  seçildi.  21  Mayda  A.Mütəllibov  1  saylı  fərmanını  verdi:  “Azərbaycan  Demokratik 




Respublikasının elan olunduğu 28 May günü Azərbaycan dövlət quruluĢunun dirçəliĢ günü elan 

edilsin”;  baĢqa  sözlə,  KP  MK  bürosunun  8  May  tarixli  qərarına  prezident  fərmanı  statusu 

qazandırıldı. Bu siyasi jestdən sonra A.Mütəllibov Məsləhət ġurasının yığıncaqlarında özü iĢtirak 

etmədi  və  Ģura  da  səlahiyyətsiz  bir  quruma  çevrildi.  Məsləhət  ġurasının  fəaliyyəti  nəticəsində 

yalnız “Azadlıq” qəzetinin nəĢrinə icazə verildi; 4 Ġyulda onun 20 Yanvardan sonrakı ilk sayı çıxdı. 

Bu nömrədə AXC sədri Əbülfəz Əli Elçibəyin

 “Ġslam özülçülüyü” məqaləsi

ndən baĢqa, yerdə qalan 

yazıların çoxu seçkilərə aiddi. 

Beləliklə,  baĢda  Əbülfəz  bəy  olmaqla  AXC  çox  pis  vəziyyətdə  qaldı  -  onlar  prezidentliyə  Ģərait 

yaratdılar,  ancaq  əslində  ciddi  bir  Ģey  qazanmadılar.  (Sonradan  AXC  NTK  Məsləhət  ġurasında 

iĢtirakına  görə  Bəyə  töhmət  elan  etdi).  Məhz  bu  açıq-aĢkar  aldatmadan  sonra  Elçibəylə 

Mütəllibov  arasında  Ģəxsi  münasibətlər  xeyli  gərginləĢdi.  Məhz  bu  münasibətlər  fonunda  da 

qarĢıdakı seçkiləri udmaqçün kommunistlərlə demokratlar arasında gərgin çarpıĢma gözlənilirdi.   

8  Ġyul  1990'da  AXC'nin  təĢəbbüsüylə  Azərbaycan  demokratik  qüvvələrinin  forumu  keçirildi  və 

“Demokratik  Azərbaycan”  seçki  bloku  yaradıldı.  Seçkilərdə  demokratların  qələbəsini  təmin 

etməyə çalıĢan Əbülfəz Elçibəy özünün deputat olmaq istəmədiyini qabaqcadan bəyan etmiĢdi. 

30 Sentyabr 1990'da Azərbaycan AS'nə və yerli sovetlərə seçkilər fövqəladə vəziyyət Ģəraitində 

keçirildi. “Demokratik Azərbaycan” blokunun 231 namizədindən 2 dövrədə yalnız 31'i deputat ola 

bildi  (onlardan  23'ü  AXC'dəndi).  Ancaq  bu  31  nəfərlik  qüvvə  Azərbaycan  mühitinin 

demokratikləĢməsində gerçəkdən də inqilabi rol oynadı. 

1990'ın  sonlarına  yaxın  SSRĠ'nin  baĢçıları  dağılacağının  labüdlüyü  artıq  gerçəkliyə  çevrilən 

imperiyanı  qoruyub  saxlamaqçün  ortaya  “yeni  Ġttifaq  müqaviləsi”  adlı  bir  hoqqabazlıq  atdılar. 

Əbülfəz  bəy  Azərbaycanı  yenidən  hər  hansı  Ġttifaqın  boyunduruğunda  görmək  istəmədiyindən 

Azərbaycanın  bütün  demokratik  qüvvələrinin  gücünü  bu  avantüraya  qarĢı  mübarizəyə 

yönəltməyə  çalıĢırdı.  Doğrudur,  Azərbaycan  rəhbərliyi  bu  yeni  Ġttifaqın  bizə  müstəqillik  bəxĢ 

edəcəyi fikrini xalqa aĢılamaqçün bəzi kosmetik siyasi manevrlərə əl atırdı (sözsüz ki, Moskvanın 

göstəriĢləriylə);  məsələn,  Azərbaycan  SSR'in  “Azərbaycan  Respublikası”  adlandırılması  və 

oraq-çəkicli  sovet  bayrağının  üçrəngli  və  ay-ulduzlu  milli  bayrağımızla  əvəz  edilməsiyçün  Ali 

Sovetə  tövsiyə  verilməsi  haqqında  29  Noyabr  1990  tarixli  prezident  fərmanı  icazəli  cəsarətdən 

(bu  cür  dəyiĢikliklər  təxminən  eyni  vaxtda  bütün  baĢqa  sovet  respublikalarında  da  həyata 

keçirildi)  və  kommunist  riyakarlığından  (prezident  28  Mayı  28  Aprelin  mənəvi  davamı  sayırdı!) 

baĢqa  bir  Ģey  deyildi.  Əbülfəz  bəyin  bu  çağdakı  gərgin  siyasi  mübarizəsinin  mərkəzində  belə 

ayrı-ayrı faktların mahiyyətində nə durduğunu aydınlaĢdırmaq yox, ümumən xalqı kommunizmin 

Azərbaycandan  birdəfəlik  süpürülməsi  və  əsl  azadlıq,  müstəqillik  uğrunda  çarpıĢmaya  səfərbər 

etmək  dayanırdı.  O,  yeri  gəldikcə  Ģəxsən  özü  də  qələmə  sarılır  və  düĢüncələrini  publisistik 

üslubda  xalqa  çatdırırdı.  Bu  baxımdan  onun  “Azadlıq”  qəzetində  dərc  edilmiĢ  (3  Yanvar  1991) 

“Ən kəsə yol” adlı məqaləsi o dövrün siyasi publisistikasının ən dəyərli örnəklərindəndir. 

Tiflisdə və Bakıda tökülən qanlarla Ġttifaqın dağılmasının qarĢısını ala bilməyən Sovet rəhbərliyi 

13 Yanvar 1991'də Litvanın paytaxtı Vilnüsdə də qırğına əl atdı. Bu hərəkəti qəzəblə lənətləyən 

Əbülfəz bəy xalqı ruhdan düĢməməyə, azadlıq yolunda hər cür əzablara və itkilərə hazır olmağa, 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə