Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə40/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   36   37   38   39   40   41   42   43   ...   191

daxil  olduqdan  etibarən  özünü  ümumavropa  prosesinin  tamhüquqlu  üzvü  hesab  edir.  Mən 

Azərbaycanın  bu  gün  də  mövcud  olan  bütün  çətinliklərinə  baxmayaraq  Avropada  adi  silahlı 

qüvvələr  haqqında  Müqavilənin  həyata  keçirilməsi  məqsədilə  aparılan  danıĢıqlarda  ilk  anlardan 

tutduğu konstruktiv mövqeyini nəzərdə tuturam. Ümumavropa təhlükəsizliyi sisteminin üzvü kimi 

bizim  dövlət  ümumi  təhlükəsizliyin  əhəmiyyətini  dərk  edərək  tərksilah  yolunda  yeni  birgə 

təkliflərə tərəfdar çıxacaq. 

 

Biz həmçinin inam və təhlükəsizlik anlayıĢlarına xüsusi əhəmiyyət veririk. Lakin bizə elə gəlir ki, 



keçmiĢ məfhumlara əsaslanaraq, yəni "düĢmən" xofundan qurtulmayıb yeni sistemə daxil olmaq 

qeyri-mümkündür.

 

ATƏM  iĢtirakçıları  olan  dövlətlərin  müxtəlif  start  Ģəraiti  və  beynəlxalq  davranıĢın  qəbul  olunan 



normalarını pozan müəyyən qüvvələrin siyasi mövqeyi həmin prosesi daha da mürəkkəbləĢdirir. 

"Soyuq  müharibə"nin  sonunu  bayram  edən  Avropa  qarĢısında  yeni  təhlükələr,  yeni  partlayıĢlar 

durur.  Avropa  xəritəsində  təxminən  70-ə  qədər  belə  qaynar  və  yaxud  potensial  qaynar  nöqtə 

saymaq olar ki, onların qızıĢdırılması sosial-iqtisadi narazılıq mühitində yaxĢı hazırlanmıĢ ssenari 

əsasında  baĢ  verir.  Bu  təhlükəli  meyl  beynəlxalq  qaydaların  və  prinsiplərin  pozulmasına, 

bir-birinin  mənafelərinin  sıxıĢdırılmasına  gətirib  çıxara  bilər  ki,  həmin  vəziyyət  heç  də  mövcud 

olan problemlərin həllinə, sülhün və əmin-amanlığın bərqərar olmasına yardım etmir.

 

Elə  düĢünürəm  ki,  ATƏM  öz  prinsiplərini  müdafiə  edərək  daha  qəti  mövqe  tutmalıdır.  Bununla 



əlaqədar bəzi irəliləyiĢləri qeyd etmək olar. ATƏM-in gələcək inkiĢafı mütləq onun strukturlarının 

gücləndirilməsi  və  möhkəmləndirilməsi  yolu  ilə  getməlidir  ki,  bu  da  ona  Vankuverdən 

Vladivostokadək  yerləĢən  ərazilərdə  olan  əmin-amanlıq  və  sabitliyi  saxlamağa  kömək  etməklə 

yanaĢı, bu sabitliyə qarĢı təhlükə yaranan zaman onu dəf etməyə kömək göstərərdi. 

 

Azərbaycan Avropada əmin-amanlığa qarĢı əsas təhlükə daĢıyan münaqiĢələrin həll edilməsi və 



əvvəlcədən  aradan  qaldırılması  mexanizminin  yaradılmasına  xüsusi  əhəmiyyət  verir.  ATƏM-in 

struktur  və  mexanizmləri  gərginlik  nöqtələrinə  çevik  Ģəkildə  diqqət  yetirərək  onların  yaranma 

səbəblərini araĢdırıb müntəzəm Ģəkildə bu məsələlərin həlli yolunda olan bütün maneələri aradan 

qaldırmalıdır.

 

Bu  gün  Azərbaycan  rəhbərliyi  yaranan  Ģəraiti  real  qiymətləndirərək  inkiĢaf  etmiĢ  bazar 



iqtisadiyyatına  malik  demokratik,  hüquqi  dövlətin  qurulmasına  yönəldilmiĢ  islahatların  həyata 

keçirilməsi yolunda bütün qüvvələrini səfərbər edir. Azərbaycan özünün tarixi ənənələri, coğrafi 

mövqeyi,  iqtisadi  potensialı,  qarıĢıq  ġərq-Qərb  mentaliteti  hesabına öz  inkiĢafında sıçrayıĢa  nail 

ola bilər. 

 

Biz  ATƏM-də  iĢtirakımızdan  çox  Ģey  gözləyərək  qarĢılıqlı  fayda  əsasında  bütün  maraqlanan 



dövlətlərlə ikitərəfli və ya çoxtərəfli əlaqələr çərçivəsində əməkdaĢlıq etməyə hazırıq. 

 

ÇıxıĢımın  əvvəlində  mən  əsas  amilin  Ġnsan  olduğunu  qeyd  etmiĢdim.  Bu  prinsipə  biz  daxili 



siyasətmizdə  sözsüz  riayət  edirik.  Azərbaycan  cəmiyyətdə  siyasi  hüquqlar  və  azadlıqlar,  bütün 

vətəndaĢların qanun qarĢısında bərabərliyi, qanunun aliliyi və çoxpartiyalılıq prinsiplərini özündə 

cəmləĢdirən 1918-1920-ci illərin hüquqi ənənələrini bərpa edəcək.

 



Azərbaycanın  demokratik  inkiĢaf  yolunu  seçməkdə  Azərbaycan  Xalq  Cəbhəsinin  böyük  rolu 

olmuĢdur. Azərbaycanda yaranmıĢ indiki siyasi vəziyyət AXC-nin rəhbərliyi altında aĢağıdan baĢ 

vermiĢ inqilabi  prosesin nəticəsidir. KeçmiĢ Sovetlər Birliyində bu inqilab ən  dərin  proseslərdən 

biri idi. 

 

Lakin nəinki islahatların, ümumiyyətlə, demokratik Azərbaycanın gələcəyi təhlükə altındadır. Mən 



bütün  dünya  ictimaiyyətinin  dərin  narahatlığına  səbəb  olan  erməni-Azərbaycan  münaqiĢəsini 

nəzərdə  tuturam.  1988-ci  ildə  Azərbaycanın  suverenliyinin  kobud  Ģəkildə  pozulmasından 

baĢlanan münaqiĢə bu gün bizim respublikanın ərazisinin bölünməsinə yönəldilən açıq həmləyə 

çevrilmiĢdir.  Minlərlə  adamın  ölümü,  yüz  minlərlə  qaçqın,  iqtisadi  itkilər  və  dağıntılar  -  budur 

"ermənilərin öz müqəddəratını təyin etmək mübarizəsi" adı altında Azərbaycana qarĢı müharibə 

aparan qonĢu Ermənistan Respublikasının torpaq iddialarının faciəli nəticələri. "Milli müqəddəratı 

təyin  etmək"  nəzəriyyəsinin  dərinliklərinə  varmadan  onu  qeyd  etməyi  lazım  bilirəm  ki,  bu 

məfhum həmin məsələyə aid edilə bilməz və bu məfhum yalnız ATƏM prinsiplərini kobud Ģəkildə 

pozan  qonĢu  dövlətin  əsl  məqsədlərini  gizlətmək  üçün  iĢlədilir.  Bizim  mövqeyimiz  suverenlik 

prinsiplərinə  əməl edilməsi,  ərazi  bütövlüyü  və  sərhədlərin  toxunulmazlığı,  insan  və  iki  dövlətin 

ərazisində yaĢayan milli azlıqların, o cümlədən Azərbaycanda hal-hazırda da yaĢayan ermənilərin 

və  Ermənistandan  son  nəfərədək  qovulmuĢ  azərbaycanlıların  hüquqlarının  təmin  olunması 

prinsiplərinə sözsüz riayət edilməsidir.

 

Ġki  dövlət  ərazisində  yaĢayan  milli  azlıqlar  hazırda  təhlükəsizliyin  təminatı,  gələcəkdə  isə 



əməkdaĢlıq  yaradılmasının  vasitəçiləri  rolunu  oynaya  bilərlər.  MünaqiĢənin  yükü  heç  vaxt 

Ermənistana  müstəqil  dövlət  olmağa  imkan  verməyəcək.  MünaqiĢə  bizim  əlaqələrimizi  pozaraq 

gələcəkdə regional vəziyyətin mürəkkəbləĢməsinə gətirib çıxaracaq. Bu münaqiĢə dayandırılmalı, 

düyün  açılmalıdır.  Yalnız  bu  Ģəraitdə  Ermənistan  və  Azərbaycan  elan  etdikləri  müstəqilliyə  və 

demokratiyaya nail olub öz xalqlarını əmin-amanlığa çıxara biləcəklər. 

 

Məhz bu baxımdan Azərbaycanın demokratik rəhbərliyi münaqiĢəni ATƏM çərçivəsində dinc yolla 



həll  etməyi  tam  surətdə  qəbul  edərək  danıĢıqların  gediĢində  konstruktiv  mövqedən  çıxıĢ  edir. 

Lakin təəssüflər olsun ki, digər tərəf haqqında bunları söyləmək qeyri-mümkündür. Helsinkidə bu 

toplantı  gedən  zaman  Ermənistan  Ali  Sovetinin  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkib  hissəsi 

olduğunu  təsdiq  edən  heç  bir  sənədə  qol  çəkməmək  haqqındakı  qərarı  onların  bu  mövqeyinə 

sübutdur.  Görünür,  Ermənistanın  Azərbaycana  qarĢı  həmləsi  nəticəsində  yaranan  düyünün 

açılması  üçün  ATƏM-in  daha  konkret  addımlar  atması  məqsədəuyğun  hesab  edilməlidir. 

Azərbaycanın  Ermənistan  tərəfindən  iĢğal  olunmuĢ  torpaqlarını  azad  etmək  və  Minskə  gedən 

yolları  təmizləmək  vacib  zərurətdir.  Azərbaycan  tərəfi  ATƏM-in  qəbul  edəcəyi  bütün  qərarların 

yerinə yetirilməsinə təminat verir. 

 

Fürsətdən  istifadə  edib  Ġtaliya  Respublikasına  və  onun  prezidentinə  münaqiĢənin  dinc  həlli 



yolundakı səylərinə görə minnətdarlığımı bildirmək istəyirəm. 

 

Bir  daha  qeyd  etmək  istəyirəm  ki,  milli  azlıqlar,  Azərbaycan  və  Ermənistan  arasında  digər 



ikitərəfli  əlaqələrə  aid  məsələlər  həmlə  və  ərazi  iĢğalı,  Azərbaycan  ərazisinin  dərinliklərinə 

münaqiĢənin geniĢləndirilməsi Ģəraitində həll edilə bilməz.

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə