Yola salanda: "Sən ilk adamsan, dostsan ki, vəzifədən imtina elədin. Get, Ģerini yaz. Sənin
"ġaman duaları"n istənilən nazir postundan yuxarıdadır", - dedi"
. (
"Savalanda görüĢənədək,
Bəy!". Bakı, 2000, s.103
).
Sadəlövh və idarəçilikdə hələ təcrübəsiz iqtidar baĢçıları elə güman edirdilər ki, xalq onların
səmimiliyini görərək qiymətləndirəcək və hər Ģeyi bağıĢlayacaq, narazılıqlar aradan götürüləcək.
Dövlət katibi Pənah Hüseynovun ilk vaxtlar iĢdən evə (Əhmədliyə) və geriyə basabas ictimai
nəqliyyatda (avtobusda) gedib-gəlməsi də bu sadəlövhlük və təcrübəsizliyin göstəricisiydi. Ancaq
70 il boyunca "rəhbər"in xalqdan xüsusi təmtəraq və dəbdəbəylə seçilməsinə alıĢmıĢ kütlə,
əksinə, bu yeni davranıĢı qəbul etməyə hələ hazır deyildi, ona görə də "vəzifəni hörmətdən
salan" belə hərəkətlər çox vaxt onda gülüĢ doğururdu. Bu səmimi gülüĢlər iqtidarın məkrli
əleyhdarlarının getdikcə mütəĢəkkilləĢən məqsədyönlü təbliğatıyla körüklənir, gücləndirilirdi.
Bir illik varlığı boyunca Ģüarçılıqdan, özünü Ģirin salmaqçün siyasi Ģoular təĢkil etməkdən qaçan
yeni hakimiyyət vəziyyəti yaxĢılaĢdırmaqçün gerçək addımlar atmağa üstünlük verirdi. Artıq 3
avqustda prezidentin göstəriĢiylə Nazirlər Kabineti Bakıda sərniĢin nəqliyyatını təkmilləĢdirmək və
onun maddi-texniki bazasını möhkəmləndirmək haqqında qərar qəbul etdi. Yol iĢlərinin
görülməsini yaxĢılaĢdırmaqçün bir Almaniya firmasına 2,6 milyon alman markası ayrıldı. 150
avtobus və 50 trolleybus alınması, "Ġkarus" avtobuslarıyçün ehtiyat hissələrindən ötrü 700 min
dollar vəsait ayrılması qərara alındı.
Əbülfəz bəy buçağadək əslində heç bir hakimiyyət mexanizmini öz əlinə keçirə bilməmiĢdi.
Ordudakı vəziyyət xüsusən xoĢagəlməzdi - hərbi qüvvələrin mühüm hissəsi müdafiə naziri
R.Qazıyevin və hakimiyyətə "məhəbbətsizliyi"ylə seçilən Ģəxslərin nüfuz dairəsindəydi. Prezident
orduda qayda-qanun yaratmaq, onu dövlətin mənafeyinə xidmət edən qüvvəyə çevirmək
üzərində ciddi düĢünürdü. 3 avqustda o, prezident yanında ümumrespublika müĢavirəsi
çağıraraq hərbi quruculuq məsələlərini və bu sahədə həlli zəruri konkret problemləri müzakirəyə
çıxardı. Bəy göstərdi ki, könüllülük prinsipi əsasında yaradılmağa baĢlayan Azərbaycan Milli
Ordusu bu gün təxminən bərabər sayda könüllü və çağırıĢçılardan komplektləĢdirilib. Prezident
bunu da bildirdi ki, orduda hələ ümumi komandanlığa tabe olmayan hərbi dəstələr də var.
Bütünlükdə vəziyyəti təhlil edən prezident Milli Ordumuzun yaradılmasını sürətləndirməkçün
konkret tədbirlər müəyyənləĢdirdi və onların qısa vaxtda yerinə yetirilməsini tələb etdi.
Demokratik dövlət qurmağı qərarlaĢdıran Azərbaycanda artıq hakimiyyət qollarının bölgüsü
gerçəkləĢdirilməyə baĢlamıĢdı. Ancaq hakimiyyətin hansı qoluna hansı səlahiyyətlərin verilməsi
qanunvericilikdə hələ öz əksini tapmadığına görə bəzi təbii dartıĢmalar da ortaya çıxırdı. 4
avqustda rəsmi dövlət qəzeti "Həyat" bu problemi hətta baĢlığa çıxarmıĢdı: "Prezidentlə
parlament arasında münaqiĢə mövcuddurmu?". Səlahiyyətlərin dəqiqləĢdirilməsi üst-üstə düĢən
prezident fərmanlarıyla Milli Məclis qərarlarında da üzə çıxırdı. Məsələn, prezidentin "Türkiyə
Respublikasının Ġstanbul Ģəhərində Azərbaycan Respublikasının baĢ konsulunun təyin edilməsi və
baĢ konsulluğun fəaliyyətinin təĢkili haqqında" 7 avqust tarixli fərmanından (bu fərmanla Abbas
Hacaloğlu konsul təyin edilib) bir neçə gün sonra - 11 avqustda Milli Məclis "Türkiyə
Cümhuriyyətinin Ġstanbul Ģəhərində Azərbaycan Respublikasının baĢ konsulluğunun təsis
edilməsi haqqında" qərar çıxardı və onun 2-ci maddəsində göstərdi: "Azərbaycan Respublikasının
prezidentinə təklif edilsin ki, baĢ konsulluğun təĢkili və fəaliyyəti ilə bağlı tədbirləri həyata
keçirsin". BaĢqa misal - Milli Məclisin 5 avqust tarixli qərarıyla Türkiyədə və Ġranda Azərbaycanın
səfirliyi təsis edildi. Bundan sonra prezident də Türkiyədə (7 avqust) və Ġranda (17 avqust)
Azərbaycan səfirliklərinin fəaliyyətinin təĢkili və səfirlərin təyin edilməsi haqqında fərman verdi.
Bu tipli məsələləri anarxiya sayanlar az deyil. Prezidentin özüsə baĢ verənləri belə
dəyərləndirirdi:
"Ġndi deyirlər ki, onda hərə bir tərəfə çəkirdi, anarxiyaydı. Yox, o, anarxiya deyil, sadəcə olaraq,
demokratiyaya gedən, anarxiyanın qarĢısını kəsəcək yolun baĢlanğıcıydı. Təəssüf, min təəssüf ki,
vətəndaĢımız bunu baĢa düĢmədi! Çünki xalqımız gözünü açıb dövlətin idarəçiliyinin bir əlin
altında olduğunu, bütün dəyirmanın da onun əlində fırlandığını görüb. Bizsə bu yolu seçə
bilməzdik. Biz dünyanı tərəqqiyə aparan hakimiyyətlərin həqiqətən bölündüyü demokratik
prinsiplər yolunu bəyəndik. Buradasa hökmən nöqsanlar, əyrilər, çatıĢmazlıqlar, yıxıntılar
olacaqdı. Ancaq yavaĢ-yavaĢ, bir neçə ilə hər Ģey qaydaya düĢəcək, hamı yeni mühitə
öyrəĢəcəkdi"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999,
s.34).
"Həyat" qəzetindəki "PREZĠDENT SEÇKĠQABAĞI VƏDLƏRĠNĠ UNUDUB" (6 avqust) kimi yazılar və
hakimiyyət daxilində səlahiyyətlərin dəqiqləĢdirilməsi cəhdləri müxalifətin əhali arasında çaĢqınlıq
törətməsinə münbit Ģərait yaradırdı. Artıq avqustun ortalarına yaxın dövlət çevriliĢinin olacağı
haqqında intensiv Ģayiələr yayılırdı. "Həyat" qəzeti "ÇevriliĢ cəhdi həqiqətdirmi?" (14 avqust)
sorğusuna mənfi cavab verərək bu Ģayiələrin əsassızlığını göstərsə də mövzunun rəsmi dövlət
orqanının səhifəsində müzakirəyə çıxarılması belə Ģeylərə alıĢmamıĢ dünənki sovet insanlarında
məsələnin ciddi olduğu ehtimalı doğururdu. Düzdür, prezidentin mətbuat və televiziyada gec-gec
görünməsi, özünü təbliğ etdirməyə çalıĢmaması da (təbliğatın dövlət idarəetməsindəki roluna bu
cür etinasız yanaĢma Elçibəy iqtidarının ən ciddi səhvlərindəndi) Ģayiələrə rəvac verirdi. Ancaq bu
Ģayiələrin arxasında köhnəliklə yeniliyin ölüm-dirim çarpıĢmasının dayandığını heç də hamı anlaya
bilmirdi.
Bəllidir ki, icraedici hakimiyyətin baĢlıca təmsilçisi olan Nazirlər Kabineti əsasən köhnə və
rüĢvətxor kommunist kadrlardan təĢkil edilmiĢdi və yeni islahatlara baĢlanmasının, bütövlükdə
yeni cəmiyyət quruculuğunun qarĢısındakı ən böyük və gerçək əngəl də məhz bu qurumdu.
Əslində ölkədəki az qala bütün real hakimiyyət mexanizmlərini əlində saxlayan bu nəhəng və
barıĢmaz aparatı dəyiĢdirmədən yeni dövlət quruculuğunda heç nəyə nail olmaq mümkün deyildi.
Bunu hamıdan daha aydın təsəvvür edən prezidentin "Azərbaycan Respublikası Nazirlər Kabineti
ĠĢlər Ġdarəsinin strukturunda dəyiĢikliklər haqqında" sərəncamı (17 avqust) dövlət çevriliĢi
haqqında Ģayiələrin heç də boĢ yerə yaranmadığını ortaya qoydu. Nazirlər Kabineti iĢlər idarəsi
və Prezident Aparatı struktur bölmələri arasındakı vəzifə təkrarlanma və uyğunluqlarını aradan
qaldırmaq, dövlət aparatında ixtisar aparmaq məqsədi güdən sərəncam çoxlu rüĢvətxor məmuru
dəhĢətə gətirdi. Tutduğu vəzifələrdən hədsiz maddi sərvət qazanan, buna görə də onu itirmək
istəməyən bu adamlar sərəncamın hazırlanmasından xəbər tutaraq onun qəbul edilməməsi
yolunu xalqı Ģayiələrlə qorxutmaqda, hakimiyyətə psixoloji təzyiq göstərməkdə tapmıĢdılar.