Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə12/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   8   9   10   11   12   13   14   15   ...   191

davam  etdirən  məhkəmə  Bəyi  ruhən  sındırmaqçün  onun  anasını  iclas  zalına  gətirdi.  Təbii  ki, 

oğlunun taleyinə hamıdan çox acıyan qayğıkeĢ ananı buraya gəlməkdə qınamaq allahsızlıq olardı 

-  onun  yeganə  istəyi  oğluna  imkanı  yetən  hər  vasitəylə  kömək  etməkdi.  Ancaq  “müttəhim 

Əliyevin vəsatətinə əsasən anası məhkəmə zalından xaric olundu” ...   

Ġlk gündə məhkəmə Əbülfəz bəyin geniĢ ifadəsini dinlədi. O, ibtidai istintaqda verdiyi ifadələrin 

üstündə durdu. 

Bəyin məhkəmədə dediklərinin ana xətləri: 

 

Tələbələrə  Azərbaycan  xalqının  taleyindən,  onun  birləĢməsi  və  bu  birləĢmənin  zəruriliyindən 



danıĢırdım.  Tələbələrlə  söhbət  aparırdım  ki,  Azərbaycan  SSR  Cənubi  Azərbaycanla  mütləq 

birləĢməlidir. 

 

Sovet Azərbaycanının SSRĠ'nin tərkibindən çıxması məsələsinə həsr olunmuĢ söhbətləri dəfələrlə 



danıĢmıĢam. 

 

Mən tələbələrdən xahiĢ etmiĢəm ki, onlar, yəni azərbaycanlılar öz ana dillərində oxusunlar, öz 



ana  dilini  unutmasınlar.  BildirmiĢəm  ki,  öz  ana  dilini  bilməyib  rus  dilində  təhsil  alan 

azərbaycanlılar naqisdirlər. 

 

DemiĢəm  ki,  Azərbaycan  xalqı  ruslaĢır,  Azərbaycan  ölgünləĢir.  Bu  hala  qarĢı  mübarizə 



aparmalıyıq. 

 

Azərbaycan  dilinin  assimilyasiya  edilərək  ölgünləĢməsi  barədə  olan  söhbətləri  tələbə  və 



yoldaĢlarımla 1970'inci ildən aparırdım. 

 

Mən tələbələrdə ruslara qarĢı kin-küdurət yaymağı təbliğ etməmiĢəm. Lakin tələbələrə demiĢəm 



ki, Ġvanın birindən qorxursunuz. O, sizin xalqınızı, millətinizi, ləyaqətinizi təhqir edir, sizsə onun 

cavabını verə bilmirsiniz. 

 

DemiĢəm  ki,  rus  dilini  bilməyənlər  yüksək  vəzifə  tuta  bilməzlər.  Rus  dilini  bilənlər  yaxĢı 



yaĢayırlar, bilməyənlərsə pis yaĢayır. 

 

Azərbaycan dilində danıĢan xalqların birləĢib bir ölkədə bir dövlət yaratmalarını və bunun zəruri 



olduğunu söyləmiĢəm. 

Ona verilmiĢ çoxsaylı suallara cavablardan seçmələr də maraqlıdır: 

 

Azərbaycanda məcburi assimilyasiya getdiyini tələbələr qarĢısında demiĢəm. 



 

DemiĢəm ki, Ġranda inqilab olsa federal burjua dövləti yaranar və sonra da ġimali Azərbaycanla 

birləĢər. Bundan sonra bütün türkdilli millət və xalqlar, o cümlədən Türkiyə birləĢib Turan dövləti 

yaratmalıdır. 

 

Mən  tələbələrə  danıĢmıĢam  ki,  indi  də  keçmiĢdə  olduğu  kimi  Azərbaycan  rusların 



müstəmləkəsidir. 


 

BildirmiĢəm ki, Azərbaycan mədəniyyəti tarixən rus mədəniyyətindən üstün olub. 

 

Krım  tatarlarının  əsassız  sürgün  olunduğunu  söyləmiĢəm  və  onların  vətənə  qayıtmasının 



məqsədəmüvafiqliyini bildirmiĢəm. 

 

Bəli! Mən Ģer də yaza bilirəm. Birinci cildə tikilmiĢ Ģerləri mən yazmıĢam. 



 

Mən ibtidai istintaqda verdiyim ifadələrimi etiraf edirəm. Bütün ifadələrimi təsdiq edirəm. 

Mayın 14'də məhkəmədə baĢlıca Ģahid - F.V. dindirildi. Vaxtilə Əbülfəz bəyin ən yaxın silahdaĢı 

olmuĢ  bu  adam  ibtidai  istintaqda  dediklərini  yenə  təkrarladı  və  onunla  bağlı  bütün  bildiklərini 

ortaya qoydu. 

Doğrudur,  mübarizə  yoldaĢlarının  bir  çoxuna  Bəy  özü tapĢırmıĢdı  ki,  ümumi  iĢi  DTK  cəngindən 

qurtarmaq xatirinə ona qarĢı ifadə verməkdən çəkinməsinlər, ancaq F.V. bunlardan deyildi - o, 

təĢkilatın  sirlərini  sataraq  birbaĢa  xəyanətə  yuvarlandı.  Öz  yoldaĢlarına  və  təĢkilatına  dönük 

çıxmıĢ bu Ģəxsə Əbülfəz bəyin qəzəblənəcəyini, onu etibarsızlıqda suçlandıracağını gözləmək çox 

təbii olardı. Ancaq o, Tanrının ona bəxĢ etdiyi tükənməz Bəy alicənablığını bir daha göstərərək 

prokurorun  sualını  belə  cavablandırdı: 

“F.V.'nin  ifadələrini  mən  təsdiq  edirəm.  Onun  mənimlə 

Ģəxsi-qərəzliyi yoxdur. O düz deyir. O, mənə inanıb, mənim təsirim altına düĢüb. Onda heç bir 

təqsir yoxdur”. 

 

Ümumiyyətlə,  Bəy  nəinki  F.V.'də,  heç  onu  həbs  edən  DTK  əməkdaĢlarında,  ona  əzablar  verən 



müstəntiqlərdə,  məhkəməni  aparan  Ģəxslərdə...  heç  bir  günah  görmür,  bütün  ədalətsizliklərin 

səbəbkarı kimi yalnız mövcud quruluĢu görürdü. 

Məhkəmə  zalında  müttəhimdən  çox  ittihamçıya  bənzəyən,  heç  nədən  və  heç  kimdən 

qorxub-çəkinməyən, özünü son dərəcə məğrur aparan Əbülfəz bəyi ruhən qırmaq, onu mənən 

əzmək  üçün  sevimli  anasının  8  Mayda  yazdığı  rəhm  ərizəsini  vəkil  elə  həmin  gün  -  14  Mayda 

məhkəməyə təqdim edərkən “müttəhim Əliyev xahiĢ edir ki, anasının ərizəsinin məzmunu elan 

edilməsin, ərizə oxunmasın”. 

14 Mayda da məhkəmə istintaqı bitmiĢ elan edildi. Prokuror ittiham nitqi söyləyərək müttəhimə 3 

il iĢ verilməsini tələb etdi. 

UzaqbaĢı 15 dəqiqə çəkmiĢ və əksər hallarda ölüm hökmü çıxarmıĢ məhkəmələrlə yadda qalan 

1937-49  repressiyalarından  sonra  siyasi  dissident  üzərində  qurulmuĢ  bu  ilk  məhkəmə  öz 

sələflərindən xeyli “humanist” oldu - düz BEġ GÜN çəkdi!   

 

HÖKM 


Mayın 15'də saat 17'də hakim HÖKMü oxudu. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin 

baĢ  müəllimi,  tarix  elmləri  namizədi  Əbülfəz  Qədirqulu  oğlu  Əliyevə  siyasi  görüĢlərinə  görə 

Azərbaycan SSR CM'nin 67 (“Milli və irqi hüquq bərabərliyini pozma”) və 188-1 (“Bilə-bilə Sovet 



dövləti və ictimai quruluĢunu ləkələyən yalan uydurmalar yayma”) maddələri üzrə 1 ĠL 6 AY həbs 

cəzası kəsildi.   

Bir  çox  illər  sonra  -  1997/98'də  Heydər  Əliyevin  məddahları  universitet  müəlliminə  az  iĢ 

verilməsini  Azərbaycan  KP  MK'nın  o  vaxtkı  I  katibinin  “atalıq  qayğısı”  kimi  qələmə  verməyə 

çalıĢdılar.  

Ancaq gerçəklik bundadır ki, birincisi, Bəyin həbsi bütövlükdə H.Əliyevin sədaqətlə qulluq etdiyi 

hakimiyyətin,  ümumilikdə  onun  dünən  baĢçılıq  etdiyi  DTK'nın  və  həmin  gün  rəhbərlik  etdiyi 

kommunist  partiyası  respublika  təĢkilatının  “baĢqa  cür  düĢünənlər”ə  qarĢı  apardığı  kommunist 

siyasətinin nəticəsiydi, ikincisi də, MK'nın katibi məhz özünün Ģəxsi mənafeyini hər Ģeydən üstün 

tutaraq istəmirdi ki, “onun” respublikasında sovet quruluĢuna qarĢı nəinki təĢkilatın, hətta ayrıca 

ciddi  bir  “üsyankar”ın  olması  haqqında  Moskvada  səs-küy  yaransın.  Bu  niyyətdə  olan  DTK  Ģefi 

Krasilnikovun  müqavimətini  qıraraq  iĢin  böyüməməsinə  nail  olmaqla  o,  millətin  gənc  alimini 

təqibdən  qurtarmağa  deyil,  özünün  “rəhbər”  nüfuzuna  kölgə  düĢməməsinə  çalıĢırdı;  onun 

“əl-ayağına  dolaĢan”  Krasilnikovu  bir  qədər  sonra  Azərbaycandan  kənarlaĢdırması  da  deyiləni 

sübut  edir.  Əgər  onun  Ģəxsən  Əbülfəz  bəyə  dissident,  alim,  yaxud  adi  vətəndaĢ  kimi  hörməti 

olsaydı  heç  bir  ölçüyə  sığmayan  məqsədyönlü  təhqirlər  selini  1993'dən  üzübəri  onun  üstünə 

tuĢlamazdı. 

Əbülfəz bəyin məhkəməsi ümumən götürdükdə nə qədər göynərtilidirsə onda iĢıqlı məqamlar da 

az deyil. Bu proses zamanı elə hadisələr baĢ verirdi ki, onlar Bəyi ruhən gücləndirir, ona təskinlik 

verir,  bu  xalqın  yolunda  boĢ-boĢuna  mübarizə  aparmadığına  onu  inandırırdı.  Məsələn, 

məhkəmənin gediĢi zamanı tələbələrdən biri Bəyin üzünə duraraq ona öyrədilmiĢ bu sözləri deyib 

ki, mən Əbülfəz müəllimə nifrət edirəm, bizi bunun əlindən xilas edin, çünki o, dərsdə bizə Sovet 

hökumətinin əleyhinə danıĢır. Bu zaman bir tələbə qız da ona etiraz edib ki, sən əclafsan, ona 

görə  də  biz  sənə  nifrət  edirik.  Hakim  “bunu  deyən  kimdir?”  soruĢanda  qız  ayağa  qalxıb  ki, 

“mən!”.  Hakimin  göstəriĢiylə  qızı  zaldan  çıxarıblar  və  o,  hakimin  yanından  keçərkən  baĢından 

yaylığı  açaraq  ona  uzadıb  ki,  ver  bunu, kiĢilər baĢlarına  bağlasın. Həmin  qızın  mərdliyi  Əbülfəz 

bəyə çox böyük mənəvi dayaq olub. 

Orada  baĢqa  bir  ibrətamiz  hadisə  də  baĢ  verib.  Məhkəmənin  gediĢi  vaxtı  həyətdə  durmuĢ 

tələbələrinin  yanında  bir  maĢın  dayanıb,  ondan  tökülüĢən,  təhər-töhüründən  DTK  əməkdaĢına, 

yaxud  prokurorluq  iĢçisinə  bənzəyən  adamlar  onlara  yaxınlaĢaraq  soruĢublar  ki,  bura  niyə 

yığıĢmısınız? Cavab veriblər ki, müəllimimizin məhkəməsidir. “ĠliĢmək” üçün yenə soruĢublar ki, 

müəlliminizi  qurtarmaqdan  ötrü  rüĢvət  verməyə  puldan-paradan  bir  Ģeyiniz  varmı?  Bir  qız  irəli 

yeriyərək  barmağından  niĢan  üzüyünü  çıxararaq  deyib  ki,  mən  təzə  niĢanlanmıĢam,  niĢan 

üzüyümü  verirəm.  Bunu  görən  bəzi  adamlar  (onların  içində  Bəyin  qohumları  da  olub)  özlərini 

saxlaya bilməyərək ağlayıb. MaĢında gələnlər də daha orada dayanmayaraq çıxıb gediblər. Bəy 

bunu da eĢidəndə xeyli təsirlənib. 

Ancaq, fikrimcə, ən ibrətamiz hadisə bu məhkəmədən çox-çox illər sonra baĢ verdi. KeçmiĢ DTK 

polkovniki, həmin hadisələrin Ģahidi Yasif Nəsirli 1999'da etiraf etdi: 

“Biz universitetdə oxuyanda 

Elçibəy həmiĢə deyirdi ki, SSRĠ dağılacaq. Düzü, mən onun dediklərinə inanmırdım. Ancaq həyat 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə