imtahan verərək tələbə adını qazanması testin ilk ciddi və uğurlu sınağı oldu.
ARTIRMA
"O zaman rəhmətlik Turqut Özalla söhbət etdik, mənə söz verdi ki, Türkiyə hər il Azərbaycandan
2 min tələbə götürəcək və onların bütün təhsil xərclərini ödəyəcək. Əgər biz beĢ il hakimiyyətdə
qalsaydıq bu, 10 min tələbə edəcəkdi. Ancaq bizdən sonra bunun üstündə durmadılar, hər Ģey
pozuldu, yarımçıq qaldı. Bizdən sonrakıların siyasətinin ən mənfur cəhətləridən birisi o oldu ki,
özümüzdə neyləmiĢdi cəhənnəmə, gərək Türkiyənin yaratdığı Ģəraiti dağıtmayaydı; həmin
həqiqətən qardaĢlıq yardımından istifadə etməklə gələcək çatıĢmazlıqları aradan götürməkdən
ötrü böyük kadr potensialı, kadr ehtiyatı yarada bilərdik. Bu da xəyanətin bir üzüdür".
(
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən.
- "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.90).
Artıq 21 iyulda prezident Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını yaratdı. Qərara alındı ki,
1992-ci ilin Azərbaycan üzrə tələbə qəbulu hökmən testlə keçirilsin. Prezident Aparatında 11
iyuldakı müĢavirənin baĢlıca mövzusu bu məsələ oldu. Bildirildi ki, imtahanlarçün sənədlər iyulun
son günlərindən götürüləcək, dərslərsə 1 oktyabrda baĢlayacaq.
Ölkənin demokratik inkiĢafını təmin etməkçün prezident hakimiyyətlər bölgüsünü
formalaĢdırmağı zəruri sayırdı. Ġcraedici orqan keçid dövrünün baĢlıca ağırlıqlarını öz çiyinlərinə
götürmüĢdü. Ali Sovet (Milli Məclis) tam müstəqil Ģəkildə qanunvericiliklə məĢğul olur, Ali
Məhkəmə də müstəqil Ģəkildə - icraedici və qanunverici orqanların heç bir müdaxiləsi olmadan
məhkəmə sisteminin müstəqilliyini nümayiĢ etdirirdi. Təbii ki, bu amil ölkədə ədalətin və güclü
hakimiyyətin yaradılmasında müstəsna əhəmiyyətə malikdi.
Yeni dövlət quruculuğu, hakimiyyət bölgüsü haqqında prezident belə düĢünürdü:
"Bilirsiniz, bir
var ki, gəlib boĢ yerdə dövlət qurasan - o, çox asandır, bir də var ki, dövlət xarabalarını dağıdıb
yerində yeni dövlət yaradasan - o, çox çətindir, çünki köhnəni dağıtmalısan; elə yerlər var ki,
betonlaĢmıĢ, sementləĢmiĢdir, onu asanlıqla dağıtmaq olmur. Biz nədən baĢladıq?
Birinci, çalıĢdıq ki, yuxarı - parlament demokratik olsun. Bunu Ġsa bəyə tapĢırdıq. Xalq gözəl
görürdü ki, bütün müzakirələrin hamısı televiziyada göstərilir. Bizim parlamentə qədər gediĢatın
hamısının xalqa çatdırıldığı parlament olmayıb...
Bəli, parlamentimiz tam demokratikdi. Orada xalqa əməlli-baĢlı demokratiya dərsi keçilirdi.
Ġkincisi, icraedici orqanlarda qayda yaratmağa giriĢdik. Hər Ģeydən öncə Prezident Aparatını
demokratikləĢdirməyə baĢladıq. Bura gələn adamın heç birini geri qaytarmırdıq - kim olur-olsun,
nə deyir-desin. Məktub göndərənlər cavab alırdılar. ġikayətçiləri yüksək vəzifəli səlahiyyətli
Ģəxslər dinləyirdi, yalnız prezidentin yanına getməyə israr edənləri özüm qəbul edirdim.
Biz orada iĢləyənlərə öyrətdik ki, xalqla həssas davranacaqsınız, qapılarımız heç zaman xalqın
üzünə bağlanmayacaq. Beləliklə, aparat baĢladı xalqla yaxın ünsiyyətdə iĢləməyə.
Mən prezidentdim. Xalqın narahatlığını duyanda kabinetimdə rahat otura bilmirdim. Çox vaxt
eĢidirdim ki, qıĢqırırlar: "Elçibəy", "Elçibəy". Məni görmək istəyirlər. RazılaĢıram ki, yaxĢı, 100
nəfərsiniz, 5 nəfər gəlsin, görüĢək. Deyirlər ki, yox, yüzümüz də gələcəyik, çıx, bizim qarĢımızda
danıĢ (öz aramızdır, bizə əməlli-baĢlı ərk edirdilər). Mən də onlarla görüĢürdüm. Çox vaxt belə
olurdu.
Daha sonra baĢladıq idarəetmə orqanlarını qaydaya salmağa. Bir çox zəruri komitələr, Ģirkətlər
yaratdıq, bəzi gərəksiz qurumları da ixtisar etdik. Məsələn, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi
sistemində 60-dan çox institut vardı. Çoxunu rüĢvətçün düzəldiblər ki, yeyib-dağıtsınlar. Bunları
seçmək, tələbata uyğun hala salmaq özü bir ciddi problemdi!
Dövlət aparatında diktatura sistemini dağıtmaqçün müəssisələrə, onların rəhbərlərinə sərbəstlik
vermək lazımdı. Biz məhz bu yolu tutduq. Hər müəssisənin öz əsasnaməsini hazırladıb, yaxud
yenidən iĢlədib ona uyğun iĢləməyi tələb edirdik. çalıĢırdıq ki, müəssisələr böyük piramidanın
içində qalıb çabalamasın.
Biz hakimiyyətin 3 yerə bölünməsini gerçəkləĢdirməyə çalıĢırdıq. Bunun artıq ciddi özülü
qoyulmuĢdu. Prezident Aparatı müstəqilləĢirdi, bunu hamı görürdü. Milli Məclis də müstəqildi.
Prezident Aparatından, məsələn, hər hansı bir sənəd gəlir, parlament qəbul eləmir, qaytarır
üstümüzə. Biz təzədən iĢləyirik, bir də qaytarırıq ora. Parlamentdə prezident tənqid edilirdi, buna
heç kim bir söz demirdi. Bir çox hallarda prezident oraya birbaĢa mübahisəyə gedirdi...
Üçüncüsü, məhkəmə hakimiyyəti - o da müstəqil olacaqdı. Tahir Kərimlini Ali Məhkəmənin sədri
qoymuĢduq. Desin görək ya Prezident Aparatından, ya da Milli Məclisdən olan təzyiqlə nə vaxt
bir hökm çıxarıb. Əksinə, məhkəmələr, bizim orqanların iĢdən kənarlaĢdırdığı adamları iĢə bərpa
etməklə məĢğuldu"
. (
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı,
1999, s.32-33
).
Dövlətin geridönməz müstəqilliyinin təmin edilməsini Ģərtləndirən baĢqa amillər içərisində yeni
dövlət institutlarının yaradılması, əlbəttə, ən zəruri məsələlərdəndi. Bu sahədə ağırlıq mərkəzi
Ģəxsən prezidentin öz üzərinə düĢürdü. Bəyin fərmanlarıyla qısa zaman içərisində bir çox mühüm
dövlət qurumları yaradıldı; məsələn: Azərbaycan Dövlət Balıqçılıq Təsərrüfatı Konserni (7 iyul),
Milli Ləl-Cəvahirat Fondu (16 iyul), Azərbaycan Dövlət Torpaq Komitəsi, AR-nın prezidenti
yanında Xüsusi Ġdarə (17 iyul 1992).
Elçibəy hakimiyyətinin ayağı sayalı oldu - hər sahədə olduğu kimi idmanda da dalbadal ürəkaçan
xəbərlər gəlməyə baĢladı. Məsələn, Duysburq Ģəhərində 18 yaĢlı qızlar arasında Ģahmat üzrə
dünya çempionatında dünya çempionu olmuĢ (15 iyul) Gəncə məktəblisi Ġlhamə Qədimovadan
sonra 10 yaĢlı Qax yetiĢdirməsi Pərvanə Ġsmayılova da dünya çempionu adını qazandı (16 iyul).
Prezident onları və beynəlxalq yarıĢlarda fərqlənmiĢ baĢqa idmançıları qəbul edərək (20 iyul)
onlara uğur dilədi və milli idmanımızın da inkiĢafına yardım göstərəcəyini bildirdi.
Bəy xarici dövlətlərlə iqtisadi əməkdaĢlığın geniĢləndirilməsini, ölkəmizə xarici yatırımların cəlb
edilməsini iqtisadi yüksəliĢimizin stimulu saydığına görə bu sahəyə xüsusi diqqət yetirirdi. 22
iyulda Ġtaliyanın "Teknimont" firmasıyla Sumqayıtın "Sintezkauçuk" Ġstehsalat Birliyi arasında 150
milyon dollarlıq saziĢin bağlanması ölkə rəhbərliyinin belə təĢəbbüsləri həvəsləndirməsinin
nəticəsiydi.