Əbülfəz bəyin prezident kimi iĢə baĢlamasıyla torpaqlarımızın erməni iĢğalçılarından təmizlənməsi
hədsiz sürətləndi. Yeni rəhbərliyin vətənpərvərliyindən ruhlanmıĢ Azərbaycan əsgəri düĢmənlə
döyüĢə cəsarətlə atılır, ölümdən belə qətiyyən çəkinmirdi. Elə bunun nəticəsində ilk sırada
Goranboy və Ağdərə rayonları yağılardan təmizləndi.
Elçibəy iqtidarı dövrünün hərbi əməliyyatlarındakı bütün uğurları, o sıradan Goranboy və Ağdərə
rayonlarındakı kəndlərin erməni iĢğalçılarından təmizlənməsini də öz adına çıxan S.Hüseynov bu
iĢdə prezident baĢda olmaqla iqtidarın heç bir baĢçısının rolu olmadığını sonralar bəyan etmiĢdi.
Elçibəy ona belə cavab verdi:
"Goranboy və Ağdərəni azad edənlər əslində həmin rayonlardakı
yerli özünümüdafiə dəstələri idi. Onlara müəyyən qədər hərbi qüvvələr və polis də köməklik
göstərirdi. Burada daha çox Azərbaycanın Milli Qəhrəmanı MaĢallah Abdullayevin baĢçılıq etdiyi
qüvvələrin qəhrəmanlığını xüsusi qeyd etmək gərəkdir. Onların gördüyü iĢi heç kəs öz adına çıxa
bilməz. Həmin əməliyyatlarda yerli döyüĢçülər xeyli Ģəhid verib. O rayonların azad olması da
həmin Ģəhidlərin xidmətidir, Surət Hüseynovun yox; o yalnız bəzi əməliyyatları sursatla təchiz
edib ki, bu sursatı da dövlət göndərmiĢdi"
. (
"Mən istiqlalımızı hakimiyyətdən üstün tutdum!"
.
Əbülfəz Elçibəylə onun mətbuat katibi Ədalət Tahirzadənin söhbəti. -"Azadlıq" qəzeti, 20 iyun
1998).
Mario Raffaellinin baĢçılığıyla ATƏM-in Minsk qrupu (MQ) Azərbaycan Ordusunun qələbələrini
görərək sülhyaratma tədbirlərinə giriĢdi. MQ-nun ilk fövqəladə görüĢünün üçüncü sessiyası
Romada 10 gündən artıq çəkmiĢdi. 3 iyulda Raffaelli hərbi əməliyyatları dayandırmaq haqqında
prezidentlər L.Ter-Petrosyana və Ə.Elçibəyə məktublar göndərdi. Göstərməliyik ki, bununla
ATƏM-in yüksək vəzifəli nümayəndəsi elan olunmamıĢ müharibənin davam etdiyi müddətdə
Ermənistanın Azərbaycana qarĢı hərbi əməliyyatları barədə ĠLK DƏFƏ söhbət açırdı. Bu,
Azərbaycan diplomatiyasının ozamankı uğuruydu. Məhz Finlandiyaya səfər ərəfəsində Əbülfəz
bəy xoĢ məram göstərərək məktuba müsbət cavab verdi və hərbi əməliyyatları 9 iyuldan 30
günlüyə dayandırmağa razılaĢdı və həqiqətən də, Azərbaycan atəĢi birtərəfli qaydada dayandırdı.
(Ermənilərsə 18 iyulda hücuma keçdilər).
"Moskovskiye novosti" qəzetində (5 iyul 1992, N27) jurnalist Dmitri Furmanın Əbülfəz Elçibəylə
"Bütün dünya demokratik olacaq" baĢlıqlı müsahibəsi dərc edildi. Elçibəyin hakimiyyətə
gəlməsindən bir neçə gün qabaq götürülmüĢ bu müsahibədə baĢlıca olaraq demokratiyadan və
Qarabağ müharibəsindən danıĢılır.
D.Furman deyir: "Belə bir oturuĢmuĢ təsəvvür var ki, demokratiya Avropayla, xristian
mədəniyyətiylə bağlıdır. Müsəlman ölkələrindəsə demokratiya bərqərar etmək qəliz iĢdir". Bəy
ona etiraz edir: "Bu, cəfəngiyyatdır. Həm müsəlman, həm də xristian aləmində siyasi inkiĢafın
müxtəlif tipləri olub və demokratik inkiĢafın, məsələn, Rusiyada Türkiyədəkindən asan olduğunu
demək olmaz. Orada ilk liberal konstitusiya Rusiyadakı kimi 1905-inci ildə yox, 1876-cı ildə qəbul
edilib və indi bu cəmiyyətin demokratik siyasi sistemi və inkiĢaf etmiĢ iqtisadiyyatı var, Rusiyasa
yenicə demokratiya yaratmağa çalıĢır. Görünür, hər bir xalqda demokratiya quruculuğunda
istinad edilən və bu quruculuğa maneçilik törədən bir Ģey var. Müsəlman xalqlarında onların
birincisi xristianlarda olduğundan az, ikincisisə çox deyil. Yadımıza salaq ki, müsəlmanlar heç
zaman öz ölkələrindən xristianları ispanların mavrları qovduğu kimi qovmayıb, inkvizisiyanı da
müsəlmanlar icad etməyib. Hitleri də, Stalini də dünyaya onlar bəxĢ etməyib".
D.Furman bunlara baxmayaraq "stereotiplər çox güclüdür" dedikdə Əbülfəz bəy bildirir: "Əlbəttə.
Rusların çoxu, məncə, azərbaycanlıların həqiqətən də demokratiyaya can atmasına çox da
inanmır. Hə, Ermənistan, Gürcüstansa - baĢqa məsələ. Və sözsüz ki, erməni - azərbaycanlı
münaqiĢəsini siz öncədən müəyyənləĢmiĢ təsəvvürlə qavrayırsınız. Mənə elə gəlir ki, rusların
çoxu Azərbaycan tərəfini yeniçərilər, baĢıpozuqlar surətində qavradı, "türk vəhĢilikləri"ni xatırladı
(müsəlman xalqlarının çoxunda "rus vəhĢilikləri" surətinin olmasına da ruslar, bir qayda olaraq,
Ģübhə etmirlər). Ermənilərləsə o saatca "genosid" surəti bağlandı. Azərbaycanın belə qalın mənfi
stereotiplər qatını dəlib keçməsi çox çətindi. Ġndi, məncə, münasibət bir qədər dəyiĢir. Xocalıdan
və Laçının alınmasından sonra nəhəng müsəlman kütləsinin kiçik xristian xalqı əzməyə
çalıĢmasını daha demək olmaz".
Söhbətin bundan sonrakı hissələri də maraq doğurur, ancaq daha önəmli yerləri oxuculara
təqdim edirəm.
"-Siz Qarabağ münaqiĢəsinin çözülməsi mümkünlüyünə inanırsınız?
-[...] DanıĢıqların mövzusu hər Ģey ola bilər - ərazidən baĢqa. Biz indi Amerikanın və Avropanın
yardımına çox umud bəsləyirik.
-Bəs Rusiyanın yardımına, vasitəçilik xidmətinə?
-Biz belə yardıma sevinərdik. Ancaq Rusiyanın, məncə, indi Zaqafqaziyaya da, ümumiyyətlə,
keçmiĢ SSRĠ respublikalarına da yönəlik aydın siyasəti yoxdur. Sizin siyasətinizdə gah
demokratik, gah da böyük dövlətçilik meylləri meydana çıxır. Bir lider belə, digəri baĢqa cür
danıĢır...
-Rusiyanın siyasi xadimləri içərisində hansı Sizə daha yaxındır?
-Mən Rusiyanın demokratik yolla seçilmiĢ bütün liderlərinə hörmətlə yanaĢıram. Ancaq, hər
halda, Rusiyada demokratiyayçün hamıdan çox iĢ görmüĢ adam Qorbaçovdur. Bütün
yanlıĢlıqlarına (o sıradan bizə münasibətdə də) baxmayaraq onunçün öncə Ģəxsi hakimiyyət yox,
demokratiyaydı. O, hakimiyyətdən də ikiəlli yapıĢmadan ləyaqətlə getdi...
-Siz Ġranın diplomatik cəhdlərinə necə baxırsınız?
-Ġrançün demokratik, dünyəvi Azərbaycan - Ġranın nəhəng və hüquqsuz azərbaycanlı əhalisini
göz önünə gətirərək - iti bıçaq kimidir. Onunçün islam boyasıyla cildini dəyiĢmiĢ partiya
nomenklaturası daha yaxĢıdır. Ġran, məncə, vasitəçilik etməkdən daha çox, bulanıq suda balıq
tutub.
…-Sizi Qamsaxurdianın nümunəsi qorxutmur? Axı o da Sizin kimi demokratdır, Sizin kimi
repressiyalara uğrayıb, xalq coĢqunluğu dalğasında və yəqin ki, ən xoĢ niyyətlərlə hakimiyyətə
gəlib. Hətta sizin ikiniz də peĢəcə filoloqsunuz. Nəticədə Gürcüstan qana bələnib.