Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə3/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   2   3   4   5   6   7   8   9   ...   191

Əgər olmasam da mən əsirlikdə

   


Qəmlərin əlində əsir qalmıĢam.

   


Bu necə həyatdır, necə zamandır? -

   


Hələ uĢaqlıqdan mən qocalmıĢam!

   


Kələkidə məktəb olmadığından, bir neçə kilometr aralıda yerləĢən Unus kəndində 7'illik məktəbə 

gedərkən 8 yaĢlı Əbülfəzin oxumağa həvəsi yoxdu - müharibəyə getmiĢ atasını əvəz etməkçün 

anasına  yardımçı  olmaq  istəyirdi,  üstəlik,  müəllimlərdən  biri  də  “kefinə  dəydiyinə”  görə 

məktəbdən xoĢu gəlmirdi. Ancaq birinci sinifdə dərs deyən Ġsmayıl müəllimin mehribanlığı, Ģirin 

dili,  uĢaqda  özünə  sevgi  yarada  bilməsi  nəticəsində  Əbülfəz  məktəbə  alıĢdı.  Yuxarı  siniflərdə 

Əsgər  müəllimin  və  həm  məktəb  direktoru,  həm  də  dil-ədəbiyyat  müəllimi  olan  Ġsmayıl 

Kazımovun  mehribanlığı  da  onu  oxumağa  xeyli  ruhlandırdı.  Həmin  məktəbin  indi  də  saxlanılan 

jurnallarında bu Ģagirdin adı qarĢısında yalnız “5” qiymətlərinin düzülməsi, əlaçı olması göstərir 

ki, “küsəyənliyi” çox da uzun çəkməyibmiĢ. 

Unus  məktəbini  bitirəndən  sonra  1955-57'ci  illərdə  təhsilini  bütün  Naxçıvanda  ən  güclü 

məktəblərdən sayılan Ordubad Ģəhərindəki 1 saylı orta məktəbdə davam etdirdi. 

Həmin Minayə xalanın “çox ağıllı”, ancaq “yaman utancaq” adlandırdığı uĢaq, yaĢına yaraĢmayan 

düĢüncələriylə, yorulmaz mütaliəsiylə yaĢıdları içərisində kəskin seçilirdi. 

Ordubad  məktəbində  Bəylə  eyni  sinifdə  oxumuĢ  ġaban  Rzayevin  xatirələrindən  öyrənirik  ki, 

könüllərindən  onunla  oynamaq  və  Ģıltaqlıq  etmək  keçirən  sinifdaĢlarının  arzusu  heç  cür  baĢ 

tutmurdu  -  bu  arıq,  bir  qədər  də  adamayovuĢmaz  uĢağı  gecəli-gündüzlü  yalnız  oxumaq 

maraqlandırırdı:  “...Evdə  də,  məktəbdə  də  (hətta  tənəffüsləri  də)  oxuyurdu,  əlindən  kitab 

düĢmürdü, ona görə də bütün fənlərdən “5” alırdı. Sinfimizdə ən yaxĢı oxuyan Əbülfəz və Faiq idi 

(Faiq indi Tibb Universitetinin professorudur)”. 

ġaban bəy dostunun istedadının Allah vergisi olduğunu söyləyir və bildirir ki, Əbülfəz o qədər çox 

oxumuĢdu ki, tarix, ədəbiyyat, coğrafiya və baĢqa dərslərdə hələ müəllimin keçmədiyi mövzuları 

danıĢır və izah edirdi. O, müəllimlərinə elə suallar verirdi ki, onlar nə qədər savadlı olsalar da çox 

vaxt  cavab  verməyə  çətinlik  çəkirdilər.  Onlar  bu  uĢağın  bu  qədər  Ģeyi  haradan  öyrəndiyinə 

heyrətlənir, onun oxuduğu kitabların adını soruĢur, tez-tez müəllimlər otağına aparıb ona çoxlu 

suallar verirdilər. O, müəllimlərlə də mübahisə aparmağı sevir və onların nüfuzu qarĢısında geri 

çəkilməyərək  öz  fikirlərinin  doğruluğunu  sübut  etməyə  çalıĢırdı.  Doğrudur,  bəzi  müəllimlər  bu 

“dikbaĢlığı” xoĢlamasa da Əbülfəz yenə öz iĢindəydi.   

Səkkizinci  sinif  Ģagirdiykən  Marksın  “Kapital”ı  kimi  əsərləri  oxumağa  giriĢən  Əbülfəzin 

dünyagörüĢü sinifdaĢlarınkından, təbii ki, xeyli geniĢdi. Bu üzdən də ġaban bəyin etirafı təəccüb 

doğurmamalıdır:  “Əbülfəz  hələ  səkkizinci  sinifdə  oxuyanda  bizə  deyirdi  ki,  Azərbaycanı  iki  yerə 

bölüblər,  Azərbaycana,  onun  xalqına  qarĢı  böyük  ədalətsizlik  edilib.  Azərbaycan  birləĢməlidir, 

vahid dövlət olmalıdır. Bu gün mənə çox qəribə gəlir ki, Əbülfəz bəy hələ o vaxt deyirdi ki, bu 




xalqı biz gələcək nəsillər birləĢdirəcəyik. Onda bu sözlər bizə bir nağıl kimi gəlirdi”.   

Sözsüz ki, bu deyilənlərin doğruluğuna Ģübhə etməyə heç bir haqqımız yoxdur, ancaq orası da 

bəllidir  ki,  həmin  illərdə  Azərbaycanın  parçalanması  haqqında  ədəbiyyat  yox  dərəcəsindəydi; 

deməli, bu əqidəni onda formalaĢdıran müəllimləriymiĢ. Məhz bu məktəbdəki Oruc müəllim, BəĢir 

müəllim,  Mahmud  müəllim  və  b.  çox  savadlı  müəllimləri  onun  həyata  baxıĢlarının 

istiqamətlənməsinə  mühüm  təsir  göstəriblər.  Sonralar  Əbülfəz  bəy  özü  də  qürurla  bildirib  ki, 

dünyagörüĢümün  formalaĢmasında  Ordubad  məktəbi  müəllimlərinin  misilsiz  rolu  olub.  Məhz 

onların  sayəsində  gənc  Əbülfəz  dərin  savada  yiyələnməklə  yanaĢı,  özünün  gələcək  həyat  və 

mübarizə yolunu müəyyənləĢdirib. Ordubad məktəbi onun xarakterində də “cilalanma” aparıb - 

yoldaĢlarıyla səmimi və mehriban davranan, əyriliyə, yalana nifrət bəsləyən, and içərkən yalnız 

Allahın adını çəkən, namaz qılan, oruc tutan bu Ģagirddə ƏQĠDƏDƏN DÖNMƏMƏK baĢlıca insani 

keyfiyyətə çevrilmiĢdi. 

Məktəbdəki  tələbkarlığın  sayəsində  orta  təhsilini  əlaçı  kimi  baĢa  vuran  Əbülfəzə  gümüĢ  medal 

düĢsə də onu bu sevincdən məhrum etdilər. Sonralar özü belə xatırlayacaq: “Bizdən bir il qabaq 

məktəbdə xeyli qızıl və gümüĢ medal vermiĢdilər Naxçıvanda. Hətta elə olmuĢdu ki, bir sinifdə 

oxuyan  30  nəfərdən  25'i  medal  almıĢdı,  səsi  çıxmıĢdı.  Ona  görə  nazirlikdən  xüsusi  göstəriĢ 

gəlmiĢdi ki, bu il qızıl-gümüĢ söhbəti olmayacaq. ...Mənə gümüĢ verə bilərdilər. Qiymətləri zorla 

aĢağı saldılar”. 



ƏLƏSGƏR MƏMMƏDOVUN TƏLƏBƏSĠ 

Bütün uĢaqlar kimi gələcək peĢəsini tez-tez “dəyiĢən”, gah geoloq, gah həkim, gah da müəllim 

olmaq  istəyən  Əbülfəz  səkkizinci sinifdəykən qəti  qərara gəldi  -  ĢərqĢünas olacaq!  O, Füzulinin 

ərəb-fars  sözləriylə  dolu  Ģerlərinin  məzmununu  baĢa  düĢmək,  bütövlükdə  klassik  ədəbiyyat  və 

mədəniyyətimizi  öyrənmək  istəyirdi.  Buna  görə  də  orta  məktəbi  bitirən  kimi  sənədlərini 

universitetin  ĢərqĢünaslıq  fakültəsinin  ərəb  filologiyası  Ģöbəsinə  verdi.  11  yer  uğrunda  90'dan 

artıq  gənc  çarpıĢırdı,  buna  görə  də  çox  həyəcan  keçirirdi.  Ġndiyədək  əlaçı  olduğuna  görə 

“kəsilməsini”  təsəvvür  etmir  və  düĢünürdü  ki,  iĢdir,  universitetə  girə  bilməsəm  Qazaxıstana  - 

Xam  torpaqlara  gedəcəyəm.  XoĢbəxtlikdən,  heç  yana  gedəsi  olmadı  -  qaliblərin  içərisində  öz 

adını da oxudu! Ancaq kasıb balası buna hələ uzun müddət inana bilmir, adının siyahıya bəlkə də 

yanlıĢ olaraq düĢdüyünü fikirləĢirdi... 

Universitet tələbəsi olmaq, sözsüz ki, onu qayğılardan qurtarmırdı. Əksinə, dərdləri daha da artdı 

-  pulsuzluq  onu  cismən və  mənən  əzirdi;  evdən göndərilən  pulu  ala  bilməmiĢdi  -  pulu  verəcək 

adam  pambıq  yığmağa  getmiĢdi.  Yanvar  ayınadək  təqaüdlə  yarıac-yarıtox  dolandısa  da  bu 

vəziyyətə dözməkçün xeyli əziyyətə qatlaĢmalı oldu. ĠĢ burasındaydı ki, həm hədsiz məğrurluğu, 

həm  də  eyni  dərəcədə  utancaqlığı  üzündən  heç  kəsə,  o  sıradan  Bakıdakı  qohumlarına  da  ağız 

açmaq  istəmirdi.  Vəziyyət  o  yerə  çatdı  ki,  hətta  universiteti  buraxıb  fəhləliyə  getmək  fikrinə 

düĢdü. Kənddən gələn ilk yardım onu fikrindən daĢındırdı və qalıb oxuyası oldu. 

1992'də  bir  qəzet  müxbirinə  bunları  söylədi:  “BeĢ  il  tələbə  oldum.  Bu  beĢ  ildə  əynim  nə  palto 

gördü, nə plaĢ”...   




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə