H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə35/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

 
“H.Əliyev 
adına 
NEZ-in 
yenidənqurulması 
və 
modernləşdirilməsi”  layihəsi,  Faza-2  çərçivəsində  qurğuların 
tikintisi 
və 
istismarı 
üzrə 
Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
76 
ya populyasiya səviyyəsində birbaşa məhv olma və ya təbii şəraitin parçalanması nəticəsində müdaxiləyə 
və ya yayılma ilə bağlı məhdudiyyətlərin təsirinə məruz qala bilər. Təbii mühitin dəyəri standart meyarların 
növlərinə görə qiymətləndirilir, bunların arasında ən mühüm olan təbiilik, nadirlik və yayılma sahəsidir (yerli 
miqyasdan  dünya  miqyasına  qədər  müxtəlif  miqyaslarda  qiymətləndirilir).  Növlər  nadir  və  ya  nəsli 
tükənməkdə olan növlərin yerli və ya beynəlxalq siyahılarına, yəni Azərbaycanın Qırmızı Kitabına (QK) və 
ya Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (BTTSMB) Qırmızı Kitabına daxil edildiyi 
halda, dəyərli ola bilər. Yüksək ekoloji dəyərə malik olan bu təbii mühitlər və növlər aşağıda qeyd edilən 
əsas ekoloji həssaslıqların seçilməsi üçün əsasdır. 
Torpağın  zəif  idarə  olunması,  torpağın  eroziyası,  torpağın  kipləşməsi  və  artıq  alt  torpaq  qatının  zəif 
utilizasiyası torpağın münbitliyini, dərinliyini və strukturunu azalda bilər. Bu isə öz növbəsində torpağın üst 
qatı dəyişdirildikdən sonra  bitki örtüyünün təbii bərpa  olunma qabiliyyətinə təsir edə bilər. Torpağın  üst 
qatının düzgün saxlanılmaması və idarə olunmaması da təbii bitki örtüyünün effektiv bərpası üçün zəruri 
olan canlı bitki materiallarından (toxumlar, kökümsovlar, soğanaqlar, kök yumruları) bəzilərinin məhv olması 
ilə  nəticələnə  bilər.  Çirkab  suların  və  tullantıların  atılması  ilə  torpaq  və  qrunt  suyunun  çirklənməsi  bitki 
örtüyünün məhvinə səbəb ola bilər. 
Fauna 
Tikinti  və  istismara  vermə  fəaliyyətinin  faunaya  təsiri  müəyyən  dərəcədə  işlərin  vaxtından  və  növlərin 
davranışının  nisbi  mövsüm  dəyişikliklərindən  asılıdır.  Heyvan  növlərinin  çoxu  xüsusilə  çoxalma 
mövsümündə  (aprel  ayından  iyun  ayına  qədər)  və  qışlama  mövsümündə  (oktyabr  ayından  mart  ayına 
qədər) təsirə qarşı həssasdırlar. Bu davranışların dəqiq vaxtı havanın mövsümi dəyişkənliyindən hədsiz 
dərəcədə asılıdır. 
Təsirlərin Azaldılması 
Təsirin aradan qaldırılması və azaldılması tədbirləri təbii mühit və bioloji növlərə təsir edə bilən fəaliyyətlərə 
tətbiq olunacaqdır. Bu hissə birbaşa ekologiya ilə bağlı olan təsirlərin azaldılması ilə bağlı öhdəlikləri təsvir 
edir. Bir çox digər öhdəliklər ekologiyaya təsiri minimallaşdırmağa kömək edir. 
 
7.7.  Səth və qrunt sularına potensial təsirlər 
Bu  hissədə  nəzərdə  tutulan  Layihənin  tikintisi  və  istismarı,  o  cümlədən  qəbul  olunacaq  müvafiq  təsir 
azaltma tədbirlərinin səth sularına potensial təsirləri nəzərdən keçirilir. 
Su mühitinə təsirin əsas formaları layihələndirilən obyektin tikintisi zamanı əmələ gələn istehsalat və məişət 
çirkab suları təşkil edir. 
Səbəblər:  tikinti-quraşdırma  işlərinin  keyfiyyətsiz  yerinə  yetirilməsi,  avadanlığın  düzgün  istismar 
edilməməsi, tullantıların utilizə edilmə qaydalarına riayət edilməməsi, korroziya, təbii təsirlər və s.-dir. 
Layihənin tikintisi qrunt sularının çirklənməsi potensialı daşıyan aşağıdakı materialların bir hissəsi və ya 
hamısının istifadəsi/hasil olunmasını əhatə edəcək: 

  Yanacaq və sürtgü yağları; 

  Boya və həlledicilər; 

  Təhlükəli tullantıların saxlanması sahələrindən sızmalar; 

  Emal olunmamış çirkab suları. 
 
7.8.  Maye tullantılar 
 
7.8.1.  Atmosfer/Vakuum distillə qurğusu – ELOU-AVT (CDU/VDU-21)  
Atmosfer/Vakuum distillə qurğusu – ELOU-AVT modernizasiya olunduqdan sonra maye tullantıları yalnız 
iki davamlı axını mövcud olacaqdır ki, bunlar da müvafiq olaraq turş suların emalı qurğusuna (SWS) Çirkab 
suların emalı qurğusuna (WWTP) yönlənəcəkdir. 
Davamlı maye tullantılardan əlavə olaraq müəyyən miqdar karbohidrogen tərkibli tullantı sularınin da əmələ 


 
“H.Əliyev 
adına 
NEZ-in 
yenidənqurulması 
və 
modernləşdirilməsi”  layihəsi,  Faza-2  çərçivəsində  qurğuların 
tikintisi 
və 
istismarı 
üzrə 
Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
77 
gəlməsi ehtimal olunur ki, bunlar da texniki xidmət zamanı və digər gözlənilməz hallarda mümkündür. Bu 
emissiyaların gözlənilməz xarakterli olmasından dolayı, onların miqdarı təxmin edilə bilməz. 
Turş sular 
Qurğuda meydana gələn turş sular aşağıdakı cədvəldə göstərilib: 
Cədvəl 7.3  Turş suların göstəriciləri 
№  Mənbə 
Axın 
Kq/saat 
Temperatur 
°C 
H
2
S tərkibi 
kq/saat 
NH
3
  tərkibi 
kq/saat  
HCl tərkibi 
kq/saat 
Fenollar 
kq/saat 

Turş sular 
21-V-204 
3363 
50,0 
0,0083 




Turş sular 
21-T-3(M) 
35936 
51,4 
2,68 
3,6 
0,898 


Turş sular 
21-T-2(M) 
42 
43 
0,012 



 
Çirkab suların emalı qurğusuna (WWTP) 
Bu  qurğudan  Çirkab  suların  emalı  qurğusuna  (WWTP)  yönləndirilən  yeganə  axın  duzsuzlaşdırma 
bölməsindən çıxır.  
SXEM 1 – Normal hal: Bütün hallarda duzsuzlaşdırılma bölməsi üçün lazım olan ümumi yuma su xam neftin 
tərkibindəki  su  nəzərə  alınaraq  alaraq  hesablanır.  Ayrılmış  su  miqdarı  artıq  indiki  su  üstündə  tələb  su 
miqdarı çatmaq üçün lazım olan miqdarı təmsil olur. 
 
Şəkil 7. 1 
Duzsuzlaşdırma qurğusu üçün ÇSEQ-na axıdılacaq suda aşağıdakı surət/keyfiyyət göstəriciləri gözlənilir: 
Cədvəl 7. 4 Duzsuzlaşdırma qurğusuna axıdılan suların göstəriciləri 
Axın 
99356 
Kq/saat 
H
2

13,1
3
 
mq/l 
                                                      
3
 H2S-in yuyulması üçün lazım olan suyun miqdarı konservativ olaraq duzsuzlaşdırma bölməsindən çıxan 
suyun tərkibində həll olmuş qəbul olunur. Nəticədə faktiki H2S miqdarı daha aşağı ola bilər.  


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə