“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Yumşaltma mənfi təsirləri azaltmaq, məhdudlaşdırmaq və aradan qaldırmaq, yaxud layihənin faydalarını 
artırmaq və ictimai və fərdi hüquqları qorumaq üçün praktiki tədbirlər həyata keçirməklə işləri görməyin 
daha yaxşı yollarını axtarır. 
ƏMİP həmçinin layihə tərəfdarlarının, ekoloji idarəetmə qrupunun və podratçıların rolları və məsuliyyətləri 
üzrə  tövsiyələri  əks  etdirməklə  yumşaltma  tədbirlərinin  həyata  keçirilməsini  təmin  etmək  üçün  tətbiq 
olunacaq qaydaları müəyyən edir. 
 
8.2.1  ƏMİP-in komponentləri 
ƏMİP  ehtiyatlı  yanaşma,  yaxud  əgər  rəhbərliyin  tövsiyələrdisə,  “ən  yaxşı  təcrübə”  fəlsəfəsini  qəbul 
etməlidir. Buna görə də yumşaltma tədbirləri onların həyata keçirilməsi üçün əhəmiyyətliliyini azaltmadan 
daha ümumi xarakterli ola bilər. 
Layihənin həqiqi ekoloji təsirlərini müəyyən etmək üçün ƏMİP ekoloji monitorinq proqramlarını konturlarını 
cızacaqdır.  Monitorinq  və  yumşaltma  proqramları  üzrə  xərclərin  qiymətləndirilməsi  də  buraya  daxil 
edilmişdir.  
Podratçı(lar)dan  hərtərəfli  Ətraf  Mühiti  İdarəetmə  Planı  (ƏMİP),  o  cümlədən  onun  öz  siyasətlərini 
hazırlaması və təsdiq olunmaq üçün Sifarişçiyə (“H.Əliyev adına NEZ”-nə) göndərməsi tələb olunmalıdır. 
Buraya aşağıdakılar daxil edilməlidir; 
o
  Təhlükəsizlik və Sağlamlıq Siyasəti və Bədbəxt Hadisələrin Qarşısının Alınması Planı, 
o
  Keyfiyyətin Təmin Olunması Siyasəti, 
o
  Fərdi Mühafizə Vasitələri (FMV) Siyasəti, 
o
  Ekoloji Siyasət, 
o
  Narkotik Maddə və Spirtli İçki üzrə Siyasət, 
o
  Bərabər Hüquqlu İşəgötürmə İmkanları Yaradılması və Ayrı-seçkiliyə Qarşı Siyasət, 
o
  Audit Siyasəti 
Bu  siyasətlər  Layihə  obyektlərində  açıq  yerlərdə  asılmalıdır.  Layihənin  bütün  işçi  heyəti,  o  cümlədən 
podratçının  işçiləri  təqdimat  prosesi  yolu  ilə  bu  siyasətlərlə  tanış  ediləcəkdir.  ƏMİP  bu  planda  və  onun 
müvafiq yarımplanlarında öz əksini tapmış proseslər və fəaliyyətlər vasitəsilə bu Siyasətləri dəstəkləyir. 
Ona görə də bu ƏMİP-in məqsədi tətbiq ediləcəyi halda ekoloji deqradasiyanın səmərəli şəkildə qarşısını 
alacaq/minimuma endirəcək ətraflı idarəetmə planı hazırlamaq və onu tətbiq etməkdir. 
 
8.2.2  ƏMİP-in icra müddəti 
ƏMİP  Layihənin  bütün  icra  mərhələsi,  qüsur  cavabdehliyi  dövrü  və  H.Əliyev  adına  NEZ-in 
modernləşdirilməsi  layihəsi  FAZA-1,  Bitum  qurğunun  tikintisi  və  istismarı  mərhələsi  üzərində  diqqəti 
cəmləyəcək və bütün bu dövrlərdə fəaliyyətdə olacaq. 
Təsirlərin Qiymətləndirilməsinin, Yumşaltma Tədbirlərinin və ƏMİP-in Nəzərdən Keçirilməsi 
Bu,  əsas  etibarilə  layihənin  icrası  nəticəsində  ortaya  çıxa  biləcək  ekoloji  problemləri  sənədləşdirmək, 
müqavilə sənədlərinə və layihənin dizaynına daxil ediləcək yumşaltma tədbirlərini təsvir etmək, layihənin 
icrası zamanı həyata keçirilməli olan monitorinq və qiymətləndirmə planlarının hazırlanması və yumşaltma 
tədbirlərini  həyata  keçirmək  üçün  tələb  olunan  xərcləri  təxmini  hesablamaq  üçün  təsirlərin 
qiymətləndirilməsinə əsaslanır. 
Bu ƏMİP ekoloji aspektlər üzrə məqsədləri və hədəfləri təsbit edir. 
Podratçıların yumşaltma tədbirlərini həll etməyə hazırlaşdırılması 
ƏMİP  və  ekoloji  qiymətləndirməni  tender  və  müqavilə  sənədlərinə  salmaqla  podratçı 
məlumatlandırılmalıdır. Podratçı(lar) ondan, ƏMİP-də tələb olunduğu kimi, əvvəlcədən metod bəyannaməsi 
və aşağıdakılar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, planlar təqdim etməsinin tələb olunacağı 
barədə məlumatlandırılmalıdır; 
1.  Tullantı İdarəetmə Planı, (TİP) 
2.  Səs-küyə, Titrəməyə və Toza Nəzarət Planı, (STNP) 
 
EKOLOGİYA İDARƏSİ 
78 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
3.  Təhlükəsizlik Planı, TP 
4.  Material İdarəetmə Planı, (MİP) 
Bundan  əlavə  podratçı  müqavilə  sənədlərində  ƏMİP  vasitəsilə  məlumatlandırılmalıdır.  Müqavilələrdə 
ƏMİP-in tam icra olunması tələb olunmalı və podratçı layihə davam etdikcə səmərəliliyin auditini keçirmək 
və  yumşaltma  tədbirlərini  nəzərdən  keçirmək  məqsədilə  səriştəli  və  təlim  keçmiş  ekoloji  idarəetmə 
kadrlarını işə cəlb etməyə hazır olmalıdır. 
Podratçıdan həmçinin işçi səviyyədə ekoloji idarəetmə üzrə məsuliyyət daşımaq və layihə davam etdikcə 
yumşaltma tədbirlərinin səmərəliliyini müşahidə və məruzə etmək üçün səriştəli və təlim keçmiş kadrları işə 
cəlb etməsi tələb olunacaqdır. 
 
8.2.3  Bitum qurğusunun tikintisi və istismarı işlər zamanı ətraf mühiti idarəetmə planı 
ƏMİP-in məqsədi ekoloji tələbləri nəzərə almaqdır. 
Ətraflı şəkildə hazırlanmış ƏMİP Podratçının Layihə ilə əlaqədar olan fəaliyyətlərin ekoloji risklərinin onun 
tələb etdiyi qaydada minimuma endirilməsi və idarə edilməsi üzrə Podratçının sistemini əks etdirir. ƏMİP 
Podratçı tərəfindən hazırlanmalı olan ayrıca sənəddir. 
H.Əliyev adına NEZ-in modernləşdirilməsi layihəsi, FAZA-1 Bitum qurğunun tikintisi və istismarı işləri üzrə 
ƏMİP-in əsas məqsədləri: 

  Layihə dəhlizində aparılan fəaliyyətlərin bütün mərhələlərində əvvəlcədən nəzərdə tutulmuş ekoloji 
nəticələrə nail olunmasına əminliyi təmin etmək. 

  Layihə üzrə aidiyyəti olan qanunvericilik və qeyri-qanunvericilik tələbləri, öhdəlikləri və vəzifələri ilə 
birgə uyğunluq sistemini tətbiq etmək, o cümlədən: 
o
 
Müvafiq qanunvericilik tələbləri; 
o
 
Lisenziyalar və təsdiqlər; 
o
 
ƏMTQ prosesindən öhdəliklər və vəzifələr; 
o
 
Sifarişçinin təsdiq şərtləri; 

  Çirkləndirməni minimuma endirən və resursların istifadəsini optimallaşdıran tədbirləri hazırlamaq, 
həyata keçirmək və monitorinqini aparmaqdır. 
Ətraf Mühiti İdarəetmə Planları 
ƏMİP-in tərkib hissəsi kimi hazırlanmalı və təsdiq olunmalı planlar aşağıda verilmişdir; 

  Tozun İdarə Edilməsi Planı, 

  Bitki və Heyvanat Aləmi İdarəetmə Planı, 

  İrsin İdarəetmə Planı, 

  Səs-küy və Titrəmə İdarəetmə Planı, 

  Yol Hərəkətini İdarəetmə Planı, 

  Tullantıları İdarəetmə Planı, 

  Fövqəladə Hallara hazırlıq Planı, 

  İctimaiyyətlə Əlaqələr Planı, 

  Satınalmalar Planı, 

  Yerli Məşğulluq Planı. 
Layihənin Təşkili və Məsuliyyətlər 
Podratçı öz layihə qrupuna, subpodratçılara, maddi təchizata və İşəgötürənlərin Layihə Meneceri və Sahə 
Mühəndisinə münasibətdə layihənin ekoloji aspektlərinin necə təşkil olunacağını nümayiş etdirməlidir. 
Bu bölməyə aşağıdakılar daxil edilə bilər: 

  Layihənin/sahənin ofis ünvanı və əlaqə vasitələri, 
 
EKOLOGİYA İDARƏSİ 
79 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə