H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
•
Ətraf mühit məsələlərinin həll olunması;
“Azərneftyağ” neft emalı zavodu:
•
Tədrici olaraq istismardan çıxarılması və torpağın təmizlənməsi;
H.Əliyev adına NEZ-də Yenidənqurma işlərinin nəticəsi olaraq:
Zavodun İlkin emal gücü 6 mln. Tondan 7.5 mln. tona qədər artırılacaq;
Katalitik Krekinq qurğusunun gücü ildə 2 mln. Tondan 2.5 tona qədər artırılacaq;
Yeni Bitum qurğusu inşa olunacaq;
1
Avro 5 standartlara cavab verən Dizel və Benzin istehsal olunacaq;
Ümumi Zavod Təsərrüfatı yenidən qurulacaq;
Zavodun istismar xərcləri optimallaşdırılacaq;
“Azərikimya” İB qaz xammalı (LPG) ilə təmin olunacaq;
“Azərneftyağ” NEZ-in infrastrukturu istismardan çıxarılacaq və ərazi boşaldılacaq;
Layinənin əsas mərhələləri:
İyul 2018: Yeni Bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatının istismara verilməsi
1
İyul 2019: Avro-5 dizel istehsalatının təmin edilməsi:
atmosfer/vakuum distillə qurğusu,
katalitik krekinq qurğusu (FKK),
aminlə təmizləmə qurğusu,
doymamış maye qazların (LPG) “Merox” qurğusu,
SAF kükürdün alınması qurğusu,
Turş suların emalı qurğusu,
Dizelin hidrotəmizlənməsi qurğusu,
Hidrogenin alınması qurğusu və köməkçi obyektlərin istismara verilməsi
May 2020: Avro-5 benzin istehsalatının təmin edilməsi:
izomerləşmə qurğusu,
naftanın hidrotəmizlənməsi qurğusu,
metiltretbutilefirinin (MTBE) istehsalı,
FKK benzininin hidrotəmizlənməsi qurğusu və əlaqəli obyektlər
ƏMTQ layihənin potensial ekoloji və sosial risklərini hərtərəfli qiymətləndirmək üçün əsas vasitədir. O
mövcud vəziyyətin təfsilatlı təsvirini (ilkin vəziyyətin qiymətləndirilməsi), bütün layihə fəaliyyətlərinin
potensial ekoloji və sosial nəticələri, həmçinin alternativlər nəzərə alınmaqla layihənin birbaşa təsirlərinin
qiymətləndirilməsini özündə birləşdirir.
“H.Əliyev adına NEZ”-in modernləşdirilməsi - FAZA-1 - Bitum qurğunun tikintisi və istismarı layihəsi ilə
əlaqədar Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsi sənədinin hazırlanması üçün
Ekologiya İdarəsi arasında müqavilə imzalanmışdir.
1.3 Layihənin məqsədi
ƏMTQ aşağıdakı məqsədləri nəzərə alır:
layihənin planlaşdırma və tərtibatı mərhələsində ətraf mühitlə bağlı problemlərin nəzərə alınmasını
təmin etmək;
layihənin icrasında ətraf mühit üzrə yüksək standartlara cavab verən tələblərin nəzərə alınmasını
və yerinə yetirilməsini təmin etmək;
EKOLOGİYA İDARƏSİ
12
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
ətraf mühit və sosial sahə üzrə təsirlərin aşkar edilməsini, həmçinin uyğun hallarda onların sayının
müəyyən olunmasını, qiymətləndirilməsini və azaldılması üzrə təklif olunan tədbirləri təmin etmək;
qanunvericiliklə bağlı şərt və tələblərin nəzərə alınmasını təmin etmək;
layihə ilə bağlı bütün maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması, onların fikir və təkliflərinin
nəzərə alınması;
layihənin ətraf mühit və sosial-iqtisadi məsələləri nəzərə almaqla həyata keçirildiyini nümayiş
etdirmək.
Potensial təsirlər aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
ətraf mühit üzrə tətbiq olunan müvafiq yerli və beynəlxalq standart, qayda və təlimatlar;
mövcud ekoloji şərait və problemlər;
layihə üzrə maraqlı tərəflərin qaldırdığı məsələ və narahatlıqlar.
Layihədən yaranacaq ətraf mühit üzrə potensial təsirlərin müəyyən edilməsinə mövcud və planlaşdırılmış
nəzarət, monitorinq və təsirlərin azaldılması işlərinin yerinə yetirilməsi, keyfiyyət və səmərəliliyin
qiymətləndirilməsi daxildir. Qalıq təsirlər aşkar edilərsə, təsirlərin azaldılması və monitorinq üzrə əlavə
tədbirlər müəyyən edilir.
1.4 Normativ-hüquqi tələblər
Layihə obyektin tikintisi və istismarı zamanı ətraf təbii mühitin mühafizəsi sahəsində fəaliyyət Azərbaycan
Respublikasının qüvvədə olan «Ətraf mühitin mühafizəsi haqqında», «Ekoloji təhlükəsizlik haqqında»,
«Balıqçılıq haqqında», «Sanitariya-epidemioloji salamatlıq haqqında», «Yerin təki haqqında», «Su
məcəlləsi», «Torpaq məcəlləsi» və başqa qanunlarına və mövcud normativ sənədlərinə əsaslanmışdır.
Ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə layihədə aşağıdakılar nəzərə alınmışdır:
ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasında qüvvədə olan standartlara,
norma və qaydalara riayət edilməsi;
Azərbaycan Respublikasının qoşulduğu bir sıra Beynəlxalq konvensiyaların tələblərini nəzərə
alaraq, ətraf mühitin mühafizəsi sahəsində Beynəlxalq norma və standartların tələblərinin
gözlənilməsi;
təbii ehtiyatlardan səmərəli istifadə edilməsi;
ətraf mühitin çirklənməsinin qarşısının alınması.
Layihənin bu hissəsinə layihələndirilən obyektin qurğuların və kommunikasiyalarının tikintisi və istismarı
zamanı ətraf mühitin mühafizəsini təmin edən texniki, texnoloji, konstruktiv və təşkilatı tədbirləri daxildir.
Bu layihədə tətbiq olunan qurğular, avadanlıqlar və kommunikasiyalar Dövlət standartlarına, norma və
qaydalarına uyğun işlənir və ekoloji cəhətdən qəbul edilə bilər. Təmir-tikinti işləri ətraf mühitin normalarına,
istehsalatda sanitariya və təhlükəsizlik texnikası qaydalarına riayət olunmaqla yerinə yetirilməlidir.
Layihələndirilən obyektin tikintisi zamanı əmələ gələn istehsalat tullantıları (qaynaq çubuqlarının,
qırıntıların, armatur, dəmir parçaları) yığılıb müəssisənin istehsalat bazasına göndəriləcəkdir. Metal
tullantıları aidiyyəti metallurgiya zavoduna təhvil veriləcəkdir.
Layihədə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün aşağıdakı tədbirlər nəzərdə tutulur:
texnoloji avadanlıqların səmərəli yerləşdirilməsi;
kommunikasiyalar arasında norma məsafələrin qoyulması;
texnoloji rejimlərin və şərtlərin optimallaşdırılması;
təzyiq altında işləyən avadanlığın qoruyucu klapanlarla təchiz olunması;
avadanlıq, armatura və boru kəmərlərinin tam hermetikləşdirilməsinin təmin olunması;
texnoloji prosesin idarə olunmasının müasir nəzarət, siqnallaşma və avtomatlaşdırma
EKOLOGİYA İDARƏSİ
13
Dostları ilə paylaş: |