166
Onu yaxından tanıdığım bu az müddətdə bu sualıma cavab
tapdım: Mənim Həqiqət bacım Allahın istədiyi, sevdiyi bəndədir.
Tanrı ona qeyri-adi tale, qeyri-adi ürək, qeyri-adi istedad bəxş
edib və bu qeyri-adi keyfiyyətlərlə də kifayətlənməyib, ona üstəlik
ədalət, ismət, mehribanlıq, səxavət, insanın içində əyləşib onu
idarə edən, haqsız əməllərdən qoruyan, günahlardan çəkin dirən
təmiz vicdan - balaca bir Allah da bağışlayıb ki, bütün bunlar
Həqiqət xanımı insanların sevimlisinə çevirmək üçün, kamillik
dərəcəsinə çatmaq üçün kifayət edir...
Taleyi qeyri-adidir, ata-ana nəvazişi görməyib. Gah bir bacısının,
gah o biri bacısının məhəbbətinə, qayğısına sığınıb, yaşayıb.
Çörəyini bir növ “özgələr” verib və buna görə də o, çörəkli
insandı.
Alınar, gətirilər, evində hər şeyi olar-ancaq az keçməmiş o naz-
nemətdən əsər-əlamət tapılmaz. Dilənçi gələr, verər, qaçqın-
köçkün gələr-verər. Özü, uşaqları ac qalsa da verər. Çünki çörək
verməyin nə demək olduğunu bilir.
Təzə paltar, ayaqqabı, örpək alınar- sabah yoxdu. Axtarsan, bir
dilənçinin əynində, ayağında, başında taparsan.
Evinin qapısı həmişə açıqdı. Həyat yoldaşı Hüseyn həkim gələr,
onun yanında üç-dörd tanımadığı qadın-uşaq görər. “Bunlar
kimdi” – soruşduqda, Həqiqət xanım: “Qonaqlarımdı”, - deyər.
Qəmli, qeyri-adidi. Heyrətlənməlidi. Heç 50 yaşı yoxdu, amma
53 kitabı çıxıb. Mən onların adını yazmıram, çünki uzun bir siyahı
alınar. Şairdi, filosofdu, dəqiq elmlər bilicisidi. Yer kürəsinin,
insanın yaranmasından, dinlərin, dillərin meydana gəlməsindən,
qalaktikadan tutmuş insan adlı bir kainatın qəlbinin sirlərinə
qədər- səni nə maraqlandırırsa, bütün bunları onun yazdığı
kitablarda tapa bilərsən. Bütün bu sahələrin hər birinə ayrı-
ayrılıqda alimlər bir ömür sərf eləyiblər, ancaq bu nəhəng
dəryanın dibinə gedib çatmayıblar. Bu kitabları oxuyursan,
düşünürsən, heyrətdən gözlərin böyüyür, qaşların alnının ortasına
168
“
Ziyalı” qəzetinin baş redaktoru
Həqiqət xanıma
Tutmusan nəbzini dünyanın
edib dərk gərdişin,
Bulmusan elm aləmində söyləmək söz vərdişin.
Söz alıb söz satmaq, həm də söz yaratmaqdır işin,
Sən dözürsən, amma dözməz hər qələm bu dövrana.
Ol səbəbdən xəlq verdi bir “Qızıl Qələm” sana!
Gah yazırsan kəhkəşandan,
gah deyirsən Tusidən,
Maddidən, mənəvidən, gah Sədrədən, gah Qudsidən.
Şərhin, izahın səlis, xoşdur zəbani tutidən,
Sahibi təxti ədəbsən, həm ədibsən, həm ana,
Ol səbəbdən xəlq verdi bir “Qızıl Qələm” sana!
İndi bəlli oldu artıq ki, hünər
sənsən bu gün,
Dəryayi elü fəzilətdə guhər sənsən bu gün,
Qabili elmi- həqiqət,
mütəsər sənsən bu gün,
Daxili əhli kəlamsan, bir bəzəksən dövrana.
Ol səbəbdən xalq verdi bir “Qızıl Qələm” sana!
Əhsən!Əhsən! Min- min əhsən sən kimi bir insana!
Sən şərəfsən, Sən gərəksən doğma Azərbaycana!
Təvəkkül Əliyev,
hüquqşünas.