Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə48/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

 
166 
   Onu  yaxından  tanıdığım  bu  az  müddətdə  bu  sualıma  cavab 
tapdım:  Mənim Həqiqət bacım Allahın istədiyi, sevdiyi bəndədir. 
Tanrı  ona  qeyri-adi    tale,  qeyri-adi  ürək,  qeyri-adi  istedad  bəxş 
edib və bu qeyri-adi keyfiyyətlərlə də kifayətlənməyib, ona üstəlik 
ədalət,  ismət,  mehribanlıq,  səxavət,  insanın  içində  əyləşib  onu 
idarə  edən,  haqsız  əməllərdən  qoruyan,  günahlardan  çəkin  dirən 
təmiz  vicdan  -  balaca  bir  Allah  da  bağışlayıb  ki,  bütün  bunlar 
Həqiqət  xanımı  insanların  sevimlisinə  çevirmək  üçün,  kamillik 
dərəcəsinə çatmaq üçün kifayət edir... 
   Taleyi qeyri-adidir, ata-ana nəvazişi görməyib. Gah bir bacısının, 
gah o biri bacısının məhəbbətinə, qayğısına sığınıb, yaşayıb. 
   Çörəyini  bir  növ  “özgələr”  verib  və  buna  görə  də  o,  çörəkli 
insandı. 
   Alınar, gətirilər, evində hər şeyi olar-ancaq az keçməmiş o naz-
nemətdən  əsər-əlamət  tapılmaz.  Dilənçi  gələr,  verər,  qaçqın-
köçkün gələr-verər. Özü, uşaqları ac qalsa da verər. Çünki çörək 
verməyin nə demək olduğunu bilir. 
   Təzə paltar,  ayaqqabı,  örpək alınar- sabah  yoxdu. Axtarsan, bir 
dilənçinin əynində, ayağında, başında taparsan. 
   Evinin qapısı həmişə açıqdı. Həyat yoldaşı Hüseyn həkim gələr, 
onun  yanında  üç-dörd  tanımadığı  qadın-uşaq  görər.  “Bunlar 
kimdi” – soruşduqda, Həqiqət xanım: “Qonaqlarımdı”, - deyər. 
   Qəmli,  qeyri-adidi. Heyrətlənməlidi.  Heç 50  yaşı  yoxdu, amma 
53 kitabı çıxıb. Mən onların adını yazmıram, çünki uzun bir siyahı 
alınar.  Şairdi,  filosofdu,  dəqiq  elmlər  bilicisidi.  Yer  kürəsinin, 
insanın  yaranmasından,  dinlərin,  dillərin  meydana  gəlməsindən, 
qalaktikadan  tutmuş  insan  adlı  bir  kainatın  qəlbinin  sirlərinə 
qədər-  səni  nə  maraqlandırırsa,  bütün  bunları  onun  yazdığı 
kitablarda  tapa  bilərsən.  Bütün  bu  sahələrin  hər  birinə  ayrı-
ayrılıqda  alimlər  bir  ömür  sərf  eləyiblər,  ancaq  bu  nəhəng 
dəryanın  dibinə  gedib  çatmayıblar.  Bu  kitabları  oxuyursan, 
düşünürsən, heyrətdən gözlərin böyüyür, qaşların alnının ortasına 


 
167 
çıxır. Mən bunu möcüzə sayıram. Həqiqət xanım şairdi, bəstəkardı, 
şeirlərin musiqisi özündədi.  Sadəcə onu köçürmək və sərf  etmək 
lazımdı.  Müğənnilərimiz  oxuyur  onun  gözəl  nəğmələrini. 
Dinləyirsən,  istirahət  edirsən,  düşüncələrə  dalırsan.  Və  eyni 
zamanda  onların  müəllifi  haqqında  fikirləşirsən,  onu  xoşbəxt 
bəndə  hesab edirsən. Çünki  sağlığında ölməzlik  qazanan insanlar 
azdı, çox azdı. 
   Qeyri-adi  dərəcədə  xeyirxahdı.  Yaxşılıq  etdiyi  adamların  adını 
dilinə gətirməz. Sağ əlinin verdiyini sol əli bilməz. Amma yaxşılıq 
etdiyi  adamlar(əlbəttə,  vicdanlıları,  çörək  itirməyənləri)  bir  yerə 
yığılsa,  böyük  bir  ordu  yaranar.  Bu  onun  üçün  rahatlıq,  könül 
xoşluğu gətirir, yaşadır. Xeyirxahlığı, elədiyi yaxşılıqlar onunçün 
bir  az  nasaz  vücuduna  hər  hansı  bir  iynədən,  dava-dərmandan 
daha yaxşı təsir edir. 
   Dostlarının  sayı  başının  tükünün  sayından  çoxdu.  Hamısının 
qəlbini  öz  elmi,  sözü,  mehribanlığı,  qabiliyyəti,  xeyirxahlığı  ilə 
fəth  eləyib.  Hamı  dərdini  ona  açar,  deyər.  Öz  dərdlərini  danmaz, 
unudar.  Sənin  dərdini  öz  dərdindən  qabağa  salar,  həll  eləyər  və 
ondan əvəzsiz bir zövq-nəşə alar. 
   Həqiqət  xanımın  kamil  insan  xüsusiyyətlərini  sözlə  ifadə 
etməkdə çox çətinlik çəkirəm. O insan sözün mənasına sığışmır. O, 
sözdən uzaqda dayanan bir ziyalı, bir alim, bir filosof, bir şairdir... 
   Sadəcə,  mənim  gücüm  ona  çatır  ki,  deyəm:  Əgər  sən  özünü 
tanımaq, öz həqiqətini tapmaq, özünə inanmaq və könül rahatlığı 
tapıb  arxayın-arxayın,  özünə  inamla,  sevinə-sevinə,  sevə-sevə 
yaşamaq istəyirsənsə, Həqiqət xanımın kitablarını oxu, yanına get, 
tanış  ol.  Çox  yox,  bircə  saat  sonra  elə  biləcəksən  ki,  o,  sənin 
doğma anandı, bacındı, sirdaşındı və sən onu min ildi tanıyırsan. 
   Bəli, mənim Həqiqətim belə Həqiqətdi! 
                                                                                                                                 
                                                                          Əlibala Hacızadə,                                                                                                                   
                                                                          yazıçı. 


 
168 
 
 
 
 
 

Ziyalı” qəzetinin baş redaktoru  
                  Həqiqət xanıma 
 
  Tutmusan nəbzini dünyanın edib dərk gərdişin
  Bulmusan elm aləmində söyləmək söz vərdişin. 
  Söz alıb söz satmaq, həm də söz yaratmaqdır işin, 
  Sən dözürsən, amma dözməz hər qələm bu dövrana. 
  Ol səbəbdən xəlq verdi bir “Qızıl Qələm” sana! 
 
  Gah yazırsan kəhkəşandan, gah deyirsən Tusidən
  Maddidən, mənəvidən, gah Sədrədən, gah Qudsidən. 
  Şərhin, izahın səlis, xoşdur zəbani tutidən, 
  Sahibi təxti ədəbsən, həm ədibsən, həm ana, 
  Ol səbəbdən xəlq verdi bir “Qızıl Qələm” sana! 
 
  İndi bəlli oldu artıq ki, hünər sənsən bu gün
  Dəryayi elü fəzilətdə guhər sənsən bu gün, 
  Qabili elmi- həqiqət, mütəsər sənsən bu gün,  
  Daxili əhli kəlamsan, bir bəzəksən dövrana. 
  Ol səbəbdən xalq verdi bir “Qızıl Qələm” sana! 
  Əhsən!Əhsən! Min- min əhsən sən kimi bir insana! 
  Sən şərəfsən, Sən gərəksən doğma Azərbaycana! 
                                                                                                          
                                               
                                                       Təvəkkül Əliyev,                                                                 
                                                        hüquqşünas. 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə