Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə59/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   51   52   53   54   55   56   57   58   59

 
206 
                   Ziyalıların  ziyası  
 
    Azərbaycan  xalqının  dəyərli  və  yüksək  qiymətli  ziyalılarında 
biri olan Həqiqət Kərimova  haqqında söz demək, fikir söyləmək 
həm  asandır,  həm  də  çətin.  Asandır  ona  görə  ki,  ürəyindən  saf 
bulaq  suyu  kimi  dilinə  axan  ən  dəyərli,  ən  şirin,  ən  müqəddəs 
sözləri  adı  kimi  Həqiqət    olan  Həqiqət  xanım  haqqında  demək 
yerinə  düşər.  Çətindir    ona  görə  ki,  Həqiqət  xanımın  yüksək 
mədəniyyətinə  ,  bir  elm  sahəsi  üzrə  deyil,  müxtəlif  sahələr  üzrə 
onun  aliliyinə  ,  dərin  duyum  və  bilik  qabiliyətinə  uyğun  fikir 
söyləmək doğrudan da çətindir. 
   Həqiqət  xanımla  mənim  tanışlığım  Azərbaycanın  elmi-mədəni 
inkişafında tarixə dərin iz salmış fitri istedad sahibi, tək bizim yox, 
bir  neçə  ölkənin  Milli  Akademiyasının  fəxri  akademiki,  bir  sıra 
xarici  ölkələrin  ali  məktəblərinin  fəxri  doktoru,  uzun  müddət 
Beynəlxalq  Enerji  İnformasiya  Elmlər  Akademiyasının  həqiqi 
üzvü,  Azərbaycan  Ziyalılar  Cəmiyyətinin  prezidenti  olmuş, 
hazırda  dünyasını    dəyişmiş  görkəmli  akademikimiz    Ağoğlan 
Hüseynovun işlədiyi dövrdə onun vasitəsilə olmuşdur. 
   İlk görüşdən onun saflığını, həqiqi ziyalılığını, yüksək səviyyəli 
elm  adamı  olduğunu,  həyata  düzgün  gözlə  baxdığının  şahidi 
oldum.  
   Tanışlıqdan  sonra  Həqiqət  xanımın  ali  insanlığı  bizim  əlaqələri 
get-gedə  möhkəmləndirib,  A.  Hüseynovun  bir  fəxri  yetişdirməsi 
kimi  həyatda  özünə  dərin  yer  tutub  püxtələşdiyi  kimi  mənim 
qəlbimdə  də  geniş  yer  tutmuşdur.  Onun  elmi  nailiyyətləri  ilə 
həmişə maraqlanmış, xoş sədalarını duymuşam. 
   Mən  Həqiqət  xanımı  filosof-  tədqiqatçı,  yazıçı-  şairə,  gözəl 
jurnalist,  istedadlı  ziyalı,  qayğıkeş  ana,  nəhayət  islam  dinini 
dərindən mənimsəyən və tədqiqatçı kimi, islam dininin müqəddəs 
kitabı  Qurani-Kərimin  elmi-  dini  müqayisəçisi    kimi  görürəm.    
Həqiqət xanım İslam dininin dərinliklərinə elmi nöqteyi- nəzərdən 


 
207 
girərək  həm  özü  dərindən  bəhrələnmiş,  eləcə  də  oxuculara  başa 
düşüləcək formada məqalə və yazılar təqdim etmişdir. Onun islam 
dininə dərindən yiyələnməsinin əsas səbəbini yüksək elmi savada 
malik olmasında görürəm. 
   Büllur kimi təmiz qəlb sahibi olan, Həqiqət xanım yüksək insani 
və  bilik  keyfiyyətlərinə  görə  AZC-  nin  “
xx
  əsrin  fəxri  ziyalısı” 
diplomuna,  Azər.  KİVİHİ-nin  “Kəmaliyyə”  diplomu  təqdim 
edilməklə “Qızıl qələm” mükafatına layiq görülmüşdür. 
   Bildiyim kimi, ziyalı xalqın görən gözü, düşünən beynidir. Son 
bir  neçə  min  ildə  bəşəriyyət    mürəkkəb  bir  yol  keçmişdir.  Elm 
adamları  daim  kainatın  möcüzəli  sirlərinin  açıqlanması  üçün 
axtarışda  olmuşlar.  Çoxları  yeniliklər  edərək  böyük  nailiyyətlər 
əldə etmişlər. 
   Mən  Həqiqət  Kərimovanı  həmin  elm  adamlarının,  alimlərin  ən 
dərin axtarışlarından biri hesab edirəm. 
   Etiraf etmək istəyirəm ki, Həqiqət xanım mənim qəlbimdə geniş 
yer tutmuşdur. Ona görə ki, xalqımız üçün dəyərli ziyalı olmaqla 
bərabər,  islam  dininə  böyük  inamı  olan,  eləcə  də  dinlə  elmin 
vəhdətini araşdırıb düzgün qiymətləndirən, elmə yeniliklər gətirən 
yenilikçidir. 
   Həqiqət  xanım  hər  bir  insana  xas  olmayan  elə  bir  istedada 
malikdir ki, hər alimin öz dili ilə danışmağı bacarır, yəni filosofla 
filosof kimi,  şairlə şair  kimi,  jurnalistlə jurnalist kimi,  bəstəkarla 
bəstəkar kimi və s. 
   Allah  insanın  maddi  və  ruhi  gerçəkliklərini  özü  ilə  bağlı  bütün 
şeyləri  vermişdir.  Nisbətən  yüksək  şüura  malik  insanlar  daim 
yüksək  məqamlara  can  atır.  Onun  gücü  isə  beynidir.  Əqil  və 
düşüncə beyinə məxsusdur. Beynin şifrəsi hər bir insanda müxtəlif 
açıqlığa malikdir. Nisbi  götürdükdə həmin açıqlıq dahi insanlarda 
adi insanlara nisbətən daha güclü olur. 
   Həqiqət xanım da həmin qrup insanlara aiddir ki, elmin müxtəlif 
sahələrində  ən  dərin  incəliklərə  girərək  böyk  yeniliklər  əldə 


 
208 
etmişdir. Eləcə də elmi, fəlsəfi, dini , astrofiziki araşdırmalarında 
sərrastlıq,  dəqiqlik,  səmimilik,  böyük  yaradıcılıq  eşqi,  olan 
oxucularda  böyük  maraq  doğuran  hansısa  bir  yenilik  gətirən 
əsərlərinin  məzmunlu  formada  olması  onu  bir  çox  qələm 
adamlarından fərqləndirir. 
   Həqiqət  xanımın  mənim  haqqımda  qələmə  aldığı  “Maddidən 
mənəviyə,  zülmətdən  nura”  adlı  elmi-publisistik  kitabını 
çətinliklərlə qarşılaşaraq başa çatdırması bir daha parlaq sübutdur 
ki,  xanım  ilahinin  qüdrətinə,  onun  yaratdığı  möcüzələrə  tam 
inanmış və islam dininin tam incəliklərinə yiyələnə bilmişdir. Bu 
kitabın qələmə alınması Həqiqət xanımın öz təşəbbüsü olmuşdur. 
Sübuta ehtiyacı olmayan bir həqiqətdir ki, bu gözəl insan qüdrətli 
Allaha, dinə böyük inamla yanaşır. Kitabın yazılmasında  nə qədər 
əziyyətlərlə  üzləşsə  də,  inamı  cəsarəti  və  pak  insanlığı  onun  bu 
yoldan  çəkinməsinə  imkan  vermədi.  Bu  kitab  onun  bir  daha 
aliliyini, dərin bilik və  bacarığa malik olduğunu sübuta yetirdi. 
   İslam  dininin  müqəddəs  qanunlarını  qoruyan,  islam  paklığını 
dərindən 
duyan, 
müqəddəs 
kitabımız 
Qurani-Kərimin 
incəliklərinə varan, onu hamıya təlqin edən, dinin təbliğatçısı kimi 
tanıdığım  Həqiqət  xanıma  yeddinci  imamımız  -  İmam  Museyi-
Kazım  Əleyhissəlamın  şəcərəsindən  olan  və  İlahinin  qüdrətinin 
köməyi ilə  xalqımızın bir qısminə şəfa verən bir insan kimi mən 
də  öz  xeyir-duamı  verirəm.Ona  tutduğu  yolda,  yaradıcılıq 
işlərində uğurlar arzu edirəm. 
   Ümidvaram  ki,  onun  axtarışlarla  dolu  yaradıcı  əməyi  lazımi 
səviyyədə qiymətləndiriləcək, yazdığı çox maraqlı kitablar, əsərlər, 
elmi  araşdırmalar,  məqalələr  oxucu  kütlələrinin  həmişə  rəğbətini 
qazana biləcəkdir. 
 
         
Ehtiramla:
                      
Rentgen qadın”
 
                          
                 
Məşədi Zərifə xanım Mayılova ( Nəbiyeva) 


 
209 
                           
Oxucu  məktubu 
 
      Hörmətli filosof- publisist Həqiqət xanım Kərimova! 
 
 
   Sizin  yeni-“Maddidən  mənəviyə,  zülmətdən  nura”  kitabınızı 
mərhum şairimiz Əli Kərim demişkən, “ İynənin ucu boyda, göz 
işıq  sevən  kimi”  oxudum.    Kitabı  oxuduqca  uca  minarələrdən  
haqqın  dərgahına  hər  gün  milyonlarla  mömin  bəndələrin  yanar 
qəlbindən  ucalan  səslərini  eşidir,  yer  kürəsinin  Azərbaycan  adlı 
dərdli- kədərli bir ananın qan sızan yaralarına məlhəm qoyan Ulu 
Tanrının  göndərdiyi  məlaikə  timsallı  Zərifə  Yaqub  qızı 
Nəbiyevanın  nuraniliyi,  insan  varlığının  dərk  etdiyi  qeyri-  adi 
möcüzələri ilə tanış olur, varlığım titrəyir, qəlbim iftixar hissi ilə 
dolurdu. 
   Oxunan  vərəqləri  bir-bir  çevirdikcə  niskilli  ürəyimdə  nəyinsə 
genişləndiyini, nəyinsə cücərdiyini hiss edirdim. Kitabda verilmiş 
minnətdarlıq  məktublarını,  görkəmli  tibb  alimlərinin  rəylərini 
oxuduqca,  inanın  bir  daha  Zərifə  xanımın  Ulu  Tanrı  tərəfindən 
bizim  göz  yaşlarımızı  siləcək,  dərdlərimizə  əlac  edəcək,  niyəsiz-
necəsiz yaranmış möcüzəli bir insan olduğuna bir daha inandım. 
   Həqiqət  xanım,  yazdığınız  bu  kitab  Böyük  Yaradanın 
Azərbaycan  adlı  başa  bəlalı,  amma  cənnətməkan  timsallı  bir 
diyara bəxş etdiyi varlığın gözəl əməllərindən söhbət açır. 
   Zülmətdən  yaranaraq  nura  qərq  olan  bu  müqəddəs  insan 
haqqında yazdığınız kitab hər bir oxucunun qəlbində Allaha inamı 
uca göylərə  qaldıraraq haqq- ədalətə səsləyir. 
   Mən  bir  qələm  əhli  kimi  inanıram  ki,  “Maddidən  mənəviyə, 
zülmətdən  nura”  kitabını  oxuyan  hər  bir  kəs  Ulu  Tanrının 
şərafətiylə  bu  torpağa  xilaskar  kimi  göndərilmiş,  Zərifə  xanım 
Nəbiyevanın  şəfa,  dirilik  bulağından  su  içib,  yenidən  həyata 


 
210 
qayıdaraq  doğma  Azərbaycanımızı  göz  bəbəyi  kimi  qoruyan, 
doğma yurdun vətənpərvər övladı olacaqdır. 
                                                                                                                         
                                                                           Yusif  Cəfərli,                                                                                                      
                                          
yazıçı, jurnalist (İmişli rayonu).
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
         
  
 
 
 
 


 
211 
 
 
                          
Mündəricat 
 
1.
 
Həqiqətin nurlu aynası ...............................................9 
2.
 
Həqiqət işığında...........................................................12 
3.
 
Özüm də bilmirəm ki, mən kiməm?..........................16 
4.
 
Uşaqlıq illəri ................................................................25 
5.
 
O, başqa bir dünya yaşayırdı...  .................................30 
6.
 
Acılı-şirinli tələbəlik illəri ...........................................38 
7.
 
Tarixçi Həqiqət ...........................................................44 
8.
 
Yazıçı Həqiqət .............................................................45 
9.
 
Şairə Həqiqət ...............................................................47 
10.
 
Ziyalı Həqiqət ..............................................................69 
11.
 
Bəstəkar, nəğməkar Həqiqət ......................................72 
12.
 
Filosof Həqiqət xanım .................................................78 
13.
 
Jurnalist Həqiqət xanım ..............................................84 
14.
 
Astronom-ilahiyyatçı ...................................................88 
15.
 
İnformasiyalı qadın .....................................................92 
16.
 
Dostlar, tanışlar...  .......................................................98 
17.
 
Zərif, şəfqətli insan .....................................................101 
18.
 
 İslam astronomiyasının tarixi boyunca kainatın  
             başlanğıcı haqqında elmi və dini mülahizələr ........103 
19.
 
Bir ömürdə neçə ömür yaşamaq istəyən insan.........106 
20.
 
Həqiqət xanım çoxlarına örnək olası əsl ziyalıdır....108 
21.
 
Həqiqət xanım qadın ismətini, ləyaqətini özündə 
cəmləşdirən əsl azərbaycanlıdır.................................111 
22.
 
.İnsan fəlsəfəsinin tərcümanı......................................113 
23.
 
.Həqiqətin həqiqət meyarı...........................................115 


 
212 
24.
 
O, hər sözü qəlbində isidərək qələmə alır..................118  
25.
 
Həqiqət xanım insanları qəlbən duyur..................124 
26.
 
Hurlu insan haqqında işıqlı sözlər.........................127  
27.
 
Arxeoloq və etnoqraf Həqiqət xanım ...................132 
28.
 
Dan ulduzutək parlayan insan...............................134  
29.
 
Həqiqət xanımla işləmək şərəflidir .......................138 
30.
 
Həqiqət dünyası.......................................................141 
31.
 
Həqiqət ağır ömür yolu keçib.................................145 
32.
 
Özünə abidə yonan insan .......................................150 
33.
 
Ziyalılığa həsr edilmiş ömür...................................152 
34.
 
Zəhmətlə yaşanan ömür..........................................154 
35.
 
Nurlu insan...............................................................157 
36.
 
Siz kimsiniz,Həqiqətxanım?....................................159 
37.
 
Əks - səda..................................................................162 
38.
 
Mənim Həqiqətim.....................................................165 
39.
 
“Ziyalı” qəzetinin baş redaktoru Həqiqət xanıma.166 
40.
 
Hörmətli Təvəkkül Əliyev .......................................167 
41.
 
Həqiqət xanım hər yerdə sözünü deməyi bacaran  
ziyalıdır......................................................................168 
41.Həqiqət aşiqi...............................................................171 
42.Vətən eşqi ilə .............................................................173 
43.Həqiqət həqiqətən ziyalı xanımdır...........................177 
44.Yaşadıqca-yaşadır insan ömrü.................................178 
45.Onunla həmsöhbət olmaq adama mənəvi zövq 
verir.................................................................................181 
    46.Qəlb sirdaşım, məsləhətçim......................................183 
47.Hamıdan seçilən tələbə qız.......................................185 
48.İlahinin sevimli bəndəsi............................................188 
49.Хагигат ханум талантливая 
исследователница.........................................................190 
50.Ею можно гордиться...............................................192 
51.Qayğıkeş insan, tədqiqatçı alim................................195 


 
213 
52.Tükənməz işıq mənbəyi.............................................197 
53.Anamla fəxr edirəm...................................................198 
54.Ürəyin işıq yolu......................................................199 
55.Ziyalıların ziyası....................................................204 
      56. Oxucu məktubu....................................................210 
                   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
214 
 
 
 
 
 
 
                Camal  Zeynaloğlu:  “Həqiqət işığında” 
                         
                               (Azərbaycan dilində) 
 
                Bakı, “Şəms” nəşriyyatı -2012, - 214 səh. 
 
                   Nəşriyyatın  direktoru:  Gülnarə Məmmədova 
                   Rəssam:           Fikrət  Əlioğlu 
                   Operator:         Turan  Camalqızı 
                   Korrektorlar:   Aysel Zeynalova 
                                           Nərmin Zeynalova 
 
    
                    Yığılmağa verilmişdir: 12.09.2012 
                    Çapa imzalanmışdır:    10.10.2012 
                    Kağız formatı:  60x84    1/16 
                    Şərti çap vərəqi: 13.1 
                    Sayı:  300 nüsxə 
                    Sifariş: 49 
                    Qiyməti müqavilə ilə. 
 
     
“Uni Print”
 mətbəəsində çap edilmişdir.  
            
      
Əlaqə telefonu:  (050) - 553 – 10 – 47  
                                        

Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə