Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   51   52   53   54   55   56   57   58   59

 
187 
 
 
 
 
             Hamıdan seçilən tələbə qız 
        
    Mən  heç  vaxt  gündəlik  yazmamışam.  Nə  vaxtsa  tanıdığım 
adamlar:  müəllimlərim,  tələbə  dostlarım,  iş  yoldaşlarım  və 
yaxınlarım  barədə  öz  ürək  sözlərimi  yazmaq  heç  xəyalıma 
gəlməzdi. 
    Ancaq  təsadüfən  Azərbaycan  Dövlət  Üniversitetinin  tarix 
fakültəsində  6  il  bir  yerdə  oxuduğum  öz  davranışı,  qayğıkeşliyi, 
çalışqanlığı  və  səmimiliyi  ilə  yaddaşıma  əbədi  həkk  olunmuş 
tələbəlik  yoldaşım  Həqiqət  xanım  Kərimova  haqqında  tanınmış 
yazıçı,  jurnalist  Camal  Zeynaloğlu  tərəfindən  kitab  yazıldığını 
eşidəndə istər- istəməz tələbəlik illəri ilə bağlı kövrək xatirələr bir 
daha  yadıma  düşdü  və  Həqiqət  xanımla  bağlı  unudulmaz,  xoş 
xatirələri  geniş  oxucu  kütləsi  ilə  bölüşmək  məqsədilə  kitabın 
müəllifi Camal müəllimə müraciət etdim. 
   Mən  Həqiqət  xanımı  ilk  dəfə  1974-cü  il,  sentyabrın  1-də 
universitetdə məşğələlər başlayarkən görmüşdüm.  
   Ilk  günlərdə  təbii  ki,  tələbələr  arasında  tanışlıq  əlaqələri  hələ 
yox  idi.  Adətən  tənəffüs  zamanı  biz  iki-bir,  üç-bir  bir  yerə 
yığışaraq  söhbət  edir  və  bu  yolla  bir-birimizlə  tanış  olurduq. 
Həqiqət xanım  elə ilk günlərdən öz təvazökarlığı, dilli- dilavərliyi 
və  xoş  təbəssümü  ilə  hamımızın  nəzər-  diqqətini  özünə  cəlb  edə 
bilmişdi. 
   Təsadüfi  deyildi  ki,  təxminən  bir  həftədən  sonra  Tarix 
fakültəsinin  dekanı,  görkəmli  tarixçi  alim,  mərhum  Məmməd 
Qazıyev  və  dekan  müavini  Rəfael  Hüseynovun  da  iştirak  etdiyi 
qrupumuzun ümumi yığıncağında Həqiqət xanım yekdilliklə qrup 
başçısı vəzifəsinə seçildi.  


 
188 
   Ədalət  naminə  demək  lazımdır  ki,  bizimlə  digər  qrupda  təhsil 
alan  tələbələrin  qrup  nümayəndələri  hər    iki  ildən  bir,  hətta  bir 
ildən də az müddət ərzində bu və ya digər səbəblərdən yeniləri ilə 
əvəz edilirdisə, Həqiqət  xanım isə 6 il fasiləsiz ona tapşırılan bu 
məsuliyyətli və çətin vəzifənin öhdəsindən bacarıqla gələ bildi.  
   Əlbəttə,  Həqiqət  xanımın  tələbəlik  illəri  ilə  bağlı  xatirələrini 
kiçik  bir  məqalədə  vermək  çətindir.  O,  bir  qrup  başçısı  kimi 
tələbələr arasında davamiyyətin sabitliyi, məşğələ və imtahanların 
mütəşəkkil keçirilməsi  üçün öz qüvvə və bacarığını əsirgəmir və 
hər bir tələbəyə mənəvi dayaq və arxa olmağa çalışırdı. 
   Yadımdadır,  Vahid  adlı  bir  tələbə  yoldaşımız  ailədə  yaranmış 
çətinliklərlə  əlaqədar  təhsilini  yarımçıq  qoyaraq,  universitetdən 
getmək  istəyirdi.  Bundan  xəbər  tutan  Həqiqət  xanım  Vahidlə, 
dekanlığın rəhbərliyi ilə və onun yaxın dostları ilə əlaqə yaradaraq, 
onun  yenidən  tələbə  kollektivinə  qayıtmasına  müvəffəq  oldu. 
Həqiqət  xanım  əlamətdar  günlər,  bayram  gəzintiləri,  ad  günləri 
zamanı keçirilən bütün tədbirlərin ilk təşəbbüsçüsü olmaqla yanaşı, 
bu  tədbirlərin  müvəffəqiyyətlə  keçməsi  üçün  əlindən  gələni 
əsirgəmirdi. 
   Keçirilən  bu  tədbirlər  zamanı  o,  hamıdan  çox  şən  və  mehriban 
olar, sevincindən sanki uçmağa qanadı olmazdı. 
   Lakin  illər  keçəcək,  lap  sonralar,  təxminən  20  ildən  sonra 
bizlərdən heç kimə məlum olmayan bir sirrin şahidi olacağımı heç 
təsəvvürümə  də  gətirə  bilməzdim.  Sən  demə,  özünü  həmişə  şən, 
şux  göstərməyə  çalışan,  bütün  tədbirlərin  əsas  təşkilatçısı  və 
iştirakçısı olan Həqiqət xanım taleyin acısını hələ uşaqkən dadmış, 
ata-anasını erkən yaşlarında itirmişdir. 
   Sözün  düzü,  Həqiqət  xanımın  məşğul  olduğu  sahələrlə  tanış 
olduqda  ona  həsəd  aparmaya  bilmirsən.  Belə  ki,  o,  həm  fəlsəfə, 
ədəbiyyat, incəsənət, ilahiyyat sahələri ilə bağlı ciddi araşdırmalar 
aparır, həm də “Ziyalı” qəzetinin baş redaktorudur. 


 
189 
   Həqiqət  xanımın  qarşısında  qoyduğu  məqsədə  çatmaq  üçün 
gördüyü bütün işlər diqqətəlayiqdir. 
   O,  hələ  çox  gəncdir.  Mən  onda  olan  tükənməz  enerjiyə, 
təşkilatçılıq  bacarığına,  ictimai-  siyasi  həyatda  tutduğu  mövqeyə 
heyranam  və  inanıram  ki,  gələcəkdə  o,  qarşısına  qoyduğu  bütün 
məqsədlərə nail olacaqdır. 
   Bu  yolda  ona  uğurlar,  can  sağlığı,  ailə  səadəti,  işlərində 
müvəffəqiyyətlər arzu edirəm. 
                                                                                                     
                                                                               İlyas Bəbirov,  
      
Azərbaycan Dövlət Neft Şirkəti, Dənizdə Neft və Qazçıxarma 
İstehsalı Birliyi işçiləri  Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 
sosial məsələlər üzrə böyük mütəxəssisi. 
 
 
                    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
190 
              İlahinin sevimli bəndəsi 
 
   Filosof, 
publisist, 
şair, 
bəstəkar, 
Azərbaycan 
Neft 
Akademiyasının  fəlsəfə  kafedrasının  baş  müəllimi,  Azərbaycan 
Ziyalılar  Cəmiyyətinin  orqanı  olan  “Ziyalı”  qəzetinin  baş 
redaktoru,  qeyri-  adi  təfəkkür,  qabiliyyətə  malik  Həqiqət  xanım 
Kərimovaya ithaf olunur! 
   Hər bir insan taleyi bir nümunə! 
  “Göyçaydan  başlanan  ömür  yolu”  kitabında  diqqətimi  Həqiqət 
xanım Kərimovanın elmi fəaliyyəti cəlb etdi. Onun elmi əsərləri, 
onların əhatə dairəsi olduqca rəngarəngdir. Həqiqət xanımın elmi 
fəaliyyətində,  eləcə  də  onun  şeir  və  mahnılarında  İlahi  sevgisi, 
İlahiyə  təmənnasız  sədaqətli  xidmət  xətti  vardır.  O,  İlahinin 
sevimli bəndələrindəndir. İnamında, əqidəsində dönməz, sözünün 
əvvəlində  də  sonunda  da,  hisslərində  də  Tanrısına  bağlı  olan 
Həqiqət xanım! 
   Çətin, lakin şərəfli yolda İlahi köməyin olsun, Həqiqət xanım! 
   Ömrün uzun, canın daima sağlam olsun! Tanrı özü zamin olsun! 
 
                                    Amin, amin, amin! 
                                    Onun olan Taleyi
                                    Bir sınaqla yazılır. 
                                    Sınağına  dözənə,  
                                    Bir mükafat yazılır! 
                                    İlahi qismətindən, 
                                    Razı olsun hər insan! 
                                    Şükür eyləsin Tanrısına, 
                                    Qismətindən razı olsun hər İnsan! 
                                    Qismət verən ədalətli
                                    Həm də ki səxavətli. 
                                    Bunu bilsin hər İnsan! 
                                    Bu dünyada ilahinin 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə