Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə58/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   51   52   53   54   55   56   57   58   59

 
203 
   Qəm  lirikasını  münisləşdirib,  körpələşdirib,  ayağından  asılan 
Anadil  quşunun  yuvasını  qura  bilir  Həqiqət  xanım.  Əlçatmaz  və 
bənzərsizdir bu ruh... 
   Yanımda əyləşən jurnalist xanım pıçıltı ilə məndən soruşur: 
-  Oğluna dərs deyirsiz? 
-  Bəli!             
   Yenə pıçıltı ilə: 
- Bütün ömrünü, gəncliyini oxumağa, elmə, sənətə qurban verib,- 
deyir.       
   Yazıçı-publisist  şair  Maqsud  Hacıyevin  xanımı  Məfkurə 
xanımın çıxışı ürəkləri riqqətə gətirir: 
  “İlahi  Həqiqət  xanımı  ana  bətnində  yaradanda  onun  qanına  qor 
ələyib.  O,  ilahinin  verdiyi    bütün  sınaqlardan  mərdanə,  qeyrətlə, 
üzü  ağ  çıxıb.  Həqiqət  xanım  qazandığı  hər  naliyyəti,  hər  adı 
tamamilə  doğruldub.  “Ziyalı”  qəzetinin  baş  redaktoru  kimi,  270 
minlik  ziyalılar  ordusunun  sərkərdəsi  kimi  doğulub.  Filosof, 
ilahiyyatçı,  şair,  yazıçı,  publisist,  bəstəkar,  astronom  kimi, 
incəsənət  və  elm  aləmində  tanınıb.  Namus  və  qeyrəti  ilə  həyat 
yoldaşı və övladları qarşısında üzü ağdır. Dost kimi vəfalı, özünü 
onlara  qurban  verən,  şəxsi  səadətindən  belə  dost  yolunda  üz 
çevirən  adamdır.  Bu  gün  onun  nə  mənzili  var,  nə  var-  dövləti. 
Təmiz  ailə  həyatından,  tükənməz  enerjisindən,  hamının  qibtə 
edəcəyi  istedadından,  dostlarına  bəxş  edəcəyi  ilıq  hərarətindən 
başqa hər şey Həqiqət xanımın xilqətinə bəxş olunub”. 
   O,  danışdıqca  mənim  qəlbim  yeni  bir  şeirin  misraları  ilə 
döyünürdü.  Bəli,  o,  bəstəkardır.  Bəlkə,  bu  kəlmədən  doğuldu  o 
misralar...  Həqiqət  xanımın  haçansa  bəstələyəcəyi  musiqi 
melodiyaları üçün doğuldu: 
                              Bulud altındakı gizlin ay kimi
                              Qayalarda guruldayan çay kimi, 
                              Yaran üstə sızıldayan tay kimi, 
                              Gözlə məni, gözlə məni sevgilim. 


 
204 
                              Gözlə məni, gözlə məni sevgilim. 
 
   Mən  o  qadına  “  müqəddəs”-  dedim.  Hörmətli  yazıçımızın 
xanımı - Həqiqət xanımın əsərlərindən misal çəkə-çəkə danışdıqca 
gözümdə  müqəddəsləşirdi.  Düşünürdüm:  Həqiqət  xanıma  yalnız 
insanlar qiymət verə bilər. Onu sevməyənlərsə (əgər varsa) yalnız 
natəmiz,  gündə  bir  əqidəyə,  xəyala  düşən  insanlar  ola  bilər. 
Deyəcəyim  sözlər  idi  bunlar.  Lakin  qəhər  məni  boğurdu.  Hamı 
onun  haqqında  ürək  sözlərini  demək  istəyirdi.  Hamı...  Bu 
zəhmətkeş, xalqı üçün yaşayan fədakar qadın haqqında. 
   Qəribə,  maraqlı  həyatı  var  Həqiqət  xanımın.  Ailə  qayğısı, 
uşaqlarının  dərslərindən  olan  narahatlığı,  növbəti  dərs  üçün 
mühazirələrə  hazırlaşmağı,  qəzet  materialları  yoxlayıb  çapa 
hazırlaması,  gecələrsə  monoqrafiyalar,  elmi  əsərlər  üzərində 
işləyən onun adi həyat tərzidir. Dincəlmək yoxdur, bu onun bütün 
həmkarlarını,  tanıyanları  heyrətə  salır.  Ali  məktəb  müəllimi, 
ictimai bir təşkilatın məsul katibi və öz dininə ürəkdən məftunluğu, 
məhəbbəti  ilə  o,  qəribə  bir  ömür  yaşayır.    Hər  ömrünə  gələn 
baharı  şairə  kimi  qarşılanır,  payız  xəzanına  qoşulub  ağlayır. 
Mənim şair təbimlə desək: 
 
                          Gözlərin oxşayır bir durğun gölə
                          Çaşıb göz qırpmasan baxanda gülə. 
                          Məhzun təbəssümün calanıb yerə, 
                          Sənə yaraşmayır sarı payızım. 
 
   Bir hüquqşünasın Həqiqət xanıma ünvanladığı  şeir var, qəzetdə 
dərc  olunub.  Təvəkkül  Əliyevin  şeiridir.  O,  Həqiqət  xanımın  
“Qızıl Qələm” mükafatına layiq görülməsini şeirlə təbrik edir, onu 
şeiriyyətin GÖVHƏRİ adlandırır. Həqiqət xanım ona elə  yazdığı 
şeir üslubu ilə cavab verir. “ Yox ikən ev-eşiyim, özümə gövhərmi 
deyim?”  Nə  yaxşı  GÖVHƏR  sözünə  rast  gəldim.  Həmin 


 
205 
hüquqşünasa  elə  bu  yazım  vasitəsilə  minnətdarlığımı  çatdırmaq 
istəyirəm.  Əgər  bu  sözə  rast  gəlməsəydim,  Həqiqət  xanımın 
dünyasında  hökm  sürən  bir  nişanə  yaddan  çıxacaqdı.  Həqiqət 
xanım özü kimi kimsəsizlərə qəlb böyüklüyü ilə yanaşan insanlara 
hədsiz  məhəbbət  bəsləyir.  Bu  məhəbbətin  nuru  ilə  özü  ülviləşir. 
Respublikamızın    əməkdar  müəllimi  Şəfiqə  xanım  Əliyeva 
haqqında  söylədiyi  fikir  bunu  bir  daha  təsdiq  edir:  “Əsl  həqiqət 
budur ki, sadə, təmiz bir müəllim obrazlı bu qadında birləşib”. 
   Sadədir Həqiqət xanım. Ürəyinin bütün saflığı qəlbindən üzünə, 
gözlərinə süzülüb: 
  “Bakı  Dövlət  Universitetinin  qarşısına  yığışıb  uşaqlarının  hansı 
qiymətlə  qayıdacağını  gözləyən  valideynlər  arasında  mənim  heç 
kəsim yox idi. Aldığım əla qiymətlərin sevincini mənimlə heç kəs 
bölüşməyəcəkdi. Bulud kimi dolmuşdum...” 
   Həqiqət xanım! İndi siz həmin həyat idealına çevrilən xəyalsınız. 
Keçmişinizə,  kimsəsizliyinizə,  qayğısız  illərinizə  not  düzən 
bəstəkarsınız.  Əgər  rəssamlığı  da  bacarsaydınız,  o  zaman 
Robindranat Taqora bu mahnını bəstələyərdiniz: 
  
                          Sən səhra dumanı, mən qəm çırağı, 
                          Durğun gölə düşən sübhün ocağı. 
                          Dünyanın əlçatmaz tənha ocağı, 
                          Gözlə məni, gözlə məni sevgilim, 
                          Gözlə məni, gözlə məni sevgilim. 
 
   Allah sizə arzu etdiyiniz səadəti versin, əziz bacım! 
                                                                                                        
                                                                 Şahin  Sərdaroğlu,  
                                   Azərbaycan Yazıçılar  Birliyinin üzvü,  
                                 “Araz” mükafatı laureatı. 
 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə