Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə51/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

 
176 
   Həqiqət  xanımla  başqa  bir  qadın  da  gəlmişdi,  Tofiq  bəy  bu 
xanıma da böyük hörmətlə yanaşırdı. Həmin xanım çıxış etmədi, 
lakin  mən  onu  tanıdım.  Özü  də  Həqiqət  xanım  Kərimovanın 
“Şəfqət nuru” kitabının səhifələrindən. 
   Kitabı  vərəqləyən  hər  kəs  ağır,  işığı  azalmış,  ümidinin  gözləri 
yaşla  dolmuş  bir  zəmanədə  xeyir  işlər  görən,  yetim  uşaqların 
qayğısına qalıb onlara analıq edən qadınla- Şəfiqə xanım Əliyeva 
ilə tanış olur.“Ümid yeri” uşaq evində 70 ata-anasız uşağı toplayıb 
həyatını  onlara  həsr  edən  Nigar  xanım  Məsimova  məhz  Şəfiqə 
xanım  Əliyevaya  arxalanaraq  “üstünü  qar  örtmüş  qönçələri” 
həyata  qaytarmağa  özündə  güc  tapmışdır.Kitab  müəllifinin 
aşağıdakı  sözləri  istiqlaliyyət  qazandıqdan  sonra  xarici  təzyiqlər 
altında  əslindən  ayrılmağa  başlamış  bir  millətin  düşdüyü  ağır 
ictimai  vəziyyəti  onun  köklərini  aydınlaşdırır:”Milli  adət-
ənənələrimizə  kökündən  zərbə  vuran  pornofilmlər,  onun  təsirinə 
uyaraq  çılpaqlığı  özünə  ar  bilməyən  yeniyetmə  qızlar  və  ictimai 
yerlərdə böyük-kiçik hörmətini unudaraq ekstaz vəziyyətində olan 
gənclər qəlb ağrısına çevrildi.Taleyin sərt gedişi bir çox körpələri 
cinəyətkar  və  əxlaqsızlıq  yuvası  olan  küçə  həyatına  sövq  etdi. 
Düşdükləri ağır psixoloji atmosfer onları dibi görünməyən uçurum 
qarşısında qoydu”.  
   Həqiqət xanımın kitabı sübut edir ki, tarixin çox ağır sınaqlarına 
məruz  qalmış  azəri  türkləri  heç  vaxt  ümidsiz  olmamış,  çıxılmaz 
görünən  dar  məqamlardan  da  çıxmaq  üçün  yol  tapmışlar. 
Respblikamızın  əməkdar  müəlliməsi  olan  Şəfiqə  Əliyevaya 
yazılmış poema bu xeyirxah ananın və qayğıkeş insanın xarakter 
cizgilərini açmaqla yanaşı, xalqın sərvətlərindən özü üçün mərmər 
saraylar tikən, milyonları xarici banklarda öz adına qoyub milləti 
dilənçi ordusuna çevirənlərə ibrət dərsi verir. O, körpələrin, xalqın 
xeyriyyəçilərə  sevgisini,  pulla  alınıb-satılmayan  mənəvi 
duyumunu səciyyələndirir: 
           Sevgiyə bax! Nəsib olmur bu dünyada hər kəsə


 
177 
           Mahnılara çevrilərək keçir qana, nəfəsə. 
           Vidalaşıb ayrılıram ürəyimdə məhəbbət, 
           Düşünürəm nə gözəlmiş xeyirxahlıq, mərhəmət. 
 
   Həqiqət  xanımın  bir  ziyalı  kimi  vətənə  xidməti  tibb  elmləri 
doktoru,  professor,  məşhur  xalq  qəhrəmanı  Abbasqulu  bəyin 
nəslindən  çıxmış  Vaqif  bəy  Şadlinski  haqqında  yazdığı  /Faiq 
Tağızadə  ilə  birgə/  “Anatomiya  professoru”  elmi-  kütləvi 
kitabıdır.Sual  oluna  bilər  ki,  məgər  yüzlərcə  Azərbaycan 
professorundan  biri  haqqında  yazmaq  mütləq  vətən  qarşısında 
xidmət sayılmalıdırmı?Buna birbaşa cavab vermək mümükündür- 
bəli!  Gözü-  könlü  tox,  halallıqla  dolanan,ədaləti  hər  şeydən  uca 
tutan,  vətən  torpağını  müqəddəs  bilən,  bu  yolda  canını  da 
əsirgəməyən, bütün biliyini, gücünü xalqının xoşbəxtliyi uğrunda 
qoyan  elm  xadiminin,  Azərbaycan  Tibb  Universitetinin  1-ci 
prorektoru  Vaqif  Şadlinskinin  həyat-  yaradıcılığını  təbliğ  etmək 
vətənpərvrlik  əlamətidir.  Müəllif  qədim  xalqımıza  xas  olan 
təmizlik nümunəsi kimi qocaman Bilas müəllimi 1969- cu ildə ali 
məktəbin  qəbul  komissiyasında  imtahan  götürəcək  oğlu  Vaqifə 
yazdığı  məktubdan  sətirlər  göstərmişdir.  Ömrünü  halallıqla 
keçirən ata təkidlə oğlunu da halal yaşamağa çağırırdı. 
   Həqiqət    Kərimova  Vaqif  müəllimin  anası  Gülzar  xanım  və 
1918-ci  ildə ermənilər tərəfindən  yandırılmış altı dayısı haqqında 
həqiqətləri  yazmaqla həm erməni daşnaqlarının tarixi vəhşiliyini, 
həm  də  Azərbaycan  qadınının  qəhrəmanlığını  yaddaşlara  həkk 
etmişdir.  Ərini  nişan  alan  düşmənin  sinəsini  odlayan  Gülzar  ana 
mənə anam Züleyxa Cəbrayıl qızının söhbətini xatırlatdı: 1918-ci-
ildə  ermənilər  Bakıda  qırğın  salanda  qonşumuz  qardaş-bacı, 
Hənifə  ilə  Məsənəm  arvad,  biri  tüfəngi  doldurub,  biri  atırmış. 
Deyilənə  görə  neçə-neçə  erməni  öldürmüşdülər.  Böyük 
qəhrəmanımız Mixaylo- Mehdi Hüseynzadə həmin Hənifə kişinin 
oğlu idi. Məhz o cür igid ərlərdən törənənlər qəhrəman olurlar. 


 
178 
   Həqiqət  xanımın  qələmi  işləyir,  Azərbaycan  həqiqətlərini  üzə 
çıxarır.  O,  “Ziyalı”qəzetinin  yüksək  səviyyədə  nəşrinə  də  çalışır. 
Eyni  zamanda  o,  vətəninin,  xalqın  həqiqi  övladı  kimi 
xeyirxahlığından  da  qalmır.  Gənclər  üçün  vəzifə  sahiblərinə  də, 
imkanlılara da ağız açmaqdan çəkinmir. Bu belə də olmalıdır. Axı, 
Həqiqət  Kərimova  ulu  sərkərdə  və  padşah  Bəhram  Cubunənin, 
Xəqaninin, Nəsiminin, Həbibinin, Sabir kimi dahilərin xələfidir. 
   
                                                                                                                         
                                                                          Nazim Rizvan,  
                                                filologiya elmləri namizədi, şair. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
179 
 
       Həqiqət həqiqətən ziyalı xanımdır 
 
    Həqiqət  xanımla  tanışlığımızın  tarixi  böyük  olmasa  da,  elə  bir 
onunla  çoxdanın    dostu,  rəfiqəsiyik.  Bu  onun  sadəliyindən, 
səmimiliyindən, gözəl insani keyfiyyətlərindən irəli gəlir. Mən bu 
gün onun elmi dərəcəsindən, yazdıqları kitablardan, məqalələrdən 
danışmaq istəmirəm. Çünki, atalar demişkən, alim olmaq asandır, 
insan  olmaq  çətindir.  Həqiqət  xanım  məhz  bu  “çətin”  işin 
öhdəsindən  şərəflə  gələrək  özünü  onu  tanıyanlara  sevdirmiş, 
qəlblərində yer tapmışdır.  Haqqında danışdığımız xanımın kifayət 
qədər öz problemləri olsa da, başqalarının  qayğısını çəkir, əlindən 
gələn  köməyi  əsirgəmir.  Bunu  xüsusilə  onun  gənc  jurnalistlərlə 
olan müsahibəsində daha çox görmək olar. Onlara həmişə mənəvi 
dayaq olan bu nəcib insan maraqlı mövzular tapıb işləməkdə, üzə 
çıxarmalarında  da  yardımçı  olur.  Həssas,  diqqətcil  qadın  olan 
Həqiqət xanım heç vaxt özünü çəkmir, ətrafdakılarla tez ünsiyyətə 
girir, ona demək istədiyini  ilk sözdən başa düşür. Heç  yadımdan 
çıxmaz,  Həqiqət  xanım  bir  tədbirdə  iştirak  etməyə  bizi  də  dəvət 
etmişdi. Biz oraya gələcəyimizi qəti bildirməsək də, gecə ilə mənə 
zəng  vurub  tədbirin  keçirilməsi  nəzərdə  tutulmuş  yerin 
dəyişildiyini  bildirdi.  Və  qeyd  etdi  ki,  narahat  oldum,  birdən 
gələsi olarsınız, sonra məndən narazılıq edərsiniz. 
   Bu  təvazökar  insanla  hər  dəfə  görüşüb  söhbət  edəndə,  adama 
sanki  ondan  müsbət  ionlar  sirayət    edir,  əhval-ruhiyyən  yüksəlir, 
özünü  xeyli  məmnun  hiss  edirsən.  Başqalarına  ziyasından  pay 
verən,  həqiqətən  də  ziyalı  Həqiqət  xanımdır.  Ondan  öyrənməli, 
görüb-götürməli hələ çox şey var.                                                                                                                        
                                                                    
                                                                          İradə Əsədova,  
                                                   “Həftə” qəzetinin şöbə müdiri. 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə