Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə47/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

 
163 
             Yata bilmir, hey düşünür, səhər haçan olacaq. 
             Nədən bele narahtdır, nə olubdur görəsən? 
             Hansı fikir tufanıdır sarı çiçəyi üzən? 
   Bu  tablo  rəssam  Leonardo  Cakondanın  “Madonna”sı  təsiri 
bağışlayır. 
   Həqiqət qəhrəmanı ilhamla, coşqun həvəslə tərənnüm edir: 
 
             Müəllimdir, saf niyyətli bir xanımdır o qadın. 
             Adı isə Şəfiqədir ,eşitmisizmi adın? 
             Himayəyə götürübdür bu yeri yaranandan
             İndi çox söz eşidərsiz siz Şəfiqə xanımdan. 
 
   Nərmin, Elnur, Aynur obrazları işıq fonunda görünür, gələcəkdə, 
xoşbəxtlikdən xəbər verir.  
   Romantik,  fantastik,  detektiv  mövzular  tələsir  şair  qələminə, 
poeziya işığı düşür dünyaya. 
   Vətəndaş  duyğusu,  vətən  hissi,  milli  qürur  boylanır  onun 
baxışlarından. 
   O,  gecəli,  gündüzlü  bu  yolun  yolçusudur.  İdeal  obrazlı  əsərlər 
yaradır. 
  “Şəfqət  nuru”  poeması  lakonikdir,  axıcıdır,  qəlbə  yatandır, 
əsərin əhəmiyyəti böyükdür. 
   Ata-anasız  yetim  uşaqların  şəhərdən,  küçələrdən  toplanıb  uşaq 
evinə  cəlb  edilməsi,  tərbiyə  edilməsi  Şəfiqə  xanımın 
böyüklüyündən bəhs edir. 
   Həqiqət  Kərimovanın  bu  nəcib  insanı  tərənnüm  edən  poeması 
cəmiyyətimizə, xalqımıza böyük bir xidmətdir. 
   Bu yolda ona uğurlar diləyirəm! 
 
                                                                                                        
                                                                  Mirzəli Hüseynzadə,  
                                şair,  Azərbaycan Yazıçılar Birliyinin üzvü. 


 
164 
 
 
 
                      
Mənim Həqiqətim 
 
   Mən  ömrüm  boyu  həqiqət  axtarmışam.  Nədənsə  həmişə  mənə 
elə  gəlib  ki,  həqiqət  əsl  həyatdır;  onda  yalan,  riya  ola  bilməz  və 
olmamalıdır da. Acı da olsa, zəhər də olsa, həqiqət gözəldir; onun 
acılığına, zəhərinə dözmək yalandan - ən şirin yalandan yaxşıdır. 
   Mənim  həqiqət  axtarışımın  necə  deyərlər,  qızğın  çağında,  40  il 
bundan  əvvəl  şair  dostum  Fikrət  Qoca  “Həqiqət”  adlı  şeir 
yazmışdı;  o  şeirin  qəhrəmanı  da  mənim  kimi  həqiqət  axtarırmış. 
Həqiqət axtarışları onu da axırda gətirib məhbəsə çıxarır; döyürlər, 
vurub baş-gözünü partladırlar və qol-qabırğasını sındırırlar. 
   Aradan uzun illər keçməsinə baxmayaraq, o şeirin  misraları indi 
də yadımdadır; 
 
                                    Daş, qaranlıq zindanda, 
                                    Üz-gözündə laxtalanmış o qan da, 
                                    Qulağıma pıçıldadı xəlvəti: 
                                    Bax, mənəm o həqiqət, 
                                    Axtarma həqiqəti! 
 
   Həqiqət  hər  yerdə  var,  həqiqət  həmişə  həqiqətdir.Sadəcə,  onu 
görmək,  eşitmək,  duymaq  gərəkdir.  Həqiqəti  nə  üçünsə  insanlar 
yalana  bükürlər,  yalana  bürüyürlər.  O  zaman  o,  öz  gözəlliyini, 
həqiqətliyini itirir və onda onu tapmaq, görmək çox çətin olur. 
   Mən  həqiqət  deyilən  bu  yüksək  fəlsəfi-əxlaqi  anlayışın  ancaq 
müəyyən parçalarını tapa bilmişdim. Onu tam şəkildə görə bilmək 
mənə nəsib olmamışdı... 
   Ancaq bir neçə il bundan qabaq “Cahan” jurnalı redaksiyasında 
ortaboylu,  gülərüz,  mehriban,  şirinsöz,  şirindil  bir  xanımla  tanış 


 
165 
oldum. 
O, 
redaksiyaya 
məqalə 
gətirmişdi. 
Sədrəddini 
Mütəəllehini  Şirazi”  adlı  məqalə  “Cahan”ın  5-ci  sayında  çap 
edildi  və  böyük  marağa  səbəb  oldu.  Bu  məqlənin  müəllifi  indi 
artıq  geniş  elmi-ədəbi  ictimaiyyətimizin  yaxşı  tanıyıb  sevdiyi 
Həqiqət xanım Kərimova idi... 
   Sonra  onu  itirdim.  Ürəyimdə  buna  təəssüfləndim.  Çox  şirin, 
oturub-durmalı, həmsöhbət  olmalı  bir insan idi. Həssas idi, sözü 
göydə tutan idi. Onu bu  yaxınlarda təzədən tapmışam. Sevmişəm. 
Dünən  bir  adicə  müəllif  idi,  bu  gün  “Ziyalı”  qəzetinin  baş 
redaktoru  və  açığını  etiraf  edirəm  ki,  40  ildən  çox  elmi-ədəbi 
mühitin içində yaşayan bir insan olan mən, onu – Həqiqət xanımı 
ecazkar bir qələm sahibi, son dərəcə nadir istedada malik, enerjisi, 
qabiliyyəti  bizim  tanıdığımız,  bildiyimiz  şablon,  adi  ölçülərə 
sığmayan  bir  şəxsiyyət  hesab  edirəm  və  onun  elmini,  sənətini 
yüksək  insani  keyfiyyətləri  ilə  birləşdirir,  onda  axtardığım 
həqiqəti görüb çox sevinirəm. Və hərdən də fikirləşirəm:Axı, mən 
sırf  fəlsəfi-əxlaqi,  psixoloji  bir  anlayış  olan  həqiqəti  axtarırdım, 
mənim tanıdığım Həqiqət isə insandır-canlı insan! 
   O  həqiqətlə  bu  Həqiqət  arasında  nə  əlaqə  var?  Yox,  var!  Bu, 
qəribə, ilk baxışda gözlə görünməz bir əlaqədir. Və bunu hər kəs 
görə bilməz bəlkə də! Həqiqətin bir üzü olur – təmiz, real, olduğu 
kimi görünür Həqiqət. 
   Həqiqət güzgü kimi saf olur. Həqiqət güzgüdür! O, çirkini gözəl, 
gözəli çirkin göstərə bilməz. Hər şeyi necə varsa, eləcə də göstərər 
güzgü. 
   Mənim  tanıdığım  Həqiqət  xanım  da  belə  bir  güzgüdür.  Yoxsa 
mən bunca belə sevinməzdim, rahatlanmazdım. Onunla görüşmək
söhbət  etmək,  adicə  telefonda  səsini,  sözlərini  dinləmək  səni, 
xəstə  və  yorğun  olsan  belə,  canlandırır,  dirçəldir,  ürəyinə  təpər, 
gözünə  işıq,  vücuduna  yaşamaq  həvəsi  bəxş  edər.  Çünki  onun 
qəlbində,  səsində  və  eləcə  də  qələmində  nə  isə  qəribə  bir  sehr-
əfsun var.Bunun sirri nədir görəsən? 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə