Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə50/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

 
173 
         
        
                    Həqiqət  aşiqi 
 
   Həqiqət  xanım  Kərimova  Azərbaycan  xalqının  bütün  müsbət 
keyfiyyətlərini  özündə  cəmləyən  bir  ziyalı  xanımdır.  Mən  bu 
sözləri  sıravi  bir  ziyalı  kimi  deyirəm.  Bəzən  sadə  adamların  bir 
kəs  haqqında  fikir  söyləmələri  alim  və  yazıçıların  verdiyi 
qiymətdən daha təsirli olur. 
   Mənim Həqiqət xanımla tanışlığım vaxt ölçüsünə görə bir neçə 
aydır. Lakin insan elə bir varlıqdır ki, onu tam anlamaq illər tələb 
edir.  Bəzən də  elə olur  ki,  ilk tanışlıq  çox şeylərdən xəbər verir. 
Mən  təsadüfən  nəşriyyatın    üçüncü  mərtəbəsində  qapı  üzərində 
“Ziyalı cəmiyyəti” sözlərini oxudum. Həmişə ziyalıları axtardığım 
üçün  ehtiyatla  qapını  açıb  içəri  girdim.  Bəzək-düzəksiz,  sadə  və 
kasıb  kabinet  çox  şeylərdən  xəbər  verirdi.  Həqiqət  xanımın  özü 
kabinetindən də sadə idi. Bütün bunlar bizim dəyərli söhbətimizin 
əsasını  qoydu.  Mən  xəbər  verdim  ki,  uzaq  Krımdan,  Ukrayna 
elindən gəlirəm. Çünki üç ildir ki, orada məktəb açıb, teleradioda 
xalqımı təbliğ edirəm. Həqiqət xanım bu sözləri eşidib çox sevindi. 
Elə  bil  dünyanı  ona  hədiyyə  etdilər.  Düzü,  Bakıda  yüzlərlə 
görüşdüyüm  adamların    bir  para  biganəliyi    məni  çox  bədbin 
etmişdi.  Lakin  tək-tək  belə  insanlara  rast  gələndə  ruhuma  bir 
nikbinlik hakim olur, özümü milli qeyrət zəminində çox qüvvətli 
hiss edirdim. Sonra o  məni özü kimi mərhəmət sahibi olan Şəfiqə 
xanım Əliyeva ilə tanış etdi. Növbəti görüşlərimiz bir çox ədəbi-
bədii  tədbirlərdə  oldu.  Mən  bir  müəllim  kimi  həmin  görüşlərdə  
iştirak  edir,  Ukraynada  gördüyüm  işlərdən  xəbər  verirdim.  Bu 
görüşlərdən  ilham  alır,  güc  toplayır,  eyni  zamanda  çoxlarını  da 
sevindirirdim. Sonradan başa düşdüm ki, Həqiqət xanım ziyalılar 
arasında polad sütunlu bir körpüdür. Bu, əslində əqidə körpüsüdür. 


 
174 
Belə bir körpü olmadan ziyalı birliyi olmaz, deməli, əqidə birliyi 
olmaz.  
   Bu  gün  Həqiqət  xanımın  ətrafında  Vaqif  Şadlinski,  Şəfiqə 
xanım  Əliyeva,  görkəmli  müğənnilərimiz  Canəli  Əkbərov, 
Ağadadaş  Ağayev,  Dünya  Azərbaycan  Gənclərinin  lideri  Tofiq 
Əliyev  neçə-neçə  alim,  yazıçılar,  şairlər  cəm  olublar.  Onlar  bir 
əqidənin  əsgərləridir.  Həqiqət  xanım  həm  ağır  bir  ailə  yükünü, 
həm  də  bundan  da  ağır  və  şərəfli  olan  ictimai  bir  yük  daşıyır. 
Adam heyrətlənir ki, heç bir kişinin görə bilmədiyi bu işi o, necə 
yerinə yetirir. Bu işlər vaxt ölçüsünə sığan iş deyil.  
   Bütün bunlar daxili qeyrətdən, vətəni sevməkdən irəli gəlir! 
   Çünki heç kim bu işlərin əvəzini ona qaytarmır. Əksinə, bunlar 
onun  sağlamlığı,  istirahəti  bahasına  başa  gəlir.  Həqiqət  xanımın 
elmi-ictimai fəaliyyəti çoxcəhətlidir.  
   Həm  şair,  həm  tarixçi,  filosof,  astronom,  ədəbiyyatşünas,  dini 
araşdırmalar,  qəzet  nəşri,  üstəlik  ədəbi  məclislər,  görüşlər, 
müğənni  və  alimlərin  həyat  və  yaradıcılığı  haqqında  elmi 
monoqrafik  əsərlər  yazmaq,  bir  sözlə,  hər  kəsi  öz  dilində 
dindirmək,  əlavə  olaraq  ümumi  yaşayış  evində  yaşamaq,  bir  çox 
naqis,  yöndəmsiz  kötüklərlə  üz-üzə  gəlib,  söz  müharibəsinə 
girişmək  heç  kimin  hünəri  deyil.Lakin  Həqiqət  xanım  həqiqət 
deyilən  bir  varlıq  uğrunda  vuruşur.  Bax,  bunlar  ona  əsl  şərəf 
gətirir  elmin  gözündə,  ziyalıların  ziyalı  baxışında  yüksəldir.O, 
arzu etmir ki, uca, çoxmərtəbəli villalarda yaşayan xanımlar kimi 
cəmiyyətə  yuxarıdan  aşağı  baxsın.O,  istəyir  ki,  elə  birinci 
mərtəbədə  sadə,  bəzəksiz  mənzili  olsun.Bu  mənzildə  bütün 
Azərbaycan deyilən bir ideya yaşasın. Mənim nəzərimdə Həqiqət 
xanım bu deməkdir.Azərbaycanın ziyalı gözəli Həqiqət xanım! 
                                                                                                                                                                                                                                 
                                                                               Həbib Əliyev,  
          Ukrayna, Sevastopol teleradiosu, Azərbaycan “Qobustan”  
         proqramının müəllifi.                             


 
175 
                                                                             
 
                    Vətən eşqi ilə 
 
 
   Məni  Həqiqət  xanım  Kərimova  ilə  2-ci    minilliyin  dünya  ilə 
vidalaşdığı  bir  zamanda  Dünya  Azərbaycanlı    Gənclərinin 
həmrəyliyi cəmiyyətinin prezidenti Tofiq Əliyev tanış etdi. Tofiq 
Əliyevin zəmanəmizdə ayaq tutub yeriyən biganələrlə, xalqa arxa 
çevirənlərlə  əlaqə  saxlamadığını,  yalnız  vətənpərvər  insanlarla, 
xüsusən  də  ziyalılarla  dostluq  etdiyini  bilirdim.  Tofiq  müəllim 
məni ona, onu mənə təqdim etdi: 
-  Azərbaycan  Ziyalılar  Cəmiyyətinin  məsul  katibi,  “Ziyalı” 
qəzetinin baş redaktoru, həqiqi mənada vətən qızıdır. 
   Mən  onu  deyilən  kimi  də  təsəvvür  etdim.Neçə-neçə  vəzifə 
sahibimizin yeyib-içdiyi, “məndən ötdü qardaşıma dəydi”- dediyi 
günlərdə 20 yanvar qırğını ilə bağlı yığıncağa  gələn qadın kim ola 
bilərdi ki? Yalnız varlığı vətənimiz olan Azərbaycana, min illərlə 
azadlıq  uğrunda  can  qoyan  xalqımıza  bağlı  olanlar,  Dünya 
Azərbaycanlı 
Gənclərinin 
həmrəylik 
təşkilatının 
Gənc 
Tamaşaçılar  Teatrında  keçirdiyi  bu  kədərli,  həm  də  alovlu 
yığıncağa  gəlmiş  Həqiqət  xanım  Kərimova  Ziyalılar  Cəmiyyəti 
adından  öz  sözünü  söylədi.  Mən  bir  daha  əmin  oldum  ki,  dini- 
fəlsəfi,  bioloji  telləri  vətəndaşlıq  duyğusunun  gözündən  keçirib 
kitablara  çevirən  bu  qadın  ona  torpağın  və  dünya  qədər  qədim 
Azəri türklərinin bağrından qopmuşdur.Mən bir daha əmin oldum 
ki,  Allahını  tanıyan  adamların  xüsusən  də,  qələm  sahiblərinin 
həyat idealı, həqiqət, ədalət olur. Həqiqət isə vətən yolunda şəhid 
olanların heç zaman ölmədiyini, yaşayanlardan daha böyük, daha 
uca olduğunu söyləyir. 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə