Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə52/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   48   49   50   51   52   53   54   55   ...   59

 
180 
     
        Yaşadıqca – yaşadır insan ömrü! 
 
   Əsrlərdən-  əsrlərə,  nəsillərdən-  nəsillərə  adlayaraq  şahidi 
olmuşduq  ki,  odlar  diyarı  adlandırdığımız  diyar,  daim  ərənlər 
yurdu  olmuşdur.  İgid-  igid  oğulları,  xanım-  xatın  qızları  olan 
Azərbaycan  öz  milli  adət-  ənənənələrini  qoruyub  saxlamağa 
çalışmışdır.  Tarix  öz  axarında  davam  edərək,  bu  günkü  nəslin 
örnək  məktəbində  böyük  qəhrəmanlıq  şücaətinin  bünövrəsini 
qoymuş,  Nigar,  Həcər  qeyrətli  nənənlərimizin,  Nüşabə  xatıntək 
gəlinlərimizi,  Natəvan  kimi  şairələrimizi  yetişdirmişdir.  Bu  gün 
mən  gözəl,  təravətli,  nəcib,  xeyirxah,  humanist  maarifpərvər 
şəxsiyyət,  ziyalı,  filosof-publisist  insan  haqqında  söz  açmaq 
istəyirəm.  İlahinin  insanlara  bəxş  etdiyi  gözəl  xüsusiyyətlərin 
bütün incəliklərini özündə formalaşdırıb yaşatmağı bacaran, sözün 
əsl  mənasında  adına  layiq  insan  ömrü  yaşayan-yaradan  insan 
Həqiqət xanımdır. 
   Mənalı  ömür  yaşayan,  yaşadığı  ömrün  hər  dəqiqəsinin  qədrini 
bilən,  keşməkeşli  həyat  yolu  keçən  insan  haqqında  danışmaq, 
yazmaq mənim üçün çox çətin və məsuliyyətli bir işdir. Yüzlərlə 
publisist məqalələrin, elmi əsərin, monoqrafiyaların müəllifi olan 
Həqiqət xanımla, ömrümün ən ağır (1997-ci ildə) ilini yaşadığım 
günlərdə  tanış  olmuşam.  İlk  tanışlığımız  məhrum  akademik 
Ağoğlan  müəllimin  ölümündən  sonra  olmuşdur.  Acı  göz  yaşları 
içində yaşadığım ömrə, mənəvi qidanı pofessor Vaqif Şadlinski və 
filosof-  publisist  Həqiqət  xanım  vermişdir.  Akademik  Ağoğlan 
müəllim  haqqında  yazdıqları  “Bir  həyatda  iki  ömür”  (Bakı, 
“Təbib”  1998)  adlı  monoqrafiya  kitabını  onun  ölümündən  sonra 
böyük  çətinliklə  də  olsa,  təmənnasız  nəşr  etdirib,  onu  sevənlərə 
xatirə hədiyyəsi kimi bağışladılar. 


 
181 
   Yadımdadır,  kitab  nəşrə  hazırlanan  zaman  Tibb  Universitetinin 
əsas  binasında  professor  Vaqif  Şadlinski  cənabları  ilə  görüşüb  
müəyyən  məsləhətlər  aldıqdan  sonra  Həqiqət  xanımla  “Təbib” 
nəşriyyatına  getmək  üçün  bayıra  çıxdıq.  Bayır  küləkli  idi,  qar 
yağırdı.  Addım  atmaq  belə  çətin  idi.  Mən  onun  nəşriyyata 
getməsinə etiraz etsəm də, o bu yoldan çəkinməyərək, gedəcəyini 
qəti bildirdi.  Mən o çovğunlu günlərdə Həqiqət xanımın nə qədər 
qətiyyətli,  dözümlü,  səbirli  və  cəsarətli  olduğunun  canlı  şahidi 
olmuşam. 
   Həqiqət  xanımın  yaşadığı  ömrünün  bir  hissəsini  də  açıqlamaq 
istərdim.  Mərhum  akademik  Ağoğlan  müəllim  haqq  evinə 
qovuşduqdan sonra təsis və nəşr etdiyi “Ziyalı”qəzeti bağlanmaq 
təhlükəsi  qarşısında  qalmışdı.  İki  yüz  yetmiş  mindən  artıq  üzvü 
olan  Azərbaycan  Ziyalılar  Cəmiyyətindən  bir  nəfər  də  olsun  bu 
qəzetin nəşr olunması üçün  bir iş görmürdü. Bu bizim nəsil üçün 
yox,  ziyalılarımıza,  xalqımıza  mənən  böyük  zərbə  idi.  Həqiqət 
xanım mübarizədən çəkinməyərək “Ziyalı” qəzetini nəşr etdirmək 
üçün  məsuliyyəti  öz  üzərinə  götürüb,  fəaliyyətə  başladı.  İlk 
günlərdə  böyük  çətinliklərlə,  problemlərlə  rastlaşsa  da,  ruhdan 
düşmədi. Bütün maneələri dəf edərək az da olsa, qəzetin fəaliyyəti 
üçün  imkan  və  şərait  yaratdı.  Sözün  həqiqi  mənasında  ömrünün 
yaşadığı  bu  anda,  həyat  onu  sınaq  imtahanına  çəkmişdi  O,  bu 
imtahandan üzü ağ, alnı açıq çıxdı. Bu nəcib, maarifpərvər işində 
humanist  insan,    xeyriyyəçi,    respublikanın  əməkdar  müəllimi  
Şəfiqə xanım Əliyeva ona dayaq durdu. Bu gün “Ziyalı” qəzetinin 
yeni  saylarını  oxuduqca,  ilahidən  arzu  edirəm  ki,  Şəfiqə  xanımı, 
Həqiqət  xanımı  xalqımızın  ziyalılarına  çox  görməsin.  Həqiqət 
xanım  həm  də  dostluqda  sədaqətli,  etibarlı  insandır.  Sözü  bütöv, 
öz təmiz şəxsiyyətini, adını dünya malından üstün tutandır. Neçə- 
neçə  monoqrafik  kitabları,  elmi-  publisistik  əsərləri,  jurnalist 
düşüncələri  onun  böyük  dünyagörüşünə  malik  olduğundan  xəbər 
verir. O, bütün əsərlərində, qeydlərində insanlığa və humanistliyə 


 
182 
üstünlük  verir.  Gördüyü  işlərdən,  yazdığı  əsərlərdən  heç  bir 
zaman  təmənna  ummamışdır.  Daim  öz  halal  süfrəsində,  öz 
əməyində  gözü  olmuşdur.  Şan-şöhrət,  milyonçu  olmaq,  mənasız 
danışmaq,  sözüylə-əməli  uyğun  gəlməyən  tipik,  mənfi 
xüsusiyyətlər onun xarakterinə ziddir və heç zaman elə bir ömrü 
yaşamaq arzusunda da olmamışdır. 
   Həqiqət  xanım  gözəl,  qayğıkeş,  mehriban  anadır.  O,  yazıb- 
yaratdığı  əsərləriylə  bərabər,  öz  doğma  övladlarını  da  sevir. 
Övladlarının  qayğısını,  nazını  çəkir,  onların  sağlam  ruhda 
böyüməsi üçün  əlindən gələni əsirgəmir. Həqiqət xanım öz ömür- 
gün,  həyat  yoldaşına  da  sədaqətli,  etibarlı  xanımdır.  Onun  Ana 
torpağa,  övladlarına,  həyat  yoldaşına,  sədaqətli  dostlarına  olan 
sevgisini,  heç  nə  əvəz  edə  bilməz.  O,  yaşadığı  ömrü  daim  təmiz 
görmək istəyir. 
   Həqiqət  xanım,  qınama  məni,  bildiklərimi  yazdıqlarıma  görə. 
Qoy  sizin  nə  qədər  təmiz,  sadə,  təvazökar  və  ülvi  bir  insan 
olduğunuzun  şahidi  olsunlar.  Siz,  bol-bol  danışıb  mükafat 
alanlardan yox, təmiz ad, ömür yaşayan insansınız. 
   Həqiqət  xanım,  sizə  elmin  ən  yüksək  zirvələrini  fəth  etməyi, 
titanik  ürək,  alovlu  həyat  yolu,  dünya  yaşadıqca  yaşamağı  arzu 
edirəm. Sizə şəxsi və ictimai-siyasi həyatda uğurlar arzulayıram 
 
                                                                                                                 
                                                                          Emin Hüseynov,                                                                                                                   
                                                                          hüquqşünas.
 
 
 
 
 
                  
 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə