Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə49/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

 
169 
 
 
 
 
 
            
               
Hörmətli Təvəkkül Əliyev! 
 
   Mənə  ünvanladığınız  bu  kəlmələr  üçün  sizə  çox  minnətdaram. 
Lakin inciməyin, tərifiniz həddən artıq çoxdur. Fikirləşib cavabını 
sizə  qəzetimiz  vasitəsilə,  sizin  yazdığınız  tərzdə  şerlə  çatdırmaq 
qərarına  gəldim.  Bilirəm  ki,  hüquqşünas  və  jurnalist  olduğunuz 
üçün bu cür cavab yazmağımı məqbul hesab edəcəksiniz. 
 
           Dövrü-aləmdə bulub varlığımı anlamışam, 
           Dərk edib bu dünyanın gərdişini ağlamışam. 
           Söz alıb, söz yaradıb, amma sözü satmamışam. 
           Bil ki, mən dözməmişəm, qələm dözüb bu dövrana, 
           Bəlkə bu səbəbdən verilib “Qızıl Qələm” mana?! 
 
           Kəhkəşandan alıram zövqü-səfa dünyada mən,  
           Ol səbəbdən yazıram  gah Tusidən, gah Qudsidən. 
           Deyirsən təxti ədəbsən, anasan, həm də ədibsən, 
           Mən hələ anlamıram kimliyimi, deyim sana
           Bəlkə bu səbəbdən verilib “Qızıl Qələm” mana?! 
 
          Yox ikən ev-eşiyim, özümə gövhərmi deyim? 
          Tökülən göz yaşımı dərdimə cövhərmi edim? 
          De, necə dözsün axı fikri- xəyala bu beyin? 
          Daxili əhli- kəlam de nə gərək bu dövrana? 
          Bəlkə bu səbəbdən verilib “Qızıl Qələm” mana? 


 
170 
       
 
    
 
 
     
        Həqiqət xanım hər yerdə sözünü  
              deməyi bacaran ziyalıdır 
 
   
Azərbaycan-  tarixən  bəşəriyyətə  milli,  dünyəvi  mədəniyyətin 
inkişafına nizamilər, füzulilər, xəqanilər kimi  dahilər bəxş etmiş, 
ümumbəşər mədəniyyətinin xəzinəsini zənginləşdirmişdir. Bu isə 
başqa  xalqlarla  müqayisədə,  tariximizin,  mədəniyyətimizin  daha 
da qədim və zəngin olmasından xəbər verir. 
   Bu  gün  isə  müstəqil  Azərbaycan  Respublikasının  inkişafı, 
qüdrətlənməsi,  onun  milli  mədəniyyətinin    inkişafı  hər  bir 
azərbaycanlıdan  çox  asılıdır.  Belə  bir  anda  isə  dövlətçiliyimizin 
inkişafı  və  onun  dünya  miqyasında  tanınması  başqa  formalşmış 
təbəqələrə    nisbətən  özünü    sözün    əsl  mənasında  Azərbaycan 
ziyalısı sayan dəyərli insanlardan çox asılıdır. 
   Tarixən  milli  mədəniyyətimizə  xas  olaraq,  həmişə  ziyalı  sözü, 
şair  və  dərrakəli  insan  sözü  qılıncdan  da  kəsərli  olub.  Ölçülüb- 
biçilmiş  ziyalı  sözünün  kəsəri  indi  də,  müstəqil  Azərbaycanda 
yaşadığımız dövrdə də öz əksini geniş tapmaqdadır. Ziyalılarımız 
həmişə 
xalqın 
önündə 
getmiş, 
xalqımızın 
üzləşdiyi 
dövlətçiliyimizin inkişafı ilə problemlərin həllində sinəsini qabağa 
verərək  öz  sözünü  demişdir.  Müstəqil  Azərbaycan  heç  nədən 
qorxmayan  yüzlərlə  həqiqət  carçısı  olan  ziyalılarımız  bu  gün  də 
xalqımızın  rifahı  naminə  çalışaraq  öz  sözlərini  deməyi  özlərinə 
borc bilirlər. 


 
171 
   Vətənini  canından  çox  sevən,  onun  dünyəvi-mədəni  təbliğatına 
daim  çalışan,  respublikamızda  adı  çox  hörmətlə  çəkilən 
ziyalılardan  biri  də  “Ziyalı”  qəzetinin  baş  redaktoru,  publisist- 
yazıçı, alim, onlarla kitabın müəllifi Həqiqət  xanım Kərimovadır. 
   Bizim  Həqiqət  xanımla  tanışlığımız  təsadüfi  olmuşdur. 
Sonradan  isə  bu  ziyalı  qadının  daxilən  vətən  təəssübkeşliyi  ilə 
alışıb  yanan, xalqımızın üzləşdiyi faciələri öz faciəsi hesab edən, 
dostluqda  kişi  qeyrəti,  insanlıqda  ürəyi  yumşaq  bir  vətən  qızı 
olmasının canlı şahidi oldum. 
   Çalışdığımız təşkilatın da əsas məqsədi bütün dünyada  yaşayan 
azərbaycanlıların həmrəyliyinə nail olmaqdır. 
   Bu  yolda  isə  hər  birimiz,  öncə  də  ziyalılarımız  daha  çox 
çalışmalıdır.  Bu  gün  dünya  soydaşlarımızın  birliyi  və  həmrəyliyi 
naminə  çalışan  və  bizə  hər  vasitə  ilə  kömək  əlini  uzadan 
ziyalılarımızdan biri məhz Həqiqət Kərimovadır. 
   Təşkilatımızın  təşəbbüsü  olduğu  bütün  dövlətçilik  əhəmiyyətli 
tədbirlərdə  də  Həqiqət  xanım  zəngin  məzmunlu  çıxışlar  edərək 
gənclərimizə  Vətənə  sevgi  və  sonsuz  məhəbbət  hissləri 
yaşamalarını  tövsiyə  etmiş,  dövlətçiliyimizin  gələcək  inkişafı 
naminə ziyalıların daha çox çalışmalarını vurğulamışdır. 
   Keçirdiyimiz  “20  Yanvar”,  “Xocalı  soyqırımı”  kimi  tarixi-
faciəli  tədbirlərdə  də  sözünü  deyən  məhz  Həqiqət  xanım 
Kərimovadır. 
   Bir  ay  öncə  respublikamızda  qonaq  olan,  adı  xaricdə  çox 
hörmətlə çəkilən ziyalılarımızdan biri, Böyük Britaniyada yaşayan 
Edinburq  Universitetinin  professoru  Qulamrza  Səbri  Təbrizinin 
yubiley  təntənəsinin  təşkilində  isə  Həqiqət  xanım  xüsusilə 
fərqlənmiş, Vətən yanğısı ilə bəstələdiyi, səbri Təbrizinin ömrünə 
ömür verən mahnısını ona təqdim etmişdir. 
   Ümumiyyətlə,  son  aylarda  Həqiqət  xanım  uca  amalımız  olan 
dünyaya  səpələnmiş  soydaşlarımızın  həmrəyliyində  bizə  çox 


 
172 
yaxından  köməkliklər  edir.  Hər  bir  vətən  təəssübü  çəkən  ziyalı 
kimi o da bu işin bu qədər vacib olduğunu dərk edir.  
   Bütün  bunları  nəzərə  alaraq,  Dünya  Azərbaycanlı  Gənclərinin 
Həmrəyliyi 
Cəmiyyəti 
qərara 
almışdır 
ki, 
Dünya  
Azərbaycanlılarının  birliyi  və  həmrəyliyi  sahəsində  göstərdiyi 
xidmətlərə  görə  Həqiqət  xanım  Kərimova  Dünya  Azərbaycanları 
Həmrəyliyi Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilsin. 
   Təşkilatımız  tərəfindən  verilən  bu  fəxri  fərman  dünya 
soydaşlarımızın  həmrəyliyi  naminə  çalışan  çox  nadir  ziyalılara 
verilir.  Həqiqət  xanım  isə  bu  fəxri  fərmana  layiq  olan 
ziyalılardandır. 
   Həqiqət xanım xalqımızın rifahı naminə həqiqət carçısıdır. 
 
                                                                                                                                   
                                                                              Tofiq Əliyev,  
                                          Dünya Azərbaycanlıları Gənclərinin   
                                          Həmrəyliyi Cəmiyyətinin prezidenti. 
                                
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə