197
Qayğıkeş insan, tədqiqatçı alim
Həyatda elə insanlar var ki, çalışırsan onlarla az təmasda olasan.
Amma elələri də var ki, onları hər gün görmək istəyirsn, onlarla
həmsöhbət olmaq adama mənəvi zövq verir.
Belə insanlar daim axtarışda olurlar, həyatın mənasını anlamağa
çalışırlar, başqalarını dəyərləndirməyi bacarır, onlara həmişə
həssas qəlblə, səmimi hisslərlə yanaşırlar.
Həqiqət xanım Kərimovanın yuxarıda qeyd etdiyim ikinci
insanlar cərgəsində özünəməxsus yeri var.
Bizim Həqiqət xanımla tanışlığımızın çox qısa bir tarixçəsi var.
Amma bu qısa zaman kəsiyində mən Həqiqət xanımın necə böyük
ürək sahibi, zəhmətsevər insan səmimi və etibarlı dost hər bir
kəsin işinə yarayan, təmənnasız, gözütox olmaqla bərabər, həm də
hərtərəfli bir ziyalı olduğunu gördüm. O, hər yerdə sözünü deməyi
bacaran qadındır. Həqiqət xanım eyni zamanda səmimi yoldaş,
çətinə düşənlərin gözəl məsləhətçisidir. O, dostluğu, yoldaşlığı
çox yüksək qiymətləndirməyi və lazım gəldikdə özünü həmişə,
hər yerdə təsdiqləməyi bacaran insandır.
Bildiyimə görə, Həqiqət xanım ziddiyətli bir ömür yolu keçibdir.
Amma onun həyata olan inamı onu bütün mübarizələrdən alnıaçıq
çıxarmışdır. O, bütün ömrünü elmə sərf edərək, xalqına, millətinə
əlindən gələn əməyini heç zaman əsirgəməmişdir. Onun intensiv
olaraq elmi yaradıcılıqla məşğul olması, onlarla kitabların
yazılmasına sərf etdiyi əməyi, filosof və tarixçi olmasından başqa,
elmin bütün sahələrinə nüfuz edərək elmi tədqiqat işlərini davam
etdirməsi adamı heyran etməyə bilmir. Mən deyərdim ki, Həqiqət
xanım elmin müxtəlif sahələrindən bəhrələnməyi xoşlayan yeganə
ziyalı qadındır. O, filosof olmaqla yanaşı, gözəl bəstəkar və
şairədir.