Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə100/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   96   97   98   99   100   101   102   103   ...   112

Nazim Tapdıqoğlu
onun 15 qonşusunu) qətlə yetirərək onlara məxsus 800 baş mal-qaranı aparır­
lar...
28 
noyabr  1917-ciil - Tiflisdə Qafqaz, Cənubi Rusiya və Ukrayna Antibol- 
şevik Qüvvələrinin Hərəkatı Birliyinin yaradılmasına aid müşavirə keçirilir...
28 
noyabr  1945-ciiI - Ermənistan partiya rəhbəri Arutyunov Dağlıq Qara­
bağın Ermənistanın tərkibinə daxil edilməsi haqqında Kommunist Partiyasının 
Mərkəzi Qərargahına  təklif  göndərir...
28  noyabr  1958-ci il - Xəzər dənizində  (Makarov bankasında)  güclü zəlzələ 
baş verir...
28 
noyabr  1985-ci il - 6 il müddətinə həbs olunmuş məşhur ASALA terror­
çusu,  “İnqilabiHərəkat” qrupunun rəhbəri Monte Melkonyan  1990-cı il tarixdə 
Fransa həbsxanasından  buraxılaraq  terror fəaliyyətini davam  etdirmək üçün 
Ermənistana və  Qarabağa göndərilir.  O,  Xocavənd rayonunun  işğalı zamanı 
xüsusi terror dəstəsinin komandanı olur.  1993-cü ildə Qarabağda öldürülən bu 
terrorçunun Yerevanda təntənəli dəfn  mərasimi keçirilir.  Dəfndə  Ermənistan 
Prezidenti də iştirak edir.  Adı Müdafiə Nazirliyinin  diversiya mərkəzlərindən 
birinə verilmiş bu beynəlxalq terrorçu Ermənistanın Milli Qəhrəmanı elan olun­
muşdur...
28  noyabr  1988-ci il - Qərbi Azərbaycanın Sarvanlar,  Zəhmət, Mehmandar
(Masis rayonu) kəndləri atəşə tutulur. Bir neçə saatdan sonra bu kəndlər zorla 
boşaldılır.  Sarvanlar kəndinin 30 yaşlı sakini Bəxtiyar Məmməd oğlu Abbasov 
ermənilər tərəfindən yolda maşınla vurularaq öldürülür...
28  noyabr  1988 -ci il - Zəngibasar kəndinin 22 yaşlı sakini Müşfiq Tağıyev 
köçünü Azərbaycana gətirərkən Çuhuqlu kəndi yaxınlığında erməni silahlılarımn 
basqınına məruz qalaraq qəddarlıqla qətlə yetirilir. Onun cəsədi tanınmaz hala 
salmır.  Amansız ermənilər ona  100 yara vururlar.  Bütün əmlakı erməni soyğ­
unçuları tərəfindən talan edilir. Valideynləri övladlarının meyidini ermənilərdən
4.000  manata alırlar...
28  noyabr  1988-ci il -  Erməni  daşnaqları  Basarkeçər  rayonunun  Çaxırlı, 
Qanlı,  Kərkibaş, Şişqaya,  Zod kəndlərinə silahlı hücum edirlər.  34 nəfər döyü­
lərək işgəncə ilə qətlə yetirilir. Yaşayış məntəqələrini tərk edib Kəlbəcər və Gə­
dəbəy  rayonlarına  adlamaq üçün  Sarmər,  Urumbasar gədikləri istiqamətində 
hərəkət edən qaçqınlardan 12 nəfəri yolda çovğuna düşərək tələf olurlar...
28  noyabr  1988-ci il - Böyük Vətən müharibəsi iştirakçısı,  82 yaşlı Təmraz 
Yusif oğlu İsgəndərov öz həyətində erməni terrorçusu tərəfindən qətlə yetirilir...
28  noyabr  1988-ci il -  Zəngibasar mahalının Nizami  ( Yuxan Necili)
 
kənd 
sakini Sabir Mehdiyev və oğlu erməni daşnaqları tərəfindən  vəhşicəsinə döyü­
lərək xəstəxanaya düşürlər. Sabir Mehdiyev xəstəxanada ölür, oğlu isə şikəst edi­
274
Azərbaycan faciələrinin təqvimi
lir. Milis forması geymiş daşnaqlar tərəfindən onun sol qulağı kəsilir...
28  noyabr  1989-cu il - Qubadlı rayonunun Davudla və Novlu kəndləri  ara­
sındakı ərazidə 2 azərbaycanlı - sovxoz direktoru Qaçay Məcid oğlu Ələkbərov 
və sürücüsü  Telman Rüstəm oğlu Hümbətəliyev ermənilər tərəfindən vəhşicəsinə 
qətlə yetirilir. Daşnaq terrorçular Novlu kənd sovetinin sədri vəzifəsində çalışan 
Mehdi Qasım oğlu Mehdiyevi girov götürürlər.  Onun meyidi bir müddət sonra 
Sisian rayonunun ərazisindən tapılır...
28 
noyabr  1989-cu il - SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Xüsusi 
İdarə Komitəsi ləğv edilir. DQMV ilə paritet əsaslarla Respublika Təşkilat Ko­
mitəsi yaratmaq və 20-ci çağırış DQMV  XDS-nin fəaliyyətini bərpa etmək qə­
rara alınır.  "Hakimiyyət  və  idarəetmə orqanlarının bərpa edilməsi şəraitində ” 
DQMV Xüsusi İdarə Komitəsinin saxlanması məqsədəuyğun hesab olunur...
28 
noyabr  1989-cu  il - Qubadlı rayonu ərazisində 2 nəfər azərbaycanlı er­
mənilər tərəfindən vəhşicəsinə öldürülür...
28 
noyabr  1991-ci il - Əsgəranda  VAZ markalı  avtomaşında 3 nəfər azər­
baycanlı ermənilər tərəfindən amansızcasına qətlə yetirilir. Avtomobil yolu er­
mənilər tərəfindən bağlanır...
29  noyabr  1744-cü il - Nadir şahın qoşunu  Şəki  üzərinə yürüş edir.  “Gələ­
sən-Görəsən”^  ciddi müqavimətə rast gələn qoşun Bərdəyə tərəf çəkilir....
29 
noyabr  1803-cü il - Şəmkirə daxil olan P.D.Sisianov Gəncə xanı Cavad 
xana yazdığı təcili məktubunda qeyd edir :  "Gəlmişəm ki, şəhərinizi Avropa adəti 
üzrə tutum”.
 
Bu, əslində təhqiredici bir məktub olur...
29  noyabr  1905-ci il - Qazax qəzasının Əlibəyli,  Tatlı, Əskipara kəndlərində 
ermənilərlə müsəlmanlar arasında müharibələr baş verir.  Erməni hücumu nəti­
cəsində baş verən bu qanlı olaylarda Tatlıda 2, Əskiparada 4 nəfər azərbaycanlı 
qətlə yetirilir...
29  noyabr  1905-ci  il  -  Erməni  silahlıları  Yaradulla  kəndinin taxıl  daşıyan 
arabaçılarının qarşısını kəsib 5 nəfəri öldürürlər, 9 nəfəri isə əsir aparırlar.  Bütün 
arpa və buğdaları qarət etdikdən sonra kəndə od vururlar...
29  noyabr  1905-ci il - Ermənilərlə müsəlmanlar arasında  Qazax qəzasında 
dəhşətli  Qaraqoyunlu müharibəsi  baş verir...
29  noyabr  1914-cü il -  Şərqi Anadolunun  Van bölgəsində erməni  partizan 
birləşmələri yaradılır...
29 
noyabr  1920-ci il - Bolşeviklərin zor gücü ilə Ermənistanda Sovet Haki­
miyyəti qurulur...
29  noyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət
275


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə