Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə103/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   99   100   101   102   103   104   105   106   ...   112

Nazim Tapdıqoğlu
Qəzanın Cilan kəndinə diləyə gəlmiş Həsən İmamverdi oğlu da ermənilər tərə­
findən öldürülür...
2 dekabr 1920-ci il - Türkiyə ilə Ermənistan arasında Gümrü  (Aleksandropol)
sülh müqaviləsi bağlanır. Ermənistan faktiki olaraq Türkiyənin prorektoratma 
çevrilir...

dekabr  1988-ci il  -  Erməni terrorçuları Amasiya rayonunun  kəndlərinə 
hücum edirlər. Çoxlu sayda qətlə yetirilənlər (Mühid Həsənov - Əzizbəyov kəndi, 
Elbəyi  və Roza Süleymanovlar -  Çaxmaq kənd sakinləri,  Məmməd Musayev - 
Amasiya qəsəbəsi, Nəbi Rüstəmov, Bayraməli Məmmədov - Güllücə kəndi və s.) 
olur.  Qaçqın düşənlərdən  6 nəfəri çovğuna dözməyərək donvurmadan həlak 
olurlar...

dekabr  1988-ci il - Gorus rayonunun sonuncu yeganə azərbaycanlı sakini 
Cavanşir  Rüstəm oğlu  erməni terrorçuları tərəfindən döyülərək qətlə yetirilir...
2  dekabr  1990-cı il - Çaykənd və Kamo kəndlərində məskən salmış erməni 
yaraqlıları ətraf kəndlərdə yaşayan azərbaycanlı əhaliyə hücum edərək onlardan 
11  nəfəri qətlə yetirirlər...
2  dekabr  1991-ci il - Kərkicahan qəsəbə sakini Elman Həsənov öz həyətində 
erməni yaraqlısı  tərəfindən  qətlə yetirilir.  4 uşaq  anası S.  Sabahova  ağır güllə 
yarası alır...
2  dekabr  1991-ci il - Xocalı yaxınlığında ələ keçirilən hərbi texnika və silah- 
sursat uzun mübahisələrdən sonra ruslara qaytarılır...
2  dekabr  1991-ci il - Ermənilər rus hərbçiləri ilə birlikdə Kərkicahan qəsəbə­
sinə soxulurlar. Basqınçılar evləri yandırır, qarət edir, əhalini gülləbaran edirlər. 
Kənd sakinlərindən həlak olanlar olur. Əsir və itkin düşənlərin bəzilərinin tale­
yindən  neçə illərdir ki,  xəbər  yoxdur.  Sağ qalanlar dağ  yolları  ilə  Şuşaya üz 
tutur. Həmin gün kərkicahanlılar həlak olmuş həmyerlilərini dəfn etməyə macal 
və yer tapmırlar...
2  dekabr  1992-ci il - Ağdam şəhəri və şəhərə yaxın bir neçə kənd ermənilər 
tərəfindən toplardan atəşə tutulur. Ölənlər və yaralananlar olur...
2  dekabr  1997-ci il - Minsk qrupu həmsədrləri  "mərhələli həll"
 
planında də­
yişiklik edərək, Dağlıq Qarabağı münaqişə tərəfi kimi tanıtmağa cəhd göstərir. 
DQ münaqişəsinin dinc yolla həlli üçün ATƏT-in Minsk qrupu  "mərhələli həll" 
planının  prinsiplərini təqdim edir.  «Dağlıq  Qarabağ məsələsi» ilə bağlı Azər­
baycan və Ermənistan tərəflərinə «münaqişənin mərhələli həlli» variantı təqdim 
olunur. Lakin bu variantın müzakirəsi baş tutmur...
3  dekabr  1787-ci il - Fətəli xan ləzgilərdən topladığı qoşunla Qarabağa yürüş
280
Azərbaycan faciələrinin təqvimi
edir. Qarabağ xanı İbrahimxəlil xan Ömər (Umar) xan Avardan aldığı yardımçı 
qoşun hissəsi ilə Kür çayı yaxasında Fətəli  xanı qarşılayır.  Həm qarabağlılar, 
həm də qubalılar xeyli itki verir. Fətəli xan geri çəkilərək II Irakli ilə məsləhət­
ləşməyə gedir...

dekabr  1806-cı il - Rus ordusu şiddətli qırğından sonra general Bulqako- 
vun rəhbərliyi altında Bakı şəhərinə daxil olur. Bakı təslim olur və işğal edilir...
3  dekabr  1918-ci il - Cəbrayıl qəzasının Axullu kəndinə basqın edən erməni 
yaraqlıları 2 kişi, 3 qadın və  1 uşağı qətlə yetirirlər.  Qəzanın Hoğa kəndinə də 
hücum edən  ermənilər  Əsəd ağa  Cavanşir oğlunu,  qızı İradə Bəyimi,  qardaşı 
qızı Fatimə Bəyimi, ev qulluqçusu İncə İbad qızını, nökərləri - Allahverdi Əziz 
oğlunu, İsa Abış  oğlunu, Vəli Kərbəlayı  Ələsgər oğlunu xəncərlə doğrayırlar. 
Onun əmlakını qarət edib evinə od vururlar. Kənddə 3 nəfər başqa dinc sakinlər 
də ermənilər tərəfindən qətlə yetirilir...
3  dekabr  1919-cu il - Erməni saqqallılar Cəbrayıl qəzasının Hoğa ( Üçbulaq) 
kəndini mühasirəyə alaraq 10 müsəlmanı öldürürlər.  Onlar ağsaqqal Əsəd ağa 
Cavanşirə və onun ailəsinə xüsusi qəddarlıqla divan tuturlar...
3  dekabr  1919-cu il - Daşnaq terrorçuları Zəngəzurun  Çaylı,  Əsədli,  Oxçu 
kəndlərinə təkrar basqın edirlər. Məscid binası bombalanaraq dağıdılır; günah­
sız kənd sakinləri öldürülür, tikə-tikə doğranılır. Azərbaycan parlamentinin de­
putatı M.S.Axundzadə Zəngəzurdan vurduğu teleqramda bildirir ki, ermənilər 
Çaylı,  Əsədli və Oxçu kəndlərində 900 müsəlmanı qətlə yetirmişlər.  400 qadın 
və uşaq vəhşicəsinə doğranmışdır...

dekabr  1920-ci i l -Türkiyə Böyük Millət Məclisi Hökuməti ilə Ermənistan 
arasında Gümrü müqaviləsi imzalanır. Yeni Türk Dövlətinin imzaladığı bu and- 
laşma ilə Türkiyə -Ermənistan sərhədləri təsdiq edilir...
3  dekabr  1988 -ci il - Dilicanda Vahid Sarıyev ermənilər tərəfindən işgəncə 
ilə öldürülür...
3  dekabr  1990-cı il - Erməni yaraqlıları Cəbrayıl rayonunun  Yuxarı Məzrə 
kəndinə hücum edərək dinc sakinlərdən Aydın Poladxan oğlu Quliyevi, Mətləb 
Əvəz oğlu Rəhimovu qətlə yetirirlər. nəfər güllə yarası alır...
3  dekabr  1990-cı il - Cəbrayıl rayonunun Sirik,  Yuxarı Mərzə, Doşulu kənd­
ləri atəşə tutulur. Yuxarı Mərzə kəndinə ermənilər tərəfindən hücum olunur...
3  dekabr  1991-ci il - Ağdam rayonunun Papravənd kəndi erməni yaraqlıla­
rının hücumuna məruz qalır. Düşmən geri oturdulur.  İtkilər olur...

dekabr  1992-ci il - Ağdam şəhəri və onun yaxınlığındakı kəndlər ermənilər 
tərəfindən qrad qurğularından atəşə tutulur. Dağıntılar olur...
281


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə