Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə104/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   100   101   102   103   104   105   106   107   ...   112

Nazim Tapdıqoğlu
4  dekabr  1731-ci U - Səfəvilər Osmanlılarla döyüşdə Təbrizi itirirlər...

dekabr  1742-ci il - İranxarab düşərgəsinə çəkilən Nadir şah ötəri bir məh­
kəmədən sonra günahsız oğlu Rzaqulunun gözlərini çıxartdırır...
4  dekabr  1914-cü il - Təxminən ay yarım davam edən Sarıqamış aməliyyatı 
keçirilir. Türk ordusu məğlub olur...

dekabr  1988-ci il - Bakıda Azadlıq meydanında noyabrın  17-dən davam 
edən kütləvi etiraz mitinqi amansızcasına, zorakılıqla dağıdılır...

dekabr  1991-ci il -  Kərkicahan qəsəbəsinin bir hissəsini  tutmuş  erməni 
quldurları oradan qovulub çıxarılır. İtkilər (qəsəbə sakini Osman Səfərov qətlə 
yetirilir, 3 nəfər ağır güllə yarası alır) və dağıntılar olur...
4 dekabr  1991-ci il  - Ağdam rayonunun  Cinli kəndi  ermənilər tərəfindən 
atəşə tutu- lur...
5  dekabr  1132-ci il -  Səncər Xorasana yenicə çatmışdı  ki,  Mahmudun oğlu 
şahzadə Davud yeni Sultan II Toğrula qarşı çıxır.  Davudla Ağ Sunqur Azər­
baycan  və  Arranın  qoşunlarını  toplayıb  Həmədana  doğru  hərəkət  edirlər. 
Vahan kəndi yaxınlığında Davudla II Toğrul arasında şiddətli döyüş baş verir. 
Davudun türk döyüşçülərinin bir hissəsi Toğrulun tərəfinə keçir və bu, döyüşün 
taleyini həll edir...
5  dekabr  1917-ci il - Daşnaq terrorçular Zəngəzur qəzasının azərbaycanhlar 
yaşayan Ərəfsə kəndinə hücum edirlər. 6 nəfər dinc sakin öldürülür. Əhali məc­
bur olub ev-eşiyini tərk edir...
5  dekabr  1917-ci il - Zaqafqaziya komissarlığı Ərzincanda barışıq haqqında 
saziş imzalayır...

dekabr  1918-ci il - Vedinin Dəhnəz kəndinə basqın edən ermənilər kəndi 
viran qoyaraq,  150  nəfər dinc kənd sakinini amansızlıqla qətlə yetirirlər...

dekabr 1919-cu il - Erməni silahlıları Vedibasarm 10 kəndinə basqın edirlər. 
Xeyli sayda adam öldürülür.  100 qadın əsir aparılır...

dekabr  1936-cı il - Azərbaycan  SSR İttifaq  Respublikası kimi SSRİ-nin 
tərkibinə daxil olur...

dekabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində xeyli azərbaycanlı olan 
127 nəfər güllələnir...

dekabr  1941-ci il - Sovet qoşunları Moskva altında əks hücuma keçir.  Bu 
döyüşlərdə Azərbaycanın yüzlərlə igid oğlanları da həlak olur...
5  dekabr  1941-ci il - Görkəmli  Azərbaycan şairi və dramaturqu, XX əsrin 
mütərəqqi romantizminin banilərindən biri, Azərbaycan xalqının faciələrlə dolu
282
Azərbaycan faciələrinin təqvimi
həyatını duyub-dərk edən, sosial ədalətsizliyə, istibdada qarşı mübarizədə “pan­
türkist”  damğası  alan,  mücadilə  tariximizdə düşündürücü  ədəbi  əsərləri ilə  iz 
qoyan Hüseyn Abdulla oğlu Rasizadə  (Hüseyn Cavid)  59 yaşında Sibirin qarlı 
çöllərində, İrkutskda, Tayşet vilayətinin Şevçenko kəndində sürgündə faciəli şə­
kildə 20 yaşlı Zeynallı Yaqubun  qolları üstündə canını tapşırır və  59  saylı  qə­
birdə dəfn olunur...
5  dekabr  1988-ci il  -  Erməni terrorçuları  Hamamlı  (Spitak)  şəhərində  17 
azyaşlı azəri türkünü iri diametrli boruya (uzunluğu 20 m., diametri 1,5 m) dol­
duraraq borunun ağızlarını qaynaq edirlər.  Borunu hündür uçurumdan yuvar- 
layaraq içərisindəki bütün uşaqları vəhşiliklə qətlə yetirirlər...
5  dekabr  1988 -ci il - Qərbi Azərbaycanlı Gündüz Canmirzə oğlu Xalıqov er­
məni daşnaqları tərəfindən vəhşicəsinə qətlə yetirilir...
5  dekabr  1988 -ci il - Erməni daşnaqları Şörəyolün qədim oymağı hesab olu­
nan Gözəldərə kəndini yerlə yeksan edirlər. Azərbaycan tarixinə Gözəldərə fa­
ciəsi adlı bir faciə də əlavə olunur...
5  dekabr  1988-ci i l - Sovet İK P M K  və SSRİ Nazirlər Soveti Azərbaycanda 
və  Ermənistanda vətəndaşların  Konstitusiya hüquqlarının  kobud  surətdə  po­
zulması haqqında qərar verir...
5  dekabr  1988-ci il - Sovet ordusunun xüsusi hərbi hissələri Bakının Azadlıq 
(Lenin)  meydanında  17 gün davam edən  mitinqi  dağıdır.  Yüzlərlə adam  eks­
tremist adı ilə həbs olunur, onlarla adam yaralanır...
5 dekabr  1991-ci  il  -  Dağlıq Qarabağ üzrə Respublika Qərargahında  SSRİ 
DİN DQ-nm komandanı, general-leytenant V.Savin ilə  "görüş" keçirilir...
6  dekabr  1790-cı il - Ağaməhəmməd şah Qacarı öldürmək üçün 15 nəfər tə­
rəfindən sui-qəsd hazırlanır...

dekabr  1846-cı il - Rus  çarı  Nikolay  bəy və  ağaların  hüquqları  haq­
qında 12 maddədən ibarət reskript  (sərəncam)  verir...
6  dekabr  1957-ci  il  -  Dərələyəz mahalındakı  Keşişkənd rayonunun  adı  er­
mənilər tərəfindən dəyişdirilərək Yeğeqnadzor qoyulur...

dekabr  1989-cuil-  Azərbaycan SSR Ali Soveti tərəfindən yaradılan Dağ­
lıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinə Azərbaycan partiya təşkila­
tının rəhbərlərindən biri, Azərbaycan KP MK-nin II katibi V.Polyaniçko sədr 
təyin olunur...
6  dekabr  1990-cı il - Ağdam-Şuşa avtomobil yolu Əsgəranda gündüz açılırsa 
da axşam ermənilər tərəfindən yenidən bağlanılır...
6  dekabr  1991-ci il - Ağdam-Qaradağlı marşrutu ilə uçan vertolyot ermənilər
283


Nazim Tapdıqoğlu
tərəfindən atəşə tutulur...

dekabr  1992-ci il - Ağdam rayonunun Ağdam şəhərindən sonra ən böyük 
yaşayış məntəqəsi olan  Mənilikəndi  müvəqqəti olsa da süqut edir...
6  dekabr  2000-ci il - Bakıda gücü 6 bal olan zəlzələ baş verir...
7  dekabr  1988-ci il - Qərbi Azərbaycanda (Ermənistanda) azərbaycanlıların 
yaşayış  məntəqələri  olmuş  Gümrüdə (Leninakan),  Hamamlıda  (Spitak) 8 bal 
gücündə zəlzələ baş verir. Böyük dağıntılar olur, 25000 nəfər adam ölür...
7  dekabr  1989-cu il - Xocavənd  rayonunun  Qaradağlı  kənd sakini  Tofiq 
Məmmədovun,  Qəhrəman Ana Qüdrət Məmmədovanın evi ermənilərin atdıqları 
atəşdən od tutub yanaraq tamamilə dağılır.  Onun  14 nəfərdən ibarət ailə üzvü 
şaxtalı havada çöldə gecələməli olur. Bununla kifayətlənməyən quduz yaraqlılar 
hündür  dağlardan müxtəlif yandırıcı maddalərlə dolu  çəlləkləri və  təkərləri, 
üzüaşağı kəndə tərəf diyirləyərək camaatı kənddən uzaqlaşdırmaq istəyirlər...

dekabr 
1990-cı il - Ağdam rayonunun Gülablı kəndi erməni yaraqlıları tə­
rəfindən atəşə tutulur...

dekabr  1991-ci il - Xocavənd (Martuni,  Hadrut) rayonu istiqamətindən 
Füzuli rayonunun Yuxan  Divanalılar kəndinə erməni  quldurları basqın edir. 
17 nəf ər (5 kişi, 8 qadın, 4 uşaq) girov götürülür, 5 ev yandırılır.  Kənd camaatı 
doğma yuvalarından didərgin düşür...

dekabr  1992-ci il - Ağdam rayonunun qərb mövqelərində şiddətli döyüşlər 
gedir...
7  dekabr  1992-ci il  - Ağdam rayonunun  M ənili kəndi  düşməndən azad 
edilsə də, itkilər olur...
7  dekabr  1992-ci il - Sur kəndi ermənilər tərəfindən atəşə tutulur...
8  dekabr  1298-ci il - Dövrünün görkəmli şəxsiyyəti 
Şeyx  Həsən  Naxçıvani 
Bulqari Təbrizi müəmmalı şəkildə ölür...

dekabr  1877-ci il - Erməni Milli Məclisi ermənilərin Rusiya tərkibində Os­
manlılara qarşı savaşmasma qərar verir...

dekabr 
1917-ci il - Zəngəzurun  azərbaycanlılar yaşayan İrəmis kəndinə 
basqın edən silahlı ermənilər 8 dinc sakini vəhçicəsinə qətlə yetirirlər...
8  dekabr  1919-cu il -  Erməni  daşnaqları  Cəbrayıl  qəzasının Arış kəndinə 
hücum edirlər.  Əhali atəşə tutulur, ölənlər və yaralananlar  olur.  Mal-qara və 
qoyun sürüləri ermənilər tərəfindən oğurlanıb aparılır...
8  dekabr  1988-ci il - Azərbaycan KP MK Bürosu tərəfindən daimi yaşayış
284
Azərbaycan faciələrinin təqvimi
yerini tərk etməyə məcbur olmuş vətəndaşların problemi müzakirə olunur. Qeyd 
edilir ki,  7 dekabra  qədər  Ermənistan  SSR-dən gəlmiş  azərbaycanlıların  sayı 
119.094 nəfərdir; Azərbaycan SSR-dən gedən ermənilərin sayı isə 89.641 nəfər 
olmuşdur...

dekabr  1988-ci  il  -  Ermənistandan  azərbaycanlılar  yaşayan  sonuncu 
Nüvədi kəndinin əhalisi də qovulur...
8  dekabr  1991-ci il - Milli Qəhrəman Rizvan Rəhman oğlu Teymurov Kərki- 
cahan yaşayış məntəqəsi yaxınlığında erməni yaraqlıları ilə döyüşdə həlak olur.
8  nəfər yaralanır...
8  dekabr  1991-ci il - Brest şəhəri yaxınlığında  "Viskuli" mehmanxanasında 
Belorus,  Ukrayna respublikaları ilə Rusiya  Federasiyası rəhbərləri  "Müstəqil 
Dövlətlər Birliyi" yaradılması haqqında müqavilə bağlayırlar...

dekabr  1991-ci il - Erməni quldurları Xankəndi şəhəri yaxınlığında yerlə­
şən Kərkicahan qəsəbəsini PDM və ZTR-dən atəşə tuturlar. Az sonra qəsəbənin 
azərbaycanlılar yaşayan hissəsi ermənilərin hücumuna məruz qalır.  Qəsəbə sa­
kini Rizvan Ağalarov həlak olur;  8  nəfər ağır yaralanır...
8  dekabr  1994-cü il - Şuşa rayon polis şöbəsinin rəisi, vətənpərvər qarabağlı 
Eldəniz Qurban oğlu Quliyev və əqidəsinin saflığı ilə çoxlarından fərqlənən Şuşa 
şəhərinin  qorxmaz sakini İlham  İslam oğlu Murtuyev Zaqatala rayonu ərazi­
sində müəmmalı şəkildə qətlə yetirilirlər...
9  dekabr  1795-ci il - Rus  qoşunları Savelyevin  komandanlığı  altında  Dər­
bəndi ələ keçirmək məqsədilə Azərbaycan ərazilərinə soxulur...
9  dekabr  1867-ci il - Göyçay, Qazax və Zəngəzur qəzaları yaradılır...

dekabr  1867-ci il -  "Qafqaz və Zaqafqaziya ölkəsinin idarə olunmasının də­
yişdirilməsi haqqında"
 
adı altında imperator fərmanı təsdiq olunur...
9  dekabr  1914-cü il - Rusiya ilə Türkiyə  müharibəyə başlayır...

dekabr  1918-ci il - Dağlıq Qarabağ erməniləri öz müstəqilliklərinə dair re­
ferendum keçirərək böyük səs çoxluğu ilə (90%) nəticə əldə edirlər...

dekabr  1918-ci il - Andranik öz quldur dəstəsi ilə Zəngəzurun  12 müsəl­
manlar yaşayan kəndlərini dağıdır.  Meyidləri təhqir edir,  10 qadını əsir aparır. 
Kəndlərə od vurur...
9 dekabr  1991-ci U - Goranboy rayonunun Todan kəndinə erməni yaraqlıları 
hücum edir.  Dağıntılar, ölənlər (2 nəfər) və yaralananlar (5 nəfər) olur...
9  dekabr  1991-ci il - Erməni basqını nəticəsində Şuşa rayonunun Malıbəyli 
kəndinin 2 nəfər dinc sakini güllə yarası alır...
285


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə