Hər bir azərbaycanlı üçün yaddaş kitabı


Azərbaycan faciələrinin təqvimi



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə107/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   104   105   106   107   108   109   110   111   112

Azərbaycan faciələrinin təqvimi
verir...
14 
dekabr  1990-cı il - Ağdərə rayonu ərazisində 1 nəfər azərbaycanlı ermə­
nilər tərəfindən vəhşicəsinə qətlə yetirilir...
14  dekabr  1990-cı il  - Ağdərə rayonunun  Umudlu kəndi  ərazisində maşın 
karvanı  qəflətən erməni  terrorçularının  basqımma məruz qalır.  Sürücülərdən 
biri - A. Məmmədov həlak olur; digər bir sürücü S.  Əmirov və mühafizəçi D. Şa­
kir ov yaralanırlar...
14 
dekabr  1991-ci il - Erməni terrorçusu tərəfindən Kərkicahan qəsəbəsinin 
dinc sakini A. Nəcəfov qətlə yetirilir; Elxan Abbasov, Elxan Məmmədov, Mütəl­
lim Əhmədov və telerepartyor  Seyidağa Mövsümov yaralanırlar...
14  dekabr  1991-ci il - Şuşa rayonunun Malıbəyli kəndi erməni terrorçuları­
nın basqınına məruz qalır.  Sovxozun ferması və daha 16 ev yandırılır.  Kəndin 
dinc sakinləri - Gülxar Bayramova,  Qəşəm Quliyev, Allahverdi Bəxtiyarov, Bilal 
Məmmədov,  Arzu Salmanova,  Oqtay Mədət ov,  Bayram Mədətov,  İsmayıl Ab­
dullayev  yaralanaraq müxtəlif dərəcəli bədən xəsarəti alırlar...
14  dekabr  1991-ci il - Şuşa rayonunun Quşçular kəndi ermənilər tərəfindən 
raket atəşinə tutulur.  5 ev tamamilə dağıdılır.  Kəndin dinc sakinlərindən - Bər- 
sayıl İbrahimov, Mərziyə İbrahimov, Malik İsfəndiyar ov  yaralanırlar...
14  dekabr  1992-ci  il - Ağdam cəbhəsi  boyu erməni yaraqlıları  ilə döyüşlər 
davam edir. Tələfat və dağıntılar olur...
15  dekabr  1904-cü il - Balaxanı şosesində tətil edən silahsız fəhlələrə amansız 
divan tutulur...
15 
dekabr  1917-ci il - Daşnaq terrorçular Şərqi Anadoluda azərbaycanlılar 
yaşayan  Çamurlu kəndinə hücum edirlər.  Qarsda  nüfuzu  ilə  hörmət  qazanan 
Şamil  ağa  daşnaqların əlinə  keçməmələri  üçün  arvadını  və  uşaqlarını  vurub 
öldürür;  özünü vurmağa macal tapmamış düşmənlər onu tərksilah edib tutur­
lar...
15  dekabr  1918-ci  il -  Ermənilər Hoğa  kəndində  (indiki  Füzuli rayonunun 
Üçbulaq kəndi)
 
55 azərbaycanlı evini dağıdır,  mülkədar Cavanşirin malikanə­
sinə od vurub yandırırlar.  Ailə başçısı  Əsəd ağa  Cavanşiri,  oğlu Sultan ağanı, 
qızı İyanə bəyimi, qardaşı qızı Fatma bəyimi, qulluqçuları İnci Abış qızını və Vəli 
Kərbəlayi Ələsgər oğlunu vəhşicəsinə öldürərək,  dərilərini soyub xəncərlə doğ­
rayırlar...
15 
dekabr  1922-ci il - Azərbaycan K(b)P MK-nin iclası Zaqafqaziya Ölkə 
Komitəsinin 27 oktyabr qərarını icra üçün qəbul edir...
15  dekabr  1988-ci il - SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərlə-
291


Nazim Tapdıqoğlu
rinə bir sıra  qanunsuz  hərəkətlərə  görə öz  respublikalarında  vəzifəli  şəxslərin 
cəzalandırılması tapşırığını verir. Bir ay ərzində Azərbaycanda erməniləri guya 
sıxışdırdığına  görə 2532 nəfər məsuliyyətə cəlb olunur, 222 nəfər işdən çıxarılır.
19.000  nəfərdən çox erməni Azərbaycana qayıdır...
15  dekabr  1990-cı il - Samvel Babayanm və Arkadi Ayriyanın başçılıq etdiyi 
erməni terrorçu qrupu tərəfindən Əsgəran rayonunun Kosalar və Cəmilli kənd­
ləri ərazisində 3 nəfər azərbaycanlı -milis baş leytenantı Mikayıl Əhmədiyyə oğlu 
Cəbrayılov, mühafizə şöbəsinin əməkdaşı Arzu Yaqub oğlu Əliyev,  11-ci sinif şa­
girdi Əhməd Cavadov  qəddarlıqla  qətlə yetirilir. Həbs olunan S.Babayan  (Sam­
vel Babayan 1993-1999-cu illərdə qondarma «Dağlıq Qarabağ Respublikasımın 
müdafiə naziri vəzifəsində çalışmışdır)  1992-ci ildə əsir azərbaycanlı ilə dəyişdi­
rilir...
15  dekabr  1991-ci il - Ağdam rayonunun Gülablı və Əhmədavar kəndlərinə 
ermənilərin silahlı basqını olur...
15  dekabr  1991-ci il  - Daşnaq terrorçuları Xocalı hava limanına basqın 
edirlər. Polis əməkdaşı E.  Əhmədov atışma zamanı qətlə yetirilir. Daha 2 nəfər 
ağır güllə yarası alır...
15  dekabr  1991-ci il - Xocalı rayonunun  Cəmilli kəndinə erməni birləşmiş 
silahlı qüvvələri tərəfindən 366-cı alayın hərbi texnikası və komanda heyətinin 
iştirakı ilə hücum olunur.  9  nəfər dinc kənd sakini (Xıdır Cabbarov, Vaqif Ca­
vadov, Əhməd Cavadov, Fikrət Mehdiyev, Vaqif Sadıqov, Natiq Salahov, Şakir 
Salahov, Məmməd Zeynalov, Bəhram İsmayılov) qətlə yetirilir.  Əhali kənddən 
didərgin salmır, evlər tamamilə yandırılır...
Ü I S '
16  dekabr  1312-ci il  - Dövrünün görkəmli  alimi,  şair,  təriqət başçısı Nəc­
məddin Əbu Bəkr Zərkub Təbrizi müəmmalı şəkildə ölür...
16  dekabr  1474-cü il - Məşhur astronom Qazızadə Rumi və Uluqbəyin tələ­
bəsi,  dövrünün  görkəmli mütəfəkkiri  Əli Quşçi  (Əli bin Məhəmməd əl-Quşçi) 
müəmmalı şəkildə ölür...
16  dekabr  1917-ci il - Xalq Komissarlar Sovetinin iclasında /. V.Stalinin tək­
lifi ilə S.  G. Şaumyan Qafqazın fövqəladə komissarı təyin edilir...
16 
dekabr  1918-ci il 

Tuğ kəndinin  (hazırda Xocavənd rayonunun tərkibin­
dədir)
 
mülkədarı  Ağabəy  Məlikaslanov  ermənilər  tərəfindən  vəhşicəsinə 
öldürülür; onun bütün əmlakı qarət edilir...
16 
dekabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü ranqınm Döv­
lət  Təhlükəsizlik  Komissarı Sumbatovun əmri  ilə 365 (196+169) nəfər güllələ­
nir...
292
Azərbaycan faciələrinin təqvimi
16 
dekabr  1989-cu il - Stepanakert (Xankəndi) şəhərində «DQMVəhalisinin 
səlahiyyətli nümayəndələrinin qurultayı» keçirilir.  «Qurultay» Azərbaycan SSR 
tərkibində muxtar vilayət kimi Dağlıq Qarabağın statusunu tanımaqdan imtina 
etdiyini bildirir, Vilayəti Azərbaycan SSR Konstitusiyasının və Respublikanın 
digər qanunlarının icrasının dayandırıldığı «müstəqil ittifaq ərazisi» elan edir...
16 
dekabr  1991-ci il - Xocalı  (keçmiş  Əsgəran)  rayonunun Qarabağ silsilə­
sində yerləşən Cəmilli kəndi ermənilərin hərbi birləşmələri tərəfindən işğal olu­
naraq yandırılır. Azərbaycan tarixinin qanlı Cəmilli faciəsi baş verir.  15 nəfər - 
Xıdır Cabbarov, Vaqif Cavadov, Əhməd Cavadov, Fikrət Mehdiyev, Vaqif Sadı­
qov, Natiq Salahov, Şakir Salahov, Məmməd Zeynalov, Bəhram İsmayılov... daş­
naq erməni terrorçuları tərəfindən qətlə yetirilirlər...
16  dekabr  1993-cü il -  Erməni birləşmiş  qoşunları  Beyləqan  şəhəri istiqa­
mətində hücuma cəhd göstərirlər. İtkilər, dağıntılar olur...
17  dekabr  1252-ci il -  Dövrünün  görkəmli  şəxsiyyəti,  nüfuzlu  din xadimi, 
əsgər qazisi Şərif Şəmsəddin Əbu Abdulla Məhəmməd ibn Hüseyn müəmmalı şə­
kildə ölür...
17 
dekabr  1717-ci il Pyotrun yaxın adamı Volmski Şamaxıya qayıdır. O, 
Cənubi Qafqazın xristianları,  sonra isə  Dərbənddən  gələn  erməni  tacirləri ilə 
görüşür. Onlar Volınskiyə Dərbənd qalasının planını gizlicə təqdim edirlər...
17 
dekabr  1788-ci il - Ruslar İndiki  Ukrayna torpaqlarında, Qara dənizin 
quzeyində yerləşən Özi qalasını işğal edirlər və 25.000 adamı qətlə yetirirlər...
17 
dekabr  1917-ci il - Daşnaq terrorçular Zəngəzur qəzasının azərbaycan­
lılar yaşayan  Bəhrili kəndinə basqın edərək  9  nəfər dinc sakini qətlə  yetirir­
lər...
17  dekabr  1918-ci  il -  Ermənilər Zəngəzurun  Kələndərəsi ətrafında  olan 
müsəlman kəndlərinə, o cümlədən Nubaord kəndinə od vurub yandırırlar, ora- 
daqətliam, soyğunçuluq törədirlər. Əhali doğma yurd-yuvasından didərgin sa­
lmır...
17  dekabr  1990-cı il - Naxçıvanın Şərur rayonunda 2 nəfər azərbaycanlı er­
mənilər tərəfindən öldürülür...
17  dekabr  1990-cı 
il 
- Şərur rayonunda pusqu quran erməni yaraqlıları 23 
yaşlı milis işçisi F.  Əliyevi və mülki şəxs İ.  Hacıyevi vəhşicəsinə qətlə yetirirlər. 
Dinc sakin F. Abdullayev güllə yarası alır...
17  dekabr  1991-ci il - Ağdamın Şelli kəndi müxtəlif silahlardan atəşə tutulur. 
1  nəfər yaralanır...
17  dekabr  1991-ci il - Xocah rayonunun Cəmilli kəndi ermənilər tərəfindən
293


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə