Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə105/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   101   102   103   104   105   106   107   108   ...   112

Nazim Tapdıqoğlu
10 
dekabr  1586-cı il  -  Osmanlı  sultanı,  Səfəvi  şahzadəsi,  məşhur sərkərdə 
Həmzə  Mirzə  Gəncə  yaxınlığında  erməni  dəlləyi  Xudaverdi  tərəfindən 
öldürülür...
10  dekabr  1918-ci il - Yaraqlı erməni quldurları Qalayçılar və Şabadin kənd­
lərinə hücum edir. Kənd sakinlərindən ölən və yaralananlar olur. Bu kəndlər də 
ermənilər tərəfindən talan olunur...
10 
dekabr  1922-ci il - ZSFSR MK yaradılır. Azərbaycan SSR formal olaraq 
müstəqillikdən məhrum edilir. Bakıda I Sovetlər Qurultayı toplaşır...
10 
dekabr  1933-cü il - Mir Cəfər Abbas oğlu Bağırov AK(b)P MK-nın bi­
rinci katibi seçilir...
10  dekabr  1988-ci il - Ermənistan  "Türklərsiz Respublika1' elan olunur...
10 
dekabr  1988-ci il - Zəlzələ ilə əlaqədar olaraq Yuqoslaviyadan göndərilən 
təyyarə Belqrad-Ankara-İrəvan marşrutu ilə Ermənistana uçur. Ankaradan uç­
duğu üçün ermənilər onu türk təyyarəsi hesab edərək qəzaya uğradırlar. Təyy­
arənin 6 nəfərlik şəxsi heyəti həlak olur...
10 
dekabr  1991-ci il - Dağlıq Qarabağ erməniləri «Dağlıq Qarabağ Respub­
likasının müstəqilliyinə dair refendum» keçirirlər. Azərbaycanın rəsmi dövlət qu­
rumları buna etinasız yanaşır...
10  dekabr  1991-ci il - Səhər saat 6 radələrində erməni silahlı dəstələri 3 ədəd 
zirehli maşınla Goranboy rayonunun Todan kəndinə hücum edirlər. Kənd işğal 
edilərək yandırılır. Od vurulmuş 80-ə yaxın evin tüstüsü göylərə qalxır. Ölənlər 
və yaralananlar olur...
10  dekabr  1991-ci il - Kərkicahan qəsəbəsində güclü, şiddətli döyüşlər gedir. 
Qəsəbə sakinləri əsl qəhrəmanlıqla döyüşür...
10  dekabr  1992-ci il - Erməni hərbi  birləşmələri Zəngilan rayonunun Can- 
bar,  Aşağı Gəəli,  Pirveyis, Şayıflı,  Nəcəflər,  Günqışlaq,  Yuxarı Gəəli,  Qazançı, 
Dərəli, Ağkənd, Bürünlü,  Qaragöl, Şərikan və Seyidlər kəndlərinə hücum edirlər. 
Bu kəndlərin əksəriyyəti  ermənilər tərəfindən işğal  olunur.  Onlarla dinc azər­
baycanlı  sakin  və  milli  ordunun  əsgərləri  həlak  olur.  60  nəfər itkin düşür. 
Yüzlərlə ev dağıdılır və yandırılır...
10  dekabr  1992-ci il  - Daşnaq terrorçu birləşmələri Zəngilan rayonunun 
Dardan yuxarı adlanan Şayıflı və Şərikan kəndlərinin  əhatə etdiyi oymaqlara 
silahlı hücum  edirlər.  Zəngilan ərazisində ermənilərlə  döyüşdə zəngilanlılar - 
Həsən Mirağa oğlu İsmayılov (Şayıflı k.), Müseyib Abbas oğlu Ələkbərov (Şayıflı 
k.),  Vəli  Abbas oğlu  Abbasov  (Aşağı Gəəli k.),  Nabat Balakişi qızı Nəsirova 
(Aşağı Gəəli k.), Telman Vəli oğlu Abbasov (Aşağı Gəəli k.), 
Nüsrət 
Eyvaz oğlu
286
Azərbaycan faciələrinin təqvimi
Şirinov (Aşağı Gəəli k.), İsmayıl Qaraş oğlu İsmayılov (Şərikan k.), Töhfə Can- 
məmməd qızı Məmmədova (Şərikan k  ), Feyruz Məhərrəm oğlu Məmmədov (Şa- 
yıflı k.), Qiyas Veysəl oğlu Tağıycv (Zəngilan ş.), Rəhim Teymur oğlu Yaqubov 
(Qaragöl k ), Sabir Şahməmməd oğlu Atakişiyev (Zərnəli k ), Qorxmaz İsmayıl 
oğlu  Sadıqov  (Malatkeşin  k.),  Dadaş  Əmirxan oğlu  Rəsulov  (Malatkeşin  k.), 
İlyas  Məmmədqulu  oğlu  Qurbanov  (Yuxarı  Yeməzli  k.),  Seymur  Əsgər  oğlu 
Əsgərov (Məlikli k ), Sahib Vəli oğlu Cabbarov (Zəngilan), Pənah Məmməd oğlu 
Məmmədov (Zəngilan),  Cəlil Sərdar oğlu Zeynalov (Ağalı k.),  Elman Nuşirəvan 
oğlu Qurbanov (Genlik k ), Sahib İsrafil oğlu Novruzov (Şayıflı k ), Adil Əmrah 
oğlu Rüstəmov (Zəngilan ş ), Zülfüqar Fazil oğlu Məmmədov (Bürünlü k ), Musa 
Balakişi oğlu Məmmədov (Şərikan k.) şəhid olurlar, itkin düşürlər...
10  dekabr  1993-cü  il - Ermənistanın işğalçı qüvvələri zəbt etdikləri  Füzuli 
və Xocavənd rayonları ərazisindən Beyləqan rayonu istiqamətində hücum edir­
lər.  Ölənlər və yaralananlar olur...
10  dekabr  2006-cı il - «Dağlıq Qarabağ Respublikası»
 
heç bir hüquqi qüvvəyə 
malik olmayan qanunsuz «Konstitusiya referendumu» keçirir...
11  dekabr  1917-ci il - Erməni silahlıları Zəngəzurun Pöhrəli kəndinə hücum 
edirlər.  9 nəfər dinc sakin qətlə yetirilir.  Kəndə od vurulur...
11 
dekabr  1918-ci il - Andranikin silahlı quldur dəstələri 72-dən çox müsəl­
manlar yaşayan  kəndi  yandırıb-dağıdır,  cinsindən,  yaşından  asılı  olmayaraq 
bütün kənd əhalisini doğratdırır və ya əsir götürür...
11 
dekabr  1918-ci il - Daşnaq terrorçular Şuşa yaxınlığında poçtu dağıdıb, 
orada işləyən azərbaycanlıları qətlə yetirirlər...
11 
dekabr  1988-ci il - Azərbaycandan Ermənistanda baş vermiş zəlzələ zo­
nasına kömək məqsədilə göndərilən  "İL-76” təyyarəsi zəlzələ zonasına çatarkən 
ermənilər tərəfindən  müəmmalı  şəkildə vurulur.  Təyyarədə  böyük  əksəriyyəti 
azərbaycanlı olan  79 nəfərdən 78-i həlak olur...
11  dekabr  1991-ci il - Ağdamın Şelli və Şotlanlı kəndlərinə ermənilər silahlı 
basqm edir...
11 
dekabr  1991-ci il  -  Şuşa rayon icra hakimiyyətinin  başçısı, vətənpərvər 
ziyalı Mikayıl Qoca oğlu Gözəlov öz iş otağında muzdlu qatil tərəfindən aman­
sızlıqla qətlə yetirilir...
11  dekabr  1991-ci il - Goranboy rayonunun  Todan  kəndi  itkilər hesabına 
olsa da geri almır...
11  dekabr  1991-ci il - Xocalı şəhərinə ermənilər tərəfindən 50-dən çox raket 
mərmisi atılır.  Çoxlu dağıntılar olur...
287


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə