Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə111/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   104   105   106   107   108   109   110   111   112

Nazim Tapdıqoğlu
yetirilirlər...
27 
dekabr  927-ci il - Kufə şəhəri yaxınlığında baş verən döyüşdə Yusifin qo­
şunu məğlub olur. Yusif  əsir düşür və öldürülür...
27 
dekabr  1175-ci il - Sultan Qızıl Arslan ölür...
27 
dekabr  1744-cü il -  Nadir şah Dağıstana qəfil hücum çəkir. Hər iki tərəf 
çoxlu sayda itkilər verir...
27 
dekabr  1805-ci il -  Şamaxı xanı Mustafa xan Rusiyanın hakimiyyətini 
qəbuletmə  aktım imzalayır. Şirvan  (Şamaxı)  xanlığı  Rusiya tərəfindən  işğal 
edilir...
27  dekabr  1905-ci il -  Ermənilər  Şuşa qəzasının Malıbəyli kəndində qadın 
və uşaqları tikə-tikə doğrayırlar. Nəcəfqulu ağanın evi yandırılır...
27 
dekabr  1923-cü il - DQMV Birinci Sovetlər qurultayı keçirilir. Qurultay 
DQ İnqilab Komitəsinin hesabatını, beynəlxalq vəziyyət, xalq maarifi, koope­
rasiya məsələlərini və Sovetlərə seçkilər məsələsini müzakirə edir. Qurultay Vi­
layət İcraiyyə Komitəsini və onun Rəyasət Heyətini seçir...
27  dekabr  1991-ci il -  Şuşanın Zarıslı kəndindən rayon mərkəzinə hərəkət 
edən içərisində  azərbaycanlıların  olduğu  “Moskviç” markalı minik maşını  er­
mənilər tərəfindən gülləbaran edilir.  3 mülki şəxs həlak olur...
27  dekabr  1991-ci il -  Ermənilər ağır texnikanın müşayiəti ilə Xankəndi ya­
xınlığındakı Kərkicahan qəsəbəsinə güclü hücum edirlər. Mehman Hüseynovun 
başçılığı  atında kəndin 22 nəfərdən ibarət könüllü müdafiə dəstəsi ermənilərlə 
qeyri-bərabər döyüşə girirlər. 8-9 saatlıq şiddətli döyüşdən sonra ermənilər artıq 
qəsəbənin yarısından çox hissəsini ələ keçirir. 20 nəfərdən çox şəhidimiz olur...
28  dekabr  1220-ci il - Kür çayının Ağstafa və Xram adlı qolları yaxınlığında 
monqol-tatar sərkərdəsi Subutay Bahadurun  20 minlik  qoşunu ilə 100 minlik 
gürcü ordusu arasında  (Tamaranın oğlu Laşi  rəhbərlik  edirdi)  qanlı müharibə 
baş verir.  Monqol-tatarlar qalib gəlir...
28 
dekabr  1909-cu il - İrtica qüvvələrinin hərtərəfli hücumundan sonra Təb­
riz fədailərinin müqaviməti qırılır...
28 
dekabr  1911-ci il -  Çar qoşunları Təbrizi ələ keçirir.  İnqilabi  qüvvələr 
təqib edilərək onlara divan tutulur. İnqilab məğlubiyyətlə nəticələnir...
28 
dekabr  1920-ci il - Ermənistan SSR İnqilab Komitəsi bəyanatla çıxış edə­
rək Naxçıvan və Zəngəzur əhalisinə öz müqəddaratını azad surətdə təyin etmək 
hüququ verildiyini  bildirir.  Amma Azərbaycan  öz torpaqlarının bütövlüyünə
302


Nazim Tapdıqoğlu
29  dekabr  1917-ci il  - Sovet hökuməti, Xalq Komissarlar Soveti  “Türkiyə 
Ermənistanı” haqqında dekret verir. V.İ.Lenin bu dekretin həyata keçirilməsini 
Stepan Şaumyana müvafiq mandatla həvalə edir...
29  dekabr  1918-ci il - Zəngəzurun Qaraçimən və Xəştab kəndlərinə basqm 
edən erməni terrorçuları Qaraçiməndə  7, Xəştabda isə 1 nəfər sakini qətlə yeti­
rirlər...
29 
dekabr  1937-ci il - Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün qərarı 
ilə tanınmış terapevt-həkim Məmməd Hacı Mirzəbaba oğlu Orxanbəyli güllələ­
nir...
29 
dekabr  1989-cu il - Cəlilabadda milis işçiləri mitinqlərdə fəal iştirak edən 
adamların evlərinə hücum edərək onların bəzisini həbs edir...
29 
dekabr  1991-ci il  - Ermənistanın təhlükəsizlik və strateji məsələlər üzrə 
konsepsiyasının ilkin variantı prezident Levon Ter-Petrosyana təqdim olunur...
29  dekabr  1993-cü il - Azərbaycan ordusu Murovdağ ərazilərində hücuma 
keçir. Ömər aşırımı adldnan düşmən postu ələ keçirilir. Meydançaya yaxınlaşan 
əsgərlər hücumu davam etdirirlər. İtkilər olur...
30 
dekabr  1904-cü  il -  Bakı fəhlələrinin ümumi tətili qələbə ilə  başa çatsa 
da, neft sənayeçiləri ilə fəhlələr arasında  "müştərək müqavilə" imzalanır...
30 
dekabr  1906-cı il - Müzəffərəddin şah Konstitusiyanın qüvvəyə minməsi 
haqqında fərman verir...
30 
dekabr  1918-ci il - Pilimyanın və Hişanyanın başçılığı ilə Basarkeçərə və 
onun azərbaycanlılar yaşayan ətraf kəndlərinə basqın edən erməni terrorçuları 
həmin kəndlərdə qətllər törədirlər;  1.300 baş davar aparılır...
30  dekabr  1918-ci  il  -  Zəngəzurun Bollaraçür kəndinə silahlı  basqm edən 
ermənilər  1 nəfər dinc sakini öldürür, 2  nəfəri isə ağır yaraılayırlar...
30  dekabr  1922-ci  il  - Tərkibində Azərbaycan da olan Zaqafqaziya Sovet 
Federativ Sosialist Respublikası yaradılır...
30 
dekabr  1922-ci il - Sovetlər qurultayı Sovet Sosialist Respublikaları İtti­
faqının (SSRİ) yaradılması haqqında müqavilə və Bəyannamə qəbul edir...
30 
dekabr  1988-ci il - Hadisələr başlayandan 186 nəfər azərbaycanlı ermə­
nilər tərəfindən qətlə yetirilmiş, 200.000-dən çox əhali doğma ocaqlarından qo­
vulmuşdur...
30 
dekabr  1989-cu il - Saat  17-dən 20-dək Naxçıvan şəhərində mitinq keçi­
rilir. Qərara almır ki, indiyədək verilən təkliflərə, tələblərə baxılmadığı üçün 31 
dekabrda sərhəd qurğularını ləğv etmək aksiyası keçirilsin...
30  dekabr  1991-ci il - Daşnaq terrorçuları Qazax rayonunun Çaylı kəndin­
304
Azərbaycan faciələrinin təqvimi
dən Əskipara kəndinə hüzr yerinə gedən 3 nəfər azərbaycanlı dinc sakini qətlə 
yetirib,  onların meyidlərini  girov kimi  özləri  ilə  birlikdə Ermənistana  aparır­
lar...
30 
dekabr  1992-ci il - Erməni yaraqlıları Ağdamın qərb kəndlərinə basqınlar 
edir...
30  dekabr  1996-cı il -  ATƏT-in fəaliyyətdə  olan  həmsədrinin  qərarı ilə 
Fransa Finlandiyanın əvəzinə həmsədr təyin olunur.  Azərbaycan tərəfi bu tə­
yinata etiraz edir. ABŞ üçüncü həmsədr təyin edilir. Üç həmsədrdən (ABŞ, Ru­
siya, Fransa)  ibarət yeni struktur  formalaşır...
31  dekabr  1812-ci il - Talış xanlığı Rusiya tərəfindən işğal edilir...
31  dekabr  1904-cü il -  1  gün əvvəl fəhlələrin  "Mazut Konstitusiyası" adlan­
dırdıqları müştərək müqavilə imzalandıqdan sonra Bakıda tətil dayandırılır...
31 
dekabr  1917-ci il - Bakı Sovetinin iclasında Bakıda Sovet hakimiyyətinin 
bərqərar olması ilə bağlı iclas keçirilir...
31  dekabr  1917-ci il - Daşnaq erməni terrorçuları Vedibasarm Qaraxaç kən­
dinə basqm edir. Barışıq adı ilə hiylə quraraq azərbaycanlıları  qətlə yetirirlər. 
Ermənilər əhalinin bir qismini böyük bir dama yığaraq od vurub yandırır; qalan 
qismini  isə  qılıncdan  keçirirlər.  Bu  hücumda  500-dən  çox  azərbaycanlı 
öldürülür...
31  dekabr  1917-ci il - Zəngəzurun Xınzirək kəndində məskən salan erməni 
silahlıları  azərbaycanlılar yaşayan qonşu  Əliquluuşağı  kəndinin yaxınlığında 
yerləşən ərazidə  təsərrüfat işləri ilə məşğul olan kənd sakinlərindən 6  nəfərini 
qətlə yetirirlər. Behbud adlı kənd sakinini odun yığdığı yerdə ələ keçirən ermə­
nilər kürəyinə qaynar samovar bağlayıb, onu dağdan aşağı atırlar...
31  dekabr  1918-ci il - Cavanşir qəzasının  Dovşanlı kəndində məskən  salan 
daşnaq  terrorçular  kənddəki  115 azərbaycanlı  evini mühasirəyə  alaraq  onları 
tərksilah  edir;  mal-qaralar  və  ev  əşyaları  ermənilər  tərəfindən  qarət  olunur. 
Kənd viran edilir. Ev-eşiyindən didərgin düşənlər Boyəhmədli, Kəngərli,  Tənöyüt 
kəndlərinə sığmırlar. Qəzanın Qarapirim kəndinə hücum edən daşnaqlar kəndi 
talan edirlər,  Cəmşidbəy  Vəlibəyovun  1.350 baş  qoyun  sürüsünü  və  at  ilxısını 
qarət edib aparırlar...
31 
dekabr  1918-ci  il  -  Qarakənddə  məskən  salmış  erməni  terrorçuları 
Ağdam-Qaryagin telefon xəttini sıradan çıxarırlar.  2 nəfər dinc, günahsız azər­
baycanlı  azğınlaşmış daşnaq erməniləri tərəfindən qətlə yetirilir...
31 
dekabr  1922-ci il - Azərbaycan içərisində olmaqla ZSFSR SSRİ-nin tər­
kibinə daxil olur...
305


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə