Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə24/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   20   21   22   23   24   25   26   27   ...   112

Nazim Tapdıqoğlu
16  mart  1616-cı il -  Səfəvi hökmdarı  Şah Abbasın vəliəhdi Məmmədbağır 
Mirzə qətlə yetirilir...
16 
mart  1918-ci il  -  Azərbaycanlıların  qanma  susayan terrorçu ermənilər 
Naxçıvan şəhərində atışma zamanı qadını və kişini qətlə yetirirlər...
16  mart  1921-ci U - Türkiyə ilə RSFSR arasında bədnam Moskva müqaviləsi 
imzalanır...
16 
mart  1938-ci il  -  Azərbaycan SSR XDİK-in  sədr  müavini,  DT  baş 
mayoru Rayevin əmri ilə 160 nəfər güllələnir...
16 
mart  1991-ci il - Laçın rayonunun Dağlıq Qarabağ və Gorus rayonu ilə 
həmsərhəd olan yaşayış məntəqələri ermənilər tərəfindən atəşə məruz qalır. Ya­
ralananlar və dağıntılar olur...
16 
mart  1992-ci il - Ağdam şəhər qəbiristanlığı ərazisində atışma baş verir. 
Şelli kəndi  ermənilər tərəfindən atəşə tutulur...
16  mart  1992-ci il - Goranboy rayonunun Şəfəq kəndi ermənilər tərəfindən 
atəşə tutuur.  nəfər həlak olur...
16 
mart  1992-ci il - Füzuli şəhəri ermənilər tərəfindən güclü mərmi atəşinə 
tutulur. Qrad qurğularından atılan mərmilər rayon hərbi komissarlığının, mə­
dəniyyət evinin,  mərkəzi kolxoz bazarının,  “Uşaq aləmi”
 
mağazasının binala­
rına,  eləcə  də bir  sıra yaşayış  evlərinə ciddi ziyan  vurur.  Ümumilikdə,  8 nəfər 
həlak  olur.  Füzuli rayon  sakinləri - Fərid Asif oğlu Ağazadə,  Asif Nəsib oğlu 
Ağayev, Mobil Balaca oğlu Kazımov, Saleh  Qəmbərov,  Şaiq Bəhram oğlu İdrisov 
və daha 4 nəfər dinc,  günahsız insanlar ermənilərin rayon mərkəzinə  atdıqları 
"Qrad”
 
mərmilərinin qurbanı olurlar.  15 nəfər yaralanır.  Şəhərdə çoxlu dağın­
tılar olur...
16 
mart  1995-ci il - Bakıda dövlət çevrilişinə cəhd olunur. Azərbaycanlı azər­
baycanlıya qarşı silah işlədir. Qan bahasına olsa da tezliklə onun qarşısı almır...
16  mart  1995-ci il - Moskvada Rusiya ilə Ermənistan arasında 25 il müddə­
tinə  müqavilə  imzalanır.  Bu  müqaviləyə  görə  Ermənistandakı  Rusiya  hərbi 
düşərgələrinə hərbi baza statusu verilir. Məhz bununla da, Rusiya qoşunlarının 
Ermənistanda fəaliyyəti hüquqiləşdirilir...
16  mart  1995-ci il - Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Bəx­
tiyar oğlu Cavadov XTPD üzvlərinin tərksilah olunması əməliyyatı zamanı fa­
ciəli şəkildə həlak olur...
16  mart  1995-ci il - Milli Qəhrəman Əjdər Xalıqverdi  oğlu Babayev Ağsta- 
fada dövlət çevrilişinin qarşısını alarkən həlak olur...
16  mart  2008-ci il - Saat 17.00 radələrində Beyləqan rayonunun Əlinəzərli
68
Azərbaycan faciələrinin təqvimi
kənd sakini,  13 yaşlı Sarvan Elşən oglu Məmmədov Xocavənd rayonunun Qa­
rasu deyilən  ərazisində  mal-qara  otararkən  ermənilərin  basdırdıqları minaya 
düşür.  O, sağ gözünü və sağ ayağım itirir...
17 
mart  1917-ci il - Müvəqqəti hökumətin Bakıda yerli hakimiyyət orqanı 
olan  "İctimai Təşkilatların İcraiyyə Komitəsi" yaradılır...
17 
mart  1918-ci il - Cənubi Azərbaycanın Urmiya şəhərində ingilis, ameri­
kan, fransız,  rus konsullarının gözləri qarşısında erməni quldur yaraqlıları bir 
günün içərisində 10 000  türk və azərbaycanlını qətlə yetirirlər.  Bu, ermənilərin 
xalqımıza qarşı törətdiyi çoxsaylı  genosid  faktlarından biridir...
17 
mart  1920-ci il -  Ermənilər Xankəndi üzərinə hücuma keçirlər.  Azər­
baycan tərəfindən 16 zabit, xeyli əsgər şəhid olur. Qarnizon rəisi, general Qacar 
tezliklə müdafiəni təşkil edə bilir.  Lakin ermənilər Əsgəranı  ələ keçirirlər.  Qa­
rabağ  süvari  alayı,  Cavanşir  piyada  alayı,  artilleriya  batareyası  mühasirəyə 
düşür...
17  mart  1920-ci il  -  F.Xoyski Çiçerinə növbəti nota göndərirsə də,  ondan 
cavab almır...
17 
mart  1920-ci il - V.İ.Lenin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını 
işğal etmək barədə teleqram göndərir...
17 
mart  1938-ci il  -  Azərbaycan  SSR  XDİK-in  sədr  müavini,  DT baş 
mayoru Rayevin  əmri ilə tərkibində azərbaycanlılar da  olan 222 nəfər güllələ­
nir...
17 
mart  1988-ci il - DQMV PK-nin plenumu keçirilir. Plenumda Sov.  İKP 
MK  Partiya Təşkilat  şöbəsinin müdirinin müavini  Q.A.Xarçenko  iştirak edir. 
Ermənilər M.S.Qorbaçovun onları müdafiə etməsini rəsmi elan edərək, gərgin 
mübahisələrə girişirlər...
17 
mart  1991-ci il - Cəbrayıl rayonunun  Qışlaq,  Süleymanlı,  Doşulu,  Quş­
çular kəndləri ermənilər tərəfindən atəşə tutulur...
17  mart  1992-ci il - Ermənilər Tərtər şəhərini toplardan,  "Alazan " və  "Qrad" 
qurğularından şiddətli atəşə tuturlar...
17  mart  1992-ci il - Gecə saat 12 radələrində ermənilər Tərtər istiqamətində 
güclü hücuma keçirlər.  Şəhər qrad, alazan qurğularından və toplardan şiddətli 
atəşə tutulur. Tələfat və dağıntılar olur...
17  mart  1995-ci il - Baş  leytenant  Əmiraslan Rza  oğlu  Əliyev  XTPD-nin 
üzvləri tərəfindən onların tərksilah olunması əməliyyatı zamanı həlak olur...
69


Nazim Tapdıqoğlu
18  mart  1901-ci il - Rusiya Nazirlər Komitəsinin  "Rusiyadan Mil və Muğan 
düzlərinə 40000 nəfərədək kəndli köçürmək haqqında" qərarı verilir...
18 
mart  1918-ci il -  Bakıda müsavat əsgərləri ilə bolşeviklər arasında güclü 
atışma baş verir. Hər iki tərəfdən ölən və yaralananlar olur. Şaumyanm daşnaq 
cəlladlarının müsəlmanlara qarşı törətdiyi və tarixdə Mart davası kimi tanınmış 
dəhşətli qırğın baş verir...
18 
mart  1918-ci il - Erməni silahlı quldur dəstələri Şamaxı şəhərində yüzlərlə 
azərbaycanlını vəhşicəsinə qətlə yetirirlər. Qəddarlıqla qətlə yetirilənlər arasında 
Rusiya I Dövlət Dumasının üzvü Məmmədtağı Əliyev də olur...
18  mart  1918-ci il - Şamaxı qəzasının  53 kəndində ermənilər 8027 nəfəri, o 
cümlədən 4190 kişi, 2560 qadın, 1277 uşağı qətlə yetirirlər. Cəmi 10 gün ərzində 
öldürülən azərbaycanlıların sayı 12.000-ə çatır...
18 
mart 1918-ci il - Mədrəsə kəndindən Şamaxıya ermənilər tərəfindən top 
atəşləri açılır. Malakanlar da müsəlmanlara qarşı çıxış edirlər. Şəhər demək olar 
ki,  bütünlüklə dağıdılır.  Bu qırğınların əsas təşkilatçısı və təşəbbüskarı Stepan 
Lalayan, Mixail Arzumanov və Qaraoğlanov olmuşlar...
18  mart  1921-ci il - ADR-in Daxili İşlər Naziri vəzifəsində çalışmış Behbud 
ağa Cavanşir İstanbul şəhərində ,  "Pera Palas” oteli qarşısında daşnaq terror­
çusu Misaq  Terlaqyan tərəfindən arxadan  atılan atəşlə qətlə yetirilir...
18 
mart  1990-cı il - Erməni silahlıları Mehri ərazisində Bakı-Naxçıvan yük 
qatarına basqın  edir.  Zəngilan rayon sakinləri  - maşinist İsmayıl İbiş oğlu Al­
lahverdiyev qəddarcasına döyülür; onun köməkçisi Elxan Ağamalı oğlu Qurba­
nov isə başı kəsilərək qətlə yetirilir...
18  mart  1992-ci il - Ermənilər Tərtər rayonunun Qapanlı və Qaradağlı kənd­
lərini güclü artilleriya atəşinə tuturlar. 3 nəfər dinc sakin həlak olur...
18  mart 1992-ci il - Erməni quldur birləşmələri Tərtər şəhərini, Qazax və Zə­
ngilan rayonlarının kəndlərini güclü raket atəşinə tuturlar. Dinc əhali arasında 
ölənlər olur...
18 
mart  1992-ci il - Milli Qəhrəman Rafiq Hüseyn oğlu Nəsrəddinov erməni 
yaraqlıları ilə döyüşdə həlak olur...
18  mart  1992-ci il - Ağdam şəhəri atəşə tutulur. Şelli kəndi və Qarağacı qə­
biristanlığı  yaxınlığındakı postlar  dağıdılır.  Qalayçılar,  Əliağalı,  Papravənd, 
Cinli və Şotlanlı kəndlərində səhərə qədər atışma davam edir...
18  mart  1993-cü il - Milli Qəhrəman Vəzir Surxay oğlu Orucov Ağdərə ya­
xınlığındakı  "Qlobus" yüksəkliyi uğrunda erməni  yaraqlıları ilə döyüş zamanı 
həlak olur...
18 
mart  1994-cü il - Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvə­
lərinə məxsus  "Herkules" tipli  təyyarə  ermənilər  tərəfindən vurulur.  34 nəfər
70
Azərbaycan faciələrinin təqvimi
İran diplomatı və onların ailə üzvləri həlak olur.  Terrorçular cəzadan yaymır­
lar...
18  mart  2006-cı il - Erməni silahlı qüvvələri Tərtər rayonu ərazisindəki  "Tor- 
paqtəpə" postuna hücum edir, lakin itki verərək geri çəkilirlər. Azərbaycan tə­
rəfdən  2  nəfər əsgər həlak olur,  1  azərbaycanlı əsgər isə ağır yaralanır...
19  mart  1910-cu il - Səttarxan və Bağırxan Tehrana yola salmır...
19 
mart  1918 -ci il -  Erməni yaraqlıları  Bakıda  günahsız azərbaycanlıları 
qətlə yetirirlər...
19  mart  1918-ci il - Erməni-assuri quldurları  Urmiyada müsəlman əhaliyə 
qarşı dəhşətli qırğın həyata keçirirlər. Müsəlmanların yaşadıqları məhəllələr qə­
biristanlığa çevrilir.  Urmiya ilə Çehriq arasındakı müsəlmanlar yaşayan kəndlər 
məhv edilir...
19  mart  1921-ci il -  Erməni yaraqlıları Naxçıvan  şəhərində  12 nəfər  azəri 
türkünü qətlə yetirirlər...
19 
mart  1925-ci il  -  Sovet dövlət  xadimi,  yazıçı,  publisist,  Azərbaycanın 
böyük  oğlu  Nəriman  Nərimanov  Moskvada  daşnaq  peşəkarlığı  nəticəsində 
müəmmalı  şəkildə  (o,  erməni yeznəsi  Orconikidzenin  milliyyətcə  erməni olan 
sürücüsü  tərəfindən  nahar süfrəsində çayına zəhər qatılaraq aradan götürülür) 
öldürülür...
19  mart  1990-cı il  - DQMV Aqrar-Sənaye Komitəsinin sədri R.Ayriyanın 
təşəbbüsü ilə «dərin şum işləri aparmaq üçün»
 
Prikarpatyedən T-54 tipli 40 ədəd 
«çıxdaş»
 
edilmiş tank gətirilir. Sonralar bu tanklar azərbaycanlıların vilayətdən 
və digər yaşayış məntəqələrindən qovulmasında işlədilir...
19 
mart  1992-ci  il  -  Xocalıda  öldürülmüş  azərbaycanlılar  üçün  kiçik 
qəbiristanlıq salmır. Orada 54 nəfər öldürülmüş günahsız azərbaycanlı dəfn olu­
nur...
19  mart  1993-cü il - Düşmən Ağdam rayonunun Papravənd kəndi istiqamə­
tində güclü hücuma keçir...
19  mart  1994-cü il - Bakı metropoliteninin  "20  Yanvar” stansiyasında Er­
mənistanın  xüsusi  xidmət orqanlarının əməkdaşları tərəfindən  hazırlanan,  se­
paratçı  "Sadval" ləzgi təşkilatı üzvləri - Oqtay Sədrə oğlu Quliyev  (özü də həlak 
olur)
 
və daha nəfər  (onlar həbs olunurlar)
 
tərəfindən həyata keçirilən terror 
aktı nəticəsində  14  nəfər həlak olur,  49  nəfər yaralanır...
20  mart  1828-ci il - Rus çarı I Nikolay  "Türkmənçay” müqaviləsini təsdiq
71


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə