Hər bir fəaliyyət sahəsi (qeyri-istehsal sahələri istisna olmaqla)
atmosferə, su hövzələrinə külli miqdarda tullantılar atır, kəndə
təsərrüfatı sahələrində, хüsusilə pestisidlərdən istifadə nəticəsində üzvi
çirkləndiricilər, kimyəvi çirkləndiricilər mühitə atılarıq bir sıra
problemlər yaradır. Ekoloji vəziyyətinə və atılan tullantıların tərkibinə
görə şəhərlərdə insan fəaliyyətinin əsas sahələri olmaqla problemli
şəhərlər kimi sayılır. Müasir dövrdə şəhərlərdə neft-qpaz istismarı və
emalı, maşınqayırma, kimya, energetika, tikinti materialları sahələri
olmaqla yanaşı, intensiv nəqliyyat əlaqələri də fəaliyyət göstərir. Belə
zəngin şəhər əmələgətirən amillər və tariхən şəhərlərə хidmət edən
sahələrin formadlaşması mürəkkəb, özünəməхsus şəhərsalma strukturu
yaratmışdır. Aparılan təhlillər göstərir ki, bu fəaliyyət sahələrindən ətraf
mühitə atılan tullantıılar istər regional, istər sə də qlobal miqyasada
qarşısı alınmaz problemlər yaradır. Bu mənbələrdən atılan tullantıların
bir qismi qaz halında (ən çoх nəqliyyat sahələrində – bəzən 65-70%
qədər) atmosferə qalхaraq hava kütlələri vasitəsilə başqa ərazilərə
daşınır. Belə daşımalar adətən transsərhəd daşımaları adı ilə qeyd
edilir. Bu daşımalar iki yolla - hava və su vasitəsilə daşınır.
Su vasitəsilə daşınan tullantılara bariz misal olaraq Kür çayının
Gürcüstan və Ermənistan ərazisində çirklənməyə məruz qalaraq
Azərbaycana daşınmasını göstərmək olar. Gürcüstan və Ermənistan
ərazilərində Kür çayı və onun əsas transsərhəd qollarında yaranmış
ekoloji gərginlik nəticəsində bu çayların axımı ilə il ərzində külli
miqdarda həll olunmuş kimyəvi birləşmələr və çirkləndirici maddələr
ölkənin ərazisinə gətirilir. Gürcüstan və Ermənistan ərazilərində Kür
çayı və onun əsas transsərhəd qollarında yaranmış ekoloji gərginlik
nəticəsində bu çayların axımı ilə il ərzində külli miqdarda həll olunmuş
kimyəvi birləşmələr və çirkləndirici maddələr ölkənin ərazisinə gətirilir.
Kür, Araz və onların transsərhəd çaylarının suyunun keyfiyyətinə
Gürcüstan və Ermənistan ərazilərindən bu çaylara külli miqdarda atılan
çirkab suları yüksək dərəcədə mənfi təsir göstərir. Ölkə iqtisadiyyatının
müxtəlif sahələrində, o cümlədən, əhalinin içməli su ilə təminatında
istifadə olunan suyun ümumi həcminin 75 faizə qədərini Kür çayı və
onun qollarının suyu təşkil etdiyini nəzərə alaraq, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Nəzarət Departamenti
tərəfindən uzun illər ərzində Kür, Araz və bir sıra orta və kiçik çaylarda,
suyun vəziyyətini öyrənmək məqsədilə, mütəmadi müşahidələr aparılır.
Kür çayının suyu Gürcüstan ərazisində yüksək dərəcədə antropogen
təsirə məruz qalır və onun keyfiyyəti sanitar normaların tələblərinə
cavab verməyən vəziyyətdə Azərbaycan ərazisinə daxil olur.
Ölkənin əsas iri çayları hesab olunan
Kür və Araz qonşu dövlətlərin ərazilərində həddindən artıq çirklənməyə
məruz qaldıqlarından bu çaylarda suyun keyfiyyətinə nəzarət olunması
daim diqqət mərkəzində saxlanılır. Uzun illər ərzində Ermənistan
ərazisində dağ-mədən, energetika, kimya, maşınqayırma və kommunal
təsərrüfatı müəssisələrinin çirkab suları Arazın əsas qolları: Razdan,
Aqarak, Oxçuçay çaylarına axıdılır və onlar vasitəsilə Araz çayının