küləkləri əsir. İkincisi, Şimal qütbü nahiyəsində onu əhatə edən okeandan qalxan hava dalğaları
temperat
uru bir qədər yüksəldir, əsas hissəi buzla örtülmüş Antarktitada isə yüksək təzyiqli soyuq
hava kütlələri əmələ gəlir. Ona görə də bu yerlərin iqlimi Şimal qütbündəkindən daha sərtdir.
Antarktidada hətta yayda belə, havanın orta aylıq temperaturu suyun donma nöqtəsindən
aşağı olur! Ayrı-ayrı günlərdə temperatur müsbət 4 dərəcəyədək yüksələ bilər, amma yayın
ortasında artıq şaxtalar başlanır. Qışda isə Cənub qütbündə orta temperatur mənfi 23-35 dərəcə
təşkil edir.
Niyə səhrada su yoxdur?
Səhra nədir? Səhra elə bir yerdir ki, orada həyatın yalnız xüsusi formaları mövcud ola bilər.
Bütün səhralarda su qıtlığı hiss olunur. Bu o deməkdir ki, orada mövcud olan həyat formaları susuz
keçinməyə uyğunlaşmalıdırlar.
Yağıntıların miqdarı regiondakı bitki örtüyünün həcmini və növlərini müəyyənləşdirir.
Meşələr yağıntının kifayət qədər olduğu yerlərdə yayılır. Ot örtüyü yağıntı az olan yerlər üçün
xarakterikdir. Yağıntı lap az olan yerlərdə isə yalnız səhralar üçün səciyyəvi olan ayrı-ayrı bitki
növləri bitə bilər.
Afrika Səhrası kimi, ekvator nahiyəsindəki isti səhralar da səhralar üçün səciyyəvi olan
quru iqlimə malik zonalarda yerləşir. Bu zonalarda yerə enən hava isinir və rütubətdən azad olur.
Bu yerlərin torpağı okeanın yaxınlığına baxmayaraq, çox qurudur. Bunu Afrikanın şimal-qərbi və
Avstraliyanın qərbi haqda da söyləmək olar.
Ekvatordan uzaqlarda olan səhralar isə okeandan və onun rütubətli küləklərindən uzaqda
yerləşdiyinə görə, küləklərin qarşısını səhra ilə dəniz arasında ucalan dağlar kəsdiyinə görə
yaranıb. Belə dağ silsilələri yağışları dəniz tərəfə baxan yamaclarında saxlayırlar, onların əks
tərəfdəki yamaclar isə tam quraqlıq olur.
Bu hadisəni “yağış çəpəri” effekti adlandırırlar. Mərkəzi Asiya səhraları üçün yağış çəpəri
rolunu Himalay da
ğları və Tibet oynayır.
Birləşmiş Ştatların qərb hissəsindəki Böyük Hövzə səhralarına isə yağış Syerra-Nevada
kimi dağ silsilələrinə görə gəlib çıxa bilmir.
Səhralar özlərinin görünüşünə görə də bir-birindən çox fərqlənir. Qumun bol olduğu
yerlərdə küləklər qum təpələri əmələ gətirir. Oralarda ayrıca qum səhraları da olur. Qayalı səhralar
isə əsasən, qaya suxurlarından, fantastik uçurumlar və təpələr əmələ gətirən qayalardan, nahamvar
düzənliklərdən ibarət olur. Başqa səhralar, məsələn, Birləşmiş Ştatların cənub-qərbində olanlar
səhralar üşünsə bəhrəsiz qayalar və susuz düzənliklər səciyyəvidir. Küləklər ən kiçik torpaq
sahələrini belə eroziyaya uğradır və yerin üzündə qalan daşlar, çınqıllar elə görünür ki, sanki kimsə
onu səhraya bilərəkdən döşəyib.
Səhraların əksəriyyətində cürbəcür bitki və heyvanlar olur. Səhralıqda bitən bitkilər
buxarlanmanı azaltmaqdan ötrü öz yarpaqlarından tamamilə azad olur. Yarpaq yerinə onlarda
heyvanları qovmaq üçün tikanlar əmələ gəlir. Bu yerlərdə yaşayan heyvanlar isə çox uzun müddət
susuz keçinə bilir və özünə gərək olan rütubəti ya bitkilərdən, ya da elə şehdən alır.
Tüstü nədir?
Tüstü ayrı-ayrı yanacaqların tam yanmamasının nəticəsidir. Bu o deməkdir ki, əgər
yanacaq tam yansaydı, tüstüsü olmazdı.
Yanacaqların çoxu carbondan, hidrogendən, azotdan, kiçik miqdarda kükürddən və
mineral küldən ibarətdir. Əgər bütün bunlar birdən və tam yansaydı, yanmanın tullantısı karbon
iki oksid, su buxarı və sərbəst azotdan ibarət olardı ki, bütün bu maddələr ziyansızdır. Yanacağın
t
ərkibində kükürd varsa, yanmadan əhəmiyyətsiz dərəcədə kükürd oksidi də əmələ gəlir. Bu maddə
hava və rütubətlə təmasa girəndə, metalları korroziyaya uğradan turşu yaranır.
Yanacağın tam yanması üçün yüksək temperaturda oksidləşmə təmin olunsun deyə, kifayət
qədər oksigen olmalıdır. Bunu xüsusilə də, bərk yanacaqdan istifadə zamanı təmin etmək çətindir
və nəticədə tüstü əmələ gəlir.
Daş kömürün növlərindən olan antrasit və koks tüstüsüz yanır, çünki onların tərkibində
uçan maddələr yoxdur.
Bitumlu kömürlər aşağı temperaturlarda parçalanırlar və bu zaman ondan qaz və qatran
ayrılır. Bu maddələr toz və küllə birləşəndə isə tüstü əmələ gəlir.
İstənilən şəhər havası sərt hissəciklərlə dolu olur, amma onları tüstü saymaq düz deyil.
Tüstünün tərkibində toz, bitki zərrəcikləri, başqa maddələr ola bilər. Onlar cazibə qüvvəsi
sayəsində tədricən aşağı enir. Kiçik şəhərlərdə və şəhər ətraflarında hər il ərazinin kvadratmetrinə
belə hissəciklərdən ibarət 70-90 ton arasında toz çökür. İri şəhərlərdə isə bu göstərici 10 dəfə artıq
da ola bilər!
Tüstü böyük ziyanlar vura bilər. O, sağlamlığa, tikililərə, bitki aləminə ziyandır. Böyük
şəhərlərdə tüstü günəş şüasının, xüsusilə də insan sağlamlığı üçün vacib olan ultra-bənövşəyi
şüaların keçməsinə mane olur.
Əgər külək tüstünü qovmasaydı, şəhərlər bütün günü duman içində olardı. Tüstü dumanları
tez-
tez rast gəlinən yerlərdə ağ ciyər və ürək xəstəliklərindən ölüm halları çoxalır.
Tüstü bitki örtüyü üçün xüsusilə təhlükəlidir. O, bitkilərin “nəfəs almasına” mane olur,
onları günəş şüalarından məhrum edir. Bəzən isə tüstünün tərkibindəki turşular bitkiləri sadəcə,
məhv edir!
Müasir zamanda bir çox şəhərlərdə tüstü və onun zərərli təsirləriylə çox aktiv mübarizə
aparılır.
His nədir?
İngiltərədə tüstü ilə, xüsusilə də məişət ocaqxanalarının, fabriklərin borularından çıxan
tüstü
ilə mübarizəyə böyük diqqət ayrılır. Hətta bəzi nahiyələrdə kömürlə işləyən ocaqxanaları
qadağan da ediblər.
Bəzi şəhərlərdə atmosferə buraxılan müxtəlif sənaye qazlarının qarışığı elə bir duman
əmələ gətirir ki, ona his deyilir. Bu his bizim bildiyimiz, məsələn, şam yanan zaman əmələ gələn
hisə bənzəməz. Bu his ağ ciyərlərə düşəndə öskürək yaradır. Həmin hisin tərkibində bəzi qazlar
və müxtəlif bərk hissəciklər olanda, o artıq zəhərli sayılır.
Beləliklə, havada daim toz olur. Həmin toz havadan asılı vəziyyətdə qalan xırdaca
hissəciklərdir. Təbiətdə toz torpağın eroziyasından, vulkan püskürməsindən, yanma qazlarının
təsirindən və sənaye tullantılarından əmələ gəlir. Sonuncunu tüstülənən fabrik borularına tamaşa
edəndə görmək olar.
Havada olan tozun miqdarını təsəvvür etmək çətindir. Belə hesab edirlər ki, Birləşmiş
Ştatlar üzərində təxminən 39 000 000 ton toz var! Bunun 28 000 000 tonu təbii mənbələrdəndirsə,
11 000
000 tonu məhz insan fəaliyyətinin nəticəsidir!
Təbii ki, ən çox toz sənaye şəhərlərində olur. Məsələn, Amerikanın iri şəhərlərində il
ərzində yerə çökən tozun miqdarı ilə tanış olaq: Detroyt – 65 ton, Nyü-York – 55 ton, Çikaqo – 55
ton, Pitsburq – 42 ton, Los-Anceles –
30 ton. Sənaye müəssisələri lap çox olan şəhərlərdə isə hər
il yerə 180 ton toz yağa bilər.
Bu, insan sağlamlığı üçün çox ciddi bir problemdir, ona görə də bir çox şəhərlər havanın
kirlənməsini azaltmaq üçün aktiv tədbirlər görürlər. Çoxlu toz əmələ gətirən dəzgahlar xüsusi
toztut
ucularla təchiz olunur. Bundan başqa ventilyasiya sistemləri və cürbəcür elektrik avadanlığı
da tətbiq olunur. Bəzən sulu qazma və su püskürmə sistemlərindən belə istifadə edirlər. Bütün bu
ciddi təbbirlərə baxmayaraq, havanın kirlənməsi problemi hələ də öz həllini tapmayıb.
Qaz nədir?
Dostları ilə paylaş: |