HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə18/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   14   15   16   17   18   19   20   21   ...   337

20

 

 



983-CÜ İLDƏ (12.04.1575 – 30.03.1576) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT

 .......................................................................................................................................................... 621

 

Müxtəlif əhvalatlar ........................................................................................................................... 622



 

984-CÜ İLDƏ (31.03.1576 – 20.03.1577) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT

 .......................................................................................................................................................... 622

 

Dinin pənahı olan şahın fani aləmdən əbədi cahana köçməsi .......................................................... 622



 

Aləmin pənahı olan şahın (II Şah İsmayılın) səltənət və cahandarlıq taxtına əyləşməsi haqqında 

söhbət ............................................................................................................................................... 631

 

Ölümlər ............................................................................................................................................ 640



 

985-Cİ İLDƏ (21.03.1577 – 09.03.1578) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 642

 

Pələngan qalasının fəthi haqqında söhbət ........................................................................................ 643



 

Aləmin və aləm sakinlərinin şahı Sultan Məhəmməd Xudabəndə padşahın əhvalı haqqında ......... 647

 

GİRİŞ VƏ ŞƏRHLƏRİN YAZILMASI ZAMANI İSTİFADƏ EDİLMİŞ QAYNAQLAR VƏ 



ƏDƏBİYYAT .................................................................................................................................. 653

 

 



 

 


21

 

 



GİRİŞ 

 

Azərbaycanın  XV-XVI  əsrlər  tarixinə  dair  qaynaqların  respublikamızda  tərcüməsi,  nəşri  və 



tədqiqi. XV-XVI əsrlər Azərbaycanın orta əsrlər tarixində mühüm bir mərhələni təşkil etmişdir. Bu mərhələ 

Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvilər dövlətlərinin timsalında klassik dövlətçilik ənənələrimi-

zin uğurlu bir şəkildə davamı və inkişafı, milli ədəbiyyatımızın və mədəniyyətimizin yüksəlişi ilə xarakterizə 

olunur. Sözügedən dövrdə ölkəmizin beynəlxalq siyasi, iqtisadi və mədəni əlaqələri genişlənir, Azərbaycan 

tarixi ilə bağlı məlumat verən mənbələrin sayı və çeşidi artırdı. Elə buna görə də XV-XVI əsrlər tariximizə 

dair qaynaqların öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.  

 

Azərbaycan alimləri XV-XVI əsrlərə dair tarixi qaynaqların tərcüməsi, nəşri və tədqiqi istiqamətində 



xeyli işlər görmüşlər. Tariximizin bu dövrü ilə bağlı önəmli qaynaqlardan sayılan bir sıra Ağqoyunlu və Sə-

fəvi  mənbələri  fars  dilindən  tərcümə  edilərək  nəşr  olunmuşdur.  Ağqoyunlu  Uzun  Həsənin  saray  tarixçisi 

Əbu-Bəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsəri R.Şükürova tərəfindən Azərbaycan dilinə çevrilmiş

1

, Ağ-



qoyunlu Sultan Yaqubun saray tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini” əsəri isə 

Z.Bünyadovun və O.Əfəndiyevin redaktəsi ilə rus dilində çap edilmişdir

2

. Səfəvi müəlliflərindən Xacə Zey-



nalabidin Əli Əbdi bəy Şirazinin ümumi tarix haqqında yazdığı “Təkmilətül-əxbar” əsərinin I Şah İsmayılın 

tarixinə aid hissəsi O.Əfəndiyev tərəfindən rus dilinə

3

, eyni əsərin I Şah İsmayıl və I Şah Təhmasibə aid his-



sələri isə Ə.Rəhimov tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir

4

. I Şah Təhmasibin xatirələrini əhatə 



edən və “Şah Təhmasibin təzkirəsi” adlanan əsəri də Ə.Rəhimov Azərbaycan dilinə çevirmişdir

5

. I Şah Ab-



bas dövründə, XVI əsrin sonu – XVII əsrin əvvəllərində qələmə alınan və qızılbaş tayfalarının, onların məş-

hur  əmirlərinin  haqqında məlumat  verən  “Qızılbaşlar  tarixi”  adlı  anonim  mənbə  M.Məhəmmədi  tərəfindən 

doğma dilimizə qazandırılmışdır

6

.  



 

I  Şah  Abbasın  məşhur  saray  tarixçisi  İsgəndər  bəy  Münşinin  üç  cildlik  “Tarixi-aləmarayi-Abbasi” 

əsərinin əsasən XVI əsr hadisələrindən bəhs edən ilk cildini mərhum ustadım O.Əfəndiyevlə birlikdə ilk dəfə 

olaraq  Azərbaycan  dilinə  tərcümə  edib  yayınlamışıq

7

.  Mənbənin  Tehrandakı  “Əmiri-Kəbir”  nəşriyyatında 



işıq  üzü  görmüş  mətni  naqis  olduğu  üçün  bu  tərcümə  zamanı  əsərin  Tehran  çapı  ilə  kifayətlənməyərək, 

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan üç əlyazma nüsxəsindən də yararlanmışıq və Teh-

ran çapının təxminən 225 yerindəki boşluqları, çatışmazlıqları və yanlışlıqları Bakı nüsxələrinin köməyi ilə 

təshih etmişik

8

. Bizim tərcüməmiz işıq üzü gördükdən təxminən iki il sonra Y.Mahmudov və Ş.Fərzəliyev də 



Tehran nəşri əsasında eyni əsərin birinci cildini və ikinci cildin ilk hissələrinin tərcüməsini çap etdirmişlər

9



 

Bu  mərhələyə  dair  farsdilli  mənbələr  üzərində  tədqiqatlara  gəlincə,  O.Əfəndiyev

10

,  C.İbrahimov



11

S.Onullahi



12

, M.Heydərov

13

, M.Abbaslı



14

, S.Aşurbəyli

15

 və digərləri bu yöndə apardıqları araşdırmalarla və-



                                                 

1

 Əbu-Bəkr Tehrani. Kitabi-Diyarbəkriyyə (Həsən bəy Ağqoyunlunun, onun sələflərinin tarixi və Qaraqoyunlu və Cığatay tarixin-



dən ona aid olanlar). Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilərin müəllifi: R.Şükürova. Bakı: Elm, 1998, 336 s. 

2

 Фазлуллах  ибн-Рузбихан  Хунджи.  Тарих-и  алам  ара-йи  Амини  (под  редакцией  З.М.Буниятова  и  О.А.Эфендиева).  Баку: 



Элм, 1987, 172 c. 

3

 О.А.Эфендиев.  Образование  Азербайджанского  государства  Сефевидов  в  начале  XVI  века.  Баку:  Издательство  АН 



Азерб.ССР, 1961, c.143-165. 

4

 Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar (Səfəvi dövrü – Şah İsmayıl və Şah Təhmasib dövrlərinin tarixi). Fars 



dilindən tərcümə, müqəddimə və şərhlər: Ə.Rəhimli. Bakı: Elm, 1996, 198 s. 

5

 Şah Təhmasibin təzkirəsi (fars dilindən tərcümə və müqəddimə Ə.Rəhimovundur). Bakı: Azərnəşr, 1996, 128 s. 



6

 Qızılbaşlar tarixi (“Tarix-e qezelbaşan”). Fars dilindən tərcümə və şərhlər M.Məhəmmədinindir. Bakı: Azərnəşr, 1993, 48 s. 

7

 İsgəndər  bəy  Münşi  Türkman.  Tarix-i  aləmara-yi  Abbasi.  I  cild.  Farscadan  tərcümənin,  ön  sözün,  şərhlərin  və  göstəricilərin 



müəllifləri: O.Ə.Əfəndiyev və N.S.Musalı. Bakı: Təhsil, 2009, 792 s. 

8

 Daha ətraflı bax: O.Efendiyev, N.Musalı. Târîh-i 'Âlem Ârâ-yi 'Abbasî isimli eserin Bakü yazmalarının önemine dair // Safevîler 



ve Şah İsmail. İstanbul: Önsöz Yayıncılık, 2014, s.117-160. 

9

 İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Layihənin rəhbəri, redaktor və ön sözün müəllifi: Y.Mahmudov; 



Fars dilindən çevirən: Ş.Fərzəliyev). Bakı: Şərq-Qərb, 2011, 1144 s.  Qeyd edək ki, 2015-ci ildə həmin tərcümənin ardı olan ikinci 

kitab da işıq üzü görmüşdür. 

10

 О.А.Эфендиев.  Образование  азербайджанского  государства  Сефевидов  в  начале  XVI  века.  Баку:  Издательство  АН 

Азерб. ССР, 1961; О.А.Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке. Баку: Элм, 1981. 

11

 Дж.М.Ибрагимов. Феодальные государства на территории Азербайджана XV века. Баку: Издательство АПИ, 1962. 

12

 S.M.Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhəri (sosial-iqtisadi tarixi). Bakı: Elm, 1982. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə