HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə334/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   329   330   331   332   333   334   335   336   337

650

 

 



calal ulduzumuz qəhr şəfəqini hər kimin üzərinə salarsa, onu arvad-uşağı, qohum-əqrəbası və nəsli ilə birlik-

də yox edər. Gərək ki, müxaliflikdən əl çəkib dərgaha tələsəsən və əmirlər cərgəsində qərar tutasan. Darvaza 

və qapı bağlamaqdan bir fayda hasil olmaz”. 

Beytlər 


“Qapını bağlasan da, səndən əl çəkməyəcəyik

Əgər qapını bağlasan, damdan da yol var. 

Evin qapısını günəşin üzünə bağlasan da, 

O, hicabsız şəkildə nəfəslikdən içəri girəcək”. 

 

Onlar ağlın azlığı və cəhalətin çoxluğu ucbatından yola gəlmədilər. Beləliklə, qəflət pası nəsihət sı-



ğalı ilə onların kirli könlünün lövhəsindən təmizlənmədi, lütf, təzyiq, təhbeh, təhdid, vəd və xəbərdarlıq kəl-

mələrinin təsiri olmadı. 

Nəzm 

“Qəzəb üzündən aləmin pənahı olan şah, 



Ordu başçıları ilə danışıb dedi ki: 

O alçaqda vəfa adəti yoxdur

O olmaz bizimlə səfa məqamında. 

Yalandır və əbəsdir onun sözü və əməli, 

Olmaz bir kəs agah onun işindən. 

Dil açdılar aydın ürəklilər [və dedilər] ki: 

Sənin dərgahın bəxtiyarların qibləsidir. 

Sənsən fələk səmasında günəş, 

Sənin feyzindən bütün aləm kam alır. 

Yüz ürəklə istəməsə səni əgər səma, 

Onun ürəyi yüz para olsun günəşin qılıncı ilə. 

Bütün intiqamını düşməndən alarıq, 

Sənin hökmündən əsla boyun qaçırmarıq”. 

 

Amma Şamxal sultan və Pərixan xanım öz əməllərindən peşman idilər. Lakin onların fitnəkar düşün-



cələrinin fəsadları  asayiş  dairəsindən  keçmişdi.  Balıq  kimi  iztirab toruna  düşmüşdülər. Xofdan  qan  onların 

damarlarının məcrasında dondu, padşahın heybətindən onların kəlləsinin böyük çuxurlarında beyinləri əridi 

və qorxudan onların nəfəs yolu tutuldu. 

Misra 


“Sənin düşmənin çətinliklə nəfəs alır”. 

 

Ondan sonra fələk [kimi] şövkətli ordu Qəzvinə doğru hərəkətə gəldi. Elə ki hökmdarın zərnigar tu-



ğunun ayparası ədalət və inancla Qəzvin darvazasının üfüqündən doğdu, Şamxal sultan kölgə kimi günəşə 

tab gətirməyib zülməttək günəşin parlaqlığından üz çevirdi, öz qara bəxtinin axşamı kimi qürub məğribində 

gizli və pünhan olaraq çarəsizlik və iztirab üzündən Səbzikar kəndinə getdi. O, Əmiraslan bəy Əfşarın ətə-

yindən yapışdı. O da onun zamanın Rüstəmi və dövranın İsgəndəri ilə bərabərlik iddiasına malik şərlə dolu 

başını bədənindən ayırıb, aləmin pənahı olan dərgaha gətirərək zillət torpağı üzərinə atdı. Pərixan xanım yüz 

qəm və kədərlə özünü hərəmə saldı. O həzrət onu Xəlil xan Əfşara tapşırdı. O da onu o biri dünyaya yolladı. 

 

Pəncşənbə günü, zilhiccə ayının 5-də (13.02.1578) o həzrət dövlət atına minib cah-calalla hökmdar 



sarayına daxil oldu. Çox-çox (dəstə-dəstə) dərgah əmirləri, bargah müqərrəbləri, seyidlər, mollalar, hakimlər, 

kələntərlər, ağalar (“ərbab”) və əhali dərgaha gəlib öz vəziyyətlərinə uyğun şəkildə ehtirama layiq görüldü-

lər. Minbərlər və dinarlar onun mübarək adı ilə bəzək və zinət tapdı. Vəzirlik mənsəbi Mirzə Salmana həvalə 

edildi.  Ali  mənşəli  vəzir  müdrikliyinin  və  biliyinin  bolluğu  ilə  mülki  idarəçiliyi  həyata  keçirdi,  ürəklərdən 

qorxu pasını və şübhə rəngini ehsan sığalı ilə təmizlədi. Bu böyük vəzifənin və incə işin zərurətini yerinə ye-

tirməyə başlayıb, bütün əmrlərdə və qadağalarda Həzrət İlahinin xofunu və qorxusunu göz önündə saxlaya-

raq hikmət qaydalarının istiqamətləndirilməsi və hökmlərin icrasında ümumi xalqla və bütün camaatla o tərz-

də rəftar etdi ki, onun işində heç bir əyər-əskik təsəvvür edilməsin. Zalımların cəzalandırılması və məzlumla-

ra himayə göstərilməsi üçün çalışdı, tərəfkeşliyə, ayrıseçkiliyə, səhlənkarlığa və qəflətə yol vermədi. Divan 



651

 

 



malının  çoxaldılmasında,  kəndlilərə  və  əkinçilərə  qayğıkeşlikdə  imkanının  yetdiyi  qədər  çox  səy  göstərdi. 

Əsgərlərin ülufələrinin verilməsində və ehtiyac sahiblərinə maddi yardın göstərilməsində, bir dəqiqə olsun, 

laqeydlik etmədi. 

 

Cahanın pənahı olan şah yüksəyə qalxan günəş kimi qızıl taxt üzərinə çıxıb əyləşdi, dirhəm və dinarı 



nur şüaları kimi xalqın üzərinə saçdı. 

“Nemət xəzinəsinin qapısı açıldı, 

Bütün xalqın ürəyi valeh oldu. 

Hava təmizləndi onun nəfəslərindən, 

Qəm yazısı ürəkdən silinib getdi”. 

 

Dinin pənahı olan şahın Qəzvindəki nağd cavahiratdan, mallardan və hərb alətlərindən [ibarət] xəzi-



nələri əmirlərə, əməlisalehlərə, seyidlərə, fəqirlərə, əsgərlərə, səfərdə və hüzurda olanlara paylandı. Dinin pə-

nahı olan şah qoşunun məvacibini on dörd il müddətində verməsə də, o həzrət hamısını şəfqətlə ödədi. Belə 

ki, məchul bir adam iki yüz tümən, üç yüz tümən aldı. Cahan sakinləri Ugetay Qaanın

2713


 səxavətini unutqan-

lıq tağı üzərinə qoydular. Adəm zamanından ta hicri tarixinin 985-ci ilə çatdığı hazırkı zamana kimi iqtidar 

sahibi olan heç bir padşah qoşuna bu qədər qızıl verməmişdir. 

 

Ədalətpərvərliyin  cahangir  şeypurunun  zümzüməsi  və  İsgəndər  [uğuruna  bənzər]  uğurun  kosunun 



təntənəsi ətrafa və yan-yörəyə çatdıqda islam vilayətlərinin hakimləri ərəbin və əcəmin (ərəblərin və qeyri-

ərəblərin) padşahının dərgahına xoş söhbətli elçilər və xeyirli qədəmlərə malik səfirlər göndərib bəndəlik və 

itaət izhar etdilər. 

 

Həmçinin bu zaman cavan şah Təbriz şəhərinin idarəçiliyini Əmir xan Türkmana həvalə etdi, Ərdə-



bil əyalətini, ona tabe və daxil olan əraziləri Pirə Məhəmməd xan Ustacluya verdi və Əliqulu sultan Türkma-

na Xoy hakimliyini tapşırdı.  

 

Həmin əsnada Azərbaycandan xəbər gəldi ki, üzüqara kürdlər Xoy şəhərinə basqın etmişlər. Onların 



müxalifliyinin şərhi belədir ki, İsmayıl mirzə səltənətə oturduqdan sonra Şahqulu Bəlilan Kürdün oğlu Qazi 

bəy məhəbbət və dostluq silsiləsini hərəkətə gətirib təbrik üçün Qəzvinə elçilər və məktublar göndərdi, bən-

dəlik və itaət izhar etdi. Bu tərəfdən də Səlmas və Təsuc

2714


 hakimliyinin fərmanı ona göndərildi (O, şah tərə-

findən verilmiş fərmanla Səlmas və Təsuc hakimi təyin edildi). O, İsmayıl mirzənin [dünyadan] köçməsi xə-

bərini  eşitdikdə  tələskənliyindən  peşman  oldu;  ayağını  haqq  yoldan  və  qədəmini  doğru  yöndən  kənara  qo-

yub, bir dəstə kürdlə sürətli yürüş edərək Xoya gəldi. O vaxt həmin diyarın valisi olan Mahmud bəy Rumlu 

iki yüz süvari ilə onu qarşılamağa tələsdi. O, Vələdian kəndi ətrafında kürdlərlə üzləşdi, lakin qılınc və miz-

raq işlətmədən qaçışa üz qoydu. Kürdər ondan və oğullarından əl çəkib o şəhərə basqın etdilər və istila bay-

rağını yüksəltdilər. 

 

O  zaman  kürdlərdən  [ibarət]  çoxsaylı  bir  dəstə  Qazıqıranın  oğulları  ilə  ittifaqda  Hüseyncan  sultan 



Xınıslunun üzərinə gəldilər. Hüseyncan sultan bir kəndə sığınıb, təqribən min iki yüz süvari ilə ölümü gözə 

alaraq təxminən bir ay o azğın qövmə qarşı savaşdı. Həmin vaxt Van və Vostan ordusu, Şahqulu Bəlilanın 

oğlu Qazi bəy tam qələbəliklə kürdlərə yardıma gəldilər. O gün səhərdən axşamacan döyüş və vuruş atəşi 

son dərəcə şiddətlə alovlandı və şölələndi. Hər iki tərəfdən bir çoxları həlak torpağı üzərinə düşdülər. Onların 

məqsəd oxu mətləb hədəfinə çatmadığı üçün məkr və fırıldaq üzündən Hüseyncan sultanın yanına yaxşı nitq 

qabiliyyətinə malik elçilər göndərdilər, dostluqdan, sədaqətdən, məhəbbətdən və uzlaşmadan dəm vurdular. 

Xınıslular  əhd-peyman  qaydalarının  möhkəmləndirilməsindən  və  “Quran”a  and  içildikdən  sonra  kürdlərin 

yanına getdilər. Onlar əksər qaziləri qətlə yetirib onların kiçik və böyük övladlarını əzab təpiklərinin altına 

atdılar.  

 

Həmçinin  o  zaman  Ərzurum  paşası  çoxlu  ordu  cəmləyib  Şuregelə  gəlmək  istədi.  Onun  mötəbər 



əmirlərindən olan Qulaməli oğlu Mirzə Əli bəy qürur üzündən məruzə etdi ki, sizin gəlməyinizə ehtiyac yox-

dur,  bəndəniz  Şuregel  hakimini  qolu  bağlı  hüzurunuza  gətirəcəyəm.  Ona  görə  də  paşa  Əlini  tam  təchizatlı 

yeddi min nizədar süvari ilə Şuregelə basqın etməyə yolladı. Rumilər tam qətiyyət və təntənə ilə və xəyalın 

idrakından kənar bir lovğalıq və qürurla qeyri-ənənəvi bir yoldan [keçərək] Qaraxan bəy Bayburtlunun üstü-

                                                 

2713


 Ugetay Qaan – Çingiz xanın oğludur. Öz səxavəti ilə məşhurlaşmışdı (Seddon, şərhlər, s.296). 

2714


 Təsuc – Cənubi Azərbaycanda, Urmiya gölünün şimal sahillərində qəsəbə (Хамдаллах Казвини. Нузхат ал-кулуб, с.43). 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə