HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə72/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   68   69   70   71   72   73   74   75   ...   337

125

 

 



 

Həmçinin bu il Büraq-oğlan Özbək, Məhəmməd xan Özbəyin ordasını tutub özbək ulusunun çoxuna 

sahib oldu. 

 

Bu il Mirzə İsgəndər Kürdüstana gedib o diyarı basdıqdan sonra Ərbili mühasirə etdi. Çoxlu savaş-



dan sonra qala hakimi Əmir Həsəni ələ keçirdi. Mirzə İsgəndər Ərbili öz oğluna verib Təbrizə qayıtdı. 

 

Həmçinin bu il Mirzə Rüstəm Bağdad ətrafına basqın etdi.  



 

Həmçinin bu il Şahvələd oğlu Sultan Məhəmməd Vasiti ələ keçirdi.  



Ölümlər 

 

Məhəmməd  bəy  Qaramanoğıu  vəfasız  və  pis  etiqadlı  bir  padşah  idi.  Bir  dəfə  Sultan  Muradla  sülh 



bağlayıb and içmişdi ki, yeddi il düşmənçilik etməyəcəkdir. Lakin az müddət keçdikdən sonra düşmənçiliyə 

başladı. O diyarın alimləri ərz etdilər ki, “axı siz yeddi illik sülh bağlamışdınız”. Cavab verdi ki, “mən “yel” 

demişdim, “yıl” (il) deməmişdim və indiyə qədər də min yel ötüb keçmişdir”. Daim deyərdi ki, “heç bir şey 

haram deyildir, təkcə daşdan başqa; çünki onu yemək olmur”. Yuxarıda qeyd edildiyi kimi, bu il o, top mər-

misi ilə öldürüldü. 

 

Bu il Kürdüstan əmiri Məlik İzzəddin Şir vəfat etdi. 



827-Cİ İLDƏ (05.12.1423 – 22.11.1424) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 

 

Bu il Rum padşahı Sultan Murad, İzmiroğlunun



621

 üzərinə gəlib, onu vilayətindən qovaraq Məntəşa-

elini, Sərxan-elini və Həmid-elini

622


 ələ keçirdi. 

 

Həmçinin bu il Mirzə Uluğ bəy həbs etdiyi Şir Məhəmməd-oğlanı yenidən öz məmləkətini idarə et-



məyə göndərdi. O, öz məmləkətinə çatan kimi müxaliflik etməyə başladı. Bu xəbər Mirzə Uluğ bəyə çatdıq-

da, həddən artıq bir ordu ilə Xocəndə yollanıb o şəhərdə qışlaq etdi. Həmçinin bu il Mirzə Uluğ bəy Cətəyə 

hərəkət etdi. Büraq-oğlanın elçiləri gəlib, bir neçə qartal və yorğa atlar gətirərək onun Dəşti-Qıpçaq hökumə-

tinin taxtına əyləşməsinin müjdəsini gətirdilər. Mirzə Uluğ bəy elçiyə hörmət göstərib Tursun-oğlanı və Dur-

kəs Barlası çoxsaylı və müqayisəyəgəlməz mallarla təbrik üçün Dəşti-Qıpçağa yolladı. 

 

Bu il Şirvan padşahı Əmir Xəlilulla çoxlu qoşunla Gürcüstan üzərinə hərəkət bayrağını qaldırdı. On-



dan ötrü ki, qardaşı Əmir İshaq, Seyid Əhmədin yanına Şəkiyə getmişdi və gürcülərlə ittifaq halında Şirvana 

qəsd etmək istəyirdi. Gürcülərlə şirvanlılar arasında böyük bir müharibə oldu. Döyüşdən və vuruşdan sonra 

gürcülər  qaçış  yolunu  tutdular  və  cəngəlliyə  daxil  oldular.  Şirvanşah  onları  təqib  edib  meşəyə  daxil  oldu. 

Gürcü qoşunu onları məğlub etdi. Əmir Xəlilulla yüz həsrət və ah ilə Şirvan tərəfə fərar etdi. Gürcülər Şirvan 

diyarına basqın edib öz vilayətlərinə qayıtdılar. 

 

Həmçinin  bu il  Zühəl (Saturn),  Müştəri  (Yupiter),  Günəş,  Zöhrə  (Venera),  Ay  və  Ütarid  (Merkuri) 



əqrəb bürcündə qovuşdular. Ona görə də Hindistanda və Gücəratda min min (bir milyon?) adam öldü. 

Ölümlər 

 

Mirzə  Rüstəm  ibn  Ömərşeyx  ibn  Əmir  Teymur  Kürəkan  şəvval  [ayının]  6-da  (01.09.1424)  kədərlə 



dolu dünyadan əbədi aləmə köçdü. Ömrünün müddəti qırx yeddi il olmuşdur. Oğulları: Sultan Əli, Osman, 

Pir Məhəmməd və Sultan Cəlaləddin. Əmir Hacı onun oğlu Mirzə Osmanı əmirliyə əyləşdirdi. 



828-Cİ İLDƏ (23.11.1424 – 12.11.1425) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 

Mirzə Uluğ bəyin Şir Məhəmməd-oğlanla müharibə etməsi 

 

Bu ilin əvvəllərində yaxşı əməl sahibi olan şahzadə Mirzə Uluğ bəy çoxlu ordu ilə Moğolustan üzəri-



nə hərəkət etdi. Yol əsnasında Əmir Loğman Barlası müqayisəyəgəlməz bir ordu ilə Əşpərə hüdudunda qış-

                                                 

621

 İzmiroğlu  –  Aydın  elinin  əmiri  Cüneyd  Aydınoğlu  nəzərdə  tutulur.  O  zamanlar  Aydın  vilayətinin  ən  mühüm  şəhəri  İzmir  idi 



(Nəvai, şərhlər, s.310). 

622


 Burada Həmid-eli əvəzinə Aydın-eli yazılması daha doğru olardı. Çünki Həmid-elini Osmanlı sultanı daha öncə Qaramanlı İbra-

him  bəydən  almışdı.  Saruxan-eli,  Aydın-eli  və  Məntəşa-eli  Anadolunun  qərbində,  Egey  hövzəsində  yerləşən  tarixi  vilayətlərdirlər 



(Nəvai, şərhlər, s.310). Həmid-eli isə İsparta, Burdur, Egridir bölgələrində yerləşirdi. 


126

 

 



laq edən yağı (üsyankar) ulusa basqın etməyə göndərdi. Müxaliflər əmirlərə qarşı döyüşməyə başladılar. Da-

va-dalaşdan sonra onlar qaçış yolunu tutdular. Əmirlər müzəffər və qalib şəkildə, qeyri-məhdud qənimətlərlə 

birlikdə Mirzə Uluğ bəyin ordusuna qoşuldular və birlikdə hərəkət bayrağını nifaq əhlinə doğru qaldırdılar. 

Toququ mövqeyində Şir Məhəmməd-oğlan dəniz kimi təlatümə gələn ordu ilə göründü. Mirzə Uluğ bəy öz 

qalibiyyətli ordusunu tərtib etməklə məşğul oldu. Sağ cinahda (“meymənə”) Arslan Xoca Tərxan və qardaşı 

Əmir Mahmud qərar tutdu. Sol cinahda (“meysərə”) Həri Məlik və Əmir Loğman bahadırlar dəstəsi ilə yer-

ləşdilər. Mirzə Uluğ bəy mərkəzdə (“qəlb”) dayandı. O tərəfdən isə sağ cinahda (“bəranğar”) Payəndə Buğa, 

sol cinahda (“cəvanğar”) Məlik Heydər və mərkəzdə (“qol”) Şir Məhəmməd-oğlan qərar tutdular. 

Şeir 

“Oğlan soyluların və Rüstəm kimi döyüşçülərin yığışmasındən, 



Yer başdan-başa Qaf dağını

623


 qısqandırdı. 

Döyüş ahənginə malik iki dəmir dənizində, 

Yüz minlərlə nəhəng (timsah) göründü. 

Cahan məhşər çölünə döndü

Hava qoşunun tozanağından qaraldı”. 

 

Əcəl qartalı döyüş meydanının fəzasında pərvaz etdi. Bəla şahini qəhr caynağı ilə döyüşçülərin ruh-



larını qopardı. Qan yağdıran bulud ildırım xəncəri ilə bahadırların ömrünü şərab şüşəsi kimi göz yaşı ilə dol-

durdu. Qılıncın can odlayan şimşəyi igidlərin halına gil qədəh kimi güldü. Şir Məhəmməd-oğlan sol və sağ 

cinahları mərkəzə birləşdirib bir anda həmlə etdi. Lakin Arslan Xoca Tərxan və bahadırlar dəstəsi yerlərin-

dən tərpənmədilər. 

Nəzm 

“O qızğın aslanlar dəstəsi yerindən tərpənmədi, 



Onlar öz ayaqlarını Elburz dağı kimi yerə dayadılar. 

Dayandılar dəmir papaqlı igidlər, 

İsgəndər səddi kimi o döyüş meydanında”. 

 

Mirzə Uluğ bəy düşmən ordusuna həmlə etdi. Şir Məhəmməd-oğlan döyüşməyə tab gətirməyib qaçış 



yolunu tutdu. Qalib qoşunlar o məğrur güruhu təqib edərək bir çoxlarını qətlə yetirdilər. Mirzə Uluğ bəy, El-

çi Buğanı on min süvari ilə o yaramazın ardınca göndərdi və özü Yulduz yaylağına yollandı, oradan da qayı-

dıb Qərşi

624


 mövqeyinə gəldi. O mövqedə bir qaş daşı (“səngi-qaş”) vardı. Qədim padşahlar onu Xətay tərəf-

dən gətirmişdilər. Sahibqiran (Əmir Teymur) həzrətləri istəmişdi ki, o daşı Mavəraünnəhrə nəql etsin və [bu-

nun üçün] Əmir Cahanşahı neçə min adamla orada qoymuşdu. Lakin onlar onu nəql etməkdə aciz qaldılar və 

Sahibqiran  həzrətləri  öz  təəssüfünü  izhar  etdi  ki,  nə  üçün  daşı  gətirmədilər.  Mirzə  Uluğ  bəy  orada  iki  min 

cəld kişi qoydu ki, o daşı araba ilə darüssəltənə Səmərqəndə çatdırsınlar. O həzrət tam əzəmətlə darüssəltənə 

Səmərqəndə qayıtdı. 



Ölümlər 

 

Bu il söz ustadlığı meydanına nizam verənlərin seçkini Xoca İsmət Buxari bu fani aləmdən əbədi ca-



hana  köçdü.  Onun  nəsəbi Cəfər  ibn  Əbu-Talibə

625


 çatırdı.  Atası Xoca  Məsud  Buxaranın  böyüklərindən idi. 

Xoca İsmət Buxari şeirdə Əmir Xosrov Dehləvinin yolu ilə gedirdi və o cənabın işlətdiyi mənaların çoxunu 

öz şeirlərinə daxil etmişdir. Buna görə də birisi onun barəsində demişdir: 

Şeir 


“Rəhmətlik Əmir Xosrovu gecə gördüm yuxuda

Dedim: İsmət sənin xırmanından sünbülləri toplayıb, 

Onun şeiri sənin şeirindən daha artıq şöhrət tapıb. 

                                                 

623

 Qaf dağı – klassik kosmos anlayışlarında yer üzünü çevrələdiyi qəbul edilən əfsanəvi dağ (K.Yaşaroğlu. Kafdağı // TDVİA, cilt: 



24, yıl: 2001, s.144-145). 

624


 Qərşi  –  indiki  Özbəkistanın  cənubundakı  Qaşqadərya  vilayətinin  inzibati  mərkəzi  olan  və  Buxaradan  150  km.  cənub-şərqdə, 

Qaşqadərya çayı sahilində yerləşən Karşi şəhəri. 

625

 Cəfər ibn Əbu-Talib – Həzrət Əlinin qardaşıdır. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə