13
Monoqrafiyanın yazılmasında başlıca məqsəd N.Nərimanovun milli
dövl
ətçilik baxışlarını və fəaliyyətini aydınlaşdırmaq, ümumiləşdirmək və
sisteml
əşdirilmiş şəkildə elmi dövriyyəyə daxil etməkdir. Bu məqsədə nail
olmaqdan ötrü aşağıdakı vəzifələrin həllinə səy göstərilmişdir:
- 1917-
ci il fevral inqilabından və Oktyabr çevrilişindən
sonra və sovet
hakimiyy
ətinin ilk illərində milli məsələni; 1918-ci ilin martında daşnak və
bol
şevik silahlı dəstələrinin Bakıda müsəlmanlara qarşı törətdikləri kütləvi
qırğınlar zamanı N.Nərimanovun tutduğu mövqeyi, Aprel hadisələri ərəfəsində
Az
ərbaycanda yaranmış vəziyyəti və N.Nərimanovun Azərbaycan Xalq
Cümhuriyy
ətinə münasibətini aydınlaşdırmaq;
- N.N
ərimanovun 1920-ci ilin aprelinədək olan ictimai-siyasi fəaliyyətini
ümumi şəkildə təhlil etmək, sovet dövründə onun milli təmayülçü
kommunist
ideologiyasının köklərini araşdırmaq; sovet Rusiyasının Türküstan siyasətinə onun
baxışlarını, milli təmayülçülük hərəkatının əsas mahiyyətini və Nərimanovun bu
siyasi h
ərəkatın yaranmasında və həyata keçirilməsində rolunu araşdırmaq;
- Fevral
inqilabından sonra Cənubi Qafqazda yaranmış ərazi münaqişələrini,
1918-1920-ci ill
ərdə, 1920-ci ilin aprelində və 1920-1923-cü illərdə yaranmış
ümumi v
əziyyəti və N.Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda
mübariz
əsini öyrənmək;
- N.N
ərimanovun sovet dövlət quruculuğu prosesində, milli dövlətçilik
baxışlarında və fəaliyyətində olan xüsusiyyətlərini və bolşevik siyasəti ilə
ziddiyy
ətlərinin
mahiyyətini, kadr siyasətini, türkçülük mövqeyi və Türkiyəyə
münasib
ətdə siyasətini, milli-mədəni inkişaf yolunda fəaliyyətini, milli düşüncəli
ziyalılara qayğısını, Azərbaycan dilinə dövlət statusu verilməsi barədə siyasətini,
İslam dininə olan münasibətini, sosial yönümlü iqtisadi sistemin yaradılmasında
mövqeyini,
sovet hakimiyy
əti dövründə Azərbaycanın milli simasının itirilməsi
c
əhdlərinə qarşı siyasətini öyrənmək.
Monoqrafiyada ilk d
əfə olaraq N.Nərimanovun dövlətçilik baxışları və
f
əaliyyəti sistemli, hərtərəfli tədqiq olunmuş, bu baxışların və fəaliyyətin
mahiyyəti
mü
əyyənləşdirilmiş və sistemləşdirilmiş, nəzəri ümumiləşdirmələr aparılmış,
t
ədqiqatın nəticəsi olaraq təqdim edilmişdir.
Tarixin mühüm v
ə ziddiyyətli dövründə N.Nərimanov bir müddət AXC-ni
d
əstəkləmiş, sonralar onun süqutunun labüd olduğunu görərək, vəziyyətdən daha
az itkil
ərlə çıxmaq üçün yollar aramış, idealizmə qapılmamış, praqmatik siyasətçi
olaraq bu v
əziyyətə düşməyin səbəblərini sosialist
sistemində, milli yönümlü
kommunist ideologiyasında, sovet Rusiyası ilə müttəfiqlikdə, Türkiyə dövləti və
Türküstan xalqları ilə sıx əlaqədə görmüş və məhz belə baxışla Azərbaycan
taleyinin m
əsuliyyətini boynuna götürmüşdür. N.Nərimanovun bu addımı
hakimiyy
ətə can atmaqdan daha çox yaranmış vəziyyətin zərərsizləşdirilməsi ilə
s
əciyyələnir. O, hakimiyyətə gələrkən yaranmış ictimai-siyasi vəziyyəti doğru
qiym
ətləndirərək, ölkədə yaranmaqda olan sosialist sistemindən öz xalqının
14
m
ənafeləri naminə maksimum istifadə etməyə çalışmış, xalqını bolşevik
inqilabının faciələrindən qurtarmağa səy göstərmişdir. Onun bu vəzifənin
öhd
əsindən necə gəldiyi faktlar əsasında araşdırılmış və dəyərləndirilmişdir.
N.N
ərimanovun Azərbaycandakı sovet dövlət quruculuğu proseslərinə
f
ərqli baxışlarının mahiyyəti, sovet sistemi və kommunist ideologiyasının
qadağaları və təqibləri şəraitində N.Nərimanovun
antiazərbaycan mövqeli
siyas
ətçiləri vəzifələrindən uzaqlaşdırmağa nail olması, dövlətçilik işlərinə cəlb
olunan milli kadrların hazırlanmasında, Azərbaycan xalqının milli-mədəni
d
əyərlərinin qorunmasında və milli düşüncəli ziyalıların sovet rejiminin ölüm
p
əncəsi və təqiblərindən xilas etməsində oynadığı müstəsna rol aşkar edilmişdir.
Az
ərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə 1917-ci ilin fevralından
1923-cü il
ə qədərki dövrdə eyni siyasi və hərbi gərginlik, dünyanın aparıcı
dövl
ətlərinin geopolitik maraqları, milli qarşıdurma, xarici təsirlər və
bağışlanılmayan ərazi itkiləri (İrəvan və Dərbənd xanlıqlarının və Zəngəzur
mahalının əraziləri) ilə səciyyələnir. Sovet Rusiyası tərəfindən Bakının
Az
ərbaycanın paytaxtı, Zaqatalanın Azərbaycanın ərazisi olaraq tanınması, Dağlıq
Qarabağ və Naxçıvanın Azərbaycan ərazisi olaraq beynəlxalq sənədlərlə
r
əsmiləşdirilməsi N.Nərimanovun xidməti kimi qiymətləndirilməlidir.
XX
əsrin 20-ci illərində kommunist ideologiyası çərçivəsində ortodoks-
bolşevik (solçular) və milli təmayülçülük (sağçılar) hərəkatlarının arasında
mübariz
ə getmişdir. N.Nərimanov milli təmayülçülük hərəkatının ideoloqlarından
v
ə banilərindən biri olmuş, bu mübarizədə Sovet Rusiyasında və ümumiyyətlə,
SSRİ-də fəaliyyət göstərən türkəsilli siyasətçilər arasında aparıcı şəxs olmuşdur.
N.N
ərimanov sovet Rusiyasında, yaranmaqda olan SSRİ hökumətində
Az
ərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı çıxan qüvvələrlə açıq-aydın
mübariz
ə aparmışdır. Bir çox uğurlar qazanmasına baxmayaraq, mübarizəsinin
n
əticələrindən razı qalmayan N.Nərimanov SSRİ rəhbərliyinə açıq şəkildə etirazını
bildirmiş, hətta Azərbaycanın SSRİ ilə əlaqələrini pozacağını bəyan etmişdir. Onun
gizli
siyasi t
əşkilat yaratmaq səyi haqqında arxiv materialları mövcuddur. O, milli
dövl
ətçilik baxışlarını dinamik şəkildə inkişaf etdirərək Rusiyasayağı kommunist
ideologiyasından (yəni milli maraqları dəyərləndirməyən və siniflərarası
mübariz
əni qanlı qarşıdurmada görən bolşevizmdən) və sosialist sistemindən (yəni
xırda və orta burjuaziyanın maraqlarını nəzərə almamaqdan) imtina edərək,
Az
ərbaycan milli dövlətçiliyinin inkişafını milli adət-ənənələrə əsaslanan
ideologiyada v
ə Avropasayağı sosialist sistemində görmüşdür.
N.N
ərimanovun baxışlarının və fəaliyyətinin öyrənilməsi sovet dövründə
dövl
ətçiliyin, ictimai-siyasi həyatın, elmin, maarifin və mədəniyyətin müxtəlif
sah
ələrində çalışan şəxslərin milli dövlətçilik baxışlarının, fəaliyyətinin tədqiqinə,
çox
əsrlik tariximiz boyu xalqımıza və dövlətimizə başçılıq edən
xadimlərin milli
dövl
ətçilik baxışlarının və fəaliyyətlərinin araşdırılmasına xidmət edir.