HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   2   3   4   5   6   7   8   9   10   ...   82

15 
 
I  F Ə S İ L 
 
SOVET HAKİMİYYƏTİ VƏ MİLLİ TƏMAYÜLÇÜLÜK 
 
1.1. Sovet hakimiyy
ətinin ilk illərində milli məsələ 
 
1917-1920-ci ill
ərdə milli məsələlər. 1917-ci il oktyabr çevrilişindən sonra 
müst
əmləkəçilik  psixologiyası  ilə  barışmayan  Rusiya  xalqları  bir  növ  gözləmə 
mövqeyin
ə  keçdilər. Onlar hələ  də  Ümumrusiya Müəssislər Məclisinin 
toplanacağına  və  qərarlar qəbul edəcəyinə  inanırdılar.  1918-ci  ilin  yanvarında 
toplaşan Müəssislər Məclisi Rusiyanı federativ respublika elan etdi. Xalqlar buna 
inansalar  da  bolşeviklər Müəssislər Məclisini  dağıtdı.  Nəticədə  federativ 
demokratik  respublikanın  yaranmasına  olan  ümidlər heçə  çıxdı.  Bundan  sonra 
xalqlar müst
əqilliyə  doğru  getmək  haqqında  düşünməyə  başladılar.  Belorusiya 
Oktyabr çev
rilişini  anarxiya  adlandırdı,  Ukrayna  1918-ci ilin aprelində  öz 
müst
əqilliyini elan etdi. Cənubi Qafqaz xalqları 1918-ci ilin fevralında Zaqafqaziya 
Seyminin yaradıldığını, apreldə isə Cənubi Qafqazın Rusiyadan ayrıldığını bəyan 
etdil
ər. 1917-ci ilin noyabrında  Şimali  Qafqaz  Dağlı  xalqları  Respublikası  adlı 
dövl
ət  qurumu  yaratdılar.  Rusiya  müsəlmanlarının  IV  qurultayı  1917-ci ilin 
noyabrında  paytaxtı  Kokand  olmaqla  Türküstanın  muxtariyyətini elan etdi. 
Qazaxlar  Alaş-Orda  adlı  milli  muxtariyyət  yaratdılar.  Bolşeviklərin  başı  öz 
hakimiyy
ətlərini möhkəmləndirmək  işinə  qarışdığından,  hələ  ki, bu “hərc-
m
ərcliyə” dözürdülər. 
Oktyabr  çevrilişindən  sonra  bir  sıra  nəticələr  əldə  olundu. Birincisi, 
bolşeviklər  artıq  federativ  demokratik  respublika  yaratmaq  fikrində  deyildilər. 
İkincisi,  Rusiya  xalqları  artıq  öz  müqəddəratlarını  Müəssislər Məclisindən 
gözl
əməli deyildilər. Üçüncüsü, siyasi qüvvələri belə  bir  sual  düşündürürdü  ki, 
hansı yönümlü dövlət yaratsınlar: sosialist yönümlü, yoxsa burjua yönümlü? 
Bolşeviklər 1917-ci  ilin  ortalarına  qədər hər  hansı  federasiyanın  əleyhinə 
olsalar da, sonralar öz mövqel
ərini dəyişdirdilər.  Oktyabrda  onlar  “xalqların  öz 
müq
əddəratını  təyin etmək  hüququ”  haqqında  dekret  qəbul etdilərsə  də, sonralar 
Stalin b
əyan etdi ki, bu məsələ  ancaq  “xalqın  sosializmi  seçməsi”  şərtilə  həyata 
keçiril
ə bilər. 
Bolşeviklərin yeni dövlətçilik  sistemini  yaratması  prosesində  çoxlu 
ziddiyy
ətlər 
meydana 
çıxdı. 
Bir 
tərəfdən, 
bolşeviklər proletar 
beyn
əlmiləlçiliyindən, sinfi həmrəylikdən  danışır,  o  biri  tərəfdən isə  xalqlar öz 
milli-
azadlıq  yollarını  milli  dövlətçilikdə  görürdülər. Stalinə  görə  yaradılmaqda 
olan muxtariyy
ətlər gələcək sosialist mərkəzçiliyinə və ya unitar dövlətçiliyə keçid 
üçün sad
əcə bir vasitə idi (135, t.4, s.32; 92; 102; 115-117). Milli siyasətçilər də 
axtarışda  idilər. Bəzi milli-siyasi  qurumlar  marksizmin  yararsız  olduğunu  hiss 
ets
ələr də  özlərinin milli-azadlıq  yoluna  çıxışlarını  ancaq  Leninlə,  bolşeviklərlə 


16 
 
əməkdaşlıqda  görürdülər.  Bolşeviklər də  öz növbələrində  milli siyasətçilərlə 
əməkdaşlığa  hazır  idilər. Onlar hətta gələcək ateist siyasətlərini hələlik 
qabartmadan xalqları ələ almaq üçün onların din xadimləri ilə də əməkdaşlığa hazır 
idil
ər (105, s.21). Tərəflərin hər biri öz məqsədini güdürdü və  iki tərəfin də 
praqmatik siyas
əti  göz  qabağında  idi.  Milli  siyasətçilər  yaratdıqları  mııxtariyyəti 
tanıtmaq  üçün  hər  hansı  güzəştlərə  hazır  idilər. O biri tərəfdən,  xalqların  öz 
müq
əddəratını  təyin etmək hüququnu elan edən  bolşeviklər  onların  sovet 
hakimiyy
ətini qəbul etdikləri və  bu hakimiyyətə  tabe  olduqları  halda 
muxtariyy
ətlərinin tanınacağını bəyan edirdilər (92, s.36) . 
Bir  sıra  ərazilərdə  sovet hakimiyyəti elan olundu. 1919-cu il iyunun 3-də 
Rusiya, Ukrayna, Latviya, Litva v
ə  Belorusiyanın  nümunəsində  sovet 
respublikalarının birləşməsi üçün ilk cəhd edildi. Bu, gələcək SSRİ-nin yaradılması 
üçün ilk t
əşəbbüs idi. Bu respublikalar hərbi  işlərini, xalq təsərrüfatı  sahələrini  - 
iqtisadiyyatlarını,  dəmiryolu idarəçiliyini, maliyyə  məsələlərini və  əmək 
probleml
ərini birləşdirdilər. Birləşmiş  problemlərin idarəsi üçün xüsusi 
kollegiyalar  yaradıldı.  Bunlar  isə  gələcəkdə  yaradılacaq  ittifaq  nazirliklərinin ilk 
nümun
əsi idi (135, s. 11-12). Bu mərhələdə bolşeviklər üçün ən vacib olan məsələ 
Rusiya 
ərazisində  sovet hakimiyyətinin  qurulması  idi. Onlara görə  sovetləşmiş 
ərazilərin birləşməsi sonranın işi, həm də asan məsələ idi (135, s.12). 
Sovet hakimiyy
əti,  yarandığı  ilk  üç  il  ərzində  milli məsələlərin həllini 
diqq
ət mərkəzinə gətirdi. Bolşeviklərin bəyan etdiyi sülh haqqında dekretdə “özgə 
ərazilərin ilhaqı və tutulması”, “hər hansı ərazinin birləşdirilməsi”, “güc tətbiqi ilə 
ərazi birləşdirilməsi” pislənir  (164,  s.5),  “Rusiya  xalqlarının  hüquq 
b
əyannaməsi”ndə xalqlara “öz müqəddəratını azad şəkildə təyin etmək və müstəqil 
dövl
ət yaratmaq hüququ verilirdi” (135, s.7). Zəhmətkeş  və  istismar olunan 
xalqların  hüquq  bəyannaməsində  “xalqların  öz  müqəddəratını  azad  yolla  təyin 
etm
ək” yolu ilə  “demokratik sülhün əldə  edilməsi” bəyan olunurdu (135, c.71). 
Müv
əqqəti hökumətin bu məsələlərdə  qeyri-müəyyən  hərəkətləri fonunda belə 
q
ərarların  qəbul edilməsi siyasətçilərin və  geniş  xalq  kütlələrinin diqqətindən 
yayına bilməzdi. 
Müxt
əlif xalqlara aid xüsusi dekretlər qəbul olundu. Sovet hakimiyyətinin 
ilk ill
ərində  ermənilər  haqqında  sənədlər qəbul olundu: “Xalq Millətlər 
Komissarlığının  müraciəti; Türkiyə  Ermənistanı  haqqında  Xalq  Komissarları 
Sovetinin 3 yanvar 1918-ci il dekreti; Erm
əni Milli Şurasının, Müdafiə Şurasının, 
H
ərbi-İnqilabi  komitələrinin və  ermənilərin  başqa  burjua  təşkilatlarının 
buraxılması  haqqında  Xalq  Komissarları  Sovetinin  Qərarı  (19  iyul  1918-ci il); 
Moskvadakı Erməni İnstitutu haqqında Rusiya Xalq Komissarları Sovetinin 4 mart 
1919-cu il dekreti (institutun 
əsasnaməsi)”. Bu sənədlərin təhlili göstərir ki, 
bolşeviklərə ermənilər nə qədər yaxın olsalar da, sovet hakimiyyəti onlardan daha 
əziz  idi.  Bolşeviklər ermənilərin hər  hansı  problemlərini  onların  sovet 
hakimiyy
ətini qəbul etmələri  şərti ilə  həll etməyə  hazır  idi.  Hətta “Türkiyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə