Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə137/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   134   135   136   137   138   139   140   141   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
Nəticə
Tarixi  faktlar  təsdiqləyir  ki,  "Dənizdən-dənizə  Erməni­
stan"  xülyası  ilə  yaşayan  ermənilər  müəyyən  xarici  hava­
darlarının köməyi ilə müxtəlif dönəmlərdə azərbaycanlılara və 
türklərə  qarşı  xəyanət,  amansız  terror  və  soyqırımı  həyata 
keçirmiş,  deportasiya  ilə  etnik  təmizləmə  siyasəti  aparmışlar. 
Bir  sıra  dövlətlərin  hakim  dairələri  tərəfindən  himayə  olunan 
bu mənfur siyasət çar Rusiyası və sovet hakimiyyəti  dövründə 
də  ardıcıl  şəkildə  davam  etdirilmiş,  SSRİ-nin  süqutu  prosesi 
azərbaycanlıların doğma  torpaqlarından  qovulması,  qaçqın və 
məcburi  köçkünə  çevrilməsi,  kütləvi  qırğınlarla  müşayiət 
olunmuşdur.  Təcavüzkar  erməni  millətçilərinin  və  sərsəm 
"Böyük  Ermənistan"  ideoloqlarının  etnik  təmizləmə  və 
soyqırımı  siyasətinin  nəticələrini  bütövlükdə  iki  milyon 
azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
80-ci  illərin  sonlarından  başlayaraq  ermənilər  təşkilat­
lanmış  halda  Azərbaycana  qarşı  ərazi  iddialarına  başladılar. 
Ermənistanda  isə  etnik  təmizlənmə  adı  altında  uzun  illərdən 
bəri  həyata  keçirilən  planı  fərqli  şəkildə  həyata  keçirməyə 
başladılar. Ermənistan monoetnik respublikaya çevrildi.
1990-cı  illərin  əvvəllərində  Azərbaycan  informasiya 
blokadasında idi və erməni lobbisinin bütün dünyada apardığı 
yalan təbliğat kampaniyası ölkəmizin mənfi beynəlxalq imicini 
formalaşdırmaq  məqsədinə  xidmət  edirdi.  Bu,  ilk  növbədə, 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  barədə 
əsassız  iddiaların  dünya  ictimaiyyəti  tərəfindən  qəbul 
edilməsinə yönəlmişdi.
Azərbaycan  ermənilərin  məkrli  planlarım  unutduq­
larından ilk vaxtlar rəhbərlərin səriştəsizliyi üzündən çaşqınlıq 
keçirməyə,  müxtəlif  sahələrdə  onlara  cavab  verə  bilmirdilər. 
Çox  maraqlıdır  ki,  ermənilər  uzun  illərdən  bəri  həyata  keçir­
dikləri  fəaliyyət  reseptlərindən  istifadə  edərək  Azərbaycanı
544
H əsənbala Sadıqov
1993-cü  ilə  qədər,  yəni  ümummilli  lider  H.  Əliyev  II  dəfə 
hakimiyyətə  gələnə  qədər  informasiya  blokadasında  əsasən 
saxlaya bilmişdilər.
Ulu  öndər  iştirak  etdiyi  bütün  beynəlxalq  tədbirlərdə, 
dövlət  və  hökumət  başçıları  ilə  görüşlərində  Azərbaycan 
torpaqlarının  Ermənistan  tərəfindən  işğal  olunması,  bir 
milyondan  artıq  soydaşımızın  qaçqın  və  məcburi  köçkün 
vəziyyətinə  düşməsi  barədə  həqiqətləri  dünya  ictimaiyyətinin 
diqqətinə  çatdırırdı.  Həmin  dövrlərdə  dövlət  başçısı  İlham 
Əliyevin  prezident  seçilməzdən  əvvəl  Avropa  Şurasının 
Parlament  Assambleyasında  (AŞPA)  Azərbaycan  Parlamenti 
daimi  nümayəndə  heyətinin  rəhbəri  kimi  səmərəli  fəaliyyəti, 
qurumun iclaslarında cəsarətli çıxışları ilə Azərbaycan həqiqət­
lərinin  dünyaya  çatdırılmasında,  respublikamızın  Avropa 
məkanında nüfuzunun artmasında xidmətlər göstərib.
Günümüzdə də ermənilərin baş rol oynadıqları ssenarilər 
davam  edir.  Dünyanın  müxtəlif coğrafiyasında  özgə  topraqla- 
rına  göz  dikənlərə  qurulan  beynəlxalq  məhkəmələr  haqqında 
tarixin  arxivlərində  istənilən  qədər  sənədlər  var.  Bu  yol  Nü- 
rünberqdən başlamış Axenə qədər davam edir. Lakin ermənilə­
rin  istər əvvəlki  tarixlərdə,  istərsə  də  bu  gün  başqalarmın  tor­
paqlarını işğalı və ya işğal etmək təşəbbüsləri nəinki cəzalandı­
rılmır, çox təəssüflər ki, dünya siyasətində söz sahibi olan döv­
lətlər -  böyük güclər tərəfindən ikili standartlar tətbiq edilərək 
hətta  müdafiə  də  olunur.  Qanı  hələ  də  axmaqda  olan  Xocalı 
soyqırımı  kimi  bəşəri faciəyə  dünyada  sülh  və  demokratiya  uğrunda 
mübarizə aparan,  ikili standartların  əsirinə çevrilmiş böyük dövlətlər 
həqiqi siyasi qiymət verməmişlər. Arxivlərdə „araşdırmalar" apararaq 
tarixin dəfələrlə təkzib etmiş olduğu „qırğınlardan" saxta „soyqırımı" 
qovluğu hazırlamağa çalışırlar, çox halda hazırlamağa nail olurlar da.
Halbuki bu gün də müxtəlif regionlarda ermənilərin ərazi 
iddiaları  qırğınlarla  müşayiət  olunur.  Erməni  məsələsi  mahiy­
yət etibarı ilə işğalçı məsələdir. Ermənistan yeganə dövlətdir ki, 
öz  konstitusiyasında  yaxın  qonşu  dövlətə  -  Türkiyəyə  qarşı
545


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalım pərdələyən yalan
əsassız  ərazi  iddiasını  ortaya  qoymuşdur.  Onun  işğalçılıq 
mahiyyəti  onunla  əlaqədardır  ki,  erməni  məsələsi  tarix  olaraq 
Ermənistan  respublikasından  əvvəl  meydana  gəlmişdir. 
Günümüzdə  də ermənilərin yalnız  Türkiyənin ərazisinə deyil, 
Azərbaycan,  İran,  Gürcüstan,  Suriya  və başqa  dövlətlərə  qarşı 
ərazi  iddialarında  olduqları  aydm  şəkildə  görünür.  "Ermənis­
tan on ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal edib, indi 
Azərbaycanı işğal siyasətində ittiham edir."1080
XIX-XX  əsrlərdə  olduğu  kimi  XXI  əsrdə  də  ermənilər 
dənizdən-dənizə „Böı/ük  Ermənistan"  ideyasım  davam  etdirirlər. 
Bitib  tükənməyən  „soyqırımı"  nağılları  ilə  dünyanın  müxtəlif 
ölkələrinin mötəbər məclislərinin gündəliyində iddialarının yer 
almasına,  hətta  bir  çox  ölkələrdə  qəbul  edilməsinə  də  nail 
olurlar.  Azərbaycan  və  türk  diaspor təşkilatları  rəhbərlərinin  I 
forumunda Azərbaycan prezidenti İlham Əliyev qeyd etmişdir: 
"Çünki  əfsuslar  olsun ki,  bu  günə  qədər geniş mənada  dünya 
ictimaiyyətində bizim haqqımızda tam həqiqəti əks etdirən rəy 
yoxdur."1081 *
Onların  soyqırımı  iddialarının  konkret nümunəsi  dünya­
nın  müxtəlif  şəhərlərinin  mərkəzlərində  ermənilər  tərəfindən 
əsassız  olaraq  "onları  qətl etmiş  xalqlara  qarşı  ucaldılan",,/:/»" 
abidələridir.  Çox  maraqlıdır  ki,  „kin"  abidələri  üçün  mövzu, 
kitablarında  gəncliyə  təqdim  olunan  erməni  xalq  "qəhrəman­
ları"  milyonlarla  türk  insanını  qətl  etmiş,  soyqırımına  məruz 
qoymuş  insanlardır.  Bu  abidə  sahiblərinin  tərcümeyi-halının 
aydınlaşdırılması  ermənilərin  „soyqırımı"  iddialarına  əsaslı 
cavab ola bilər.
1827-1828-ci illər rus-osmanlı  savaşına  qədər Qafqazda, o 
cümlədən  tarixi  Azərbaycan  torpaqlarında  erməni  amili  təsirli 
deyildi.  Lakin bu  savaşdan  başlayaraq  Rusiya  tərəfindən  Qaf­
qazın  etnik  coğrafiyası  yenidən  biçilməyə  başlanmışdır.  Bu
1080  Azərbaycan  və  türk  diaspor  təşkilatlan  rəhbərlərinin  I  forumunda  Azərbaycan
prezidenti  İlham Əliyevin nitqi. “Azərbaycan” qəzeti,  10 mart 2007-ci  il.
081  “Azərbaycan” qəzeti,  10 mart 2007-ci il.
546
H ssənbala  Sadıqov
biçilmədə  erməni  amilinə  üstünlük  verilməsi  onları  xristian 
təəssübkeşliyi ilə yanaşı ermənilərin istənilən siyasətdə alət olu­
nmasının  asanlığı  ilə  bağlıdır.  Rusiya  hər  dəfə  istədikdə bunu 
bacarmışdı.
Qafqaz  coğrafiyası  1827-1828-ci  illər  rus-türk  savaşından 
1918-ci  ilə  qədər  müxtəlif  mülahizələrlə  ermənilərin  ən  çox 
köçürülüb  yerləşdikləri  bölgə  olmuşdur.  Burada  Rusiyanın 
siyasətinin  müvəffəqiyyətli  olması  tezisi  heç  də  özünü  tam 
doğrultmur. Rusiyaya görə Qafqaz ermənilərin çoxluq təşkil etdikləri 
Rusiya  ərazisi,  Şərqi  Anadolu  isə  erməni  iddialarına  görə  „Tarixi 
Ermənistanın  bərpası  olmalı  idi."  Heç  təsadüfi  deyil  ki,  ermənilərin 
müstəqil  dövlət  yaratmaq  fikirləri  tarixin  bütün  dövrlərində 
Rusiyanın onlarla əlaqədar siyasətinin dəyişməsinə təsir göstərmişdi.
Ermənilərin  Qafqaza,  o  cümlədən  Azərbaycana  yerləş- 
dirilmələri regionda yeni münasibətlər sisteminin meydana çıx­
masına səbəb olmuşdur.  Bu  münasibətlər sistemi, Qafqazın et­
nik coğrafiyasının məhsulu olan qarşılıqlı əlaqələr müxtəlif mü­
nasibətlərin nəticəsi kimi meydana çıxmasındadır. Adi zaman­
larda  qarşılıqlı  fayda  prinsipi  münasibətlərin  gündəliyində 
olduğu halda,  zaman dəyişdikdə artıq bu  prinsiplər unudulur, 
yeni münasibətlərdə iddialar prinsipi meydana çıxırdı.
Bu  da  hər  dəfə  Qafqazda,  o  cümlədən  Azərbaycanda 
etnik  zəmində  münasibətlərin  gərginləşməsinə,  ən  nəhayət 
tərəflərin qarşılıqlı iddialarının nəticəsi kimi meydana qırğınlar 
gətirirdi.  Burada  tərəflərin  uğurları  və  ya  uğursuzluqları 
onların inkişaf vəziyyətindən, təşkilatlanmasından çox asılı idi. 
Ermənilər  əksər  hallarda  dövrün  zəruri  şərtlərinə  dayanaraq 
təşkilatlanmalarından istifadə edə bilirdilər.
Anadoluda, istərsə Qafqazda, o cümlədən Azərbaycanda, 
yaşadıqları  coğrafiyalar  arasında  fərqlərə,  məsafələrə,  o  za- 
mankı əlaqə imkanlarına baxmayaraq təşkilatlanma ermənilərə 
üsyan,  həmrəylik  təşkil  etməyə  imkan  verirdi.  Digər  tərəfdən 
ermənilərin təşkilatlanmalarının onlara verdiyi üstünlüklərdən 
biri  də  geniş  təbliğata  sahib  olmaları  idi.  Bu  təşkilatlanmaya
547


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə