Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə135/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   131   132   133   134   135   136   137   138   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və işğalını pərdələyən yalan
Xocalım aldılar,  Azərbaycan hərbi hissələrini oradan çıxardılar.  Əldə 
olan  məlumata  görə  bir  neçə  ailə  nıəshəti  türkləri  istisna  edilərsə 
qəsəbədə  demək  olar  ki,  dinc  əhali  olmamışdı.  Məhsəti  türklərinə  də 
DQR-də  toxunulmazlıq  təmin  etmiş  və şərait yarandıqda  respublika 
ərazisini  tərk  etmək  imkanları  olduğunu  bildirmişdilər.  Gecə 
döyüşünün təfərrüatı dəqiqləşdirilir. "vm
„Pro  armenia"  agentliyi  „DQR  Daxili  İşlər  idarəsinin" 
mövqeyini  şərh  edərək  bildirirdi:  „döyüş  uzun  müddət  davam 
etmədi,  qəsəbədə  yerli,  azərbaycanlı  dinc  əhali  arasında  ölən 
olmamışdı.''
 
Xocalı  yaxınlığındakı  döyüşlərdə  „Pro  Armeni- 
ya"ya  görə  30-40  azərbaycanlı  əsgər  öldürülmüş  və  100-dən 
artığı  əsir  alınmışdı.  Dinc  əhalinin  cəsədlərinə  gəldikdə  isə 
onları  Azərbaycan  ordusu 
Xocalıdan  Ağdama  qədər 
düzmüşlər.  Bundan  başqa  Daxili  işlər  idarəsi  əməkdaşımn 
məlumatına görə cəsədlərin çoxu soyuqdan ölmüşlər."1
0
6
6
 1067
Yerevandan  „İzvestiya"nın  müxbiri  Sergey  Bablumyan 
məlumat  verir  ki,  Dağlıq  Qarabağ  üzrə  Ermənistan  Ali 
Məclisinin  xüsusi  komissiyasının  sədri  Seyran  Baqdasaryan 
bildirir ki, yaxın günlərdə Azərbaycan tərəfindən böyük ölçüdə 
hərbi  əməliyyatın başlanması  gözlənilir.  Bununla  müqayisədə 
əvvəlkilər  „uşaq  oyuncağıdır."  O,  bunun  səbəbini  Azərbay­
canın  BMT-yə  qəbul  edilməsində,  MDB-nin  366-cı  polkunun 
Stepanakertdən  (Xankəndi)  çıxarılmasında  görürdü.  Yerevan 
və Stepanakertlə bağlı Azərbaycan nümayəndəliyinin Moskva­
da  göstərdiyi  kadrlarla  əlaqədar  olaraq  bildirilir  ki,  onlar 
„saxtadır."1068
Bu,  tarixən  erməni  təbliğatının  ən  mühüm  metodu  idi. 
Onlara bəlli idi ki, Xocalı soyqırımı baş verdikdə Azərbaycanın 
diasporu  ermənilərlə  müqayisədə  dünyada  elə  bir  imkana 
sahib  deyil  ki,  gerçəkləri  qəbul  etdirə  bilsin.  Bu  imkanlarına 
dayanaraq  yalnız  qırğınlar  törətmək  deyil,  onlara  dünyada
1066 „Правда” 28  февраля  1992  г.
1067  „Правда” 28  февраля  1992 г.
1068  „Известия” 6 марта  19992  г.
536
Həsənbalcı  Sadıqov
haqq  qazandırmaq  haqqında  heç  də  az  fikirləşmirdilər. 
Azərbaycanın  qırğın  yerindən  olan  reportajlarını  dünyaya 
„saxta"  adı  altında  təqdim  etdikləri  halda,  özlərini  müdafiə 
edən tərəf olaraq göstərməkdən də əl çəkmirlər.
Onlar yalnız öz güclərinə güvənmir, başqa ölkələrin xəbər 
kompaniyalarının 
müxbirlərini 
də 
yanlarına 
almağa 
„çalışırdılar." Nail ola bilmədiklərində istənilən kompaniyanın, 
istənilən  şəxsin  adından  veriliş  hazırlaya  bilir  „Bir  dəlinin 
quyuya  atdığı  daşı,  bir  neçə  ağıllının  çıxara  bilməməsi" 
məntiqindən  yola  çıxır,  hadisə  yerində  olmamış  müxtəlif 
ölkələrin  jurnalistlərinin  „adından"  verilişlər  hazırlamaqdan 
çəkinmirdilər. Belə insanlardan biri də fransız jurnalisti Florens 
Deviddir.  Erməni  tərəfin  hazırladığı  verilişdə  fransız jurnalisti 
Florens  Devid  „təsdiq  edir"  ki,  guya  „Xocalı  faciəsinin 
qurbanları ilə əlaqədar olan kamera çəkilişləri saxtadır."
Kamera çəkilişlərinin saxta olmadığını yalnız Azərbaycan 
tərəfi deyil, başqa ölkələrin də jurnalistləri təsdiq etdilər. Xocalı 
faciəsinin  qurbanları  ilə  əlaqədar  kamera  çəkilişlərində  şahid 
ola  biləcək  xarici  jurnalistlər  də  olmuşdur.  Frans  Press 
agentliyinin Moskva müxbiri Stefan Bentura və onun iş yoldaşı, 
fransız „Senq"  telekompaniyasından  olan Ahmet Sel  də  orada 
olmuşlar.  Buna  görə  də  bu  çəkilişlərin  orjinallığım  onlar  da 
görmüşdülər.
Bununla  əlaqədar  olaraq  onlar  Azərbaycan  informasiya 
agentliyinin  müxbiri  ilə  olan  söhbətlərində  bildirmişdilər. 
„Azərbaycan  kəndi  olan  Xocalıdakı faciə  qurbanlarına  aid  çəkilişlər 
etibarlıdır  və  onda  heç  bir  saxtakarlıq  yoxdur.  Çəkiliş  edənlər 
içərisində,  telejurnalist  Florens  Devid,  nə  də  İranın  Qızıl  Aypara 
cəmiyyətinin  nümayəndəsi  olmamışdır,  bundan  başqa  o  zaman 
ermənilərlə  azərbaycanlılar  arasında  cəsədlərin  dəyişdirilməsi  də 
olmamışdır."1069
 
Bu, Stefan Bentura və Ahmet Selin dedikləridir.
Hadisə  yerində  olan  jurnalistlərin  siyahısım  onlar  da
1069  Ходжалы.  Хроника геноцида.  Баку  1993, стр.  129
537


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqtrtmtnt və işğalım pərdələyən yalan
təsdiq  etmişlər.  Onlar  Xocalıda  faciə  qurbanları  ilə  əlaqədar 
çəkilişin  kimlərin  iştirakı  və  necə  bir  şəraitdə  aparıldığını  da 
bildirmişlər.  „29  fevralda  xarici  jurnalistlərin  qrupu-AFP-nin 
fotorepotyoru  Devid  Brokli,  yunan  mənşəli  Kosta  adında  amerikan 
jurnalisti,  ingilis „Tayms" müxbiri Anatoli Levina hərbi vertalyotda 
Xocalı  rayonuna  yollandıq.  Bizim  tanıdığımız  telejurnalist  Floren 
Devid  bizimlə  olmadı,  hətta  o  Ağdamda  da  yox  idi.''1070 Ə w əİdən 
qeyd  etdiyimiz  kimi  ermənilər  Xocalıdakı  çəkilişlər  vaxtında 
orada olmayan bir jurnalistin adından çəkilişləri saxta elan edir.
Stefan  Bentura  aşağıdakıları  da  bildirmişdi:  „Çox  geniş 
yamacda  və  çatlaq  yerlərə  qadın,  uşaq,  qoca  cəsədləri  atılmışdı. 
Cəsədlər  iki  bir,  üç  bir,  çox  halda  bir-bir  olmaqla  eybəcərləşdirilmiş 
vəziyyətdə  idilər.  Çəkilişi  Azərbaycan  televiziyasının  opreratoru 
Çingiz Mustafayev aparırdı. Biz vertalyotda qalmışdıq, ərazi başqa bir 
döyüş  maşını  tərəfindən  havadan  atəşə  tutulmaqda  davam  edirdi. 
Onların ermənilər olduğunu  təsəvvür etmək o qədər də çətin  deyildi. 
Bir  neçə  ümumi  çəkilişlə kifayətlənərək  biz geriyə,  Ağdama  döndük. 
Burada  Xocalı faciəsinin  şahidləri  ilə söhbət etmək imkanı  əldə etdik. 
Həmin axşam Ağdam Əsgəran tərəfdən bombalandı.''1071
Xocalıda  çəkilişlərin şahidi olan jurnalist fikrini  aşağıdakı 
şəkildə  davam  etdirmişdi:  „2  mart  tarixində  əvvəlki  tərkibdə 
faciənin olduğu  rayona iki Mİ-24  döyüş vertolyotunun  müşayiəti ilə 
getdik.  Birinci  dəfə  olduğu  kimi  F.  Devid  bizim  aramızda  yox  idi. 
Orada  vəziyyət  birinci  dəfədən  fərqli  olaraq  sakit  idi.  İnsanların 
cəsədləri  əvvəlki  yerdə  və  əvvəlki  vəziyyətdə  qalmaqda  idi.  Biz  çox 
sayda şəkillər çəkdik,  kamera ilə çəkilişlər etdik.  Görünüş  çox dəhşətli 
idi.  w,i- Jurnalist burada da F.  Devidin orada olmadığım xüsusi 
olaraq vurğulayır.
Jurnalist  daha  sonra  əlavə  etmişdi:  „Bütün  məsuliyyətlə 
bəyan  edirəm:  Çingiz  Mustafayevin  hadisə  yerində  çəkdikləri
™Yenə  orada,  s. 129 
107lYenə orada,  s.129 
l072Yenə orada s.  129-130.
538
Iiəsənbala  Sadıqov
həqiqətdir və onda heç bir saxtalaşdırma yoxdur. Əgər Floren Devidin 
başqa məlumatı varsa qoy onları təqdim etsin. "1073 1
0
7
4
Fransız  televiziyasının  5-ci  proqramı  üçün  videosüjetlər 
çəkmiş  Janiv  Uşe  də  S.  Bentura  və  A.  Selin  dediklərini  təsdiq 
etmişdi. Beləliklə, fransız jurnalisti Florens Devidin saxtakarlığı 
ifşa  edilmiş  olurdu.  Florens  Deviddən  „Pro  Armenia" 
informasiya mərkəzi istifadə etmişdi. Bir məsələ çox maraqlıdır 
ki, o zaman  xarici jurnalistlərdə  Xocalı faciəsi  haqqında həqiqi 
videosüjetlər  olduğu  halda  bir  çox  xarici  ölkələrdə  (xüsusən 
Amerikada)  televiziyalar  və  başqa  kütləvi  informasiyalar  F. 
Devidin  saxta  məlumatlarım  əsas  tutmağa  başlamışdılar.  Bu 
sahədə  Rusiya  kanalları  xüsusi  ilə  fərqlənmişlər.  Rusiyanın 
„Vesti", TSN,  Rusiya parlamentinin rəsmi orqanı „Rossiyskaya 
qazeta",  sonra  isə  „Müstəqil  juranalist"  İqor  Burqanskiyə 
istinad  edərək  „Pravda"  da  saxta  məlumatlardan  istifadə 
etmişdi.
Çox  maraqlıdır  ki,  ermənilərin  istifadə  etdikləri  Florens 
Devidin  ona  istinad  edildiyindən  guya  bir  müddət  xəbəri 
olmamışdı.  Xəbəri  olduqda  „Pro  Armeniya"  agentliyinə 
əsəbləşmiş  halda  teleqram  ilə  müraciət  etmişldir.  F.Devid 
bildirmişdi.  „Mən  heç  vaxt  belə  bir  intervyu  verməmişəm.'' 3074 
Sonra  isə  ermənilərin  saxtalaşdırma  hadisəsinə  münasibətini 
daha  geniş  bildirmişdi.  „Pro  Armeniya"  agentliyindən  tələb 
etmişdi ki, məlumatla əlaqədar düzəliş versinlər.
„Mən  heç  vaxt  belə  bir  intervyu  verməmişəm.  Mənim  adıma 
əsaslanaraq  saxtalaşdırmalar  və  yanlış  məlumatlar  verilməsi 
yolverilməzdir,  onlar  yalnız  mənim  xəbərim  olmadan  o  cür  verilə 
bilər.  Onlar mənim xəbərim olmadan məlumatımı istədikləri, özlərinə 
lazım  olan  kimi  istifadə etmişlər.  Mən  1  mart  tarixində  Yerevandan 
telefonla  danışdığım  zaman  gizlincə  danışığımı  dinləyərək  ondan 
istifadə etmişlər.  Mən  o  zaman  telefon  danışığımda  Əsgəran  rayonu 
ərazisində cəsədlərin  dəyişdirilməsi ilə əlaqədar danışıqların getdiyini
1073  Yenə orada s.  129-130.
1074 Ходжалы.  Хроника геноцида.  Баку  1993, стр.  131.
539


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə